Elmi 1 electron doi jurnal11. qxd qxd



Yüklə 66,4 Kb.
Pdf görüntüsü
səhifə1/5
tarix30.12.2023
ölçüsü66,4 Kb.
#165876
  1   2   3   4   5
E.N.Ramazanova



NEFT VƏ QAZ YATAQLARININ İŞLƏNMƏSİ VƏ İSTİSMARI
UOT 622.276
DOI: 10.5510/OGP20100100005
ABŞERONUN UZUN MÜDDƏT İŞLƏNMƏDƏ OLAN ÇOXLAYLI NEFT 
YATAQLARININ POTENSİAL İMKANLARININ AŞKAR EDİLMƏSİ 
VƏ SƏMƏRƏLİ MƏNİMSƏNİLMƏSİ YOLLARI
E.N.Ramazanzadə 
“Neftqazelmitədqiqatlayihə” İnstitutu
Son zamanlarda uzun müddət
işlənmədə olan yataqların qalıq ehtiy-
atlarının tam çıxarılmasına böyük
diqqət verilir. Buna görə də işlənmənin
son mərhələsində olan neft yataq 
-
larının daha dəqiq öyrənilməsi və
qiymətləndiriməsi üçün onun potensial
imkanlarının tam aşkar edilməsi, bu
istiqamətdə mövcud metodikanın
nəzəri əsaslarının təkmilləşdirilməsi
tələb olunur.
Ümumi sahəsi 8000 km2 olan
Abşeron neftli-qazli rayonunun
yataqları mürəkkəb tektonik quruluşa
malikdir. Belə ki, qırışıqlar əksər hal-
larda uzanmış assimmetrik braxiantik-
linal formada olub, zəncirvari xətlər
üzrə düzülmüşlər. Abşeron yarımadası,
əsasən məhsuldar qatın kəsilişində,
“abşeron fasiyası” lay dəstələrinin
geniş yayılması ilə fərqlənir [1].
Abşeron ərazisini, mövcud
əsas meyarlar üzrə, yataqların
öyrənilmə səviyyələrinə görə (hələ
öyrənilməmiş, axtarışda, kəşfiyyatda,
işlənmədə, işlənmənin son mərhə 
-
ləsində olan yataqlar); geoloji quru 
-
luşun və kollektorların xüsusiy 
yət 
-
lərinə görə bircins, qeyri-bircins; ya 
-
taq 
ların tipinə görə lay, tektonik-ek 
-
ranlaşmış, litoloji və struktur məhdud -
laşmış; fəza boşluğunun tiplə rinə görə
məsaməli, çatlı, boşluqlu; karbohid 
-
rogen birləşmə 
lərinə görə neft, qaz-
kondensat; dağ-mədən şəraitinə görə
müxtəlif dərinlik 
lərdə olan, quru və
dənizdə yerləşmiş yataqlar, işlənmə
şəraitinə və mərhə 
lələrinə görə, kar 
-
bohidrogen resurs larının qiymət ləndi -
rilməsi və neft ehtiyatlarının hesab 
-
lanması üçün müasir dövrdə mövcud
olan bütün üsullar arsenalını tələb edən
klassik bir nümunə hesab etmək olar
[2]. Bu növ yataqların bir çoxunda bu
gün resursların qiymətləndirilməsi, eh -
tiyatların he 
sablanması və mə 
nim 
-
sənilməsi mə 
sələlərinin tam həlli
metodik baxımdan açıq qalır ki, bu da
mövcud üsulların təkmilləşdirilməsini,
yeni üsulların yaradılmasını və bu
əsasda ehtiyatların dəqiqləşdirilməsi
tələbini irəli sürür.
Abşeron yarımadasının məh -
suldar qat (MQ) çöküntüləri fasiləli və
fasiləsiz gedən sedimentasiya prosesi
ilə xarakterizə olunan qum, alevrit və
gil süxur 
larından təşkil olub. MQ-ın
kəsiliş boyu öyrənilməsi sahə boyu
öyrə 
nilməsindən daha asandır. Kəs 

-
lişdə xronoloji baxımdan yeddiyə kimi
ritmlər qeydə alınır: yeddinci ritm
–suraxanı lay dəstəsi, altıncı –
sabunçu lay dəstəsi, beşinci və
dördüncü – balaxanı lay dəstəsinin alt
hissəsi, o cümlədən “fasilə”,
üçüncü–qır 
maku üs 
tü gilli və qumlu
lay dəstəsi, ikinci–qırmaku və qır-
makualtı lay dəs təsi; birinci isə - qala
lay dəstəsidir [3].
MQ çöküntülərinin qalınlığı
şimal-qərb istiqamətində azalır. Qalın -
lığın belə azalması həmin istiqamətdə
tədricən layların aşağıdan yuxarıya
kimi ardıcıl olaraq sıradan çıxması,
yəni paylaşması ilə izah olunur.
Bu rayon ərazisində MQ
çöküntüləri üzrə neft-qazlılığın gələ cək
perspektivliyinin əsas istiqamətləri
aşağıdakılardır:
1. Antiklinalların uzaq qa -
nadlarında, sinklinal zonaların qalxma
istiqamətindən qeyri-antiklinal tipli
yataqların aşkar edilməsi.
2. Neft və qaz yataqlarında,
xüsusi ilə aşağı MQ horizontları üzrə
yatağın sahəsi boyu lay rejimləri
sərhədlərinin dəqiqləşdirilməsi, kəsi 
-
lişdə qalınlığı az olan laycıqlarda sınaq
işlərinin artırılması.
3. Uzun müddət işlənmədə
olan çoxlaylı blokvarı yataqların kəş -
fiy 
yat prosesinin başa çatdırılması, o
cümlədən MQ çöküntülərində peyk
yataqların axtarışında tektonik blok,
stratiqrafik mərtəbələrin kəşfiyyatı ilə
bağlıdır.
4.Ehtiyatın mənimsənilmə ef -
fektivliyinin və NVƏ-nin artırılması
ilə bağlıdır.
5. İşlənmənin başa çat dırıl ma -
sı layihəsinin tərtibində “adaptasi 
ya”
faktoru nəzərə alın malıdır.
Bu baxımdan potensial im 
-
kanların aşkar edilməsi və qalıq neft
ehtıyatının və hasilatın MQ-ın kəsiliş
və fərdi yatağın sahəsi boyu paylan-
masının qrafik modelləri verilir (şək.1)
[4].
Birinci və ikinci məsələlər
Abşeron yarımadasında uzun müddət
işlənmədə olan çoxlaylı neft yataq 
-
larında işlənmə nəticələrinin ümumi 
-
ləş dirilməsi, hasilat və qalıq neft ehtiy-
atlarının kəsiliş və zonalar boyu pay-
lanmasının müəyyən edil məsi, üçüncü
məsələdə isə metodiki rəylər, yəni
yataqlarin işlənməsi nəticəsində sahə
boyu sulaşma səviyəsinin təyini
araşdırılmalıdır.
İşlənmədə olan neft yataq 
-
larının ən dəqiq xarakterizə edən
göstəriciləri: cari neft və maye ha 
-
silatının dinamikasi, cəmi neft hasi 
-
latının geoloji neft ehtiyatina olan nis-
bəti (neftvermə əmsalı), bir qazıl 
mış
quyuya düşən ilkin və qalıq çıxarıla
bilən ehtıyatı (ÇBE), qalıq ÇBE-nın
illik mənimsənilmə tempi, quyuların
istismar dövrü, cəmi qazıl 
mış
fəaliyyətdə olan və fəaliyyətsiz quyu-
ların sayı, vahid miqdarda çıxa 
rılan
neft hasilatının xüsusi iqtisadi tutu-
mudur.
Məlumdur ki, respubli 
-
kamızın neft yataqlarının və onların
mənimsənilməsinin əsas xüsu 
-
siyyət ləri, həmin yataqların kəsiliş
boyu neftli olması və bir çox fərdi
yataqlardan ibarət olması, onların
işlənmə sistemində obyektlərin
aşağıdan yuxarı istismara daxil
edilməsı, bu zaman işlənmə üzrə
yatağın kəsilişində bir neçə mərtəbə
ayırd edilməsi və, nəhayət, hər bir 

Yüklə 66,4 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə