86
– Mənim dərdim böyükdür, Şeyda. Qəlbimdəki çağlayan
hisslərin bünövrəsində Sentiyə olan sevgim özünə məskən
salmışdır. Onu oradan qoparıb atmaq mümkün deyildir. Elə
bəlkə də məni yaşadan, sevdiyim Sentinin ürəyimdə özünə
yer tapması, xəyalən surətini qəlbimdə yaşatmasıdır. Lakin
bu yaşantının da sonu xəyalla bitir.
Xanımına olan sonsuz məhəbbətini, sədaqətini bu əzablı
monastır şəraitində belə ondan ayrılmamaqla bir daha sübuta
yetirən Şeyda sakitsakit onu dinləyirdi. Frida onun simasın
da özünün ən yaxın sirdaşını gördüyü kimi, Şeyda da xanımı
nın simasında özünün ən yaxın rəfiqəsini görürdü. Xanımı ilə
belə qarşılıqlı münasibətdə olan Şeyda ona müraciətlə dedi:
– Mən səni bütün bu söylədiyin həqiqətlər üçün haqsız
saya bilmərəm, xanımım. Yaşamaq üçün həyatda hər şeyə
ümid bəsləmək, bir şeyə gələcək taleyin üçün ümid nöq təsi
kimi baxmaq lazımdır. Bunun özü yaşamaq uğrunda müba
rizənin formalarından biridir. Hiss edirəm ki, düşdüyümüz
bu şəraitdə sənin yaşamağın üçün də yeganə ümid nöqtəsi
Sentinin qəlbində yaşayan xəyalıdır. Lakin çəkdiyin hicran
əzabına, onun sənə bəxş etdiyi işgəncələrə gəlincə isə bütün
bunlar məhəbbət əsiri olanların daimi izləyiciləridir.
Frida onun fikirləri ilə razılaşdığını başını tərpətmək əla
məti ilə təsdiq etdi və bir qədər kədərli səslə dedi:
– Mən yaşadığımız dünyadan da böyük, öz ürək dünyam
da sonsuz fikirlərin qarmaqarışıqlığında öz ahımdan
yaranan
alovlu bir çələng hörüb xəyalən Sentinin və öz boynuma sala
raq iki xəyalı birləşdirən bir vasitə yaratmışam. Elə bir vasitə
ki, monastır şəraitində bundan yaxşı bir ümid nöqtəsi yarat
maq mümkün deyildir. Yalnız son ümidə sığınan insan üçün
bu vasitələrdən istifadə etmək olar. Elə bir vasitədən ki, yalnız
öz bircə mərhəmi ilə dərdini bölüşən, ətrafındakı hadisələri