Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə119/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   ...   115   116   117   118   119   120   121   122   ...   136

244 
 
Ölkəmizdə  milli  iqtisadi  inkişafın  bazar  münasibətlərinə  əsaslanmaqla  bərqərar  edilməsi 
imkan  verir  ki,  burada  əhalinin  məşğulluq  probleminin  həll  edilməsinin  dövlət  tərəfindən 
tənzimlənməsi mexanizmi aşağıdakı metodlarla müəyyən olunsun: 
İqtisadi metodlar. İş yerlərinin yaradılması və mövcud olanların saxlanılması üçün saibkarları 
stimullaşdırmaq  məqsədi  ilə  güzəştli  kreditləşdirmə,  vergitutma  və  büdcə  siyasəti  yeridilməsi, 
peşəkar kadrların hazırlanmasının hayata keçirilməsi
Təşkilati  metodlar:  Məşğulluq  və  işədüzəltmə  xidmətinin,  informasiya  və  peşəyönümlü 
kadrların hazırlanması və yenidən hazırlanması sistemlərinin yaradılması; 
Qanunvericilik  yolu  ilə:  qanunvericilikdə  nəzərdə  tutulan  inzibati  metodlar-əmək 
müqavilələrinin  bağlanılması,  iş  gününün  uzunluğu,  işçilər  iş  vaxtından  artıq  işlədikləri  hallarda 
əməyin  haqqının  ödənilməsi,  saatlıq  minimum  əmək  haqqının  müəyyən  edilməsi,  məşğulluğun 
təmin  olunması  ilə  əlaqıdar  sahibkarlar  tərəfindən  milli  fondlara  ödəmələrin  tətbiqi,  işədüzəltmə 
kvotalarının müəyyənləşdirilməsi qaydalarının nizama salınması və s (1. s. 518). 
Hazırda  dünya  ölkələrinin  bir  çoxunda,  xüsusən  də  iqtisadi  inkişaf  səviyyəsinə  yüksəlmiş 
dövlətlərdə məşğulluq siyasətinin tənzimlənməsi arzuolunan və qəbul edilmiş formalarından geniş 
şəkildə istifadə edilməkdədir. Hansı ki, bu siyasət özünü effektiv nəticə kimi təqdim etməklə, həmin 
istiqamətdə  təcrübəyə  ehtiyacı  olan  ölkələrin  strateji  hədəflərini  təşkil  edir  və  bir  model  olaraq 
qəbul  olunur.  Bir  sıra  iqtisadi  ədəbiyyatlarda  bu  modellərdən  Yapon,  ABŞ  və  İsveç  modellərinin 
adlarını qeyd edirlər (3, s. 143).  
 
ƏDƏBİYYAT 
 
1. Məmmədli O. Q., İsmayılov F. İ. İqtisadi nəzəriyyə. Bakı: MBM, 2007, 800 s. 
2. Məşğulluq haqqında Azərbaycan Respublikasının qanunu. www.e-qanun.az   
3. Muradov Ş.M. İnsan potensialı: əsas meyllər, reallıqlar, problemlər. Bakı: Elm, 2004, 660s. 
 
ABSTRACT 
Javadkhan Gasimov 
 
Employment as actual problems of modern 
 
The article shows that the socio-economic tensions in many countries turned them into centers 
of economic strength. Also refers to the occurrence of the bitter consequences of the new hotbeds of 
war, terrorist acts, illegal immigrants, unemployment. At the same time, it notes that employment is 
a key priority for solving the problems shown. 
 
 
РЕЗЮМЕ 
Джавадхан Гасымов 
Занятость как актуальная проблема современности 
 
В  статье  показано,  что  социально-экономической  напряженности  во  многих  странах 
превратило  их  в  центры  экономической  напряженности.  А  также  говорится      о 
возникновении таких горьких последствий этого как новые очаги войны, террористические 
акты,  нелегальные  мигранты,  безработица.  Наряду  с  этим,  отмечается,  что  обеспечение 
занятости является основным приоритетом для решения показанных проблем. 
 
      НДУ-нун  Елми  Шурасынын  31  oktyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 02). 
      Məqaləni  çapa  təqdim  etdi: 
İqtisad  üzrə  elmlər  doktoru, 
professor A.Rüstəmov
 
 


245 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 5(79) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 5 (79) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 5 (79) 
 
 
 
 SEVİNC CABBAROVA  
AMEA Naxçıvan Bölməsi 
E-mail: sjabbar@mail.ru   
UOT :331 
DÖVLƏTİN SOSİAL SİYASƏTİ VƏ ƏMƏK POTENSİALINDAN SƏMƏRƏLİ 
İSTİFADƏSİ 
 
Açar sözlər: sosial siyasət, əmək potensialı, məşğulluq, iqtisadi təhlükəsizlik və s.  
Keywords: social policy, employment potential, employment, economic security. 
Ключевые  слова:  социальная  политика,  трудовой  потенциал,  занятость, 
экономическая безопасность. 
 
Müasir  dünyada  əmək  potensialından  səmərəli  istifadə  edilməsi  inkişaf  səviyyəsindən  asılı 
olmayaraq bütün ölkələrdə öz aktuallığını saxlayır. Qeyd etmək lazımdır ki, bu problem inkişaf etməkdə 
olan,  xüsusilə  də  iqtisadi  inkişafda  regional  disproporsi-yaların  güclü  olduğu  ölkələrdə,  daha  ciddi 
xarakter  daşıyır.  Əmək  potensialından  istifadə  səviyyəsi  bir  sıra  amillərdən,  xüsusilə  də,  ölkənin 
iqtisadiyyatının,  məhsuldar  qüvvələrinin  inkişafının,  beynəlxalq  əmək  bölgüsündə  iştirakının,  iş 
qüvvəsinin  peşə-ixtisas  üzrə  hazırlığının  və  s.  səviyyəsindən  asılıdır.  Buna  görə  də  dövlətin  mövcud 
əmək  potesialın-dan  səmərəli  istifadə  edilməsinə  istiqamətlənmiş  siyasəti  o  zaman  səmərəli  nəticələr 
verə bilər ki, o, ölkədə mövcud olan reallığa əsaslansın və perspektivə hesablansın. 
 Məlumdur  ki,  bazar  sistemi  sosial  problemləri  effektiv  həll  etmək  iqtidarında  olmur. 
Doğrudur,  ayrı-ayrı  bazar  modellərində  sosial  problemlərin  həllində  dövlətin  iştirakı  dərəcəsi  və 
mexanizmləri fərqli olsa da, bu bir reallıqdır ki, bütün ölkələrdə dövlətin mühüm funksiyalarından 
biri  səmərəli  sosial  siyasətin  reallasdırılması  ilə  bağlıdır  [4,  s.  76].  Sosial  siyasət  dövlətin  ümumi 
iqtisadi siyasətinin tərkib hissəsi olmaqla aşağıdakı problemlərin mümkün qədər həllinə yönəldilir: 
1)  əhalinin  sosial  cəhətdən  zəif  təbəqəsini  müəyyənləsdirmək  əsasında  onlara  müvafiq 
imtiyazların tətbiqinə; 
2)  Sosial  standartların  (minimum  əmək  haqqı,  yasayış  minimumu,  təqaüdün  minimum 
səviyyəsi və s.) tətbiq edir
3) işsizliyin aradan qaldırılması, məsgullugun təmininə; 
4) əhalinin pullu (ödənişli) və ödənişsiz sosial xidmətlərilə təmin edilməsinə; 
5) Sosial infrasturuktur sahələrinin dövlət və bazar mexanizmləri əsasında maliyyələsdirilməsi 
və inkişaf etdirilməsi və s. 
Dövlətin  sosial  siyasətində  əsas  məqsəd  ümumi  həyat  səviyyəsini  yüksəltməklə  yanaşı 
müxtəlif  əhali  qrupları  arasında  mövcud  olan  fərqi  azaltmaqdan  ibarətdir.  Mövcud  iqtisadi 
ədəbiyyatında və təcrübədə sosial imkanlarına görə əhali 4 qrupa bölünür: 
1) yoxsul; 2) kasıb; 3) orta; 4) tam təmin edilmis. 
Ölkənin  milli  təhlükəsizliyinin  təmin  edilməsində  əsas  göstəricilərdən  biri  yoxsullugun 
səviyyəsinin beynəlxalq təcrübədə onun müəyyənləşmis həddən yuxarı olmamasına nail olmaqdan 
ibarətdir.  Yuxarıda  qeyd  olunan  hər  göstərilən  qruplar  üzrə  dövlətin  xüsusi  sosial  tədbirləri 
hazırlanır və həyata keçirilir. Sosial problemlər mümkün qədər ədalətli həll etmək üçün dövlət, ilk 
növbədə, asagıdakı vəzifələri müəyyənləsdirir (həyata keçirir): 
1) Hər sosial qrupa aid olan əhalinin sayını; 
2) əhalinin demoqrafiya və miqrasiyasına nəzarəti həyata keçirir; 
3) Sosial infrastruktur sahələrini inkisaf etdirir
4) Sosial xidmət sahələrində ödənişsiz limitləri təyin edir; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə