Elm İşığı İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin elm və elm istehsalı barədə çıxışlarından seçmələr


Altıncı bölmə: Proqramlaşdırma hərəkatı



Yüklə 2,2 Mb.
səhifə19/31
tarix06.05.2018
ölçüsü2,2 Mb.
#42564
1   ...   15   16   17   18   19   20   21   22   ...   31

Altıncı bölmə: Proqramlaşdırma hərəkatı

Birinci fəsil: Məfhumlar


Proqramlaşdırma hərəkatının əsl həqiqəti

Proqramlaşdırma hərəkatı yalnız kompüter proqramları hazırlamaq deyil, hər bir inkişafın həqiqəti və ruhu, elm və onun istehsalıdır. Proqramlaşdırma hərəkatının ruhu elm istehsalı və xalqın istedadını işə salmaqdır. Əgər bir xalq öz kimliyi ilə öz ayağı üstə dursa, onda bu məna güclənəcək və inkişaf edəcək, əks təqdirdə, həmişə başqalarının ardınca düşəcək və nəyəsə nail olsa da, yenə də başqalarının ardıcılı olacaq.667


Elmi dərindən mənimsəməkdən əlavə, həm də istehsal etmək

Əhəmiyyətli olan elm istehsalıdır. Dostlar bəzi statistikalar göstərdilər, mən də qəbul edirəm. Tədqiqat inkişafları və dünyanın mötəbər elmi jurnallarında çap olunan məqalələr barədə də məlumatlar verildi. Lakin unutmayın ki, elm istehsalı, yəni elmin sərhədlərini keçib inkişaf etmək elm öyrənməkdən və dərin biliyə malik olmaqdan fərqli bir şeydir. Bizim birinciyə ehtiyacımız var. Əlbəttə, bu o demək deyil ki, ikincisinə ehtiyacımız yoxdur; ehtiyacımız var, lakin kifayət etmir. Alimlərin müxtəlif elmi sahələrdə, istər humanitar, istərsə də təcrübi elmlərdə yazı və araşdırmalarının yaxşı başa düşülüb, insanın təyin meyarına və uyğun sahədəki son qərarına çevrilməsi yaxşı deyil.668


Proqramlaşdırma hərəkatında məqsəd

Bir neçə il öncə ilk dəfə Əmir Kəbir Universitetində Proqramlaşdırma hərəkatı məsələsini irəli sürdüm. Proqramlaşdırma hərəkatı elmi istehsal etmək, elmin sərhədlərini yarmaq və böyük bir hərəkat vücuda gətirməkdir. Bu təklif yaxşı qarşılandı və bu gün görürəm ki, universitetlərin, müəllimlərin və məsul şəxslərin sözlərində təkidlə vurğulanır. Əlbəttə, bir müddətə qədər bəziləri deyirdilər ki, biz ümumiyyətlə, bu sözün mənasını anlamırıq. Bəziləri də şübhə yayırdılar ki, elm məgər istehsal ediləsidir?! Əlbəttə, əbəs mübahisələr edirdilər və deyirdilər ki, nə üçün deyirsiniz elm istehsalı. Siz adını nə istəyirsiniz qoyun, məqsəd bəllidir.

Proqramlaşdırma hərəkatı budur ki, elmi sahədə oturub əlinizi uzatmayın ki, başqaları əksinlər, meyvələrini toplasınlar və özlərinə lazım odluğundan artığını gətirib sizin əlinizə qoysunlar. Get ək, suvar, başqalarının düzəltdiyi binanın üzərində bina tik. Bizim məqsədimiz bu idi. Bəziləri deyirdilər biz başa düşmürük. İndi də hərdən eşidirəm ki, bəzi insanlar ümidsiz danışırlar. Deyirlər məgər biz bacararıq?! Bəli bacararıq. Biz müxtəlif sahələrdə elmi cəhətdən bu gün dünyada yeni sayılan işlər görə bilərik. Bu, bütün sahələrdə tamamilə mümkündür.669
Elm istehsalı hərəkatı və onun elmi istiqaməti

Sonrakı məsələ Elm istehsalı hərəkatıdır. Biz 6-7 il öncədən bu məsələni demiş, müzakirəyə çıxarmışıq. Bəli, indi bu məsələnin ətrafındakı bəzi mövzular doğrudan da vaxt itirmək və baş qatmaqdır. Misal üçün, elm istehsalının mənası nədir? Elm istehsal olunasıdırmı? Elm kəşf ediləsidirmi? İndi kəşf ediləsidirmi, istehsal ediləsidirmi, tədqiq ediləsidirmi; nə desələr, məqsəd bəllidir. Biz deyirik ki, maddi sivilizasiyanın, həyat məsələləri ilə bağlı sivilizasiyanın mütərəqqi və inkişaf etmiş texnologiyalarının bünövrəsi elmdir. Əgər bu elmi digərlərindən almaq və özünüz istifadəçi olmaq istəsəniz, heç bir yerə çatmayacaqsınız. Bu elm daxildə cücərməlidir.

İnsanın bir şeyi başqasından, onun öyrətmək istədiyi həddə öyrənib şagirdlik etməsi, yaxud həmişə şagird qalmaması fərqli şeylərdir. Mən dəfələrlə demişəm ki, bir xalq həmişə şagird qala bilməz. Biz bir zaman elm və mədəniyyət dünyasında müəllim idik, indi şagird mərhələsinə enmişik. Bir müddət də çox tənbəl şagird olmuşuq, amma bu gün hərəkətə başlamışıq və inkişaf etməliyik; xüsusən də fundamental elmlərdə. Bu elmlər həqiqətən hər bir elmi hərəkətin və mütərəqqi texnologiyanın nəzəri bünovrəsidir. Mən təkid etmişəm və edirəm. Əlbəttə, bu diqqətin və elmi istiqamətləndirmənin yanında əmələ, ölkənin ehtiyaclarını nəzərə alıb o istiqamətdə hərəkət etməyə də diqqət yetirməliyik. Bu da ikinci mühüm məqamdır.670
Yeni düşüncənin dəyəri

Bir elm adamının canında yeni bir düşüncənin meydana çıxması, yeni bir nəticənin yaranması təbii bir cücərmədir. Qoyun bu cücərmə baş versin, inadkarlıq etməyək, deməyək ki, məmurlar bizim işimizi yaxşı qarşılamadılar, onda biz də filan işi görək. Xeyr, sizin işinizin dəyəri o qədər yüksəkdir ki, onun davam edib-etməməsi məmurların köməyindən asılı deyil. Bəli, bəllidir ki, məmurların köməyi bəzən həyati əhəmiyyət kəsb edir; o öz yerində. Mənim sizə tövsiyəm budur.671


Yenilik zərurəti

Bəzi iqtisadi nəzəriyyəçilər deyə bilərlər ki, cənab, olmaz, əgər iqtisadi inkişafa nail olmaq istəyirsinizsə, mütləq təbəqələr arasındakı fərqi qəbul etməlisiniz. Məhz burada biz yeniliyi yada salırıq. Belə düşünməməliyik ki, Qərbin iqtisadi proqramları bəşər nailiyyətinin son həddidir. Xeyr, bu da bir proqramdır, bunun da bir dövrü var. Bu dövr bitəcək və yeni düşüncə meydana çıxacaq. Axtarın həmin yeni fikri tapın.672


Hər yerdə yenilik

Yenilik xüsusi bir yerə məxsus deyil. Laboratoriyada, tədqiqat mərkəzində, sinifdə, elm hövzəsində, universtetdə, sənaye mərkəzində, idarədə, tarlada, bağda - hər yerdə yaradıcı və yenilikçi insanların yaradıcılığı hər bir işi bir addım irəliyə apara və ümumilikdə ölkəni mühüm bir keçiddən keçirə bilər.673


Yeniliyin mənası

Yenilik bir-birinin ardınca yeni layihə yaratmaq demək deyil. Yenilik - düşüncədə, fikirdə yenilikdir, yeni yolları tapmaq və onları işin proqramı və bələdçisi kimi hökumətin - istər bu hökumətin, istər gələcək iyirmi ilə qədər digər hökumətlərin ixtiyarına buraxmaqdır. Yeniliyin mənası odur ki, yeni üsullar tapaq.674


Elm istehsalının dünyəvi faydalarına diqqət

Bir yayınma budur ki, dünyanı unutsunlar. Dünyanı unutmaq həyat və məişət nemətlərini unutmaq və onlara etinasız yanaşmaqdır. Keçmişdə dindar toplumda baş verən çoxlu problemlər kimi bu da başqa bir yayınmadır: axirət və din məsələlərinə diqqət, dünya nemətlərinə və Allah-Taalanın bu dünyada yaratdığı istedadlara diqqətsizlik. Bu da yayınmalardan biridir: “O sizi yerdən (torpaqdan) yaradıb oranı abadlaşdırmanızı istədi”.675 Allah sizə yeri abadlaşdırmağı əmr etmişdir. Abadlıq nədir? Yəni maddi aləmdə mövcud olan tükənməz istedadları bir-bir kəşf etmək, onları insanın istifadəsinə vermək və insanı bu vasitə ilə irəliyə aparmaq. Bizim dediyimiz elm, elmin istehsalı və bu kimi məsələlər bundan ötrüdür.676




Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə