Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   ...   31   32   33   34   35   36   37   38   ...   136

71 
 
6.
 
Акты, собранные Кавказской Археографической комиссией. Т. VII, Тифлис, 1878 
7.
 
Полное собрание законов Российской империи. Собр. Второе. Т. III, 1828. СПб., 1830 
8.
 
Полное собрание законов Российской империи. Собр. Второе. Т. VIII. Отделение 
первое. СПб., 1834 
9.
 
Присоединение Восточьный Армении к России. (Сб. док.). Под. ред. Ц.П.Агаяна. Том 
2. Ереван, Издательство Академии Наук Армянской ССР, 1978 
10.
 
Собрание актов, относящихся к обозрению истории Армянского народа. Часть I, 
Москва, 1933 
11.
 
Qarayev E. Azərbaycanın İrəvan bölgəsinin tarixindən (XVI yüzilliyin sonu-XIX yüzilliyin 
ortalarında). Bakı, Mütərcim, 2016 
12.
 
Məmmədov  İ.  Erməni  kilsəsi  və  Türk-Azərbaycan  torpaqlarını  dolaşmaqda  olan  “Böyük 
Ermənistan”  kabusu  (Etnik  təmizləmə,  fiziki  və  mənəvi  soyqırımı.  Dünənin  tarixi,  bu  günün 
gerçəyi). Bakı, Nurlan, 2010 
13.
 
Süleymanov M. Erməni millətçiliyi və təcavüzkarlığı tarixindən. Bakı, Hərbi nəşriyyat, 2008 
14.
 
Süleymanov M. Türkmənçay müqaviləsi. Bakı, Elm və təhsil, 2015 
15.
 
Şükürov K. Alban (Qafqaz) kilsəsinin ləğvi - 1836: Bu necə olmuşdu? / http://apa.az/xeber-
az/sosial_xeberler/azerbaycanda-alban-kilsesinin-legvinden-180-il-otur-meqale.html 
16.
 
Şükürov K.K. Türkmənçay – 1828. Tarixi xronika. Bakı, Çaşıoğlu, 2006 
17.
 
Последняя война с Турцией заключаюшая в себе компанию 1828 и 1829 гг. в 
Европейской и Азиатской Турций и на Кавказе. Ч. II, СПб., 1850. 
18.
 
Потто В.А. Кавказская война в отдельных очерках, эпизодах, легендах и биографиях. 
Т. III. СПб., 1886 
19.
 
Тунян В.Г. “Защитник Отецества” – каталикос всех армян Нерсес Аштаракеци. 1826-
1857 гг. Ереван, Св. Эцмиадзин, 2007 
20.
 
Ушаков Н.И. История военных действии а Азиатской Турции в 1828 и 1829 годах. В 
двух частях. Част 2. СПб., Тип. Э. Прача и К, 1836 
21.
 
Шеремет В.И. Турция и Адрианопольский мир 1829 г. Москва, Из-во «Наука», 1975. 
ABSTRACT 
The  matter  of  administration  of  this  province  is  searched  in  the  article  that  deals  with  the  post 
occupatoin  period  of  the  Iravan  Khanate  said  to  be  the  ancient  homeland  of  Azerbajan.  Temporary 
administration (october 6.1827- march 21,1828) and “the ptovince of Armenia” (march 21, 1828-april 
10, 1840) to have been established to administrate the province of Iravan, as well as the characteristic 
features of administration also its essence, armenization of this region with conscious purpose and other 
evident  issues  are  analysed  based  on  true  facts  respectively.  Much  more  attentions  are  kept  in 
consideration  that  during  those  complicated  years  the  adminis  trative  power  of  Russia  did  everything 
together with Armenian churches grounded on mutual cooperation. The place and role of the Armenian 
churces in this process and their murky activity are spotlight by means of the initial archive materials 
and above all references inclusively. 
РЕЗЮМЕ 
  В статье исследуется вопрос об управлении этой провинцией, которая является исконно 
Азербайджанской землей, после его захвата Россией. Раскрывается характерные особенности и 
основная сущность созданных для управлении  Эриванской провинцией Временное Управлении 
(6 октябр 1827 – 21 марта 1828 годы) и Армянской областью (21 марта 1828 – 10 апрелья 1840 
годы).  Анализуруються  цели  этих  форм  управления,  которые  были  созданы  для  служение 
процесса  «арменизации»  этого  региона.  Уделено  внимание  на  совместную  деятельность 
Российских  органов  управления  с  армянской  церковью  в  деле  управлении  и  «арменизации» 
региона. Все эти вопросы освещены на основе первичных архивных документов и исторической 
литературы. 
      НДУ-нун  Елми  Шурасынын  31  oktyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 02). 
      Məqaləni  çapa  təqdim  etdi: 
AMEA-nın  müxbir  üzvü 
Z.Şahverdiyev
 


72 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 5(79) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 5 (79) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 5 (79) 
 
 
ZENFİRA SEYİDOVA 
UOT: 94 
EL SƏNƏTİ – NÜMUNƏLƏRİMİZİN TƏBLİĞ OLUNDUGU MUZEY 
Açar sözlər: Xalça, ekspozisiya, muzey, fond, sərvət, eksponat, kolleksiya  
Key words: Carpets, exposition, museum, wcalth, fund, exhibits, collection  
Kлючевые  слова:  Koвров,  экспозиции,  музеум,  фонды,  богатства,  зкспанаты, 
кoллекции  
Zəngin  fantaziyaya,  minilliklər  ərzində  aşılanmış  incə  zövqə  malik,  orjinal  sənətkarlığı  ilə 
incəsənət  tarixində  xüsusi  yer  tutan  Azərbaycan  xalqı  əsrlər  boyu  bir  çox  qiymətli  nümunələr 
yaratmışdır. Hələ qədim zamanlardan xalqımız  müxtəlif ağac növləri, daş və gildən düzəldilən sənət 
nümunələrinin, xalça və zərif naxışlı parçaların hazırlanma sirrini, işləmə üsullarının nəsildən-nəsilə 
yaşadaraq bu günümüzə qədər qoruyub saxlaya bilmişdir. 
Bir  çox  ev  əşyalarında,  parça  və  xalçalarda,  quramalarda,  döymə  mis  qablarda,  zərgərlik 
nümunələrində və s. şeylərdə Azərbaycanın el ustalarının parlaq sənətkarlığı yaşayır. Xalqın əsrlər 
boyu yaratdığı bu nümunələr itib getmir, dəbdən düşmür, əksinə illər keçdikcə daha da təkmilləşib 
yeni-yeni formalar alır. Saysız-hesabsız el sənəti örnəkləri xalqın həmişə istək və arzularını, ustalığını 
özündə cəmləşdirmiş, el-obanın neçə oğul və qızlarının sənətkarlığını sonrakı nəsillərə çatdıra bilmişdir. 
Dünyanın və ölkəmizin şöhrətli muzeylərində nümayiş etdirilən Azərbaycan dekorativ sənəti örnəkləri 
vasitəsilə  sözün  əsl  mənasında  xalqın  tarixini  izləmək,  adət-ənənəsi  ilə  yaxından  tanış  olmaq 
mümkündür.  Bir-birindən  baxımlı  xalça  və  palazlarda,  təkəlduz  tikmə  nümunələrində  ,  toxuma  və 
basma parçalarda, zərgərlik şeylərində, metaldan, dəridən və daşdan hazırlanmış əşyalardakı bənzərsiz 
naxışlar,  heyrətamiz  rəng  duyumu,  kompozisiya  zənginliyi  dünənimizdən,  bugünümüzdən    sanki  söz 
açıb  danışır,  milli  mədəniyyətimizin  ululuğunu  göstərir.  Tamaşaçını  görmədiyi  və  eşitmədiyi  nağıla 
bənzər  sənət  aləminə  aparır.  Xalqımızın  adət-ənənələrindən,  qədim  və  müasir  el  sənəti  örnəklərindən 
söhbət  açan  Naxçıvan  Dövlət  Xalça  Muzeyində  təşkil  edilmiş  ekspozisiyalar  muzeyə  gələn 
tamaşaçıların həmişə diqqət mərkəzindədir. Söhbətimiz də həmin muzey barəsindədir. 
Azərbaycan  xalçalarını  təbliğ  etmək,  onların  tarixinə  bir  daha  nəzər  salmaq,  qaranlıq 
məqamları araşdırmaq, milli mədəniyyətimiz olan xalça nümunələrini toplamaq, qorumaq, nümayiş 
etdirmək məqsədilə 1998-ci ildə Naxçıvan Dövlət Xalça Muzeyi yaradılmışdır. 
Xalçaların öyrənilməsi, mühafizəsi və sərgilənməsi məqsədilə yaradılmış bu muzey Naxçıvan 
xalçaçılığının növlərini,  texnikasını, materialını nümayiş etdirən ən əhəmiyyətli bir muzeydir. 
“Azərbaycan  xalça  sənətinin  yaranması  və  inkişafı  milli  mədəniyyətimizin  ayrılmaz  tərkib 
hissəsidir. Azərbaycan xalça sənəti tunc dövründən başlayaraq inkişaf etmiş, daha da  zənginləşərək 
bu günümüzə gəlib çatmışdır. Ehtimal ki, bu sənətin yaşı elə xalqımızın yaşına bərabərdir.”(1,s-28) 
Doğma torpağımızın rəngarəng  boyaqların hazırlanmasına imkan verən zəngin bitki örtüyü və zərif 
yunu xalça sənətinin yaranmasına və inkişafına şərait yaratmışdır. 
Naxçıvan Dövlət Xalça muzeyində  saxlanan çoxsaylı xovlu və xovsuz xalçalar, xalça məmulatı, 
bədii  tikmə,  bədii  metal,  saxsı  və  şüşə  məmulatından  ibarət  3  minə  yaxın  muzey  eksponatları  böyük 
bədii əhəmiyyət kəsb edir. 
Xalça  sənəti  Azərbaycan  xalqının  milli  möhürüdür,  onun  sənət  rəmzidir.  Naxçıvan  Dövlət 
Xalça muzeyində qorunub saxlanılan xalçalar da öz gözəl rəngləri ilə, rəmzi məna daşıyan naxışları 
ilə, real təsvirləri ilə diqqəti cəlb edir. 
Muzeyin  ekspozisiyasında  xalçaçılığın  inkişaf  yolu,  xronoloji  formada  öz  əksini  tapmışdır. 
Daha doğrusu keçəcilik, həsirçilik, palazçılıq növləri və digər xovlu və xovsuz xalçalar ardıcıllıqla 
burada əks olunur. 
Keçə -  Kəngərli rayon Qıvraq qəsəbəsindən gətirilib. Qədimdən keçələrdən alaçıq və dəyələrin 
örtülməsində, eyni zamanda kişi və qadın geyimlərində istifadə edirdilər. Keçəni su vasitəsilə döyərək 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə