Əlirza Fərşi-nin və ona göre yazılmış yazılar



Yüklə 203,74 Kb.
səhifə2/4
tarix15.03.2018
ölçüsü203,74 Kb.
#32291
növüYazı
1   2   3   4
- Qurultaya gəlməyənlər xaiynlər və casuslardırlar!
- Qurultay düşmanların ağzına yumruq olacaqdır!
- Qurultay sonucu içəri və xaricdə yaşayanların ürək istəki olacaqdır!
- …

Bu iddeaları İran adlanan ölkənin işqalçı rejiminin sözlərilə tutuşduranda, görürük ki o qədərdə fərq yox aralarında. Bilinməyən burdadır ki, başqalarına diktatorluq damqası vuran o məlum qurup, necə olur ki belə diktator sayağı iddealarına milli boyası sürə bilirlər!

Qurultaya olan etirazlar çoxdur, dəstək verənlərdə az dəiyldirlər. Ama önəmli olan budur ki, daha öncələr dedigim kimi, toplanmaqdan amacımız nədir və kimlər toplanır bir araya? Bu sorulara isə nə Amsterdam toplantısını hazırlayan komitə və nədə o qurultayı öz xeyrlərinə rəklam edənlər tərəfindən cavablanmır. Sanki əllərində düzəltilmiş və yönləndililməsi başqalarının əlində olan telekanaldan yayılan hər şey qurani kərim kimimiş və hər kəs onlara inanmalıdır! Oturub öz adamlarının telefonun qəbul edərək öz sözlərini başqaların ağzından demək, sankı çox çətin bir işdir!

4 il öncə, Ziya Sədrüləşrafi və onu Fransa-dan aparanlarin caydırıcı roluna etiraz edəndə mənim o telekanalda danışmağa yasaq qoyuldu, eynən Fars işqalçılarının uyquladığı filter kimi! İndidə çoxlu milli fəal o telekanaldan uzaqlaşdırıldıqlarını bildirirlər, cənab Obalı iftixarla yalan danışmaq vərinə, milli fəalların toplantılarına qatılmalıdır. Yoxsa bir neçə yaltaq və bilgisizin boş sözlərinə istinad etməklə, məndə allaham demək başararam. Əhməd bəy Obalı, yalandan orda oturaraq, muxaliflərin telefonun almayaraq, sifarişi telefonlara dayanaraq heç nəi izah etmək olmaz. Bilirik ki siz bilirsiz ki yalançısız! İddea edirsiz ki 74 nəfər zəng açıb və sizi təsdiq edib! Ama heç düşünmürsüz ki 74 nəfərin səsi 45 milion içində itib batar? Heç düşünmürsüz ki 74 nəfərin ən azı yazrısı sizin tanışlarınızdırlar? Heç düşünmürsüz ki o yarınında 90 faizi musiqi tələb etmək və ya görüntü raporu verməklə məşquldurlar? Bu yalnçılıqlarla geçici olaraq insanları qandırmaq olar, ama həmişəlik yox!

Həqiqəti bilməyən bilgisizdir, ama həqiqəti bilibdə təhrif edən xəyanətkardır

Təbrizli Baybək


29/11/2009
Croydon

http://azr.baybak.com/il_2009_say_5693.azr

VOA-nın Əli Rıza Fərşi ilə müsahibəsi (Səs)

BayBək, Azərbaycan | Friday, 20th November , 2009 , 21:58 [pm] | İç Xəbərlər




.

Sual: Siz və xanımınız Siyma Didara ‘İslam Respublikası əleyhinə təbliğat aparmaq’ ittihamı ilə bir il həbs cəzası verilib. Siz həmin ittiham və cəza haqqında nə demək istiyərdiniz. Deyildiyi kimi təbliğat aparıbsınızmı?

Cavab: Mənə qarşı qondarma





Culfa Beynəlxalq Universitetinin müəllimi Alirıza Fərşi və onun xanımı, Tehranda çıxan yaşmaq jurnalının keçmiş redaktoru Siyma Didar Təbrizin İnqilab məhkəməsinin hökmü ilə bir il həbsə məhkum olublar. Onlar ittihamları əsassız adlandırır. İnsafəli Hidayətin Əlirıza Fərşi ilə müsahibəsi

Sual: Siz və xanımınız Siyma Didara ‘İslam Respublikası əleyhinə təbliğat aparmaq’ ittihamı ilə bir il həbs cəzası verilib. Siz həmin ittiham və cəza haqqında nə demək istiyərdiniz. Deyildiyi kimi təbliğat aparıbsınızmı?

Cavab: Mənə qarşı qondarma ittihamla irəli sürülüb. Mənim tələbim Türk dilində mədrəsədir. On illik fəaliyyətim və yazılarım bunu sübut edir. Birdəki mənim əleyhimə heç bir sənəd, dəlil göstərilməyib.

Sual: Nəzarət altında olduğunuz, sorğu-sual edildiyiniz müddətdə sizə təqsirinizin nə olduğu deyilibmi?

Cavab: Məni axırda İttilaata apardılar və 45 gün orda saxladılar. Mənə dedilər ki, bir xanım sənin əleyhinə ifadə verib. Mənə bu ifadəni göstərmədilər. Bu xanımın kim olduğunu soruşduqda mənə dedilər ki, o İttilaatın adamıdır.

Sual: Həbsdə sizə qarşı zorakılıqdan istifadə olundumu?

Cavab: İttilaatda məni sorğu-sual edəndə cavablarımdan xoşları gəlmədiyənə görə on gün məni vurdular.

Sual: Siz bir neçə adama məktublar yazmısınız. Onlar arasında qazi və Ayətulla Xameneyi də var. Belə məktubları yazmaqda məqsədiniz nə idi?

Cavab: Məqsədlərimizdən biri millətə sözümüzü yetirmək idi. Çünki sözümüzü çatdırmaq üçün heç bir mediamız yoxdur. Məktublardan sui-istifadə olmasın deyə məktubları bir başa öz məsullarımıza yazırıq. Qoy həm onlar özləri məlumatlı olsun və daha sonra bu barədə məlumatları olduğunu inkar edilməsinlər. Biz bu məktublarla hamıya bildirmək istəyirik ki, biz günahsızıq və bizə qarşı əsassız ittihamlar irəli sürülüb. Bu günə kimi heç birimizi Azərbaycan milli hərakatında olmağımıza görə, ‘Türk dilində mədrəsə’ şüarını verdiyimizə görə mühakimə etməyiblər. Hərəyə qarşı bir ittiham irəli sürüblər: Birinə terrorçu, birinə vətən xaini, birinə kommunist deyiblər. Mənim haqqımda irəli sürülən ittihamlarda mənim əlimdə saxladığım plakartda nə yazıldığına işarə olunmur. Plakartda isə ‘Haray Haray mən türkəm’, ‘Türk dilində mədrəsə, olmalıdır hər kəsə’, ‘Yaşasın Azərbaycan’ kimi şüarlar yazılmışdı.

Sual: Bəs siz yazdığınız məktublarda yazmısınızmı ki, siz bölücü deyilsiniz və ya İranın birliyini istəyirsiniz, İran Azərbaycanın İrandan ayrılmasını istəmirsiniz.

Cavab: Mən yazılarımda da qeyd etmişəm ki, bizim üçün hökumətin başında kimin olması çox önəmli deyil. Biz istəyirik ki bizim tələb etdiyimiz haqlara riayət olunsun. Hər bir millətin öz dilində oxumağa haqqı var. Biz siyasi adam deyilik ki, bölücülüklə məşğul olaq. Abbas Lisanin gözəl bir sözü var, deyir ‘Bizlər millətin uğrunda mübarizə aparırıq’. Biz istəyirik ki, haqlarımız tanınsın. Az yaşıyaq amma insan kimi yaşayaq.

Sual: Bizdəki məlumatlara görə İran Azərbaycanında silahlı mübarizə olmayıb. Ancaq bəzən İttilaat məmurları və ya digər rəsmilər deyirlər ki, Azərbaycanda da silahlı mübarizə aparanlar var. Siz tanıdığınız fəallar və siyasi azərbaycanlılar arasında silahlı mübarizə istəyən varmı?

Cavab: Bu haqda danışmaq mümkün deyil. Azərbaycan millətinin durumu tamamilə fərqlidir. Azərbaycanlılar kürdlər, bəluclar kimi azlıqda olan millət deyil. Biz İranda çoxlu hökumətlər qurmuşuq. Tutulan adamlardan Fərdi Muratpurun evində 4 dənə fişəng tapıblar və adını qoyublar ki bu bombadır. Biz dinc yolla haqqımızı tələb edirik. Mən özüm də zorakılığın əleyhinəyəm, çünki özümüz də zorakılığa məruz qalırıq və bunun nə olduğunu bilirik. Bizim mübarizəmizin məqsədi bilgiyə, elmə əsaslanır.


To download: [1] click here



http://azr.baybak.com/il_2009_say_5682.azr

Əlirza Fərşi və Sima Didar bir il həbsə məhkum oldular (Sənəd - Əks)

BayBək, Azərbaycan | Tuesday, 17th November , 2009 , 16:08 [pm] | İç Xəbərlər




.

BayBak-ə gələn bilgilər və sənədlər toplu olaraq PDF formasında yayınlanır. Sənədlərdə, bu iki gencə verilən hökm, cənab Fərşi-nın doğum günü partısı və hazırlanan tortdan əkslər, habelə Əlirza Fərşi tərəfindən yazılan məqalə və etiraz məktubları yer almışdır.

Sənədləri burdan yendirə bilərsiz: Tıklayın (Yazılar Güneydə qullanılan əlifbada, ana dilimizdə və ya Fars dilində yazılmışlar.)





Bu iki genc Azərbaycanlı fəal hərəsi bir il həbsə məhkum oldular. Onların suçi isə nizama qarşı çalışmaq və hörgütlənmək adlandırılmışdır.

Savalansəsi-nin verdigi xəbərə görə, Əlirza Fərşi və onun yaşamdaşı Sima Didar 3 Xurdad 1388 (24 may 2009) tarixində Təbriz-in “Şahgölü” parkında anadilinin azad olunmasını tələb edərkən tutulmuşlar.

BayBak-ə gələn bilgilər və sənədlər toplu olaraq PDF formasında yayınlanır. Sənədlərdə, bu iki gencə verilən hökm, cənab Fərşi-nın doğum günü partısı və hazırlanan tortdan əkslər, habelə Əlirza Fərşi tərəfindən yazılan məqalə və etiraz məktubları yer almışdır.

Sənədləri burdan yendirə bilərsiz: [1] Tıklayın (Yazılar Güneydə qullanılan əlifbada, ana dilimizdə və ya Fars dilində yazılmışlar.)

http://azr.baybak.com/il_2009_say_5453.azr

ADAPP-ın aylıq raporu, Avqost 2009

BayBək, Azərbaycan | Monday, 21st September , 2009 , 14:04 [pm] | İç Xəbərlər




.

İranda Azərbaycanlılar əleyhinə insan haqqları pozuntuları 2009′cu ilin Avqust ayında da, Azərbaycanlı öyrəncilərə basqıların çoxalması, öyrəncilərin yüksək təhsilə başlamalarına izin verilməməsi, Azərbaycan fəallarının kültürəl mərasimlərdə iştirak etmələrinin önlənməsi və basqılaraya rəğmən iştirak edənlərin həbs edilməsi şəklində davam etmişdir. Əsassız və öz xoşuna şəkildə həbs alınanlar işgəncə və çeşidli basqılara məruz qalıblar. Həbslərin çoxunda məhbusun haraya aparıldığı və hansı səbəbə görə tutulduğu ilə bağlı bilgi verilməyib, vəkillə təmin olma və ailə ilə görüş haqqları onlardan alınıb və sağlıqları üçün gərəkli olan imkanlar sağlanmayıbdır.



İranda Azərbaycanlılar əleyhinə insan haqqları pozuntuları 2009′cu ilin Avqust ayında da, Azərbaycanlı öyrəncilərə basqıların çoxalması, öyrəncilərin yüksək təhsilə başlamalarına izin verilməməsi, Azərbaycan fəallarının kültürəl mərasimlərdə iştirak etmələrinin önlənməsi və basqılaraya rəğmən iştirak edənlərin həbs edilməsi şəklində davam etmişdir. Əsassız və öz xoşuna şəkildə həbs alınanlar işgəncə və çeşidli basqılara məruz qalıblar. Həbslərin çoxunda məhbusun haraya aparıldığı və hansı səbəbə görə tutulduğu ilə bağlı bilgi verilməyib, vəkillə təmin olma və ailə ilə görüş haqqları onlardan alınıb və sağlıqları üçün gərəkli olan imkanlar sağlanmayıbdır.

Azərbaycanlı hüquq müdafiəçisi və jurnalistın sağlıq durumu yaxşı deyil

8 il həbsə məhküm olub və Tehranin Evin həbsxanasına göndərilən Azərbaycanlı jurnalist və insan hüquqları Müdafiəçisi Səid Mətinpur, mədə qanaması, həzm problemi, bel ağrısı, ürək problemi və şiddətli baş ağrısı kimi xəstəliklərlə qarşı-qarşıyadır. Ağır xəstəliklərinə baxmayaraq doktora göstərilməyən Mətinpurun sağlığı təhlükədədir.

Səid Mətinpur 2007’ci ilin May ayında Zəncan şəhrində tutulub və 278 gün, mühakimə olmadan İran təhlükəsizliyinin (Ettalaat) tək adamlıq kamerasında saxlanıldıqdan sonra 500 min dollarlıq vəsiqə qarşılığında keçici olaraq sərbəst buraxılmışdı. O azadlıqdan sonra, məruz qaldığı işgəncələr və sağlıqsız kamerada saxlandığı nəticəsində, ciddi bel ağrısı və həzm çətinlikləri ilə qarşı-qarşıya olduğunu xəbər vermişdi. Təhlükəsizlik məmurları tərəfindən kamera qarşısında etiraf etdirmək məqsədi ilə ağır işgəncələrə məruz qalan insan hüquqları müdafiəçisi həbs sürəsində vəkillə təmin olma və ailə ilə görüşmə haqqına sahib deyildi.

Təhlükəsizlik məmurları Mətinpura yönəlik basqıları artırmaq üçün onun qardaşı Əlirza Mətinpuru da nəzarətə almışdılar. İran məhkəməsi jurnalistin işkəncə altında etdiyi etiraflara əsaslanaraq onu “Yabançılarla əlaqə qurmaq” (Casusluq) və “Rejim əleyhinə təbliğat” ilə günahlandırıb və səkkiz il həbs cəzasına məhkum etdi. Təmyiz (Apellyasiya) Məhkəməsi isə eyni qərarı təsdiqlədi.

Qəzetəçinin həyat yoldaşı Ətiyə Tahiri onun mühakiməsinə işarə edərək “Hakimiyyət orqanlarının Səidin əleyhinə sənədləri vardıysa, niyə mühakimədə o sənədləri deyil, işgəncə və ruhi basqılar altında həyata keçirilən sorğu-cavablardan alınan etirafları əsas tutdular?” deyir.

Ətiyə Tahiri Mətinpurun sağlıq durumunun çox pis olduğunu deyir. O ümumi suçlardar nədəni ilə məhkum olanların saxlandığı sağlıqsız bir bölmədə saxlanılır. Ətiyə Tahirinin dediklərinə görə, davamli istirahət və fizioterapiyaya ehtiyacı olan həyat yoldaşına zindan içində tibbi imkanlar mövcüd deyildir.

Tehran Universitetinin fəlsəfə bölümü məzunu olan Səid Mətinpur, ‘Yarpaq’ ve ‘Moc-i Bidari’ (Oyanış Dalğası) qəztləri və Azərbaycanda insan hüquqları üzərə fəaliyət edən ‘Haqq’ bloqunun yazarı olub. Mətinpur həmçinin öz şəxsi bloqu və başqa qəzetlərdə Azərbaycanda dil və insan hüquqları haqqında çoxlu məqalələr yazıb. Uluslararası Əfv Təşkilatı, Sərhədsiz Reportyorlar, Front Line və Jurnalistləri Müdafiə Birliyi quruluşları daha öncə nəşr etdikləri hesabatlarda Səid Metinpuru düşüncə məhbusu olaraq gördüklərini ifadə edərək heç bir ön şərt olmadan bir an öncə sərbəst buraxılmasını istəmişlər. İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Birliyi (ADAPP) Səid Mətinpur sağlıq durumu ilə bağlı nigaranlığını bildirərək, İran hakkimiyyət orqanlarını bu məsələdə məsul tanıyır.

Azərbaycanlı öyrənci aktivist həbsxanaya göndərildi

İranda Azərbaycanlı öyrənci aktivistlərə tətbiq olan basqılar son illırdə daha ağırlaşıb. Öyrənci quruluşlar və öyrənci dərgilərin çoxu bağlanıb, çox sayıda öyrənci fəaliyətlərindən dolayı neçə semestr universitetden uzaqlaşdırılıb və bəzilıəri qovulublar. Bəzi öyrəncilər isə bəlli olmayan nədənlərdən dolayı gözaltına alındıqdan sonra mühakilmə edilib və zindana göndəriliblər. İram hakimiyyəti indi isə yüksək təhsilə başlamaq istəyən öyrınciləri universitetlərə qəbuı etmir.

İsfahan şəhri Malik Əştər Universitetində təhsil alan Azərbaycanlə öyrənci aktivist Məcid Makuyi bir il həbs cəzası və iki il şərtli həbsə məhkum olandan sonra 2009 Avqustun 18’də həbs sürəsini çəkmək üçün Təbriz həbsxanasına göndərilib.

2008’ci ilin yayında Məcid Makuyi, Təbriz Universitetindən olan yetdi öyrənci aktivisti ilə birlikdə, İran təhlükəsizliyi məmurları tərəfindən gözaltına alındılar. O üç aylıq gözaltına tutulub və raporlara görə işgəncə olduqdan sonra, keçici olaraq və vəsiqə qarşılığında sərbəst buraxılmışdı. 2009 Fevralın 8’də ona “AZOH” (Azərbaycan Öyrənci Hərəkati) Bloqda yazmaq için, “rejim əleyhinə təbliğat” və “milli güvənlik əleyhinə fəaliyət edən quruluşa üyəlik” ittihamları verilərək bir il həbs cəzası və iki il şərtli həbsə məhkum olundu. Təmyiz (Apellyasiya) Məhkəməsi isə eyni qərarı 2009’cu ilin Mayında təsdiqlədi. Daha öncə eyni məhkəmə həmin ittihamlardan dolayı, Fəraz Zehtab, Aydın Xaceyi və Ehsan Nəcəfnijadı üç il həbs cəzasına məhkum etmişdi. Onlar 2009’cu ilin İyulundan bəri həbsdədirlər.

Azərbaycanlı öyrəncilərin yüksək təhsilinin qarşısı alınıb

İran dövlət universitetlərində yüksək təhsilə giriş testlərinin nəticəsi verildikdən sonra, Behzad Ciddi, İbrahim Şahbazi və Rəhim Şövqü öz bölmərində yüksək təhsilə giriş sınağını qazandıqlarına baxmayaraq, təhsillərinin qarşısı alınıb. İranın Bilim, Araşdırma və Teknoloji Nazirliyi bu öyrənciləri yüksək təhsilə uyğun olmayan öyrəcilər şəklində sınıflandırıb. Təbriz Azad Universiteti (Özəl universitet) də Azərbaycan öyrənci aktiviti və “Arman” öyrənci quruluşunun siyasi bölmə müdürü Nəvid Məhəmmədini bilgisayar mühəndisliyi bölümündə qəbul olduğuna baxmayaraq qeydiyyata almayıb.

Keçən ildə də İbrahim Rəşidi, Emin Sadiqi, Səməd Paşayi, Mehdi Hacməhəmmədi və Nahid Babzadə kimi Azərbaycanlı öyrənci aktivistlərin yüksək təhsilinin qarşısı alınmışdı.

Azərbaycan öyrənci fəallarının əleyhinə olan basqılar sadəcə yüksək təhsilin qarşısını almaqla sınırlanmır. Son həftələrdə yüksək təhsilini bitirməkdə olan Vəhid Şeyxbəyli tezini (dissertasiya) müdafiə etməyə sadəcə neçə həftə qaldığında universitetdən qovulub. Yüksək təhsilinin ikinci semsterində olan Behnam Türkanpur (sənaye idarəetməsi bölümü) və son semstrdə olan Yunis Zareiyyun (siyasi bilimlər bölümü) də eyni şəkildə universitetdən qovulublar. Alınan xəbərlərə görə bu öyrəncilərin qovulması İran Təhlükəsizlik Nazirliyindən (Ettelaat) universitetlərə öyrəncilərlə bağlı məktub göndərdiklərindən sonra gerçəkləşib.

Uzun süre, qanunsuz gözaltına alınan aktivistlər

Təhlükəsizlik məmurları 2009 Mayın 31’də Azərbaycan mədəni fəalı Aydın Zakiri’ni Xiyav şəhrində (Meşkinşəhr) tutuqladılar. 3 ay tutulduqdan sonra hələ də gözaltında olan Zakiri mühakimə olmamış və ona qarşı hər hansı ittiham irəli sürülməyib. Yerli qaynaqlara görə Azərbaycanlıların dil və kültür hüquqları ilə bağlı Xiyav şəhrində məqalələr nəşr etdiyi üçün nəzarətə alınan Zakiriyə Vəkillə təmin olma haqqı verilməyib. Hökümət orqanları Zakirinin ailəsinə onun gözaltına alınma nədəni ilə bağlı heç nə deməyiblər.

Azərbaycanlı yazar və tarixçi və keçən illərdə nəşrinə qadağa qoyulan “Şəms-i Təbriz” qəzetinin yazarı Nağı Əhmədi Azər 2009 Aprelin 4’də tutulduqdan bəri hələ də Təbriz zindanında saxlanılmaqdadır.

Əhmədi Azər ailəsinin dediklərinə görə hakim (qazi) bir aydan çoxdur məhbusun ailəsi ilə görüşməsinə izin verməyib. Hökümət məsulları jurnalistin tutulma nədəni ilə bağlı hər hansı bilgi verməsələr də, yerli qaynaq Əhmədi Azərin Azərbaycan Cumhuriyyətində ədəbiyatçılar iclasına qatılmasından dolayı tutulduğua inanırlar.

Əhmədi Azər Azərbaycan tarixi və ədəbiyyatı haqqında neçə kitab yazıb və tərcümə etmişdir. O “İran Yazıçılar Birliyi”nin üyəsi və “Azərbaycan Yazıçılar Birliyi”nin fəxri üyəsidir.

Təbriz Təhlükəsizlik məmurları 2009 İyulun 13’də Azərbaycanlı yazıçı və Türkcə dili öyrətməni Həsən Əbdullahi’ni (Umudoğlu) evində tutuqladılar.

Umudoğlunun tutulmasından iki ay sonra o hələ də gözaltında tutulmaqdadır. Raporlara görə yazıçı Azərbaycanlıların kültürəl və dil hüquqları ilə bağlı CD’lər yaymaqla “milli güvənlik əleyhinə fəaliyyət edən quruluş qurmaq” ittihami ilə qarşı-qarşıyadır.

Azərbaycanlı fəal daha sonra mühakimə olmaq üzərə vəsiqə qarşılığında sərbəst buraxıldı

Universitetli və mədəni fəal Əlirza Fərşi 95 gün boyunca Təbriz həbsxanalarında gözaltında saxlandıqdan sonra Avqustun 25’də 70 min Dollarlıq vəsiqə qarşılığında sərbəst buraxıldı.

2009 Mayın 22’də Təbriz şəhərində bir yığıncaqda tutuqlanan Fərşiyə psixoloji basqı olsun deyə, İran təhlükəsizlik orqanı onun həyat yoldaşı Sima Didar’ı da bir ay boyunca gözaltına aldmışdı. Sima Didar 50 min dollarlıq vəsiqə qarşığında sərbəst buraxıldı. Fərşi rejim əleyhinə və etnik məsələlər haqqında təbliğat ittihami ilə tutuqlanmışdı.

Azərbaycan öyrənci fəalı, Cəfər Ağaməhəmmədi, 29 gün həbsdən sonra vəsiqə qarşılığında keçici olaraq sərbəst buraxıldı. O Azərbaycanlıları aşağılayan İranın əski prezidenti Xatəmini qınayan məqaləni Xiyavda (Meşkinşəhr) yaydığına görə “rejim əleyhinə təbliğat” ittihamı ilə 2009 İyulun 21’də evində tutulmuşdu. Məmurları onun evini axtarıb və bəzi əşyalarını o cümlədən kitablar və əl-yazmalarını aparmışdılar.

Digər Azərbaycanlı fəal Babək Hüseyni Muqəddəm “İran” qəzetinin May 2006 ilində yaydığı Azərbaycan Türklərini aşağılayan Karikaturaya etirazların ildönümündə Təbriz şəhərində tutuqlanmışdı. Hüseyni “rejim əleyhinə təbliğat” və vərəqələr dağıdıb, xalqı etirazlara dəvət etdiyi üçün “separatizm” ittihamları nədəni ilə altı ay həbsə məhkum edilmişdi. Onun həbsi sürəsi bitdikdən sonra 2009 Avqustun 28’də azadlığa buraxıldı.

Azərbaycanlı fəallar və Azərbaycanlə keçmiş Millət Vəkili məhkəməyə çağrıldılar

Təbrizin əski millət vəkili Əkbər Ələmi, inqilab gözətçiləri ordusunun (Sepah-i Pasdaran) ondan şikayəti ilə bağlı sualları cavablamaq üçün Təbriz məhkəməsinə çağrıldı. Ordunun şikayəti Əkbər Ələminin millət vəkili olduğu zaman, İran məclisində, Hərb Naziri’nə verdiyi sual ilə bağlıdır. Ələmi hərb nazirindən, Azərbaycan Türklərini aşağılayan karikaturaya etiraz zamanında Sepah və başqa hərbi orqanlar tərəfindən Təbriz xalqına hərbi güc tətbiq edilməsi ilə bağlı sual vermişdi. Etirazlar əsnasında onlar nəfər öldürülüb və çoxları həbs edildi. Ələmiyə həmçinin, onun məclisdəki danışıqlarının birində qutsal inancları aşağılaması iddiası ilə bağlı da sual verilib. Ələminin başqa ittihamı isə onun 18 yaşlı bir qızın bir hökümət adamı tərəfindən zorlanması haqqında araşdırma təşkil etməsidir.

İran Anayasasına (Konstitusiya) görə, bütün məclis vəkilləri, öz fikir və düşüncələrini məclisdə bəyan etməkdə sərbəstdirlər və onlara məclisdə verdikləri səs və dedikləri və ilə bağlı sual verilməməlidir.

Son illərdə Azərbaycan fəalları İranda yeni təhsil ilinə yaxınlaşdığı zaman, İranda Türk dilində təhsil yasağına etiraz eyləmlərinə başlayırlar. Bu eyləmlər umumən ana dilində təhsil haqqı ilə bağlı vərəqələr dağıtmaq və duvarlarda yazmaq şəklində olur. Bu eyləmlər bu ildə dəvam etmişdir. Bu etirazların dəvamında Azərbaycanın Nəğədə (Sulduz) şəhrində üç gənc, Hüseyn Əsədi, Əli Mirzayi və Behnam Əbdi, duvarlarda “Ana dildə mədrəsə - Olmalıdır hərkəsə) yazdıqları üçün Təhlükəsizlik (Ettelaat) idarəsinə çağrılıblar.

Azərbaycan kültürəl mərasimləri keçirilməsinin qarşısı alınır

Əmniyyət gücləri Babək qalasında düzənlənən mərasimə hücum etdib, iştirakçılara güc tətbiq edərək, neçə nəfəri o cümlədən, Mustafa Qasimi, Mir Musa Ziya Zərgər və Rəsul İrani’ni tutuqladılar. Gözaltına alınanlar beş sonra sərbəst buraxıldılar. Onların tutulma nədənləri, qeyri qanuni toplanmaq, rejim əleyhinə təbliğat, ümumi düzəni qarışdırmaq və rəqs etmək (Azərbaycan rəqsi).

Babək Qalası İranın doğu güneyinde olan Kəleybər şəhərindədir. Babək Azərbaycanlıların milli qəhrəmanıdır.



http://azr.baybak.com/il_2009_say_5343.azr

Əlirza Fərşi geçici azadlığa çıxdı

BayBək, Azərbaycan | Wednesday, 26th August , 2009 , 05:53 [am] | İç Xəbərlər




.

Məhəndis Əlirza Fərşi Yekənli 95 gün qanunsuz şəkildə həbsdə saxlandıqdan sonra geçici azadlığa buraxılıb.


Yüklə 203,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə