Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə118/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   ...   114   115   116   117   118   119   120   121   ...   136

242 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 5(79) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 5 (79) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 5 (79) 
 
 
CAVADXAN QASIMOV 
AMEA Naxçıvan Bölməsi 
E-mail: cavadxan.yusifoglu@mail.ru  
UOT:331 
MƏŞĞULLUQ MÜASİR DÖVRÜN AKTUAL MƏSƏLƏSİ KİMİ 
 
Açar sözlər: məşğulluq, miqrasiya, milli iqtisadi inkişaf, iqtisadi islahatlar və s. 
Key words: employment, migration, national economic development, economic reforms, etc. 
Ключевые  слова:  занятость,  миграция,  национальное  экономическое  развитие, 
экономические реформы и т.д. 
 
Yeniləşən dünyanın günbə-gün çətinləşən, sərtləşən qanunları, həyat əhəmiyyətli proseslərin 
uğursuzluğa  düçar  olması,  ölkələrin  və  xalqların  müharibə,  terror,  silahlı  münaqişə  təhdidindən 
olduqca  neqativ  təsirə  düşməsi  və  bundan  əziyyət  çəkməsi  dünya  miqyasında  sosial  gərginliyin 
geniş  əhatəsini  formalaşdırmaqdadır.  Hadisələrin  gedişi  göstərir  ki,  müasir  dövrdə  bütövlükdə 
dünyanın özü sosial tarazlığın pozulması nəticəsində: 
1. ölkələrin əhalisinin kütləvi şəkildə qətlə yetirilməsi; 
2. onların demoqrafik tarazlığının pozulmasına; 
3. işsizliyin ciddi təhdidə çevrilməsinə və təbii ki, məşğulluq səviyyəsinin olduq qədər aşağı 
düşməsinə və s. problemlərin baş verməsinə məruz qalmışdır. 
Təəssüf  ki,  bu  acı  gerçəkliklər  təkcə  bir  regionun  deyil,  həm  də  materiklərin  və  qitələrin 
çıxılması  çətin  olan  bataqlığa  düşməsinə  səbəb  olmaqdadır.  Suriyada,  Liviyada,  Misirdə, 
Əfqanıstanda,  İraqda  və  s.  ölkələrdə  cərəyan  edən  müharibə  və  terror  hadisələri  yerli  əhalinin 
kütləvi  şəkildə  qətlinə  şəriat  yaratmaqdadır.  Ölkələrin  sosial-iqtisadi  inkişafının,  ictimai-siyasi 
sabitliyinin  təhlükə  altına  alan  bu  faciələr  bütövlükdə  həmin  ölkələrin  mövcudluğuna  şübhə 
yaratmaqdır.  Bu  isə  təbii  ki,  onların  miqrantla,  işsizliklə  müşayiət  olunan  tənəzzül  meylləri  ilə 
sarsılmasına səbəb olmuşdur. Nəticədə isə Avropanın İtaliya, Fransa, Almaniya və digər ölkələrinin 
qeyd  olunan  problemlərin  həlli  sahəsində  aciz  qaldıqlarını  görməkdəyik.  İstər  mövcud  və  yeni 
yaranan  müharibə  ocaqlarının,  istərsə  də  iqtisadi  böhranın  dərinləşməsindən  öz  ölkələrini  tərk 
etmək  məcburiyyətində  qalan  insanlar  ya  üz  tutduqları  ölkələrin  sərt  miqrant  siyasəti  ilə  üzləşir, 
yaxud da həmin ölkələrə gedərkən faciəli qəzaların qurbanı olurlar. Hadisələrin gedişi göstərir ki, 
təkcə  2014-cü  ildə  200  mindən  çox  qeyri-qanuni  miqrant  Aralıq  dənizindən  keçməklə  Avropa 
məkanına  keçməyi  bacarmışdır.  Qeyd  edək  ki,  miqrantların  böyük  hissəsi  əsasən  dəniz  nəqliyyatı 
vasitəsilə daşınır. Xoşagəlməz halların və qəzaların baş verməsi nəticəsində ötən 2015-ci ilin birinci 
yarısında (əsasən aprel ayında) Aralıq dənizində 800-dən çox insan həyatını itirməli olmuşdur.  
           Heç  şübhəsiz  ki,  bütün  bunlar  müasir  dünyanın  ən  acınacaqlı  vəziyyətini  ortaya  qoy-                                                                          
muş,  nəticədə  isə  yaranan  ən  ciddi  problemlər  meqaiqtisadi  tarazlığın  pozulmasında  özünü 
göstərməkdədir.  Dünya  əmək  bazarında  tələb  və  təklifin  bir-biri  ilə  ziddiyyət  təşkil  etməsi 
milyonlarla işçi qüvvəsinin öz əməyini reallaşdıra bilməməsinə səbəb olmuşdur. Bu isə həm işsizlik 
kimi  ciddi  təhdidə  çevrilmiş,  həm  də  miqrant  problemi  baxımından  mənşə,  tranzit  və  təyinat 
ölkələrin işçi qüvvəsinin də hədsiz ucuzlaşmasına zəmin yaratmışdır. Təbii ki, bu amil nəticəsində 
isə sözü gedən ölkələrin iqtisadi siyasətində məşğulluq potensialını sıfıra endirmişdir.  
 Ümumiyyətlə,  məşğulluq  bütün  dövrlərdə  öz  aktuallığnı  saxlayan,  iqtisadi  sistemlərin  və 
formasiyaların  necəliyindən  asılı  olmayaraq  ölkələrin  sosial-iqtisadi  siyasətlərinin ən  zəruri  tərkib 
hissəsini və hədəflərini təşkil edən strateji məqsəddir. Məşğulluğun sosial-iqtisadi mahiyyəti onun 
insanların məqsədyönlü və səmərəliliyə söykənən fəaliyyətinin nəticəsindən ibarətdir. Elmi mənada 
isə məşğulluq müvafiq qanunvericiliklə tənzimlənməklə, iqtisadi kateqoriya kimi, real gerçəklikdə 


243 
 
iş  qüvvəsi  daşıyıcılarının  iş  yerləri arasında  bölünməsi  və  onların  istehsal  vasitələri  ilə  birləşməsi 
üzrə  olan  ictimai  iqtisadi  münasibətləri  əks  etdirir.  Ümumiyyətlə,  məşğulluq  bütün  dövlətlərin 
iqtisadi  siyasətinin  zəruri  məqsədlərinə  aid  olaraq  işsizliyin  azaldılması  və  əhalinin  maddi-rifah 
halının yüksəlməsində böyük əhəmiyyət daşıyır. İqtisadiyyatın bu strateji məsələsi haqqındakı qeyd 
olunanlarla birlikdə, həm də aşağıdakıları vurğulamaq olar: 
-Məşğulluq  nəzəri  mahiyyət  daşısa  da,  daha  çox  gerçək  və  praktik  olaraq,  insanlar  arasında 
sosial-iqtisadi münasibətlərin əsas tənzimləyicisi kimi çıxış etməkdədir; 
-Məşğulluq cəmiyyətin dünəni, bu günü və gələcəyinin əsası olmaqla, bütün dövrlərdə özünü 
göstərmiş və mövcud olmuşdur. Bundan sonra da olacaqdır; 
-Məşğulluq  iş  qüvvəsinin  düşünülmüş,  planlaşdırılmış  məqsədinin  səmərəliliklə,  faydalılıqla 
müşayiət edilən son nəticəsidir
-Məşğulluq iş qüvvəsinin tam hərəkətə gətirilməsinin əsas meyarıdır. Bu anlayışda insanların 
ehtiyaclarının və artan tələbatının məcmuusu və təminatı məsələsi özünə yet tapır; 
-Məşğulluq şəxsi (təhsil almaq, gəlir əldə etmək) və ictimai maraqların (iqtisadiyyatı inkişaf 
etdirmək, uşaqlara və yaşlılara xidmət göstərmək, hərbi xidmətə getmək və s.) təmin edilməsindəki 
bütün fəaliyyəti də (təbii ki, qanunvericilik əsasında) özündə birləşdirir və s. 
Qeyd  edək  ki,  məşğulluq  haqqında  bəhs  etdiyimiz  təriflərin  davamını  da  göstərmək 
mümkündür. 
         Məlumdur ki, 27 iyun 1991-ci ildə əhalinin məşğulluğu haqqında Azərbaycan Respublikasının 
qanunu  qəbul  edilmişdir.  Daha  sonra  2  iyul  2001-ci  il  tarixdə  məşğulluq  haqqında  Qanununda 
məşğulluğun bütün prinsipləri müəyyən edilmişdir. 
27 iyun 1991-ci il tarixdə qəbul edilmiş Məşğulluq haqqındakı Qanunda göstərilmişdir: 
“Məşğulluq-vətəndaşların  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  zidd  olmayan, 
onların  şəxsi  və  ictimai    tələbatının  ödənilməsi  ilə  bağlı  olan  və  bir  qayda  olaraq  onlara  qazanc 
(əmək gəliri) gətirən hər hansı fəaliyyətidir” (2). 
2  iyul  2001-ci  il  tarixdə  qəbul  edilmiş  eyni  adlı  qanunda  bu  anlayış  müasir  dövrümüzlə 
səsləşmək,  uyğunlaşdırılmaq  və  gələcək  üçün  çox  münbit  zəminlər  nəzərdə  tutmaqla,  daha  da 
təkmilləşdirilmişdir.  Həmin  hüquqi  sənəddə  dövlətimizin  müəyyən  etdiyi  siyasət,  məşğul  şəxs 
adlandırılan  insanlar,  məşğulluq  sahəsində  insanların  hüquqları,  məşğulluğun  tənzimlənməsi, 
məşğulluq  sahəsində  həmkarlar  ittifaqlarının  iştirakı,  işaxtaranlarla  işəgötürənlərin  qanunla 
müəyyən  olunan  münasibətləri  və  digər  mühüm  məsələlərə  ətraflı  olaraq  aydınlıq  gətirilmişdir. 
Orada məşğulluğun müasir dövrümüzə xas tərifi aşağıdakı kimi müəyyən olunmuşdur: 
“Məşğulluq-Azərbaycan  Respublikası  vətəndaşlarının,  Azərbaycan  Respublikasında  daimi 
yaşayan və vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin (bundan sonra vətəndaşların) Azərbaycan 
Respublikasının  qanunvericiliyinə  zidd  olmayan  və  bir  qayda  olaraq  onlara  qazanc  (gəlir)  gətirən 
fəaliyyətidir” (2). 
Qeyd  edilənlərdən  də  aydın  olur  ki,  məşğulluq  dövlətimizin  daimi  diqqət  mərkəzində 
saxladığı  əsas  məsələ  və  tədbirdir.  Bütün  dövrlərdə  məşğulluq  probleminin  səmərəli  həlli  üçün 
qanunvericilik  bazasının  təkmilləşdirilməsi  və  gücləndirilməsi  dövlətimizin  əsas  məqsədini  təşkil 
etmişdir. Məşğulluq haqqında qanunumuzda məşğul olan şəxslərə aşağıdakılar aid edilmişdir: 
1)  muzdla  işləyən,  o  cümlədən  əmək  müqaviləsi  (kontraktı)  ilə  tam  və  ya  tam  olmayan  iş 
vaxtı ərzində haqq müqabilində iş görən, habelə haqqı ödənilən başqa işi (xidməti) olanlar; 
2) sahibkarlar, fərdi əmək fəaliyyəti ilə məşğul olanlar, mülkiyyətində torpaq payı olanlar; 
3) haqqı ödənilən vəzifəyə seçilən, təyin və ya təsdiq edilənlər
4)  Azərbaycan  Respublikasının  Silahlı  Qüvvələrində  və  Azərbaycan  Respublikasının 
qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edənlər; 
5)  əmək  qabiliyyətinin  müvəqqəti  itirilməsi,  ixtisasartırma,  tətil,  istehsalatın  dayanması  və 
başqa səbəblər ilə əlaqədar iş yerində müvəqqəti olmayanlar; 
6) Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə 
məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər; 
7)  Azərbaycan  Respublikasının  hüdudlarından  kənarda  qanuni  əsaslarla  əmək  fəaliyyəti  ilə 
məşğul olan Azərbaycan Respublikasının vətəndaşları (2). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə