Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   ...   36   37   38   39   40   41   42   43   ...   136

81 
 
           NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 5(79) 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 5 (79) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 5 (79) 
 
 
ZEYNƏB QULİYEVA 
AMEA Naxçıvan Bölməsi 
zeyneb_guliyeva@yahoo.com.tr 
UOT: 94 (479.242) 
I KÜLTƏPƏDƏN AŞKAR EDİLMİŞ OBSİDİAN ALƏTLƏR 
(2014-2016) 
 
  Açar sözlər: Naxçıvan, neolit, I Kültəpə, obsidian, əmək aləti 
  Keywords: Nakhchivan, neolithic, Kultepe I, obsidian, artifacts 
  Ключевые слова: Нахчыван, неолит, Кюльтепе 1, обсидиан, орудия труда 
  Təbiətin  nadir  məhsullarından  olan  vulkan  mənşəli  obsidianlar  parlaq,  gözoxşayan 
xüsusiyyəti ilə hələ uzaq daş dövründən insanların diqqətini cəlb etmişdir. İlk vaxtlar təbii şəkildə 
istifadə  edilən  bu  materialın  sonralar  geniş  emalına  başlanmışdır  ki,  bu  da  sənətkarlığın  meydana 
gəlməsi ilə eyni dövrə təsadüf edir. Sənətkarlığın prioritet sahələri olan silahqayırma, bəzək əşyaları 
və  əmək  alətlərinin  hazırlanmasında  onlardan  xammal  kimi  geniş  istifadə  olunmuşdur.  Neolit 
dövrünün bir çox abidələrində, o cümlədən Kortik təpə yaşayış yerindən aşkar edilən obsidianların 
əksəriyyətinin  təbii,  emal  olunmamış  formada  üzə  çıxarılması  epipaleolit  dövründən  başlayaraq 
təbii xammal olaraq onlardan daş qabların biçimləndirilməsi və naxışlanmasında istifadə edildiyini 
göstərir.  Digər  tərəfdən  böyük  coğrafiyalarda  mübadilələrin  həyata  keçirilməsində  də  obsidian  və 
çaxmaqdaşının əsas xammal kimi dəyəri böyük olmuşdur [12, 95]. 
Lakin  obsidianların  haradan  və  hansı  yolla  əldə  edilməsi  məsələsi  hələlik  konkret  həllini 
tapmamışdır. Bu problemin aydınlaşdırılmasında abidələrin geocoğrafi mövqeyi mühüm əhəmiyyət 
daşıyır.  Cənubi  Qafqazı  Mesopotamiya  və  Şərqi  Anadolu  ilə  birləşdirən  yolun  üzərində  yerləşən 
Naxçıvan  ərazisindəki  I  Kültəpə  yaşayış  yerindən  üzə  çıxarılan  obsidian  növlərinin  təhlili  bu 
baxımdan xüsusi əhəmiyyət kəsb edir.  
Naxçıvançayın  Araza  yaxınlaşdığı  yerdə salınmış I Kültəpə abidəsi ilk dəfə ötən əsrin 50-ci 
illərində  tədqiqata  cəlb  edilmişdir.  Azərbaycan  Milli  Elmlər  Akademiyasının  O.Həbibullayevin 
başçılığı  altında  Naxçıvana  göndərdiyi  arxeoloji  ekspedisiya  tərəfindən  təqribən  13  illik  qazıntı 
prosesi nəticəsində I Kültəpənin çoxtəbəqəli bir abidə olduğunu ortaya çıxarmışdır. Neolitin sonu, 
eneolit, tunc və erkən dəmir dövrlərinə aid təbəqələrin qeydə alındığı I Kültəpə tapıntıları içərisində 
eneolit materialları üstünlük təşkil etməsi nəzərə alınaraq, abidənin tədqiqinə həsr edilmiş əsərlərdə 
də əsas təhlillər məhz bu dövrün materialları üzərində aparıldığından [10, 8; 1, 24] neolit dövrünün 
tədqiqi arxa planda qalmışdır. Buna baxmayaraq I Kültəpənin adı elmi ədəbiyyatlarda uzun müddət 
Naxçıvanda neolit dövrünün yeganə abidəsi kimi keçmişdir [16, 133; 15, 32]. 2013-2016-cı illərdə I 
Kültəpə  və  ətrafında  aparılmış  araşdırmalar
1
  Naxçıvanda  neolit  mədəniyyətinin  sistemli  şəkildə 
öyrənilməsinə  stimul  verəcək  qiymətli  materiallar  üzə  çıxardı.  Arxitektura  qalıqları,  keramika, 
əmək alətləri, insan skeletləri və müxtəlif heyvan sümüklərindən ibarət olan bu tapıntılar içərisində 
obsidian  məmulatı  xüsusi  diqqətə  layiqdir.  Məlum  olduğu  kimi,  onlara  əvvəlki  illərin  qazıntıları 
zamanı da rast gəlinmiş [10, 35] və müxtəlif ədəbiyyatlarda bu barədə məlumat verilmişdir [1, Tab. 
XIII, 1-28], lakinobsidianların rəng çalarları üzrə növləri, funksional xüsusiyyətləri ayrıca tədqiqat 
obyekti olmamışdır.  
I Kültəpədən aşkar olunan obsidianların timsalında son neolit  dövründə Naxçıvanda mövcud 
olmuş sənətkarlığın inkişaf dinamikasını izləmək mümkündür (Şəkil 1, 1-4).  
                                                             
1
I  Kültəpə  və  ətrafında  aparılmış  araşdırmalar  AMEA  Naxçıvan  Bölməsinin  bir  qrup  əməkdaşı,  o  cümlədən  məqalənin  müəllifinin  də  daxil  olduğu 
arxeoloji  ekspedisiya  və  Fransa  Milli  Araşdırmalar  Mərkəzinin  birgə  layihəsi  ilə  AMEA-nın  müxbir  üzvü  V.Baxşəliyevin  rəhbərliyi  ilə  həyata 
keçirilmişdir. 


82 
 
 
Şəkil 1. 2014-2015-ci illərdə I Kültəpədən aşkar edilmiş obsidian alətlər 
 
Alətlərin  müxtəlif  çeşidli  olması  və  obsidianların  böyük  bir  qisminin  emal  prosesinin  yarımçıq 
olması  iki  mühüm  nüansa  diqqət  çəkilməsini  tələb  edir:  yerli  tayfaların  obsidian  emalında  xüsusi 
təcrübəyə  malik  olması  və  obsidian  ticarətinin  həyata  keçirilməsində  mühüm  rol  oynamaları.  Birinci 
fikir  öz  təsdiqini  2016-cı  ildə  yaşayış  yerinin  E  sahəsinin  təqribən  2  m  dərinliyində  qeydə  alınan 
obsidian emalatxanasında, həmçinin D, F, j sahələrindən üzə çıxarılan obsidian qalıqlarının timsalında 
tapmaqdadır.  İkinci  məsələ  ilə  bağlı  fikirlərə  isə  buradan  aşkar  edilən  müxtəlif  obsidian  növləri  və 
onların  obsidian  yataqlarından  uzaqda  yerləşən  abidələrdən  aşkar  edilmiş  analoqlarının  müqayisəli 
təhlilinin köməyi ilə aydınlıq gətirilə bilər. Bu baxımdan I Kültəpədə 2013-2016-cı illərdə qeydə alınan 
obsidian  növləri  xüsusi  əhəmiyyət  kəsb  edir.  Onlar  əsasən  4  rənglə  təmsil  olunur:  qəhvəyi,  qara,  boz 
hisli,  şəffaf.  Qeyd  etmək  lazımdır  ki,  müxtəlif  bucaq  altında  müxtəlif  rənglər  verən  bu  məmulatlar 
içərisində irizasiyalı tünd rəngli növləri daha qiymətli hesab edilir [13, 73]. 
I Kültəpənin obsidian məmulatı içərisində yayılma dərəcəsinə görə qəhvəyi rənglilər üstünlük 
təşkil edir (Şəkil 2, 4-5, 9, 11). Onların özü də iki çeşidlə təmsil olunur. Birinci çeşidə aid olanlar 
qırmızı-qəhvəyi rəngli olub üfüqi formada qara enli xətlərlə müşaiyət olunur. Onlardan biri bıçaq 
formasında  olub  hər  iki  tərəfdən  retuşlanmışdır  (Şəkil  1,1).  Yuvarlaq  formada  olan  uc  hissədə 
əzilmə izləri var. Görünür ondan təkcə kəsmək üçün deyil, həmçinin əzmək, pardaxlamaq məqsədi 
ilə də istifadə edilmişdir. Alətin uzunluğu 9, eni 2,5, qalınlığı 0,5 sm-dir (KT-15, E-87). İkinci çeşid 
solğun-qəhvəyi rəngli olub boz rənglə qarışıqdır (Şəkil 1,2). Alətin uzunluğu 9,2, eni 2,1, qalınlığı 
0,5 sm-dir. Hər iki tərəfində xəfif retuşlanma izlənilir (KT-16, J-070). 
İkinci qrupa aid olan qara rəngli obsidianlar da iki tiplə təmsil olunur. Birinci tipə aid olanlar 
parlaqlığı  ilə  diqqət  çəkirlər  (Şəkil  2,  1,  10,  12).  Hər  iki  tərəfi  iti  olan  bu  tip  alətlərdən  birinin 
tədricən  nazikləşən  uc  hissəsi  sınmışdır.  Bu  da  onun  ikili  funksiyasından  xəbər  verir.  Alətin 
uzunluğu 6,2, eni 3-3,4, qalınlığı isə 0,4 sm-dir (KT-16, J-050). İkinci tipə aid olanlar qara parlaq 
olmayan  obsidianlardır  (Şəkil  2,2).  Uzunluğu  6,  eni  2,5,  qalınlığı  0,5  sm  olan  bu  alətlərdən  biri 
yarıdan  sınsa  da,  kənarlarındakı  retuşlama  izlərindən  onun  işləkliyi  hiss  olunur  (KT-16,  J-074). 
Qara rəngli obsidianlardan biri trapes-yuvarlaq forması ilə diqqət çəkir (Şəkil 2, 6). 
                 
 
 
 
Şəkil 2. I Kültəpədən aşkar olunan obsidian növləri (2014-2016). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə