71
bəri yatanda yuxuda da, oyaq olanda da onun xəyalı mənimlə
birlikdədir. Mən artıq onsuz yaşaya bilmərəm. Hiss edirəm
ki, mənə mənsub olan hisslərimi ona etibar etməkdə səhv
etməmişəm. Bəşəriyyətin sevibsevilməyə haqqı olan bir üzvü
kimi, mən də bu hüququmdan ona qarşı istifadə etmişəm.
Onu sevməkdə məni heç kəs günahlandıra bilməz. Mənim
sevgimə münasibətdə isə son qəti fikri söyləmək Sentinin ix
tiyarına buraxılmışdır.
O məni məhv edə də bilər, yaşada da.
FƏSİL 6
Parisin mərkəzində yerləşən kafelərdən biri. İçəridən şərab
və tütün qoxusu gəlir. Burada insan hisslərini daha yaxşı coş
durmağı bacaran xidmətçilər işlədiyinə görə kafe həmişə öz
müxtəlif müştəriləri ilə dolu olur. Yumşaq kreslolarda əyləşib,
gah siqaretlərini tüstülədənlər, gah da şərab içənlər içərisində
Qrantla Klara da nəzərə çarpır. Onlar nə barədə isə məşuqədən
savayı köhnə dostlar kimi birbiri ilə söhbət edirlər. Öz siqare
tini alışdıran Qrant Klaraya müraciətlə dedi:
– Senti ilə Searanın aralarında olan bu sevgi macərasına sən
necə münasibət bəsləyirsən, Klara? Mən Senti ilə bir neçə ay
dır ki, yoldaşam. Azçox xasiyyətinə də bələdliyim var. Düz
dür, aramızda ideya fərqimiz çoxdur, lakin bütün bunlara
baxmayaraq, o mənim nəzərimdə heç də öz hərəkətlərinə, yeri
gələrsə, cavab verə bilməyən bir şəxsiyyət kimi canlanmır. O
öz davranışı ilə bu bir neçə ayda mənə öz sözünə həmişə sa
diq qalmağı bacaran bir insanı xatırladır. Lakin məni çaşdıran
onun Searaya olan məhəbbətidir. O nə üçün belə hərəkət et
sin? Fransada gözəlgöyçək qızmı azdır? Ərliliyindən başqa,
çoxları ilə əylənən bir qadına bu cürə münasibət bəsləmək