Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   ...   42   43   44   45   46   47   48   49   ...   136

93 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 5(79) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 5 (79) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 5 (79) 
 
 
EMİN MƏMMƏDOV 
Naxçıvan Muxtar Respublikası Ali  
                                                                        Məclisinin Naxçıvanşünaslıq Mərkəzi 
emammadov87@hotmail.com 
UOT: 94 (479.242) 
QƏDİM ŞƏRUR BÖLGƏSİNİN ERKƏN TUNC DÖVRÜ KERAMİKASI 
TARİXİNDƏN (1991-2015 ci illər) 
 
Açar sözlər: Naxçıvan, Şərur, Erkən Tunc dövrü, Kür-Araz mədəniyyəti, keramika, arxeoloji 
tədqiqat 
Key  words:  Nakhchivan,  Sharur,  Early  Bronze  Age,  Kuro-Araxes  culture,  ceramics, 
archaelogical research 
Ключевые  слова:  Нахичеван,  Шарур,  Ранний  Бронзовый  период,  Куро-Аракская 
культура, керамика, археологическое исследование 
 
Saxsı  qabların  hazırlanması  cəmiyyətin  ibtidai  məşğuliyyətlərindən  biri  olmuş  və  bu  proses 
Azərbaycanda  qədim  tarixə  malikdir.  Ümumiyyətlə  arxeoloji  qazıntılar  zamanı  əldə  edilən  ən 
mühüm maddi mədəniyyət nümunələri içərisində keramikalar olduqca böyük əhəmiyyətə malikdir. 
Məhz bu keramika parçalarının tədqiqi ilə abidələrin dövrləşdirilməsi və digər məsələlər barədə fi-
kir irəli sürmək mümkün olur. Qədim Naxçıvan diyarında təşkil olunmuş arxeoloji ekspedisiyaların 
nəticəsində  demək  olar  ki,  tarixin  bir  çox  dövrlərinə  aid  keramika  məmulatları  aşkar  edilib 
öyrənilmişdir. 
Naxçıvanın  arxeoloji  abidələrlə  zəngin  bölgələrindən  biri  qədim  Şərurdur.  Bu  rayon 
ərazisində  yerləşən  abidələrdə  aparılmış  geniş  tədqiqat  işləri  zamanı  bir  çox  qədim  dövr  və 
mədəniyyətlərə  məxsus  keramika  nümunələri  aşkar  olunmuşdur  [9,  s.60].  Uzun  illərdir  müxtəlif 
dövrləri  əhatə  edən  abidələrdə  həm  azərbaycanlı  arxeoloqlar,  həm  də  bir  sıra  xarici  ölkələrin 
arxeoloqları  tərəfindən  araşdırmalar  aparılmış  və  aydın  olmuşdur  ki,  bu  ərazidə  tarixin  bir  çox 
dövrlərində  arasıkəsilməz  yaşayış  olmuşdur.  Bu  ərazidə  tədqiq  olunan  abidələr  içərisində  Tunc 
dövrü,  xüsusilədə  onun  ilk  mərhələsi  olan  Erkən  Tunc  dövrü  abidələrinin  öyrənilməsi  mühüm 
əhəmiyyət kəsb etmişdir. Belə ki, Erkən Tunc dövrünün daha dərindən və müasir dövrün texnologi-
yaları ilə tədqiqi KürAraz mədəniyyətinin və bütövlükdə Azərbaycan arxeologiya elmi üçün bir sıra 
vacib məsələlərin öyrənilməsinə şərait yaratmışdır.  
Müxtəlif  vaxtlarda  qədim  Şərur  bölgəsində  Azərbaycanın  tanınmış  arxeoloqlarından  V.Əliyev, 
V.Baxşəliyev, A.Seyidov, S.Aşurov və başqaları tərəfindən Erkən Tunc dövrünə aid Ovçulartəpəsi, I və 
II Maxta, Ərəbyengicə, Aşağı Daşarx, Xələc, Şortəpə abidələrində arxeoloji tədqiqatlar aparılmış və bu 
dövrlə bağlı xeyli miqdarda keramika məmulatı aşkar edilib öyrənilmişdir.  
Tədqiqatlar  nəticəsində  Erkən Tunc  dövrü keramikasının  bir  sıra  özünə  məxsus  əlamətlərə 
malik  olması  müəyyən  olunmuşdur.  Məlum  olmuşdur  ki,  bu  əlamətlər  hətta  Kür-Araz 
mədəniyyətini  müəyyənləşdirən  əsas  amil  rolunu  oynayır.  Erkən Tunc  dövrü keramikası  özündən 
əvvəlki Eneolit dövrünün  saxsı  məmulatından  keyfiyyətinə,  texniki  işlənməsinə  və  formaların 
müxtəlifliyinə görə fərqlənir. Kür-Araz mədəniyyətinin saxsı qabları bir qayda olaraq,  əksər halda, 
qum qatışıqlı yaxşı yoğrulmuş gildən hazırlanırdı. 
Erkən Tunc  dövrünə  mənsub  abidələrdən  aşkar  edilmiş  saxsı  məmulatları  formalarına, 
naxışlanma  üsullarına,  hazırlanma  texnologiyasına  və  keyfiyyətinə  görə  xüsusi  maraq  doğurur. 
Burada  qabarıq,  basma  və  cızma  üsulu  ilə  verilmiş  cüt  spirallara,  konsentrik  dairələrə,  rombvari, 
üçbucaqvari  və  s.  naxışlara  təsadüf  olunur.  Naxçıvan  ərazisində  eneolit  dövründə  olduğu  kimi  ilk 
tunc  dövründə  də  dulusçular  müəyyən  müddət  saman  qatışıqlı  gildən  istifadə  etmişlər.  Bu 


94 
 
Ovçulartəpəsi  abidəsində  eneolit  dövründən  ilk  tunc  dövrünə  keçid  mərhələsinin  ən  bariz 
əlamətlərindən biridir. 
Naxçıvanın  ilk  tunc  dövrü  abidələrindən  tapılan  saxsı  qab  nümunələri  əsasən,  qara,  qonur, 
əksəriyyəti  isə  qara  cilalıdırlar.  Daha  doğrusu  xaricdən  qara,  daxildən  qonur  boyalıdırlar.  2001-
2002-ci ildə Ovçulartəpəsində aparılan arxeoloji qazıntılar zamanı qara boyalı, cilalı badya tipli qab 
aşkar  edilmişdir.  Bu  qab  yaxşı  bişirilmiş,  boğazının  yuxarı  hissəsinin  daxili  qırmızı  boyanıb  və 
cilalanıbdır.  Ovçulartəpəsi  ilk  tunc  dövrü  keramikası  içərisində  qara  boyadan  istifadə  hallarına 
kütləvi halda rast gəlinir. 
Erkən  Tunc  dövrünün  başlanğıcında  boz  rəngli,  üzərləri  zəif  sığallanmış,  bəzən  gillərinin 
tərkibində  saman  qatışıqları  olan  qablar  üstünlük  təşkil  edir.  Bu  tip  keramikaya  II  Kültəpə, 
Ərəbyengicə, Ovçulartəpəsi materialları içərisində rast gəlmək mümkündür. İlk tunc dövrünün bəzi 
qablarının  tərkibində  isə  parçalanmış  daş  qatışıqlarına  rast  gəlinir.  Bu  hal  yalnızca  Ovçulartəpəsi 
üçün  xarakterik  deyildir.  I  Maxta  abidəsinin  ilk  tunc  dövrünün  nisbətən  sonrakı  mərhələlərinə 
məxsus təbəqələrindən də bu tip keramika nümunələri əldə edilmişdir [1, s. 23].     
Şərur abidələrində Erkən Tunc dövrü keramika məmulatlarına nəzər saldıqda aydın olur ki, bu 
dövrün  keramikası  öz  simmetrikliyi  ilə  eneolit  dövrü  keramikasından  fərqlənir.  Eneolit  dövründə 
qablar kobud hazırlandığı halda ilk tunc dövründə bu hazırlanma daha da təkmilləşdirilmişdir. 
Erkən Tunc dövrü qablarının bişirilməsi də müxtəlifdir. Elə qablar vardır ki, pis bişirilmişdir. 
Pis  bişirilən  qablara  toxunulan  zaman  onlar  tez  ovulur.  Həbibullayev  göstərir  ki,  əvvəllər  xüsusi 
dulus kürələri olmamışdır və qablar kiçik xəndəklərdə, ocaqda və ya bu məqsədlərlə hazırlanmamış 
peçlərdə bişirilmişdir.  
Naxçıvanın  Erkən  Tunc  dövrü  keramikası  üzərində  aparılan  müşahidələr  göstərir  ki, 
dulusçular  müxtəlif  gil  yataqlarından  istifadə  etmişlər.  Məhz  bu  gil  yataqlarının  tərkibləri 
hazırlanmış  qabların  keyfiyyət  xüsusiyyətlərinə  və  rənglərinə  təsir  etmişdir.  Abidələrin  keramika 
məmulatlarında  fərqli  rənglərə  rast  gəlinməsinə  baxmayaraq  onların  formalarında,  hazırlanma 
xüsusiyyətlərində  heç  bir  fərq  hiss  olunmur.  Bu  bir  daha  təsdiq  edir  ki,  tədqiq  olunan  dövrdə 
yaşayış məskənləri arasında güclü sənətkar əlaqələri də mövcud olmuşdur. 
Arxeoloji  mədəniyyətlərin  müəyyənedici  xarakterik  xüsusiyyətlərindən  biri  də  qabların 
naxışlanmasıdır. Arxeoloji ədəbiyyatlarda Erkən Tunc dövründə qabların naxışlanmasında yapma, 
basma, cızma, və qismən çərtmə üsullarından istifadə olunduğu qeyd edilir [1, s. 23].    
Şərur  bölgəsinin  ilk  tunc  dövrü  saxsı  məmulatını  forma  müxtəlifliklərinə  görə  3  böyük  qrupa 
ayırmaq olar: Məişət və təsərrüfat keramikası, gil zoomorf fiqurlar, ocaq qurğuları. Məişət və təsərrüfat 
keramikasını  isə  öz  növbəsində  aşağıdakı  yarımqruplara  ayırmışdır.  İri  həcmli  təsərrüfat  küpləri, 
müxtəlif  həcmli  küpələr,  çölməklər,  nehrələr,  silindrik  qablar,  qazanlar,  kasalar,  badyalar,  xeyrələr, 
qapaqlar, yağdanlar, dairəvi gil əşyalar və asmalar, təkər modelləri, qab altlıqları [1, s. 43-44].    
Tunc  dövründə  ən  geniş  yayılmış  saxsı  qablardan  biri  də  küpələrdir.  Ovçulartəpəsinin  istər 
eneolit  və  istərsədə  erkən  tunc  dövrünə  aid  təbəqələrindən  aşkar  olunan  keramika  nümunələri 
içərsində  də  məhz  üstünlük  təşkil  edən  küpələrdir.  Ovçulartəpəsinin  erkən  tunc  dövrü  küpələri 
əsasən  qara  cilalıdırlar.  Onlar  hündür  boğazlı,  şar  gövdəlidirlər.  Oturacaqları  yastı  və  bəzən  az 
dabanlıdırlar.  Erkən  tunc  dövrünün  əvvəllərində  hazırlanan  küpələrin  əksəriyyətinin  gillərinin 
tərkibində  parçalanmış  daş  qatışıqları  vardır.  Bu  tip  küpələrin  tam  yarımşar  formalı  qulpları  olur 
(Şəkil 1). 
Erkən  Tunc  dövrünə  aid  abidələrdə  silindrik  formalı  saxsı  qablara  xeyli  miqdar  rast 
gəlinmişdir. Eneolit və ilk tunc dövrlərinə aid olan belə qablar qonur, boz və qismən qara rənglərdə 
olub,  gilinin  tərkibi  bitki  və  xırda çınqıl qarışıqlıdır.  Qulplar  əsasən  ilk  tunc  dövr  üçün  xarakterik 
olan  yarımşar  formada  hazırlanmışdır.  Bu  tip  qabların  üzərində  müxtəlif  naxışlar  salınmışdır. 
Naxçıvanın  ilk  tunc  dövrünə  aid  silindrik  qablarının  analogiyasına  Azərbaycanın  və  Cənubi 
Qafqazın həmdövr abidələrində aparılan arxeoloji qazıntı işləri zamanı rast gəlinmişdir [12, s.77]. 
Əsasən  Arpaçay  vadisində  yerləşən  Erkən  Tunc  dövrü  keramikası  ilə  zəngin  abidələrdə 
müxtəlif  vaxtlarda  qazıntı  işləri  aparılmışdır.  Amma  müstəqillik  illərində  burada  təşkil  olunan 
ekspedisiyalar  vadinin,  ümumilikdə  Şərur  bölgəsinin  qədim  dövr  abidələrinin  aşkar  edilməsinə, 
tarixinin daha dərindən tədqiqinə yol açmışdır. Son illərin ardıcıl və sistemli qazıntıları nəticəsində 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə