79
səxavətlilik, təmizlik, əxlaqlılıq görən Şeyda bütün bu duy
duğu xanımlıq, qulluqçuluq fərqi hissinin olmamasına, yalnız
xanımıyla onun arasında saf bir rəfiqə münasibəti hissi oldu
ğuna həmişə özünü məcburi surətdə inandırmağa çalışırdı.
Ümumiyyətlə, o, Fridanın ona öz rəfiqəsi kimi münasibət
bəslədiyi xanım nəzakətindən razı idi. Odur ki, Şeyda çox
yaxın adamların söhbət əsnasında hiss etdirdiyi mərhəmliklə
sözə başladı:
– Xanım, məni bağışlayın, soruşacağım sözlər şəxsən si
zin özünüzə aid hisslərin təlatümünə aid olsa da, siz artıq
bəzi şəxsi fikirlərinizi mənə etibar etdiyiniz üçün bu sualı
nəzakətsizlik kimi qiymətləndirməyin.
Frida ona verilən sualın mənasına varmadan nəzakətlə
dilləndi:
– Şeyda, sən öz sualını verə bilərsən.
Belə bir cavabı əvvəlcədən gözləyən Şeyda məmnun bir
görkəmlə dedi:
– Siz nə üçün Sentiyə olan məhəbbətinizin nakamlığı barədə
düşünürsünüz? Nə üçün ona qarşı öz saf münasibətinizi
bildirməkdən çəkinirsiniz? Onsuz da siz dostcasına bəzən
gecə yarıya qədər söhbət edirsiniz. Bu vaxtlar ərzində sənin
əlinə elə bir münasib imkan düşməmişdir ki, sən ona öz
məhəbbətini hər hansı bir hisslə bildirəsən? Əgər bəlkə də belə
etməmişsənsə, onda çox təəssüflər. Bəlkə də gələcəkdə sizə ən
böyük zərbə vura biləcək bir qüvvənin qarşısını bu yolla ala
bilərdiniz. Xoşbəxtlik heç kəsi axtarıb tapmır, xoşbəxtliyi yal
nız mübarizəylə özün axtarıb tapmalısan.
Şeyda bu sözləri deyərkən Fridanın üzünə nəzər saldı. O,
həddindən artıq həyəcanlı idi. Gözlərindən süzülən iki dam
la yaş onun həm də qüssəli olduğunu göstərirdi. Bütün bu
gördükləri Şeyda üçün təəccüblü hal idi. Düzdür, insanların,
80
xüsusilə qadınların müxtəlif səbəblər üzündən ağlaması heç
də təəccüb doğurmur. Lakin o, xanımını birinci dəfə idi ki,
ağlayan görürdü. Odur ki, özünü itirdi, bilmədən xanımına
onun bəlkə də qəlbinə toxunan bir sual verdiyinə peşman oldu
və xanımının böyrünə sıxıldı. Bir neçə dəqiqə səssiz hıçqırıq
larla sükut arasında gərgin mübarizə getdi. Nəhayət, sükut
qalib gəlmişdi ki, yeni bir qüvvə maneə kimi ortaya çıxdı. Bu
Fridanın səsi idi. O, həlimliklə dilləndi:
– Məni bağışla, Şeyda səni də narahat etdim. Mən belə
etmək istəmirdim… Frida bir qədər həyəcanlı səslə əlavə etdi:
– Artıq mənə bəlli olmuşdur ki, mənim məhəbbət bəslədiyim
Senti bir neçə aydır ki, Seara adlı bir qadınla görüşür. Ax
Senti, Senti… Sənə nə lazımdır? Nəsibin olacaq qadının mə
həbbətimi? Canımı sənin yolunda fəda edərəm. Pulumu?
Milyonlarım vardır. Yeganə yaxın adamı olduğum atalığımın
pullarını milyonlara çatdırmışam. Qoy hamısı sənin olsun.
Ancaq sənin qəlbinə girə bilmərəm. Burada özümü aciz hesab
edirəm. Başqasını sevən qəlbi hər hansı bir yolla ovsunlamağa
çalışmaq özü də bir günahdır. Mən belə bir günahın sahibi
ola bilmərəm. Bu mənim üçün hələ indiyə kimi etmədiyim
ən böyük alçaqlıq olardı. O, bu sözləri elə bir həyəcanla, elə
bir təsiredici qüvvəylə dedi ki, Şeyda da həyəcanlanmaqdan,
daxilən əzab çəkməkdən özünü saxlaya bilmədi və titrək səslə
dedi:
– Mən bütün bunları bilmirdim, xanımım. Doğurdan da,
əgər belədirsə, bu sənin üçün çox əzablı bir işdir. Lakin sənin
ömrünün axırına qədər işgəncəyə dözməyin yeganə yoldur
mu? Şəraiti imkan daxilində yaxşılaşdırmaq üçün başqa bir
çıxış yolu tapmaq mümkün deyilmi?
Frida başını aşağı salmışdı. O, heç kəsin qarşısında günah
kar deyildi. Lakin düşdüyü vəziyyət onun halını xeyli pərişan
81
etmişdi, onu düşündürürdü. Bir qədər eyni vəziyyətdə qal
dıqdan sonra özünü ələ alan Frida daxili həyəcanını məcburi
surətdə bir qədər boğaraq dedi:
– Şeyda, vəziyyətdən heç cürə çıxış yolu tapmaq mümkün
deyildir. Əks təqdirdə, öz təmiz vicdanıma xəyanət etmiş
olaram. Mən isə belə bir yolu seçə bilmərəm, Şeyda. Həyatın
təmtərağlı içərisində özün də təmtəraqlı olduğun halda xoş
bəxtliyini təmin etməyə qadir qüvvəni tapmırsansa və bəlkə
də bu qüvvə, yoxsa ölüm qarşısında baş əymək özü də bir
xoşbəxtlikdir. Lakin həm də özünü məhv etmək bir növü aciz
likdir. İndi mən də belə bir haldayam.
Öz xoşrəftar xanımının düşdüyü vəziyyətə ürəkdən acı
yan Şeyda onun daxili iztirablarını bir qədər azaltmaq üçün
bu dəqiqə yalnız özünəməxsus, onun üçün ən qiymətli mad
di əşya olan anasının yadigarı, boynundakı qızıl boyunbağını
belə verməyə hazır idi. Bunun mümkün olmadığını bilincə isə
bacardığı qədər xanımın iztirabını azalda biləcək sözlərlə onun
könlünü almağa çalışırdı. Odur ki, mərhəm bir münasibətlə
xanımına müraciət edərək dedi:
– Bəlkə, sənin dediyin o xanımın Senti ilə görüşü dostluq
xarakteri daşıyır. Bəlkə, onların arasında heç bir başqa sizi na
rahat edə biləcək özgə bir münasibət yoxdur.
Şeydanın son sözlərindən Fridanın ürəyində bir ümid
nöqtəsi yarandı və tez də yox olub getdi. Bu, belə də olma
lıydı. Senti ilə Seara arasında dostluq xarakterli görüşlərin ol
ması yox, məhəbbət macəralı görüşlərin olması artıq Fridaya
məlum idi. Odur ki, o, səsində hiss olunacaq bir kədərlə dedi:
– Əfsuslar olsun ki, bu belə deyildir, Şeyda. Bu mənim
üçün tamamilə gözlənilməz bir zərbə deyildir. Lakin bu
belə də ola bilərdi və oldu. Sentinin çox sadəlövh və təmiz
qəlbə məxsus olduğu mənə çoxdan bəlli idi. Əgər istəsəydim
Dostları ilə paylaş: |