82
müxtəlif vasitələrlə onu özümə cəlb etmək mənim üçün
çətin olmazdı. Mən belə etmədim. Bunu özüm üçün böyük
qəbahət saydım. Mən istəyirdim ki, Senti özü mənə ürəyini
açsın, mənə məhəbbət bəslədiyini bildirsin. Mənə desin ki…
Ancaq, Şeyda, bütün bunlar arxada qaldı. Hadisələr heç də
mənim düşündüklərim kimi cərəyan etmədi. Hadisələrin ge
dişi hər kəsin düşüncə dairəsi çərçivəsindən kənara çıxmasay
dı həyatda böyük qarmaqarışıqlıq olardı və bəlkə də gələcək
hadisələri fikrimiz qabaqladığına görə yaşayışın da mənası
olmazdı. Həyat öz işini görməkdədir. Məni düşündürən
məsələlər səbəbini bilmədiyim bir sonluqla nəticələnməkdədir.
Ancaq yaxşı ki, insanlar həmişə onu bəzi çirkin işlərdən qoru
ya biləcək öz vicdanları qarşısında cavab verməli olurlar. Mən
belə bir hissi keçirmişəm. Həsrətin çəkdiyim, xoşbəxtliyimi
təmin edən qüvvənin – Sentinin gözlərimin qarşısında oldu
ğunu bildiyim halda bu qüvvədən istifadə etməməyə çalışı
ram. Buna mənim öz təmiz vicdanım mane olur.
Xanımının kədəri Şeydaya da sirayət etmişdi. O da bir
qədər dalğın və pərişan görünürdü. Malik olduğu halhazır
kı həyat şəraiti kapitalizmin hökm sürdüyü bir şəraitdə heç
də pis deyildi. Lakin o, xanımın belə bir vəziyyətə düşməsini
də istəməzdi. İstəməzdi ki, ona heç vaxt xidmətçi gözü ilə
baxmamış xanımı hicran atəşində daxilən qovrulsun. Xanımı
üçün acı həqiqətin bəlli olduğunu bilən Şeyda başa düşdü ki,
onun bəlkə də Senti ilə birləşə biləcəyi barədə söz salmaq ara
lıqda ürəkdarıxdırıcı bir gərginlik yaratmaqdan başqa bir şey
ola bilməz. Odur ki, fikirlərini sahmanlayıb dedi:
– Siz düzgün hərəkət etmisiniz, mənim xanımım. Əgər siz
Sentini başqa bir qadını sevdiyi halda özünüzə cəlb etməyə
çalışsaydınız və bəlkə də buna nail olsaydınız, o zaman in
sanlar üçün ən böyük xoşbəxtlik mənbəyi olan səadətin
83
qiymətini özünüz üçün ucuzlaşdırmış olardınız. Lakin siz
belə etməmisiniz, bu sizin alqışa layiq bir hərəkətinizdir. Bu
hərəkətiniz üçün siz hər vaxt, öz daxili aləminiz qarşısında fəxr
edə bilərsiniz. Sentini sevən o qadın da sizə qarşı minnətdar
olmalıdır ki, siz də Sentini sevdiyiniz halda, Sentinin başqasını
sevdiyini bilib, onun bu sevgisi xatirinə, iki qəlbin birləşməsi
xatirinə öz sevginizi Sentiyə bildirmirsiniz və ondan ondan
uzaq qaçmağa çalışırsınız. Sizin həyata baxışınız, sizin insana
münasibətiniz əsl insana xas olan münasibətdir. Dünyamızda
insanlar meydana gələndən bəri, onların arasında daim saf
lıq, təmizlik, əxlaqlılıq nümunəsi göstərənlər irəli çıxmışlar
və həmişə də insan cəmiyyəti arasında bəd niyyətlərdən uzaq
əqidələr yaymağa çalışmışlar. Xanımım siz də öz alicənab
hərəkətlərinizlə ilk bünövrəsi ulu əcdadlarımız tərəfindən
qoyulan paklıq nümunələrindən birini yaşadırsınız və bu
nunla da öz təmiz vicdanına ləkə salmamaqla yanaşı, insan
cəmiyyətinə təmizlik nümunəsi olan saf əməllərinizlə xidmət
göstərirsiniz. Bir sözlə, siz öz xoşbəxtliyinizi başqalarının bəd
bəxtliyi üzərində qurmağa çalışmırsınız.
Bu deyilən sözlərdən sonra daxilən yüngülləşən Şeyda
kimi, Fridanın üzündə də zahirən qüssənin yavaşyavaş silin
diyini sezmək olardı.
Anasının qoyduğu şirniyyatı, ondan icazəsiz yerini bildi
yi halda götürməkdən imtina edən uşaq kimi, Frida da öz
hərəkətlərindən razı idi. Buna görə də o, artıq özünü ələ al
mışdı və daxilən də bir qədər sakitləşmişdi. Həyatın insana
bəxş etdiyi ən böyük töhfələrdən biri də ondan ibarətdir ki, in
san düşdüyü çətin vəziyyətdən daxilən nə qədər narahat olsa
da, adicə xoş sözdən də bir o qədər sakitləşə bilir. İnsana xas
olan belə bir psixi xüsusiyyət təbii ki, Fridada da var idi. Odur
ki, o da Şeydanın son sözlərindən sonra bir qədər sakitləşdi və
84
beləliklə də öz daxili aləmində bir qədər dəyişiklik yarandı
ğını hiss etdi. Buna görə də hiss olunacaq gümrah səslə dedi:
– Şeyda, hadisələrin inkişafı belə də nəticələnməliydi. Axı,
Senti mənə qarşı meylli olsa da, Searanın vurğunudur. Axı,
mənə məlumdur ki, Senti Searanı dəlicəsinə sevir və onların
sevgisi qarşılıqlıdır. Mən başqasını sevən bir qəlbə öz sevgi
toxumlarımı səpməyə qadir deyiləm, həm də səpmək belə
istəməzdim. Mən belə etmək istəməzdim, Şeyda. Bu da mənim
öz məhəbbətimi qəlbimdə sərt daşlara çevirməyə vadar edir
və Sentini də xəyalən həmən daşlara zəncirləyir. Məni yaşa
dan da elə bu xəyalən zəncirlənmiş xəyaldır.
Xanımını diqqətlə dinləyən Şeydanın nə düşündüyünü
demək çətin idi. Təkcə onu demək kifayətdir ki, onun daxilən
təlatümə gələn hissləri bircə şeyə xidmət etməyə çalışırdı.
Kaş xanımın iztirablarını tamamilə yüngülləşdirə biləcək bir
söz deyə biləydi. Lakin belə bir imkan yox idi. Öz narahat
hisslərini cilovlayıb sözə başlayan Şeyda Fridaya müraciətlə
dedi:
– Xanımım, dünyanın işləri belədir. Əgər Senti öz məhəb
bətini Seara ilə yox, səninlə bölüşsəydi, o zaman Seara sənin
düşdüyün vəziyyətə düşərdi. Belə olan təqdirdə, o, indi sənin
hərəkət etdiyin kimi hərəkət etsəydi, əlbəttə ki, sən ona qarşı
minnətdar olardın. İndi sənin yeganə təsəllin ondan ibarət ol
malıdır ki, dünyalar qədər sevdiyin bir kəs səninlə bir şəhərdə
yaşayır və öz sevdiyi ilə bir yerdə səadətlərini bölüşməklə
xoşbəxtdirlər. Taleyin indikindən də böyük acı qisməti nəsibin
ola bilərdi. Bütün bunlara baxmayaraq, yaşamaq lazımdır.
İnsanın həyatda insan kimi yaşaması onun həyatda tutduğu
mövqeyindən yox, ideyasının saflığından asılıdır.
Bütün bunları gərginliklə dinləyən Frida baxışlarını bir
nöqtəyə zilləyərək susmuşdu. Bu sükutla keçən gərgin anla
Dostları ilə paylaş: |