Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   ...   44   45   46   47   48   49   50   51   ...   136

98 
 
soyudulmayan  məhsul  deformasiyaya  uğrayaraq  keyfiyyətsiz  olubdur.  Bişirilmə  prosesində  ani 
olaraq  istiliyin  yüksəlməsi,  soyuma  zamanı  istiliyin  kəskin  şəkildə  aşağı  düşməsi  çatların 
yaranmasının  əsas  səbəbidir.  Bişirilmə  prosesindən  sonra  bəzi  keramikaların  üzərində  hava 
qabarcıqlarının  qalması  bişmiş  gilin  tərkibində  düzgün  reaksiyanın  getmədiyini  göstərir.    Dulus 
məhsullarının hazırlanmasında əsas yeri dulus kürələri (sobaları) tutur. Aparılan araşdırma zamanı 
məlum olur ki,  ibtidai dulus kürələri birdən-birə yaranmamış, bunun üçün müəyyən vaxt və zaman 
tələb  olunmuşdur.  İbtidai  dulus  kürələri  düzəldənə  qədər  insanlar  dulusçu  məhsullarını  bişirmək 
üçün ən primitiv metodlardan istifadə etmişlər. Dulus kürələri sonradan düzəldilmişdir. Ən qədim, 
primitiv  bişirilmə  metodları  dulusçu  məhsullarının  açıq  yerdə  və  ya  çuxurda  bişirməsi  olmuşdur. 
Hər iki metoddan dünyada geniş istifadə edilmişdir. Bu metodların tətbiqi zamanı lazım olan əsas 
material  çoxlu  miqdarda  kol  və  çırpıdan  ibarət  olmuşdur.  Açıq  yerdə  bişirmə  metodu  zamanı 
havanın  küləkli  olmaması  əsas  şərtdir.  Bu  metodda  bişiriləcək  məhsulların  arasında  isti  havanın 
rahatca  hərəkət  etməsi  üçün  aralıq  olaraq  quru  odunlar    yığılaraq    boşluqlar  yaradılmışdır.  Sonra 
kiçik odunlarla onun ətrafının örtülməsi tamamlanmışdır. Odunların dağılmaması üçün oçağın ətrafı 
daş və ya kərpiclə əhatə olunmuşdur. Odunlar alovlandıqdan sonra odun köz halına gəlməsinə qədər 
ona  nəzarət  edilmişdir.  Ocağı  söndürərkən  közün  yavaş-yavaş  sönməsi  üçün  onun  üzərinə  çimən 
döşənmişdir. Çuxurda bişirmə metodu zamanı ilk olaraq bişəçək məhsullar torpaqda qazılmış dərin 
quyunun içinə qoyulmuşdur. Sonra onların üstü çoxlu sayda odunla örtülmüşdür. Odunlar yandıqca 
köz  və  isti  küllər  çuxurun  içərisinə  düşərək  dulusçu  məhsullarını  bişirmişdir.  Bu  zaman  çuxurda 
qoyulmuş hər hansı bir dulusçu məhsulunun üzərinin isti küllə tam örtülü olmasına fikir verilmişdir. 
Bunun üçün daha çox odun yandırılmışdır. Cəmiyyət daxilində baş verən sosial-iqtisadi dəyişiklər 
bütün  sahələr  kimi  dulusçuluğun  da  inkişafına  təsir  göstərmişdir.  Açıq  yerdə  və  çuxurda 
bişirilmənin  davamı  olaraq  yeni  bişirilmə  metodları  yaranmış,  müxtəlif  formalı  və  müxtəlif  adlı 
qədim  dulusçu  kürələri  düzəldilmişdir.  Dünyada  mövcud  olan  “Ağ  dəniz”,  “Sueki”,  “Tamba”, 
“Əjdaha”, “Yaruk Bambu”, “Novoriqama”   tipli dulusçu kürələrini bunu  nümunə göstərmək olar 
(19; 6, s. 38-42). “Sueki”, “Tamba”,  “Novoriqama” Yaponiyada, “Əjdaha” Çində, “Yaruk Bambu” 
Koreyada düzəldilmiş qədim dulusçu kürələrindəndir (18). Dulus kürələrinin düzəldilməsi zamanı 
iki əsas məsələyə diqqət  yetirilmişdir. Birinci məsələ bişiriləcək məhsullar üçün örtülü kameranın 
yaradılmasından  ibarət  olmuşdur.  İkinci  məsələni  odun  yandığı  manqallın  dulusçu  məhsullarının 
yığıldığı kameradan ayırmaq təşkil etmişdir. İbtidai dulus sobasını düzəldərkən insanlar ilk olaraq 
odun  qalandığı  yerin  ətrafını  silindrik  formalı  divarla  künbəz  şəklində  hörmüşlər.  Hörgü  işləri 
tamamlandıqdan sonar künbəz şəklində olan dulusçü kürəsinin kamerasının üst hissəsində bir və ya 
bir  neçə  deşiklər  açılmışdır.  Kürənin  üzərində  deşiklərin    qoyulması  sobada    odun  yaxşı  yanması 
üçün əlverişli şərait yaratmışdır. Bişirilmə prosesi zamanı hava yanacaq atılan deşiklərdən girərək, 
sobanın  üst  hissəsinə  yığılan  dulusçu  məhsullarının  arasından  keçərək,  təpədəki  deşiklərdən  çölə 
çıxmışdır.  Havanın  bu  cür  çölə  çıxması kürənin  içində  homogen  istiliyin  qarşısını  alaraq  dulusçu 
məhsullarının keyfiyyətlə bişirilməsinə köməklik etmişdir. Naxçıvanda I Kültəpə abidəsinin Erkən 
Tunc dövrü təbəqəsindən ibtidai dulus kürələri aşkar edilmişdir. Onlar dairəvi və dördkünc planda 
tikilmişdir.    Abidənin  Erkən  Tunc  dövrünə  aid  VII  (yeddinci),  XI  (on  birinci)  tikinti  qatlarından  
aşkar  edilmiş  dülus  kürəsinin    hamısının  alt  hissəsi  yaxşı  qalmışdır.  Bütün  sobaların  qab  yığılan 
hissəsi tamamilə dağılmışdır (15, s. 120). I  Kültəpə abidəsinin VII (yeddinci) tikinti qalıqlarından 
tapılmış unikal formalı dulus sobasının qalıqlarına hələlik Cənubi Qafqazdakı arxeoloji abidələrdə 
aşkar edilməmişdir. II Kültəpənin XI tikinti qatında aşkar olunan duzbucaqlı planlı dulus kürəsinin 
qalıqları  bu  dövrdə  gil  məmulatların  birkameralı  sobalarda  bişirildiyi,  kürənin  yuxarı  hissəsinə 
temperaturu  tənzimləmək  məqsədiylə  çay  daşlarının  düzüldüyü  haqqında  tədqiqatçılar  tərəfindən 
fikirlər  söylənilmişdir  (5,  s.  106).  Erkən  Tunc  dövründə  Naxçıvanın  dulusçuluq  sənətində  hansı 
alətlərdən istifadə olunduğu haqqında mənbələrdə bitkin fikir yoxdur.  Lakin arxeoloji abidələrdən 
əldə  olunmuş  müxtəlif  formalı  əmək  alətlərinin  müqayisəli  şəkildə  öyrənilməsinə  əsasən  ehtimal  
etmək olar ki, bu dövrdə dulusçuluqda istifadə olunan alətlər daşdan, ağacdan, sümükdən, tuncdan 
olmuşdur. Bu dövrdə dulus çarxından istifadə olunması dulusçuluğa mühüm təsir göstərmiş, onun 
yeni  inkişaf  mərhələsinə  qədəm  qoymasına  səbəb  olmuşdur.  Qalın  divarlı  qablarla  yanaşı,  nazik 
divarlı, yaxşı cilalanmış qablar da düzəltmişlər. İlk dulus çarxı əl ilə hərəkətə gətirilmişdir. O qısa 


99 
 
ox  üzərində  qurulmuşdur.  Dulusçu  əli  ilə  çarxı  hərəkət  etdirdikdən  sonra  onun  fırlanmasından 
dayanmasına  qədər  olan  müddət  ərzində  iki  əli  ilə  qabı  müəyyən  formaya  salmışdır.    Babilistan, 
Misir  və  Hindistanda  da  e.ə.  IV-III  minilliklərdə  əl  ilə  hərəkətə  gətirilən  bu  tip  dulus  çarxından 
istifadə    olunmuşdur  (7,  s.  61).  Naxçıvanın  Erkən  Tunc  dövrü  dulusçuluq  məhsulları  gildən 
düzəldilmiş  ocaqlardan,  manqallardan,  heyvan,  təkər  fiqurlarından,  qab  altılıqlarından,  qablardan 
ibarətdir  (16,  s.  67,  72,  75).  Onların  hər  biri  maddi  və  mənəvi  mədəniyyətimizin  öyrənilməsində 
mühüm  yer  tutur.  Gil  ocaqlar  nalşəkilli  və  düzbucaqlı  formada  düzəldilmişdir.  Heyvan  fiqurları 
öküz,  at,  it  fiqurlarından  ibarətdir.  I  Kültəpə  abidəsinin  Erkən  Tunc  dövrü  təbəqəsindən,  Maxta 
Kültəpəsindən, Ovçulartəpəsindən bu tip arxeoloji materiallar tapılmışdır. I Kültəpə abidəsindən 21 
ədəd  (1,  s.  141),  Maxtadan  4  (3,  s.  65)  ədəd  heyvan  fiquru  tapılmışdır.  Naxçıvanın  Erkən  Tunc 
dövrü  arxeoloji  abidələrindən  (I  Kültəpə,  II  Kültəpə,  Ovculartəpəsi,  Maxta,  Ərəbyengicə,  Şortəpə 
və s.)  əldə olunmuş dulusçuluq məhsulları içərisində gil qablar çoxluq təşkil edir. Onlar boz, qara 
və  çəhrayı  rəngli,  cilalı  və  cilasız  düzəldilmişdir.  Qabların  hazırlandığı  gilin  tərkibinə  iri  və  kiçik 
qum dənələr qatılmışdır. Bu qablar süfrə və təsərrüfat qabları olmaqla iki qrupa bölünürlər. Süfrə 
qablarının  gilinin  tərkibinə  narın,  təsəttüfat  qablarının  tərkibinə  iri  qum  dənələri  qatılmışdır.  Gil 
qabların xarakterik xüsusiyyətləri bu dövrə aid qabların çoxunun ağız kənarının düzbucaqlı şəkildə 
xaricə çıxması, onların ağızlarının iki tərəfdən bir qədər içəri yığılması və simmetrik olmasıdı. Bəzi 
qabların ağzının kənarı isə bir qədər qalın, relsşəkilli formada düzəldilmişdir. II  Kültəpə arxeoloji 
abidəsindən  əldə  olunmuş  bu  cür  qabların  bir  qrupunun  bənzərləri  Göytəpədə  abidəsinin  Erkən 
Tunc  dövrü  təbəqəsindən  tapılmışdır  (Aşurov,  2002:  108).  Ağzının  kənarı  qalın,  relsşəklində  
düzəldilmiş  qablar  Şərqi  Anadoluda  geniş  yayılmışdır.  Qara  rəngli  keramikalar  içərisində    şar 
gövdəli,  düz  oturacaqlı,  silindirik  boğazlı  üzərində  qabın  ağzı  ilə  gövdəsini  birləşdirən  yarımşar 
şəkilli  və  ya  oküz  burnu  formalı  qulp  olan  qablar  çoxluq  təşkil  edir.  Bu  tip  qulplar  Erkən  Tunc 
dövrünün xarekterik xüsusiyyətlərindəndir. Naxçıvanın Erkən Tunc dövrü arxeoloji abidələrinin bir 
qrupundan,  o  cümlədən  Plovdağdan  aşkar  olunan  keramika  məmulatları  içərisində  elmi 
ədəbiyyatlarda  “camış  dərisi  rəngli”  keramika  adı  ilə  tanınan  qəhvəyi  gilli  qabların  bənzərlərinin 
Giyan, Mussiana və Suzda geniş yayıldığı qeyd olunmuşdur (10, s. 167). Erkən Tunc dövrünə aid 
qabların  naxışlanmasında  oval  və  ya  dairəvi  batıqlardan,  ziqzaq,  svastika,  S,  M  və  s.  formalı 
işarələrdən, buynuz, spiral formalı ornamentlərdən, müxtəlif həndəsi, daraqvari formalı naxışlardan, 
qabarıq,  məməcikşəkilli  çıxıntılardan,  sxematik  quş,  müxtəlif  heyvan,  antropomorf    rəsimlərdən 
istifadə edilmişdir.  Qabların  üzərinə  naxışlar    çızma, çərtmə,  basma,  qabartma  texniki  üsulları  ilə 
vurulmuşdur.  Bu  naxışlardan  hər  biri  dulusçuların  sənətkarlıq  vərdişləri  ilə  yanaşı  dini-ideoloji 
görüşləri ilə bağlılıq təşkil edir. Naxışlar sadə və mürəkkəb süjetlidir. Onlar həm yerli xüsusiyyət 
daşıyır, həm də digər mədəniyyətlərlə bənzərlik təşkil edir (şəkil 1). Fikrimizi əsaslandırmaq üçün 
arxeoloji mənbələrə nəzər salsaq görərik ki, üzəri oval və  ya dairəvi ornamentlərlə bəzədilmiş gil 
qablar dünyanın bir çox bölgələrindəki Erkən Tunc dövrü abidələri kimi  Naxçıvandan da kifayyət 
qədər  aşkar  edilmişdir.  Naxçıvanda  bu  tip  qablar  I  Kültəpə,  II  Kültəpə,  I  Maxta  arxeoloji 
abidələrindən, Cənubi Azərbaycanda isə  Göytəpə abidəsindən tapılmışdır (4, s. 50; 8, s. 33-36).  I 
Maxta  yaşayış  yerindən  əldə  olunmuş  qabların  bir  çoxunun  üzəri  Naxçıvanın  digər  Erkən  Tunc 
dövrü  abidələrindən  tapılan  keramikalar  kimi  çızma  naxışlarla  bəzədilmişdir  (17,  s.  şəkil  27).  I 
Kültəpə abidəsindən tapılmış üzərində qabartma üsulu ilə çəkilmiş M  formalı naxışlı gil qablar (1, 
s.  133).  Yanıqtəpə  abidəsindən  əldə  edilmiş  bir  qrup  qablarla  bənzərlik  təşkil  edir  (11,  s.  89). 
Azərbaycanda  Babadərviş,  Şərqi  Gürcüstanda  Amiranisqora,  Anakliya  abidələrindən  bu  tip 
ornamentli keramikalar əldə olunmuşdur (20, s. 26, 68). I Kültəpə (1, s. 127), II Kültəpə (2, s. 123) 
yaşayış  yerlərindən  əldə  olunmuş  üzəri  zıqzaq  ornamentlərlə  naxışlanmış  gil  qablar  Cənubi 
Qafqazın  (19,  s.  166),  Ön  Asyanın  (14,  s.  852)  həmdövr  arxeoloji  abidələrdən  tapılmış  bir  qrup 
qablarla  bənzərlik  təşkil  edir.  S  ornamentli  keramikaların  bənzərləri  Yanıqtəpə,  Amiranisqora 
abidələrindən  tapılmışdır  (20,  s.  28).  Spiral,  svastika,  buynuz  ornamentlərinin  bənzərləri  də 
dünyanın  müxtəlif  bölgələrindən  tapılan  qayaüstü  təsvirlərdə,  keramika  məmulatlarının  üzərində 
aşkar edilmişdir .  
Aparılan araşdırma nəticəsində sonda onu qeyd etmək olar ki, Naxçıvanın Erkən Tunc dövrü 
sənətkarlıq  sahələri  içərisində  dulusçuluq  özünəməxsus  yer  tutur.  Həmin  dövrdən  başlayaraq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə