Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə116/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   ...   112   113   114   115   116   117   118   119   ...   136

238 
 
(Çin),  Altonaya  (Danimarka),  Dunkirk,  Bayonne,  Loriend  (Fransa)  və  s.)  fərqləndirilir.  XX  əsrin 
sonlarına  doğru  sərbəst  iqtisadi  zonaların  ölkələr  üzrə  dinamikasında  baş  verən  dəyişikliklər  onların 
sayının  kifayət  qədər  sürətlə  artması  haqqında  fikir  söyləməyə  imkan  verir.  Belə  ki, ABŞ-da  1970-ci 
ildə mövcud olmuş 10 müvafiq zonaya qarşılıq bu göstərici 1980-ci ildə 60-a (yəni 6 dəfə çox), 1990-cı 
ildə  isə  80-ə  bərabər  idi  (müvafiq  olaraq  8  dəfə  və  1,33dəfə).  Bu  göstərici  eyni  zaman  ifadələrində 
Avropa Ölkələrində 50, 90, 120, Afrika ölkələrində 10, 50, 70, Orta Şərq ölkələri üzrə 2, 15, 50, Uzaq 
Şərq ölkələri üzrə 15, 35, 60 vahidi təşkil etmişdir. Ümumilikdə dünya üzrə isə sərbəst iqtisadi zonaların 
sayı 1970-ci ildəki 131-dən, 1980-ci ildə 362-yə, 1990-cı ildə isə 500-ə yüksəlmişdir. 
Həmçinin bir faktı qeyd etmək yerinə düşər ki, sərbəst iqtisadi zonaların yaradılmasında əsas 
ağırlığı inkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələr təşkil edir. Misal üçün, 1975-ci ildə təkçə 
zəif  inkişaf  etmiş  ölkələr  tərəfindən  103  sərbəst  iqtisadi  zonanın  yaradılması  haqqında  informasi-
yalar mövcuddur.       
Sərbəst zonaların tarixi inkişafı onların tərkibinin müəyyənləşməsinə də təsir göstərmişdir. Bu 
baxımdan  bildirilən  düşüncələr  sərbəst  zonaların  aşağıdakı  qruplarının  seçilməsini  səciyyələndirir 
(sxem 1.) 
 
Sxem 1. Sərbəst iqtisadi zonaların formaları 
 
 
 
 
 
 
 
 
 
 
 
Mənbə: sxem müəllif tərəfindən tərtib olunub 
Sxem  1-in  məlumatlarından  da  göründüyü  kimi,  sərbəst  iqtisadi  zonalar  kifayət  qədər  geniş 
tərkibə  malikdirlər.  Bununla  belə  ifadə  olunan  qruplar  zonalar  üzrə  fərdiliyin  qorunmasına  işarə 
vurur.  Halbuki  beynəlxalq  təcrübədə  bu qrupların  (məsələn  bankçılıq  və  sığortaçılıq  istiqamətləri-
nin)  eyni  zonada  fəaliyyət  göstərməsinə  də  rastlanılır.  Düşünürük  ki,  müvafiq  istiqamətdə  sərbəst 
universal  (bir  neçə  formanı  birləşdirən)  zonanın  yaradılması  imkanlarının  (sahəvi  yerləşdirmə, 
optimallıq və s. baxımdan) nəzərdən keçirilməsi, bu istiqamətdə sistemli araşdırmaların aparılması 
məqsədəuyğun olardı.  
İqtisadi təcrübədə haqqında bəhs etdiyimiz  “universallıq” məsələsi bir neçə aspektdə qiymət- 
ləndirməyə  məruz  qala  bilər.  Bu,  bir  tərəfdən  daha  əhatəli,  çoxtərəfli  xidmətlərin  göstərilməsini 
özündə ehtiva etdiyi halda digər tərəfdən isə elə həmin zonalar üzrə fərdi geriləmə hallarının aradan 
qaldırılması (məsələn, 1958-ci ildə İrlandiyada – Şennon hava limanında olduğu kimi) üçün istifadə 
oluna bilər   
Sərbəst iqtisadi zonaların aparıcı tərkib hissəsini təşkil edən sərbəst ticarət zonaları tədqiqatın 
həyata keçirilməsində əsas məqamlara toxunmağa imkan verir. Bu baxımdan araşırma işində biz ilk 
növbədə aşağıdakı iki maddəni dərindən incələməli, müvafiq fərqləndirmə işlərini aparmalıyıq: 
1.
 
sərbəst ticarət zonasının ümumi təzahür forma və imkanları, onların çoğrafi  yerləşdirilmə 
və fəaliyyətinin təşkili məsələləri və s. 
2.
 
regional  səviyyədə  (konkret  halda  Naxçıvan  Muxtar  Respulikası  sərhədləri  çərçivəsində) 
ümumi cəhətlərin ifadə olunma xüsusiyyətləri. 
Sərbəst  ticarət  zonaları”  anlayışı  məzmun  ifadəsində  ilk  növədə  aşağıdakı  parametrlərin 
mövcudluğuna diqqəti çəkir: 

 
istənilən  ölkə  üzrə  xarici  ticarətdə  tətbiq  olunan  qanun  və  qadağaların  tamamilə  və  ya 
qismən dondurulması, fəaliyyətin həyata keçirilməsi baxımından daha əlverişli hala gətiril-məsi; 
Sərbəst iqtisadi zonaların (SİZ) formaları 
Sərbəst ticarət zonaları  
Sərbəst istehsal zonaları  
Sərbəst bankçılıq zonaları  
Azad hava limanları 
Gömrüksüz satış mağazaları 
Sərbəst sığortaçılıq zonaları  
Sərbəst iqtisadi zonalarının beynəlxalq təcrübədə rastlanan digər mümkün formaları 


239 
 

 
onların  yaradılmasında  məkan  ifadəsinin  əlverişliliyinin  nəzərə  alınması  (əsasən  sərhəd-
yanı  bölgələrdə,  dəniz  və  hava  limanlarında  və  ya  onların  yaxınlıqlarında,  dəmir  yolundan  aktiv 
istifadə imkanları olan ərazilərdə və s.); 

 
sərbəst ticarət zonasının ixtisaslaşma istiqamətinin (iqtisadi sahələr və fəaliyyət istiqamət-
ləri üzrə) müəyyən edilməsi

 
sərbəst  ticarət  zonasının  imkanlarının  beynəlxalq  təcrübə  əsasında  tarazlanması,  onların 
səmərəlilik prinsipi əsasında optimallaşdırılması; 

 
məhsulların  reallaşdırırlmasında  “son  istehlak  ünvanı”  (sərbəst  ticarət  zonasında  satış 
prosesinin həyata keçirilməsi) və ya “tranzit ticarət” (reeksport və s.) qaydalarının tətbiqi; 

 
zonalar daxilində mübadilə prosesinin diapozonunun müəyyənləşdirilməsi, fəaliyyətin açıq 
və ya qapalı qaydada təşkilinə üstünlüyün verilməsi;  

 
zonaya  kapital  qoyuluşunun  edilməsi  şərtlərinin  (iştirakçı  tərəf,  kapital  qoyuluşunun  isti-
qaməti, həcmi və s.) dəqiqləşdirilməsi

 
sərbəst  ticarət  zonasında  baş  verən  əməliyyatları  üzrə  pul  dövriyyəsinin  tənzimlənməsinə 
yönəlik işlərin həyata keçirilməsi;  

 
onların fəaliyyəti üzərində hüquqi-inzibati və digər nəzarət formalarının faziləsiz təşkilinin 
mümkün olması və s. 
Sadalanan bəndlərdən hər biri sərbəst ticarət zonalarının xarakterizə olunmasında özünəməx-
susluğu ilə fərqlənir. Belə ki, onlar məzmun etibarı ilə rəngarəngdir, araşdırma obyektinə fərqli “ya-
naşma bucaqlarını” təcəssüm etdirir.  
İlk növbədə qeyd etmək lazımdır ki, beynəlxalq praktikada sərbəst ticarət zonalarının açıq və 
qapalı  varintda  fəaliyyəti  təmin  olunmaqdadır.  Burada istifadə  olunan  hər iki ifadə  sərbəst  ticarət 
zonalarının fəaliyyət obyektləri ilə əlaqədardır. Belə ki, əgər həmin zonalarda hazır məhsul obyekt-
lərinin növ, sahəvi aidiyyat, təyinat və digər şərtlər qoyulmadan satışı təşkil olunursa, bu zona açıq, 
əgər bəlli sahələrdə məhdudiyyətlər movcuddursa – qapalı zona qrupuna aiddiyyatı bildirir.  
Digər tərəfdən reallaşdırılan məhsulların sahə aidiyyatı baxımından da sərbəst ticarət zonaları 
üzrə qruplaşdırmalarən aparılması mümkündür. Bəhs olunan əlamət nəzərə alınmaqla müvafiq zo- 
nalar 2 qrupa bölünür: 
1.
 
hər hansı konkret sahə və ya istiqamətə aidiyyatı ilə seçilən sərbəst ticarət zonaları; 
2.
 
konkret  sahə  aidiyyatı  bildirməyən,  “qarışıq”  məhsulların  reallaşdırılması  məkanı  rolunu 
oynayan sərbəst ticarət zonaları.          
Yerləşmə əlaməti baxımından limanlarda, gömrüklərdə və ya əlaqəli icra orqanları tərəfindən 
ayrılmış yerlərdə fəaliyyət göstərən sərbəst ticarət zonaları üstünlük təşkil edir. 
Sərbəst ticarət zonalarının elmi araşdırmalarında qarşıya çıxan mühüm məsələlərdən birini də 
bu zonaların Naxçıvan Muxtar Respublikasının ərazisində yaradılma və yerləşdirilmə imkanlarının 
hərtərəfli öyrənilməsi təşkil edir. Bu məsələ bir çox aspektlərin optimal şəkildə əlaqələndirilməsini 
və vahid məcmuda fəaliyyətinin həyata keçirilməsini şərtləndirir.  
Muxtar respublikanın sərbəst ticarət zonalarının yaradılması baxımından xarakterizə edilməsi 
ilk növbədə aşağıdakı komponentlərin mövcudluğunu zəruri edir: 
1. Naxçıvanın iqtisadi potensialının atran templərə malik olması, bu məkanda istehsal olunan 
məhsulların həcm, keyfiyyət, çeşid əlamətləri baxımından yüksəlişinin təmin edilməsi
2. xarici ölkələrlə birbaşa həmsərhəd ərazilərin mövcudluğu
3. qanunvericilik bazasının hazırlanması,onun tətbiqi imkan və xüsusiyyətlərinin qiymətləndi-
rilməsi;  
4. sərbəst ticarət zonasının yaradılması ilə bağlı yerli idarəetmə orqanının yarana biləcək mü-
bahisəli məqamlara operativ reaksiya vermə imkanlarının mövcudluğu;  
5. sərbəst iqtisadi zonalarının mövcudluğunu təmin edəcək infrastruktur elementlərinin təşkil 
olunması və istifadəyə verilməsi imkanlarının qiymətləndirilməsi və s. 
Muxtar  respublikada  yaradılması  mümkün  olan  sərbəst  ticarət  zonasının  ixtisaslaşması, 
fikrimizcə qarışıq xarakterə malik olmalı, özündə məhsul etibarı ilə daxili və xarici istehsalı təcəs-
süm  etdirməlidir.  Bu,  ilk  növbədə  Naxçıvan  iqtisadiyyatının  məhsul  istehsal  etmək  qabiliyyətinin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə