Elm İşığı İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin elm və elm istehsalı barədə çıxışlarından seçmələr


Üçüncü fəsil: Cəmiyyətdə elmə təmayül və mədəniyyət yaratmaq ruhunun bərqərar olması



Yüklə 2,2 Mb.
səhifə21/31
tarix06.05.2018
ölçüsü2,2 Mb.
#42564
1   ...   17   18   19   20   21   22   23   24   ...   31

Üçüncü fəsil: Cəmiyyətdə elmə təmayül və mədəniyyət yaratmaq ruhunun bərqərar olması


Cəmiyyətdə elmi ruhun bərqərar olması

Belə bir proqramda sizin dediyiniz məqsədlərdən əlavə, başqa bir məqsəd də nəzərdə tutula bilər və o, cəmiyyətdə elmi ruhun bərqərar edilməsidir. Bunun özü mühüm bir şeydir. Daha tələbə məsələsi deyil ki, elmə həvəs göstərsin, elmi fənlərlə məşğul olsun. Bizim yaşadığımız cəmiyyətdə xalqda, hətta bir kəndlidə də elmə rəğbətin olub-olmaması əhəmiyyətli məsələdir. Bu, iki növ həyata səbəb olur. Biz gərək düzgün yollarla, hər bir mümkün vasitə ilə cəmiyyətdə birincisini təmin edək və yaradaq.

Biz nə qədər inkişaf etsək, bu rəğbət cəmiyyətdə elmi ruha daha müsbət və dərin təsirlər göstərəcək. Bu təsirlərdən biri budur ki, hər kəs elm öyrənməyə və elmsizlikdən qaçmağa həvəslənəcək. Misal üçün, bir əkinçini fərz edin. Bilir ki, əkinçiliyi üçün dərmandan, gübrədən və elmi üsuldan istifadə etsə, bu il üç ton əvəzinə dörd ton buğda götürəcək. Bir nəfər var ki, burada ümumiyyətlə, bir elmin, üsulun, qanunun mövcud olmasına inanmır; düşünmür ki, biz bu qanunu öyrənsək, yaxşı işləyərik. Bu əkinçi ilə qanunun olduğuna və bunun ona faydalı olacağına inanan şəxs arasında fərq var. Bu şəxs qanunu öyrənməyə həvəs göstərir, ümumiyyətlə, laqeyd olan, inanmayan və "hamısı boş sözdür" - deyən şəxs kimi etmir. Biz cəmiyyətin müxtəlif səviyyələrində bu elmi ruhu yaratmalıyıq. Elmə rəğbət çox mühüm məsələdir.690
Diploma meylin yerinə elmsevərlik hissi

Mənim əzizlərim! Lazım olan iş və təlimdir. Əziz müəllimlər! Gəncləri yetişdirin, yeniyetmələri iş, müstəqillik və elmsevərlik hissi ilə yetişdirin, diplomsevərlik hissi ilə yox. Diplom nədir?! Diplom fərdin müəyyən bilgilərə yiyələndiyini göstərmək üçün olsa, yaxşıdır. Lakin təsir mənşəyi ola bilməz. Mühüm olan elmdir.691


Orta məktəblərdə dərs və tədqiqata rəğbət

Orta məktəblərdə elə iş görülməlidir ki, gənc bütün varlığının dərsə, elmə və tədqiqata yönəlməli olduğunu bilsin. Bu bir məsələdir; yəni indiki və gələcək nəsillərdə elmə, tədqiqata, dərsə, savadlanmağa və alim olmağa rəğbət yaratmaq. Əgər bu iş görülsə, o zaman kitab oxumaq problemi də həll olunar. Ölkəmizdə kitab oxumaq problemimiz var, xalqın kitab oxumağa hövsələsi çatmır. Bu həmin məsələyə görədir.

Buna əsasən, orta məktəblər bütün fəaliyyətlərində bu iki vəzifə və meyarı diqqətdə saxlamalıdır: ölkənin elmi-mədəni gücünü dərinləşdirmək və gənclərdə həqiqi imanı möhkəmlətmək.692
Tədqiqatın ümumi inama çevrilməsi

Bizim ilk işimiz dəfələrlə təkrar etdiyimdir. Biz elm və tədqiqatı ümumi bir inam şəklinə salmalıyıq ki, bu işə ümumi səy göstərilsin; yəni həqiqətən, bütün quruluş üçün əhəmiyyətli olsun, bir hissəsi üçün yox.693


Elmi nümunələrlə iclaslarda məqsəd

Mənim fikrimcə, bu məclisin qurulması bir simvolik məqsədə görədir. Biz itsəyirik ki, bu işlə elmə, cəmiyyətin istedadlarına, elmi nümunələrinə hörmət göstərək, ölkədə yüksək istedad əmsalına malik olan bir düşüncə və beyin meyarı uca tutulsun və ona dair bir yarışma, şövq, ümumi hərəkət və hörmət yaransın. Siz elə şəxslərin nümunələrisiniz ki, biz cəmiyyətdə İslam quruluşunun, məmurların və bütün ölkənin onlara hörmət etdiyini elan etmək istəyirik. Bu, siz əzizlərin bəzisinin dilində və beynində olan mədəniyyət formalaşdırmaqdan ötrüdür. Əlbəttə, bu məclisin mənim üçün digər böyük faydaları da var. Mən gənclərlə keçirdiyim əksər məclislərdən faydalanıram.694


Zorla mədəniyyətə çevrilmiş "Biz bacarmırıq" fikri ilə mübarizə

Bir əzizimiz dedi ki, mən cümə namazında belə demişəm: “Ölkənin elm adamlarından gözləyirik ki, əlli ilə qədər dünyaya elm ixrac edək”. Bu, qeyri-mümkün bir şey deyil. İndi siz özünüzə müraciət edin; əgər bu söz sizə imkansız və absurd görünürsə, bilin ki, hələ də “siz bacarmırsınız, bacarığınız yoxdur!” deyib, zorla yeritdikləri ənənə hələ beyinlərinizdə mövcuddur. Bu yalançı ənənəni yox etməliyik. Bu tamamilə mümkündür.695


Yaradıcılığa həvəsləndirmə və elmi nəzəriyyələrdə rəqabət

Nəzəriyyə və düşüncə istehsalı hövzə və universitetdə ümumi bir dəyərə çevrilməli, nəzəri və praktik ağlın müxtəlif sahələrində nəzəriyyəçilər təqdir edilməli, yenilikçilərə mükafatlar verilməli, sözləri dinlənməlidir ki, digərləri də yaradıcılığa və ictihada həvəslənsinlər. İdeyalar məntiq, əxlaq çərçivəsində və islami inkişaf istiqamətində bir-biri ilə rəqabət aparmalı və yarışmalıdırlar ki, İslam dünyası kimliyini və izzətini geri qaytarsın və İran xalqı yenidən layiqli olduğu beynəlxalq mövqeyə nail olsun.696


Elm istehsalı barədə danışmaqda məqsəd

Biz elm istehsalı barədə dəfələrlə universitetdə danışmışıq, yenə də danışırıq, gələcəkdə də inşallah danışacağıq. Onun mənası bu deyil ki, hər bir dinləyicimizdən elm istehsal etməsini istəyirik. Mənası budur ki, bu, dəyər, məqsəd və ardınca fərdi maraqlar gələn ümumi hərəkət olsun.697


Elm istehsalı şüarının ümumi inama çevrilməsi

Mən mənası elmin təqlid və tərcümə vəziyyətindən çıxması olan elm istehsalı, yaxud Proqramlaşdırma hərəkatını irəli sürəndə məsələ bu qədər aktual deyildi. İndi hansı universitetə gedirəmsə, görürəm müəllim, tələbə və tədqiqatçı Proqramlaşdırma hərəkatından danışır. Bu, yaxşı haldır. Bir toplumda yaranan inam güclü və müntəzəm hərəkətin dayağıdır. Biz bunu istəyirik. Mən deyirəm ki, siz bu məsələlərdə ciddi olmalısınız. Ölkə məsələlərini və gələcəyi oyuncaq hesab etmək olmaz.698


Proqramlaşdırma hərəkatının universitet mənsublarının ümumi inamına çevrilməsi

Mən görürəm ki, gənclər arasında yayılmasını və inam halına düşməsini arzu etdiyimiz anlayışların çoxu bu gün onların özləri tərəfindən yayılır. Siz gənclər, həmçinin müəllimlər və möhtərəm rektorlar elm istehsalından, Proqramlaşdırma hərəkatından, universitetlə sənayenin əlaqəsindən və ölkəmizin izdihamlı gənc toplumunda yatmış çoxlu ümidlərdən danışırsınız. Bunlar mənim ümid və arzularımı təşkil edən amillərdir. Bunları universitetlərdə deyəndə özüm də ümidvar idim. Lakin çoxları deyirdilər ki, bunun faydalı yoxdur.699


Tədqiqatı və tədqiqatçını qorumaq

Qardaşların biri istixana misalını vurdu. Bu, düzgün misal deyil. Ölkədə ümumi mühit elmin təbliği, istehsalı, genişləndirilməsi, tədqiqi, eləcə də alim və tədqiqatçı yetişdirmək üçün əlverişli olmalıdır. Ümumi mühit belə olduqda mənası bu deyil ki, bütün evlərdə, yaxud cəmiyyətin hər bir nöqtəsində araşdırma aparılmalıdır. Xeyr, elmin öz yerində vücuda gəlməsi lazımdır. Ümumi mühit elmi mühit olacaq, tədqiqat mühiti olacaq, lakin elm və tədqiqat münasib və uyğun yerdə inkişaf edəcək; məsələn, universitetlərdə, tədqiqat mərkəzlərində və bu tip yerlərdə. Buna əsasən, istixana düzəltmək və istixana mühiti yaratmaq söhbəti əsla yoxdur. İstixana o işə yarayır ki, bəzək üçün bir şey düzəltsinlər və gül bayıra çıxanda 24, yaxud 48 saat stolun üstündə qalsın. Sonra isə o gül daha işə yaramır. Mühit elə olmalıdır ki, bu məhsulu qorumaq və ondan bəhrələnmək mümkün olsun.700


Xalqı elm istehsalına qarşı həssas etmək

Ölkədə elm məsələsi çox əhəmiyyətlidir. Dəqiq və hərtərəfli araşdırma ilə insan bir neçə məsələnin çox vacib olduğunu anlayır. Onlardan biri elmdir. Gələcək üçün bizim elmə ehtiyacımız var. İrəli sürülən proqramlaşdırma, elm, düşüncə və fikir istehsalı hərəkatı ciddi sayılmalıdır. Xoşbəxtlikdən, şərait əlverişlidir və çox yaxşı qarşılanır. Xalqı elm, təhlükəsizlik, elmi nümunələr yetişdirmək, milli iqtidar baxımından həlledici və təkanverici iş və yaradıcılıqlara qarşı həssas edin.701


Bütün elmlərdə istehsalçılıq hissi

Elm təkcə maddi deyil, humanitar elmlər də çox əhəmiyyətlidir. Elmin bütün sahələrində sözün əsl mənasında başucalığı duymalı, bir millət və bir elmi cəmiyyət olaraq, özümüzdə elm istehsalçısı olmaq və elm zirvələrini fəth etmək hissini yaratmalıyıq. Bu kimin işidir? Bunun ən mühüm təməllərindən biri universitetlərdir.702


Elmin intrinsik dəyərinə inam yaratmaq

Elmi nümunələr bu mədəniyyəti cəmiyyət arasında digərlərindən çox genişləndirə bilərlər. Bir insan fəlsəfi, irfani bilgilərlə, yaxud müxtəlif bəşər elmlərindən hər hansı biri ilə tanışlığı və incəsənət zövqünə malik olmağı bir dəyər bilsin; heç kəs bilməsə də, pula çevrilməsə də, dar düşüncələr bazarında düzgün və yaxşı müştərisi olmasa da. Bu mədəniyyət çox yaxşı mədəniyyətdir. Bu, ölkədə elm, tədqiqat və incəsənət axınını inkişaf etdirə bilər və bizim buna ehtiyacımız var. Belə olmasın ki, biz incəsənətlə, yaxud elmlə məşğul oluruqsa, maddi bir qarşılığa görə olduğunu təsəvvür edək və əgər burada bir şey əldə etməsək, başqa bir yerə gedək. Düzdür, insanların təbiəti bəzən bu işlərə çəkilir, lakin dini və islami mədəniyyət bu deyil.703


Elm və texnologiya istehsalının Allah yolunda cihad olması

İstehsal nədir? Məqsədim yalnız məhsul istehsalı deyil. İstehsal geniş bir çərçivədə xalqın şüarı olmalıdır. İş, elm, texnologiya, sərvət, bilgi, fürsət, iqtidar, məhsul, işgüzar insanlar istehsalı - bunların hamısı istehsaldır. Bizim xalqımız həm hökumət və həm xalq olaraq bu istehsala səy göstərməlidir. Bu, milli təhlükəsizliyin, ölkənin iqtidar və inkişafının təminatçısıdır. Bu bir cihaddır. Mən bu gün həm məsul şəxslərə, dövlət məmurlarına, həm də xalqa, xüsusən də siz gənclərə deyirəm ki, bu bir cihaddır. Bu gün elm, əmək, yaradıcılıq, xalqın ehtiyacı olan məhsul, bacarıqlı kadr, fürsət və başucalığı istehsalı - bunların hər biri bir cihaddır. Allah yolunun mücahidi istehsal edəndir. Elmi həm öyrənməli, həm də istehsal etməliyik. Biz alim bir ölkə olmalıyıq.704


Elmin cəmiyyətin əsas ümumi istəyinə çevrilməsi

Dəfələrlə dedik və bundan sonra onlarla, yüzlərlə dəfə də deyəcəyik; siz də deyin və elə edin ki, cəmiyyətin beyni bunlara vərdiş etsin, elmsevərlik və elmin əsas sayılması hissi bütün sahələrdə cəmiyyətə hakim olsun.705


Elm istehsalı məsələsinin ümummilli mövzuya çevrilməsi

Ciddi şəkildə sizinlə əlaqədar olan başqa bir məsələ də elm istehsalı məsələsidir. Xoşbəxtlikdən, mən görürəm ki, universitetlərdə elm istehsalı və elmin sərhədlərini aşmağın zəruriliyi ümumi bir istəyə çevrilmişdir. Bu mənim üçün çox sevindirici və ümidvericidir. Bunu icra etməlisiniz. Mənim bu əzizlərimin elm, tədqiqat, araşdırma, elmi nümunə yetişdirmək, əlaqə mərkəzləri yaratmaq və digər məsələlər haqdakı təkliflərinin hamısı elm istehsalı istiqamətindədir. Bu çox dəyərlidir və bu yolu davam etdirmək lazımdır. Biz geridəyik.706




Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə