Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   ...   39   40   41   42   43   44   45   46   ...   136

87 
 
13.
 
 Təhməzov M. Kəlbəcər-ensiklopedik məlumatlar. Baskı, Elm, 2013, 504 s. 
14.
 
The Tell Nader and Tell Baqrta Project in the Kurdistan Region of Iraq: Preliminary Report 
of the 2011 Season 
15.
 
Кушнарева К.Х. Ранние комплексные общества Кавказа. / Древние  общества Кавказа 
в  эпоху  Палеометалла  (ранние  комплексные  общества  и  вопросы  культурной 
трансформации) Санкт-Петербург, 1997, c.11-44 
16.
 
Нариманов И.Г. Культура древней-шего земледельческо- скотоводческого насе-ления 
Азербайджана. Баку: Элм, 1987. 260 c. 
17.
 
Черлёнок  Е.А.Археология  Кавказа  (мезолит,  неолит,энеолит):  учебно-методическое 
пособие. СПб.: Санкт-Петербургский ГУ, 2013. 54 с. 
 
 
ABSTRACT 
Zeyneb Guliyeva 
Obsidian tools found from the settlement Kultepe I 
 
The article analysed the types of obsidian found in the settlement Kultepe I. It is noted that, as a 
result of archaeological excavations 2013-2016. here are 4 kinds of obsidian were found: brown, black, 
gray-sooty and transparent. The majority of obsidian  are presented by colores brown and black.  
They were presented with knives, scrapers, cores, and others. They obsidians of the settlement 
Kultepe  I  has  something  in  common  with  similar  materials  of  the  sites  from  the    Shomutepe, 
Hatunarh,  Haji  Firuz,  Tell  Nader,  Tell  al  Sawwan,  Kortuk  Tepe,  etc...  This  factor  proves  that  the 
period Neolithic obsidian was used not only for cooking tools, weapons, and as a  raw for sale. In 
this case, Nakhchivanregion played an important role in the transport. Apparently, a border position 
of  Kultepe  I  allowed  supplying  with  obsidian  the  other  of  the  Old  World  too.  It  is  possible  to 
assume that the neolithic-chalcolithic settlements located along Kultepe I spesify one of the ways of 
the ancient tribes movemrnt to the natural resorces of obsidian. 
 
РЕЗЮМЕ 
Зейнеб Кулиева 
 
Обсидиановые орудие, обнаруженных из поселения Кюльтепе I 
 
В  статье  исследуется  типы  обсидианов,  обнаруженные  в  последние  годы  в  поселении 
Кюльтепе  I.  Отмечается  что,  в  результате  археологическиx  раскопoки  2013-2016  гг.  здесь 
были обнаружены 4 видa обсидиана: коричневый, черный, серый-закопченной и прозрачны. 
Коричневые и серые обсидианы являются доминирующими. 
Они были представлены с ножьями, скребками, нуклеусами и др. Подобные материалы 
были  известны  из  памятниках  Южного  Кавказа  (Шомутепе,  Хатунарх),  Южного 
Азербайджана  (Гаджи  Фируз,  Кюльтепе),  Месопотамии  (Телл  Надер,  Телл  ас  Савван)  и  
Анатолию  (Кортик  тепе..).  Этот  фактор  доказывает,  что  в  период  неолите  обсидиан  был 
использован  не  только  для  изготовления  орудия  труда,  оружия,  и  в  качестве  сырца  для 
торговли. В этом деле сыграл важную роль территория Нахчывани. 
 
      НДУ-нун  Елми  Шурасынын  31  oktyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 02). 
      Məqaləni  çapa  təqdim  etdi: 
AMEA-nın  müxbir  üzvü 
Z.Şahverdiyev
 
 
 
 


88 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 5(79) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 5 (79) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 5 (79) 
 
 
   SARA HACIYEVA  
AMEA Naxçıvan Bölməsi 
E-mail: hacyevasara@ yahoo.com 
İLHAMİ ƏLİYEV  
AMEA Naxçıvan Bölməsi 
E-mail: ilhamialiyev@ yahoo.com.tr 
UOT: 94 (479.242) 
ORTA ƏSRLƏR DÖVRÜ NAXÇIVANDA İPƏKÇİLİYİN İNKİŞAFI  
  
Açar sözlər: ipək, barama, sənət, iqtisadiyyat, ticarət 
Key words: silk, cocoon, art, economy, trade 
Ключевые слова: шелк, кокон, искусство, экономика, торговля 
 
Hələ qədim dövrlərdən barama, ipək Azərbaycan torpağının sərvəti, şöhrəti olub. Məlumdur ki, 
Böyük  İpək  yolu  vasitəsilə  iki  min  il  bundan  əvvəl  barama  qurdu  Çin  ölkəsindən  Mərkəzi  Asiyaya, 
oradan İrana, sonra da Azərbaycana gətirilib. Ərəblər şərqdə Hindistan, Çin, qərbdə İspaniya olmaqla 
geniş  əraziyə  hakimlik  etdikləri  dövrdə  ipəkçilik  təsərrüfatının  sürətlə  yayılmasında  böyük  rol 
oynamışlar. Bəzi ədəbiyyatlarda Cənubi Qafqazda, o cümlədən də Azərbaycanda ipəkçiliyin yayılması 
tarixi  VI-VII  əsrlər  göstərilir.  Lakin  mənbələrin  məlumatına  görə,  artıq  eramızın  III-IV  əsrlərində 
Azərbaycanda ipəkçiliklə məşğul olmuşlar. Erkən orta əsrlərdən başlayaraq ipəkçiliyin inkişafını irəliyə 
aparmaq  üçün  istehsal  texnikası  təkmilləşmiş,  ipək  istehsalında  ayaqla  hərəkətə  gətirilən  təkərli 
mancanaqlar  (baramaaçan  dəzgahlar)  ipək  karxanalarında  mütəhərrik  toxucu  dəzgahları  tətbiq 
olunmuşdur.  Alban  tarixçisi  M.Kalankaytuklu  özünün  "Alban  tarixi"  kitabında    Kür  çayı  sahillərində 
çoxlu tut ağacının bitdiyini, ondan, əsasən ipək parçalar və rəngarəng xalçalar hazırlanması haqqında 
maraqlı məlumatlar vermişdir (11, s. 136).  
Sonrakı  dövrlərdə  ipəkçilik  bir  təsərrüfat  sahəsi  kimi  tədricən  əksər  bölgələrimizdə  inkişaf 
etdirilib.  Ölkəmizdə  ipəkçiliyin  inkişaf  etməsinə  baxmayaraq,  Böyük  İpək  yolunun  bu  ərazidən 
keçməsi ilə əlaqədar olaraq ticarət məqsədi ilə  buraya ayrı-ayrı ölkələrdən də, o cümlədən Çindən  
yüksək  keyfiyyətli  ipək  parçalar  gətirilmişdir.  Azərbaycan  ipəkçiliyin  məskəninə  çevrilmiş  və 
Şərqin ən böyük ipəkçilik ölkəsi kimi tanınmışdır.  
X-XIII  əsrlərin  coğrafiyaşünasları  və  tarixçiləri  toxuculuq  sənayesinə  nəzər  yetirərkən 
Azərbaycanda şəhərlərin inkişafından bəhs etmiş, burada istehsal olunan müxtəlif növ ipək parçaları 
və  qiymətli  sapları  qeyd  etmişlər  (17,  s.  49).  Müxtəlif  vaxtlarda  bu  yerlərdə  olmuş  tacirlər, 
səyyahlar,  diplomatlar  və  s.  Azərbaycanda  ipəkçiliyin  inkişafı  haqqında  söz  açmışlar.  Hələ  XIII 
əsrin  ikinçi  yarısında  Azərbaycanda  olmuş  venetsiyalı  səyyah  Marko  Polo  Şamaxıda  və  Bərdədə 
yerli ipək məmulatlarının gözəlliyini qeyd etmişdir. Azərbaycanda səyyahın diqqətini daha çox cəlb 
edən  gerçəklik  ipəyin  və  ipək  məmulatlarının  bolluğu  olmuşdur.  Onun  Azərbaycanda  ipəkçiliyin 
inkişafına dair qiymətli məlumatları ölkəmizin ipəkçiliyin mərkəzlərindən biri olduğunu sübut edir 
(21,  s.  19).  Bunu  sübut  edən  faktlardan  biri  də  bir  sıra  Azərbaycan  şəhərlərinin  ipək  istehsalında 
ixtisaslaşması  idi.  Təbiidir  ki,  həmin  şəhərlərdə  ipəkçilik  qədim,  ənənəvi  sənət  sahəsi  olmasaydı, 
orta əsrlərdə bu sahədə nəzərəçarpacaq yüksəliş olmazdı. Orta əsrlər boyunca Avropa səyyahlarının 
və  diplomatlarının  Azərbaycanda  ipəkçilik  haqqında  maraqlı  qeydlərini  izlədikcə,  xam  ipəyin  və 
ipək  parçaların  Avropa  dövlətlərinin  daimi  diqqət  mərkəzində  olduğunu  görürük.  Belə  bir 
münasibət qiymətli Azərbaycan ipəyini ələ keçirmək arzusundan irəli gəlirdi. Azərbaycanın bir çox 
şəhərlərində  istehsal  olunan “şərbafi”,  “xalvari”,  “lejim”  adlanan  ipək  növləri  Avropa  ölkələrində 
şöhrət qazanmışdı (14, s. 102–104).  
Pambıq,  yun,  ipək  və  digər  yerli  məhsullar  dünyanın  əksər  ölkələrində  başlıca  tələbata 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə