Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   ...   32   33   34   35   36   37   38   39   ...   136

73 
 
əmələ  gətirirdilər.  Keçələrdən  daha  çox  istilik  yaratmaq  məqsədilə  istifadə  edirdilər.  Keçələr  yayda 
sərinlik, qışda isə istilik yaratmaq məqsədilə istifadə olunurdu. 
“Naxçıvan xalçaçılıq məktəbində toxunan “Palaz”, “Kilim”, “Zili” xovsuz xalçalarını bəzəyən 
dolanbac, düz xətt, romb, qarmaqlı və başqa həndəsi formalı elementlər “kilimgülü”, ağac, əfsanəvi 
quş və heyvan motivləri fərdi təsvir üslubları ilə seçilirlər. Bu naxışlar bütövlükdə əbədiyyatla bağlı 
hisslər, duyğular dünyasının xalılar üzərində bədii inikasıdır”(4,s-38). 
“Ekspozisiyada  nümayiş  etdirilən  “Dəvələr”  adlı  Şəddə  də  çox  maraqlıdır.  Üzərində  dəvə 
karvanı, qabaqda isə sarvan təsvir olunubdur. Dəvə bolluq, bərəkət rəmzi sayılırdı.”(1,s-72) Dəvə 
karvanı  isə  əbədi  dövr  edən  həyatın  göstəricisi  idi.  Bundan  əlavə  dəvə  karvanları  Naxçıvanın 
qədimdən böyük ipək  yolu üzərində  yerləşdiyini və qədim ticarət şəhəri olduğunun göstəricisi idi. 
Beləki, qədimdən burdan alınan xalçalar hal-hazırda Avropanın bir çox muzeyini bəzəyir. 
“Muzeyin  ekspozisiyası  bir  çox  xalça  məmulatları  ilə  də  zənginləşib.  Məlumdur  ki, 
Azərbaycan  xalçaçılıq  tarixinin  kökləri  lap  qədimlərə  gedib  çıxır.  Əldə  edilən  xalçalar  içərisində 
Naxçıvan zonasına məxsus olan  XIX əsr məfrəci xüsusi maraq doğurur. Xalçaçılığın bu növü yataq 
ləvazimatları yığmaq üçün istifadə olunur”(3,s-48). Bu toxumanın bütün perimetri boyunca üç enli 
haşiyə  gedir.  Haşiyələr  bir-birindən  müxtəlif  xarakterli  kiçik  həndəsi  ornamentlər  salınmış  dörd 
ensiz zolaqla ayrılır. Məfrəcin üzərində müxtəlif rəngdə kiçik romblar təsvirlənib. Mərkəzi hissədə 
enli bir haşiyə keçir. Haşiyədə təsvirləri bərabər olmayan altıbucaqlar toxunub. Bu altıbucaqlar hər 
bucağın  ortasından  zolaqla  bir-birinə  birləşdirilib,  aralarında  isə  pilləli  yarımromblar  salınıb. 
Ümumiyyətlə  çox  gözəl  tapılmış  bu  elementlər,  habelə  bütün  kompozisiya  əsl  xalq  sənətkarı-
rəssam, xalça ustası tərəfindən yüksək zövqlə düşünülüb icra olunmuşdur. 
Əldə  edilən  nümunələr  içərisində  namaz  vaxtı  istifadə  olunan  kiçik  xalça  “Canamaz”  da 
diqqəti  cəlb  edir.  XX  əsrdə  hazırlanmış,  pambıqdan  toxunmuş  bu  parça    basma  üsulu  ilə 
bəzədilmişdir.  Xalçadakı  stilizə  olunmuş  güllər,  yarpaqlar  və  saplaqlar  çox  gözəl  tərzdə  bir-birini 
tamamlayıb vahid ritm yaradır. 
Bu ornamentlər “Canamaz”ı təkcə bəzəmir, həm də kompozisiya baxımından onun formasını 
tamamlayır. 
“Naxışsız xalçanı təsvir etmək mümkün deyil. Xalçalardakı hər bir naxışlar bir məzmunu, bir 
fikri tamamlayır. Azərbaycan xalçaçılıq sənətinin rəng və naxışları müxtəlif olduğu kimi, mövzular 
da  zəngin  və  çoxmənalıdır.  Xalçalar  Azərbaycan  xalqının  tarixinin,  mədəniyyətinin  öyrənilməsi 
sahəsində əvəzolunmaz mənbədir” (2, s.58). 
XVIII əsrə aid Şərur rayon  Aşağı  Aralıq  kəndində toxunmuş “Ələmli” xalçasındakı naxışlar 
öz  gözəlliyi  ilə  diqqəti  cəlb  edir.  Xalçanın  sağında  və  solunda  Dünya  ağacı  verilmiş,  yuxarı 
hissəsində isə şiəliyi bildirən  qara ələmlər toxunmuşdur. 
Xalçadakı  Dünya  ağacı  türkdilli  xalqlarda  mifoloji  inamlar  sistemində  verilmişdir.  Yəni 
Dünya ağacı ilkin hakimiyyətin, sonralar dövlətin özünü hiss etdirməsi, eninə, uzununa böyüməsi 
və  inkişafı  ilə  bağlıdır.  Deməli,  türkdilli  xalqlar  göyə,  yüksəkliyə,  kainata  tapınmış,  eninə  ətraf 
mühitə, təbiətə inam oğuzlarda başlıca rol oynamışdı. 
Xalçalarda  insan  portretini  yaratmaq,  onu  incə  naxışlarla  işləmək,  xalçaçı  qadınlarımızın 
məharətindən  xəbər  verir.    Bu  baxımdan  “Abbas  Mirzə”  adlı  sujetli  xalça  muzeyin  ən  dəyərli 
xalçalarındandır.  XVIII-XIX  əsrlərə  aid  olan  bu  xalçanın  Naxçıvanın  tarixi  üçün  çox  böyük  önəmi 
vardır.  Belə  ki,  bu  portret-xalça  vaxtı  ilə Naxçıvanda  möhtəşəm  bir  qala  olan “Abbasabad”  qalasının 
(XVIII-XIX  əsrlərə  aid)  mühafizəçisi,  vəliəhd  Abbas  Mirzənin  şərəfinə  toxunmuşdur.  Xalça  öz 
orjinallığına görə demək olar ki, təkrarsızdır. Miniatür janr formasında işlənmiş bu xalça çox maraqlı bir 
texnoloji  qaydada  toxunmuşdur.  Abbas  Mirzə  İran  şahı    Fətəli  şahın  oğlu,  Abbasabad  qalasının 
mühafizi  Azərbaycanın  vəliəhdi  olmuşdur.  Xalçanın  fonunda  atın  üstündə  oturmuş  vəliəhd  Abbas 
Mirzənin portreti ustalıqla toxunmuş və xalçanın yuxarı hissəsində bu şer parçası verilmişdir. 
Şükür olsun Allaha 
Ölmüş olan canlar 
Təkrar cana gəldi 
Əbədi müddət vəliəhd 
Azərbaycana gəldi 


74 
 
Burada sujet xalçanın toxunulmaz yelan hissəsini yarmış və çərçıvədən kənara çıxmışdır. 
Xalçalarımız  ta  qədim  zamanlardan  başlamış  bu  günə  qədər  həyat  və  məişətimizdə  sırf  əməli 
əhəmiyyət  kəsb  etməklə  yanaşı  böyük  bədii  ideyaya  da  malik  olmuşdur.  Xalçalarımızın  bədii 
xüsusiyyətləri və məzmunu, əsasən onda tətbiq olunan ornament və rəng vasitəsilə öz əksini tapmışdır. 
 Mifologiyamızda elə inamlar, obrazlar vardır ki, onların öyrənilməsi, xalqa çatdırılması daha 
vacibdir.  Oda,  qurda,  qoça,  quşa  inamlar  xalçalarda  əsas  yer  tutur.  Belə  xalçalardan  biri  də  bizim 
mifologiyamızla  bağlı  “Boz  qurd”  xalçasıdır.  1800-cü  ilə aid  olan    Şahbuz  rayon  Kükü  kəndində 
toxunmuş  xalçanın  üzərində  qurd  təsvirləri  toxunmuşdur.  Xalçanın  sağında  və  solunda  qurd, 
ortasında  isə  insan  təsviri  verilib.  Qurd  burada  mərdlik, igidlik,  əyilməzlik  rəmzi olmaqla  yanaşı, 
həmçinin insanların qoruyucusu və yol göstəricisi kimi də təsvir edilmişdir. 
Ovçuluq  ayinlərinin  simvolikasını  əks  etdirən,  ov  səhnələri  ilə  zəngin  olan    xovlu  və  xovsuz 
xalçalar,  xalça məmulatları  Azərbaycan  dekorativ   sənətində müxtəlif üslub istiqamətlərindən keçərək, 
özünün ənənəvi xüsusiyyətlərini günümüzə qədər qoruyub saxlamış ən davamlı mövzulardan biridir.  
  İnsanların  ilkin  məşğuliyyəti  ovçuluq,  heyvandarlıq,  əkinçilik  və  eləcə  də  başqa  peşələr 
olmuşdur.  XVIII  əsrə  aid  olan  Şahbuz  rayonunun  Keçili  kəndində  toxunmuş  “Ovçuluq”  xalçası-
ovçuluq sujetinə həsr olunub, Azərbaycanın flora və faunasının, ovçuluq ənənələrinin təkamülünü, 
insanların  onlara  münasibətini  əks  etdirir.  Xalçada  oğlanın  əlində  ovçuluq  alətinin  olması,  keçi 
şəkillərinin verilməsi incə naxışlarla təsvir olunmuşdur.  
  Naxçıvan Dövlət Xalça muzeyində qorunub saxlanan hər bir xalça Azərbaycanın mədəni-irsinin, 
milli  ənənələrinin,  bütövlükdə  ümumbəşəri  mənəvi  dəyərlərimizin  davamı  kimi  çox  əhəmiyyətlidir.  Bu 
xalçalar Azərbaycanımızı dünyada tanıdan elçilər, milli-mədəniyyətimizi təbliğ edən  daşıyıcılardır. 
  Xalçaların  yüksək  keyfiyyəti,  incə  ilmələri,  zəngin  Azərbaycan  çeşniləri  əsasında  toxunan 
xalçalar    Azərbaycanın  hüdudlarından  kənarda  da  tanınır.  Respublikaya  gələn  mötəbər  qonaqlar 
muzeyin qonaqları olublar. Qonaqlara xalqımızın qədim milli-sənəti olan xalçaçılıq haqqında ətraflı 
məlumat  verilib  və  bildirilib  ki,  Azərbaycan  xalçaları  indi  də  dünyanın  bir  çox  muzeylərinin  ən 
nadir eksponatları sırasındadır. 
  Qonaqlar muzeydə olarkən xalçanın inkişaf yollarını izləyib, ekspozisiyada nümayiş olunan qədim 
xalçalarımızın çeşniləri, naxışları və s. tanış olurlar. Qonaqlar öz təəssüratlarını rəy kitabında belə yazıblar. 
  “Mən fəxr edirəm  ki,  Naxçıvanda belə  gözəl xalça muzeyi  var. Toplanmış  xalçalar  Azərbaycan 
xalçaçılıq sənətinin tarixindən danışır. Sağ olsun əcdadlarımız ki, bizə xalçaçılıq sənətini bəxş ediblər 
Sağ olsunlar bu gözəl kolleksiyanı yaradanlar”. 
   
 
 
 
 
 
 
19.11.2011 
   
 
 
 
 
 
      Tahir Salahov 
   
 
 
 
 
                 Azərbaycan Xalq Rəssamı 
Bu gün ölkədə ictimai-siyasi sabitliyin bərqərar olduğu, bütün sahələrdə tərəqqi və yüksəlişin 
yeni  mərhələyə    qədəm  qoyduğu  bir  zamanda  dövlətimiz  tərəfindən  mədəniyyətə,  xalq  sənətinə 
göstərilən qayğı millətin gələcəyinə qayğı kimi qiymətləndirilir. Bu istiqamətdə Naxçıvan  Dövlət  
Xalça  muzeyinin  həyata  keçirdiyi  fəaliyyəti   hüdudsuzdur. 
Muzeydə  təkcə  xalçaları  qoruyub,  nümayiş  etdirmək  deyil,  eyni  zamanda    xalçalarımızın 
təbliği  məqsədilə  el  şənliklərində,  müxtəlif  tədbirlərdə  xalçaların  sərgisinin  təşkili,  bukletlərin 
buraxılması və s. tədbirlər həyata keçirilir.  
Muzey  həm  də  minilliklərin  yadigar  qoyduğu  xalça  sənəti  ilə  bağlı  varislik  ənənələrimizi 
davam etdirən və müasir gəncləri bu sənətə yiyələnməyə yönəldən körpüdür. Bu ocağın istisində öz 
həsas dövrünü yaşayan yeni nəsillər formalaşacaqdır. 
Muzeydə  azyaşlı  ziyarətçilərə,  uşaqlara  xüsusu  münasibət,  sevgi  vardır.  Burda  onlara  milli 
dəyərlərimiz,  xalçaçılıqda  istifadə  edilən  təbii  boyalar,  rəng  duyumunun  özəllikləri,  naxışların 
təsviri və mənası, toxunma üsulları haqqında bilgilər vermək bir ənənəyə çevrilmişdir. Toxuculuqla 
davamlı maraqlanan, asudə vaxtlarını burada səmərəli keçirməyə can atan gənclər isə artıq çoxdan 
muzeyin dostlarına çevrilmişlər. Burda uşaqlar özlərini möcüzələr aləmində hiss edir, öz yaradıcılıq 
qabiliyyətlərini aşkar edirlər. 
Muzey  istedadlı  uşaqların,  böyüməkdə  olan  gənc  nəslin  yaradıcılıq  potensialının  inkişaf 
etdirilməsində,  onların  gələcəkdə  səmərəli  fəaliyyət  sahələri  seçmələrində  böyük  iş  aparır.  Bu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə