Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə28/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
1   ...   24   25   26   27   28   29   30   31   ...   281

Elm haqqında elm 

 

 



 

76

yaratmayan, onun mənafeyinə bilavasitə  təsir etməyən və bu mənada 



neytral olan informasiya da alır ki, onun tədricən yığılması  gələcəkdə 

fəaliyyətlə bilavasitə bağlı olmayan biliklərin yaranması üçün mənbə 

rolunu oynayır. 

Şüurun nisbi müstəqillik əldə etməsində, biliklərin və nitqin yaran-

masında məhz neytral seyrin rolu olmuşdur. Seyr özünə maddi fəaliyyət-

dən fərqli olan ikinci çıxış yolu tapır. Bu yol məntiqi təfəkkürdən və onun 

nəticəsi olan biliklərdən keçir və dil, nitq vasitəsilə maddi dünyaya gətirib 

çıxarır. Biliklər sözlə ifadə olunduqdan sonra yalnız ayrıca bir fərdə mən-

sub olaraq qalmır – ictimailəşir. Bu mərhələdə biliklərin ictimai sintezi və 

tətbiqi yeni səviyyəli və yeni mahiyyətli praktika doğurur. Mənəvi və mad-

dini özündə üzvi surətdə birləşdirən və bir fərd miqyasında həyata keçən 

praktika indi getdikcə daha böyük ictimai miqyas alan mürəkkəb proseslə 

– praktikadan başlanan və çoxpilləli idrak yolunu keçərək yenə də praktika 

ilə tamamlanan halqa ilə və daha doğrusu, spiralvarı hərəkətlə əvəz olunur. 

İdrak mərhələsindən yeni keyfiyyətli praktika mərhələsinə keçid prosesi 

isə müasir dövrdə elmi-texniki tərəqqi ilə bağlıdır. 

Maddi fəaliyyətdən doğan, ondan ayrılmayan və yalnız təcrübə şək-

lində yeni nəslə ötürülən əmək vərdişləri müasir dövrdə də istehsal prose-

sində mühüm yer tutur, bilavasitə icraçılıq işinin, fəhlə  əməyinin  əsasını 

təşkil edir. Lakin ictimai istehsal yalnız bilavasitə icraçılıq fəaliyyəti ilə 

məhdudlaşmır. Onun çox mühüm xüsusiyyətlərindən biri fəaliyyətlə bila-

vasitə bağlı olmayan müstəqil biliklərin fəaliyyətlə birləşdirilməsidir. Bu 

proses müasir dövrdə elmi-texniki tərəqqi sayəsində həyata keçir və onun 

funksional səciyyəsini vermək üçün mühüm rol oynayır. Lakin elmi-texni-

ki tərəqqinin daha mükəmməl mənzərəsini yaratmaq, onun funksiyalarını 

və mahiyyətini daha dəqiq müəyyənləşdirmək üçün bir daha keçmişə qa-

yıtmaq, “müstəqil  şüurun”, biliklərin maddi fəaliyyətlə  əlaqəsinin inkişaf 

yolunu izləmək lazım gəlir. Nəinki yalnız elmi-texniki tərəqqinin, elm və 

texnikanın genezisi də məhz bu yoldan başlanır. 

 



Bilik – Elm – Bilik 

 

 

 

77



 

 

 

 

 

Yeni idrak modelləri 

 

 



Hər bir şey, əgər o tamamlanmış bir formaya və hansı isə funksiyaya 

malikdirsə, deməli, müəyyən bir ideyanın daşıyıcısıdır. Əslində şeylər bir 

yox, bir çox ideyanın daşıyıcısıdır. Lakin biz cisimləri onların mahiyyətini 

ifadə edən ideyaya müvafiq adlandırırıq. Təsadüfi deyil ki, eyni bir şey 

müxtəlif situasiyalarda, kontekstlərdə  fərqli ideyanın önə  çəkilməsi ilə – 

fərqli adla qeyd oluna bilər. Məsələn, formaca dairəvi olan qızıl üzük hən-

dəsi kontekstdə «dairə», öz funksiyası baxımından «üzük», maddi dəyər 

baxımından müəyyən kütləyə malik «qızıl» kimi qeyd edilir. Başqa sözlə 

desək, cismin daşıdığı ideyalardan hər dəfə biri mahiyyət kimi önə çəkilir.  

Burada söhbət ideyanın özündən,  canlı ideyadan yox, onun müəy-

yən növ cisimlərdə passiv halda təmsil olunmasından, onun kopiyalarından 

gedir. Kopiyalar isə çox olur və müxtəlif cisimlərdə daşınır. Hissi dünyada 

hər bir cismi fərqləndirən, onu özü edən isə onun hansı ideyaları və hansı 

nisbətdə daşıması (saxlaması) faktorudur. Cansız cismin, habelə insan dı-

şında bütün canlıların daşıdığı bütün ideyalar passivdir. Hansı isə ideyanın 

önə çəkilməsi, aktivləşməsi, aydınlaşması ancaq idrak prosesində mümkün 

olur.  

Subyekt cismi, hadisəni dərk edərkən onun daşıyıcısı olduğu ideya-



ları məqsədyönlü surətdə axtarıb üzə çıxarır. Yəni cisimdə passiv halda da-

şınan hər hansı ideya öz-özünə, öz sayəsində deyil, subyektin – insanın nə-

zərlərinin yönəlməsi, fokuslanması sayəsində işıqlanır, aşkarlanır. İşraqilik 

təlimində buna işraq, fenomenologiyada isə intensiallıq deyilir.  

Fenomenologiyada istifadə olunan fenomen termini də cismin özün-

dən onunla fərqlənir ki, idrak prosesində cismin daşıdığı bütün passiv ide-

yalar kompleksi deyil, ancaq bir və ya bir neçə ideya aydınlaşır, aktivləşir 

və baxılan kontekstdə cismi əvəz edir. Yerdə qalan isə Kantın «özlüyündə 



şey» adlandırdığı, aktivləşməmiş  və konkret idrak aktında subyekt üçün 


Elm haqqında elm 

 

 



 

78

qaranlıq qalan passiv ideyalar toplusudur. Bu mənada qaranlıq heçlik kimi 



də başa düşülə bilər.  

Beləliklə, «özlüyündə  şey»  əslində Kant fəlsəfəsində  təqdim olun-

duğu kimi, idrak üçün həmişə əlçatmaz, qaranlıq bir sahə kimi deyil, hər 

bir konkret dərk prosesində idrakdan kənarda qalan hissə kimi dəyərləndi-

rilməlidir. Bu cür yanaşdıqda aqnostisizmlə fenomenologiyanın sanki sin-

tezindən çıxış etməklə yeni bir idrak modeli yaranır.  

Bu halda belə bir sual ortaya çıxır: cisimlərdəki hansı isə ideyanın 

aktivləşməsi (işıqlanması) daha çox kimdən (nədən) asılıdır? Cisimdənmi, 

yoxsa subyektdənmi?  

Cismin özü özündə olan passiv ideyaları aktivləşdirmək, işıqlandır-

maq qabiliyyətinə malik deyil. Bu qabiliyyət ancaq insanda var. Lakin in-

san cisimdə olanı necə «görür», yaxud necə tanıyır? Özündə  əvvəlcədən 

olmayan bir ideyanı insan necə «tanıya» bilər? Deməli, bu ideyalar (həm 

də bütün cisimlərə aid olan ideyalar) insanda öncədən vardır. Cisimlə kon-

takt, subyekt-obyekt münasibəti əvvəlcə müvafiq ideyaların insan beynin-

də canlanması üçün bir vəsilə olur. Və sonra bu canlanmış ideyanın guya 

cisimdə də üzə çıxarılması təəssüratı yaranır. Amma cismdəki passiv ide-

ya, əslində yenə də passiv halda qalır.  

Buradan belə bir qənaətə  gəlmək olar ki, insan bütün digər ci-

simlərdən, varlıqlardan fərqli olaraq təkcə öz bədəninin ehtiva etdiyi, yəni 

özünə aid olan ideyaların deyil, həm də bütün digər cisimlərdə olan ideya-

ların daşıyıcısıdır və onları canlandırmaq imkanına malikdir. Həm də bu 

keyfiyyət insan bədəninə aid deyil. Bədən özü də bir cisim olaraq «özündə 

şey»dir, müəyyən passiv ideyaların daşıyıcısıdır. Və onun da dərk olun-

ması üçün işraq, intensiya lazımdır.  

Yeganə belə bir versiya qalır ki, bədəndə yerləşən hansı isə orqan nə 

isə əlahiddə bir keyfiyyətə malikdir, yəni başqa cür proqramlaşdırılmışdır. 

Bax, beyin belə bir əlahiddə xüsusiyyəti ilə bədənin bütün digər orqanla-

rından fərqlənir. O, sanki bütün kosmosda təcəssüm olunmuş mümkün ide-

yaların daşıyıcısı və onların canlandırıla bilməsi üçün bir vasitədir.) 

Necə ki, radioqəbuledici özü bir cihaz kimi müəyyən passiv ideya-

nın daşıyıcısıdır və eyni zamanda tamamilə başqa ideyaların ötürülməsinə, 

səslənməsinə xidmət edir. Yaxud kitab və ya kompüter özləri bir cisim ola-

raq müəyyən mahiyyətə malikdirlər, «kitab» və ya «kompüter» ideyaları-

nın daşıyıcılarıdır. Və bununla belə, həm də olduqca fərqli ideyaların mə-



Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə