64
pulun yoxdur və sən kapitalizm cəmiyyətinin yoxsul bir
nümayəndəsi kimi şəxsiyyətcə özündən yüksək dairəli şəxs
lər üçün çoxdan itmiş hesab edilirsən. Pulsuz insan – sən
artıq cəmiyyət üçün daim gündəlik bir parça çörəyə möh
tac olan, daim acından ölməmək, işsiz qalmamaq təhlükəsi
izləyən acyalavac bir ünsürsən. Sənin həyatda, bax belə bir
cəmiyyətdə yaşamağın mənası nədir? Sən özündən varlı olan
insanlar qarşısında daim işləmək, əylənmək üçünmü dünyaya
gəlmisən? Bax, məni maraqlandıran bunlardır, Qrant. Bəlkə
də cəmiyyətimizdə olan bəzi yoxsulların, işsizlərin pulu, bol
sərvəti olsa, onlar bizim yüksək dairəli şəxslərin çoxundan
şəxsiyyətli, mənlikli, namuslu və vicdanlı olduqlarını sübut
edərlər.
Qrant bir siqaret çıxarıb alışdırdı. Otaqda vargəl edəedə
siqaretindən dərin bir qullab aldı. O, bir az dalğın görünür
dü. Görünür, Sentinin verdiyi suallar onu da düşündürməyə
məcbur etmişdi. O da çox yaxşı anlayırdı ki, insan öz şəx
siyyətini, mənliyini, namusunu həmişə uca tutmalıdır, vic
danını təmiz saxlamalıdır, lakin hansı şəraitdə. Hər hansı
bir sinifli cəmiyyətin daxilində, istismarın hökm sürdüyü bir
şəraitdə bunları etmək olarmı? Olar, lakin nə cür? O, burada
öz xəyallarından ayrıldı və Sentiyə müraciətlə dedi:
– Senti, verdiyin sual çox haqlı bir sualdır. Bizim cəmiy
yətimizdə əsas rolu pul oynayır, sərvət oynayır, bu doğru
dur, çox doğrudur. Sərvətdir səni hörmətə layiq bir şəxsiyyət
edən də, hörmətdən salan da. Get hər hansı bir ali məclisə,
orada sənin qarşılanmağın da, oradakıların sənə münasibəti
də, səninlə bağlanan sazişlər də, sövdələşmələr də, hamısı,
hamısı sənin sərvətindən asılıdır. Sinifli cəmiyyətdə yalnız
sərvətdir sənin şəxsiyyətinin ölçü meyarı. Əgər sərvətin çox
sa, sən hörmətli bir şəxsiyyət kimi məclislərdə həmişə başda
65
olacaqsan. Hamı səni bir dost kimi qarşılayacaq, hamı sənə
hörmət etməyə çalışacaq. Ümumiyyətlə, sən cəmiyyətimizin
gözü olacaqsan. Ancaq bir şərtlə, yeri gələcək öz namusunu,
vicdanını satmalı olacaqsan. Sərvətini əldə saxlamaq üçün
daimi çalışacaqsan; kiməsə hiylə gələcəksən, kiminsə var
dövlətinə zorla sahib olacaqsan, kiməsə qılıqlanıb mövqeyin
dən istifadə edəcəksən. Ümumiyyətlə, öz vicdanını, namu
sunu, şəxsiyyətini təmiz saxlaya bilməyəcəksən. Əgər na
musunu, vicdanını, mənliyini, şəxsiyyətini təmiz saxlamaq
istəyirsənsə, şəraitdən və imkanlardan asılı olaraq kapitalizm
cəmiyyətində sən hökmən yoxsul olmalısan. Çünki varlı ol
maq üçün bayaq sadaladığımız kimi hiyləgər, ikiüzlü, yaltaq
və s. bu kimi cəhətləri özündə cəm etməyi bacarmaq lazım
dır ki, varlı bir şəxsiyyət kimi cəmiyyətdə öz rolunu oynaya
biləsən. Bütün bunları etmirsənsə, öz namusunu, vicdanını,
mənliyini qoruyursansa, o zaman dövlətli olmaqdan əlini üz
və öz bir parça halal zəhmətinlə tapıbtapmadığın çörəyinlə
kifayətlən. Bu bizim cəmiyyətdə yaranan şəraitin nəticəsidir.
Bu cəmiyyətin qarşıya qoyduğu tələbləri yalnız bu yolla
istədiyin şəkildə ödəyə bilərsən. Cəmiyyətin daxilində baş
verən ziddiyyətlər elə bu, iki əks yol seçənlərin ayrıayrı
tərəfdarları arasındadır.
Senti xəyala dalmışdı. Görünür, Qrantın cavabı, onun açıq
etirafı onu qane etmişdi. Demək, kapitalizm cəmiyyətində ya
şamaq üçün iki yol var. Ya at öz abrını, həyanı, hər kəsə fırıl
daq gəlməklə varlanmağa doğru gedən yolu seç, ya da ki, öz
mənliyini, şəxsiyyətini, namusunu, vicdanını pis hisslərdən,
duyğulardan qoru, yoxsul ol. Bəli, budur cəmiyyətimizin öz
daxilində yetişən insanlara qoyduğu müxtəlif fərq. Hər əməl
dən çıxan, çirkin fırıldaqlarla müəyyən mənsəb sahibi olan
lar yuxarı başa çəkilsinlər, müəyyən mənsəb və mərtəbəyə
66
qalxsınlar, öz zəhməti hesabına yaşayanlar, biclik, fırıldaq
işlətməyənlər, namuslu, əxlaqlı vətəndaşlar daimi əzab
əziy yət içərisində yaşasınlar, alçaldılsınlar. Yox, belə olmaz.
Feodalizm cəmiyyəti kapitalist sinfinin nümayəndələrinin
xoşuna gəlmədiyi kimi, bu cəmiyyət də, yəni kapitalizm
qu ruluşu da sadə əməkçi, zəhmətkeş xalqın heç cürə ruhu
nu oxşaya bilməz. Bəşəriyyətin əsrlərindən bəri arzuladığı
yeni bir quruluş yaratmaq lazımdır. Elə bir quruluş ki, ora
da yalnız bərabərlik, qardaşlıq, sülh bərqərar olsun. İnsanın
insan tərəfindən istismarına əbədi son qoyulsun. Hər kəs öz
çəkdiyi zəhmət müqabilində əmək haqqı alsın. İşləməyən
dişləməz prinsipinə əməl olunsun. Cəmiyyətin hər bir üzvü
öz ölkəsinin quruculuq işlərində fəal iştirak etsin. Bax belə bir
quruluş yaratmaq lazımdır. Elə bir quruluş ki, orada yalnız
bərabərlik olsun.
FƏSİL 5
Günəşli bir payız səhəridir. Təbiət insanı vəcdə gətirə
biləcək qədər gözəlliyi ilə gözümüzün qarşısında canlanır.
Həyətbacada qulluqçuların özlərinə məxsus səsləri eşidilir.
Bura qraf Şokun malikanəsidir. Malikanə heç də Parisin bu tip
li başqa malikanələrindən fərqlənməsə də, malikanənin sahibi
bütün onu tanıyanların içərisində həmişə ən varlı, ən dövlətli
bir şəxs kimi qarşılanır və hörmət edilir. Bu malikanənin sa
hibi Fransa dövlət aparatında öz tutduğu mövqeyə görə də
həyatından gileylənməməlidir. O, Fransanın milli banklarının
nüfuzlu başçılarından biri kimi də məşhurdur. Lakin bütün
bunlarla yanaşı, onun zahiri görünüşünə nəzər salan hər bir
diqqətli şəxs təyin edə bilər ki, o, heç də öz həyatından, görün
Dostları ilə paylaş: |