68
boşanasan. Bu isə sənə baha başa gələr, Seara. Bütün bu sevgi
macərana son qoy.
Yoxsa sonra gec olar, Seara.
Seara bacısını incik nəzərlərlə süzdü. O özünü, öz təmiz saf
hisslərini təhqir edilmiş kimi hesab edirdi. Odur ki, bacısına
birdənbirə cavab vermədi. O öz həyəcanını bir qədər yatırma
ğa çalışırdı. Hiss edirdi ki, indi bacısına cavab versə, nəzakət
çərçivəsindən kənara çıxa bilər. odur ki, otaqda bir az gəzindi,
bir xeyli pəncərədən çölə baxdı və sonra brilliant qaşlı platin
qolbağını qolunda fırlayafırlaya sözə başladı:
– Məni bağışla, Klara. Məsləhətlərinin mənə bir köməyi
ola biləcəyinə inanmıram, ürəyim öz sərbəstliyini itirmişdir.
Lakin heç də bunun üçün narahatlıq keçirmirəm, axı o, Senti
tərəfindən fəth olunmuşdur. Mən onu sevirəm. Bir kişi kimi
Sentidə mənə lazım ola biləcək hisslərin hamısını tapmışam.
Mən artıq həyatda anlamağa başlayıram ki, halhazırkı tut
duğum yol doğru yoldur. Klara, dövlətin, sərvətin əsiri olub,
öz məhəbbətini onabuna satmaqdan çirkin bir iş olmadığını
indi anlayıram. İndi anlayıram ki, ömrümün bu vaxta qədər
keçirdiyim hissəsini itirmişəm. Hiss edirəm ki, mənim daxi
li aləmimdə qalan saf hisslərdən ən güclüsü məhəbbətdir,
məhəbbət imiş. İnsanı əyləndirə biləcək hər hansı bir pak ol
mayan hissi həyata keçirməyə çalışmaq insanı uçuruma yu
varlayır, onu insanlıqdan, insani hisslərdən tamamilə uzaq
laşdırır. Bacı, bax bu vaxta kimi mən də sənin kimi özümü
əyləndirə biləcək hissləri həyata keçirməyə çalışırdım. Lakin
indi bu hisslər tamamilə mənə yaddır. Sentiyə olan sonsuz
məhəbbətim məni tutduğum yoldan çəkindirdi. Bəlkə də
indi bu məhəbbət olmasaydı, həyat məni əbədilik özündən
bezikdirəcəkdi. Bax bu hiss məni yenidən həyata qaytardı.
Yaxşı ki, məhəbbət hər hansı bir şəkildə bütün canlılara bəxş
olur, yoxsa həyat viranələşərdi.