ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   31   32   33   34   35   36   37   38   ...   59

– Bizdən narahat olma. Cəbhədə özümüzə bir yer tapacayıq. 
Gülüşdük, öpüşdük. Sonra qapı arxadan bağlandı. 
Başımı yastığa qoyub gözlərimi qırmızı rəngli xalçanın naxışlarına zillədim. Yazıq dostlarım! Bu mənim 
günahımdır. Gözlərim açıq ola-ola qəribə xəyallara dalmışdım. Hər şey gözlərimin qabağından çəkilib 
yox olurdu. Ninonun gah gülən, gah da ciddiləşən sifətidumanlar içində görünürdü. Yad əllər mənim 
vücudumatoxunurdu. Kimsə farsca dedi: “Ona xaş-xaş vermək lazımdır. Vicdan əzabına qarşı çox 
kömək edir” 
Biri kəhrəba müştüyü ağzıma qoydu və bu gözü açıq, xəyallardan ayılarkən qulağıma səs gəldi:  
– Möhtərəm xan, mən sarsılmışam. Bu nə faciədir başımıza gəldi. Mən istəyirəm ki, qızım sizin 
oğlunuzun yanına getsin. Onlar dərhal evlənməlidirlər”.  
Möhtərəm knyaz, Əli xan evlənə bilməz. Son hadisədən sonra Əli xan artıq qanlıdır. İndi 
Naçararyan ailəsi ilə aramızda qan davası var. Mən oğlumu İrana göndərmişəm. Onun həyatının hər 
anı təhlükə altındadır.  
Oğlum Əli xan,sizin qızınıza ər ola bilməz.  
Səfər xan, çox rica edirəm, uşaqlarımızı qorumaq lazımdır. Onlar buradan Hindistana və yaxud 
İspaniyaya çıxıb getməlidirlər. Mənim qızımınnamusu ləkələnib. Onun namusunu ancaq nikah xilas 
edə bilər”.  
– Möhtərəm knyaz, bu Əli xanın təqsiri deyildir. Sonra da qızınız əgər istərsə onun üçün bir rus və 
yaxud bir erməni kürəkən belə tapıla bilər. Mən buna əminəm.  
– Amma çox xahiş edirəm. Qızım zərərsiz, məsum bir gecə gəzintisinə çıxmışdı, desəm heç kəs buna 
inanmaz. Elə boğanaq havada kim belə  gəzintiyə çıxa bilər. Oğlunuz bu işi görməkdə  tələsib. Ona 
qarşı sürülən ittiham təmamən səhvdir. Oğlunuz bu səhvi düzəltməlidir”.  
– Orasını düşünürük, knyaz. Lakin nə olursa olsun, Əli xan artıq qanlıdır. Onun üçün o, evlənə 
bilməz.  
– Səfər xan, mənim də bir ata olduğumu unutmayın. Səslər kəsildi. Hər yeri yenidən bir səssizlik 
bürüdü.  
Nəhayət, yaralarımın sarğılarını açdılar. Bədənimdə ilk şərəfli nişanə olan yara yerimə toxundum. 
Sonra ayağa durdum. Tərəddüdlə addım ataraq otağın içində yeriməyə başladım. Nökərlər ürkmüş 
baxışlarla mənə baxırdılar. Otağın qapısı açıldı. Atam içəri girdi. Qəlbim şiddətlə çırpınmağa başladı. 
Nökərlər otaqdan çıxdılar.  
Atam bir müddət susdu. O, otaqda gəzişməyə başladı. Sonra yerində dayanıb dedi: 
– Hər gün evimizə polis gəlir. Polisdən başqa Naçararyanlar ailəsi hər yerdə səni axtarır. Onların beş 
nəfəri artıq İrana getmişlər. Mən evi qorumaq üçün evin ətrafına silahlanmış iyirmi nəfər adam 
qoymuşam. Hə, yadımdan çıxmamış deyim ki, Melikovlar da istifadə etdiyin kəhər atından ötrü səni 
qan düşməni elan ediblər.  
Dostlarını da cəbhəyə göndərməyə nail oldular. 
Mən cavab vermədən başımı aşağı əymişdim. Atam yanıma gəlib əlini çiynimə qoydu və mehribanlıqla 
dedi: 
– Mən səninlə fəxr edirəm, Əli xan. Mən sənin yerində olsa idim, elə mən də eyni şeyi edərdim.  
– Ata, sən razısanmı? 
– Özü də hədsiz dərəcədə razıyam, – deyə atam cavab verdi və məni qucaqlayıb düz gözlərimin içinə 
baxa-baxa soruşdu: 
– Qızı nəyə görə öldürmədin? 
– Bilmirəm, ata. Mən yorğun idim. 
– Onu da öldürsəydin, çox yaxşı olardı. İndi artıq gecdir. Mən səni bunun üçüntəqsirləndirmirəm. 
Bütün ailəmiz səninlə son dərəcə fəxr edir. 
– Bəs bunun axırı nə olacaq, ata? 


– Atam, fikirli-fikirlinəfəs alaraqyenidən otaqda gəzişməyə başladı.Sonra həyəcanla ah çəkib dedi:  
– Sən burada qala bilməzsən. İrana da gedə bilməzsən. Polis və iki nüfuzlu ailə  səni axtarırlar. Ən 
yaxşısı budur ki, Dağıstana gedəsən. Oradakı aulların birinə gedərsən, səni heç kim tapa bilməz. 
Çünki, nə bir erməni və nə də polis nəfəri cürətedib oraya gedə bilməz.  
– Bəs nə vaxtadək orada qalmalıyam, ata?  
– Orada uzun bir vaxta qədər qalmalısan, Əli xan. O vaxta qədər ki, polis baş verən hadisəni unutsun 
və düşmən ailələr bizimlə barışsın. Mən sənə ara bir baş çəkəcəyəm.  
O gecə yola düşdüm. Əvvəlcə Mahacqalaya, oradan da dağlara yollandım. Uzun yalları olan balacaboy 
atların belində dar dağ yolları ilə yuxarı dırmaşırdıq. Hədəfimiz dəhşətli bir uçurumun başındakı ucqar 
bir aul idi.  
İndi mən burada, Dağıstan qonaqpərvərliyinin etibarlı himayəsində idim. Camaat mənə qanlı kimi 
baxırdılar. Zərif  əllər tütününə  nəşə qarışdırırdılar. Mən çox çəkirdim. Xəyallar içində üzərək 
susurdum. Qanadının altında himayə tapdığım adam-atamın dostu Qazı Mollaidi. O, mənə qayğı 
göstərirdi. Qazı Molla durmadan danışırdı, və onun dediyi sözlər gözlərimin qabağında canlanan 
həyəcanlı xəyallarımı dağıdırdı.  
Özünü xəyallara sürükləmə, Əli xan! Mənə qulaq as. Sən Andalalın əhvalatını heç eşitmisənmi? 
Bilirsənmi, Andalal nədir? Altı yüz il bundan qabaq Andalal gözəl bir kənd idi. Böyük qəlbli, ağıllı və 
cəsur bir xan oranın hökmdarı idi. Lakin xalq onun bu qədər səxavətinə dözə bilmirdi. Buna görə də 
bir gün camaat hökmdarın hüzuruna gəlib dedilər: “Biz sənin  əlindən artıq bezmişik, çıx get 
ölkəmizdən”. Hökmdar bu sözləri eşidib hönkür-hönkür ağladı, yaxın adamları ilə vidalaşıb atına 
mindi və çox uzaqlara, İrana getdi. Orada o, böyük bir adam oldu. Şah onu özünə müşavir etdi. O, bir 
çox ölkələri və şəhərləri fəth etdi. Lakin Andalal xalqına qarşı qəlbindəki kini saxlayırdı. Ona görə də o 
deyirdi ki, “Andalal vadisində çoxlu qızıl və daş-qaş dolu çox zəngin xəzinələr var, biz oranı fəth 
etməliyik”.  
Şah böyük bir ordu ilə Dağıstana yola düşdü. O zaman Andalal xalqı, “siz sayca çoxsunuz, amma 
dağların  ətəklərindəsiniz. Bizim sayımız isə sizinkindən çox azdır, ancaq biz dağın başındayıq. Lakin 
bizdən yuxarıda da cənabi Allah var. O bənzəri olmayan Tanrı hamımızdan güclüdür” dedilər. 
Beləliklə, Andalal xalqı döyüşə girişdi. Döyüşdə kişilər, qadınlarvə uşaqlar iştirak edirdilər. Ön 
cəbhədə isə Andalal hökmdarının İrana gedərkən kənddə qalmış oğulları vuruşurdular. Döyüşdə 
İranlılar məğlub oldular. İlk qaçanlardan biri şah oldu. Axırda qaçan isə şahı Andalala gətirən oranın 
hökmdarı oldu.  
Bu hadisənin üstündən on il keçdi. Hökmdar yaşlandı və  vətən üçün həsrət çəkməyə başlayır. O, 
Tehrandakı sarayını tərk edib atına minir və vətəninə yola düşür. Lakin kəndinə gəldiyi zaman, camaat 
düşmən ordusunu Andalala gətirən xaini tanıyır. Onlar onun üzünə tüpürürlər və qapılarını onun 
sifətinə bağlayırlar. Hökmdarbütün günü atı ilə  kəndin içində dolaşır, amma özünə bir dost tapa 
bilmir. Nəhayət, o, qazının yanına gedir və ona “Mən vaxtı ilə etdiyim günahımın cəzasını çəkmək 
üçün vətənimə  gəlmişəm. Məni mühakimə et. Şəriətimizə uyğun olaraq hökm et” dedi. Qazı da 
ətrafındakılara  əmr etdi ki, onun əl-ayağını bağlasınlar və sonra bəyan edib qərarını bildirdi: 
“Əcdadlarımızın qanununaəsasən bu adam diri-diri basdırılmalıdır”. Sonra isə qazı adamlara müraciət 
edərək soruşur: “Ay camaat, bəyan edilmiş qərara siz nə deyirsiniz? Camaat da “Qoy elə olsun!” deyə 
qışqırdılar. Lakin qazı ədalətli adam olduğu üçün ondan soruşur: “Özünü müdafiə etmək üçün nə deyə 
bilərsən?” Hökmdar ona cavab verərək deyir: “Heç bir şey deyə bilmərəm, mən 
günahkaram”.Əcdadlarımızın qanunlarına belə hörmətlə  əməl edilməsi yaxşı şeydir. Lakin 
əcdadlarımızın eyni zamanda başqa bir qanunu da vardır. Bu qanunda deyilir ki, atasına qarşı vuruşan 
oğul öldürülməlidir. Mən də o qanuna əsaslanaraq öz atalıq haqqımı tələb edirəm. Oğullarım mənə 
qarşı vuruşdular, elə ona görə də onların başları mənim məzarımın üstündə vurulmalıdır. Qazı “Qoy 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə