74
lıqlı münasibətdə olan sevgi isə əsl sevgidir. Yalnız ölüm belə
sevgililəri biribirindən ayıra bilər. Senti də, Seara da xoşbəxt
idilər. Çünki öz qarşılıqlı münasibətlərini məhəbbət əsasında
qurmuşdular.
Pul, maldövlət, kef, əyləncə hərisləri olan Qrantla Klara
ya isə bütün bu təmiz hisslər demək olar ki, yad idi. Onlar
məhəbbətin yüksək qiymətə malik olduğu həyatda bu qədər
rol oynaya bildiyini anlaya bilməzdilər. Hər hansı bir hissi
keçirdikdən sonra onun mahiyyəti sənə aydın olduğu kimi,
məhəbbətin də saflıq, təmizlik təcəssümü kimi həyatda oy
nadığı rola, onun gücünə belə bir hissi yaşamadan inana
bilməzsən. Odur ki, Qrantın Klaraya müraciətlə dediyi: –
Məhəbbət Senti ilə Searanı birləşdirə bilərmi? Sən məhəbbətin
gücünə, onun həyatda oynadığı rola inanırsanmı? – sualına
Klara cavab verməkdə çətinlik çəkdi. Odur ki, bir qədər yor
ğun səslə dilləndi:
– Əzizim Qrant, mən həyatda məhəbbətin oynadığı rolu eti
raf etdiyim kimi, inkar da edə bilərəm. Ona görə inkar etmirəm
ki, mənimlə lap gənclik çağlarımda rastlaşan və bir neçə ay
lıq xoş əyləncəmiz olan bir kişinin surəti, hərəkəti, davranışı
xəyalımda silinməz izlər buraxıb. İstədiyim vaxt mən bu surəti
xatırlaya bilirəm və bu mənim üçün bir növ zövq mənbəyi
olur. Mən bu hadisəni özüm üçün xoş bir hadisə hesab edirəm
və bəlkə də həmən o kişini vaxtiylə sevdiyimi deyə bilərəm.
Lakin bunu tam dürüstlüyü ilə müəyyənləşdirmək çətindir.
Məgər mən onunla indiyə qədər yaşasaydım və halhazırda da
sevsəydim, bu məhəbbət deyildimi? Məsələnin
ikinci tərəfinə
gəlincə isə kəmsəni ürəkdən sevməmək üstündə özünü qına
maqda heç kəs haqlı deyildir. Mən bəlkə də sevə biləcəyim bir
insanla qarşılaşmadığım halda necə sevə bilərəm? Həyatda
heç kəsi sevmədiyim halda isə məhəbbətin olduğunu bəlkə