Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   ...   34   35   36   37   38   39   40   41   ...   136

77 
 
uyğunlaşdırmağa  çalışmışlar.  Bu  dövrdə  Azərbaycanın  əraziləri  vilayətlərə  və  əyalətlərə,  yaxud 
bəylərbəylik və sancaqlıqlara bölünmüşdü [4, s. 23]. 
1727-ci  ilə  aid  “Naxçıvan  sancağının  müfəssəl  dəftəri”ndə  Naxçıvan  sancağına  aid  olan 
nahiyələr  sırasında  14  nahiyənin  -  Naxçıvan,  Əlincə,  Sair-Məvazi,  Dərəşahbuz,  Mülki-Arslan, 
Məvaziyi-Xatın,  Qarabağ,  Qışlağat,  Dərəşam,  Azadciran,  Şorlut,  Dərənürgüt,  Sisyan,  Dərələyəz 
nahiyyələrininin  adı  çəkilmişdir.  1728-ci  ilə  aid  “İrəvan  əyalətinin  müfəssəl  dəftəri”ndə  də 
Naxçıvan sancağının tərkibində məhz bu nahiyələrin adı qeyd edilmişdir [5, s.9]. 
I  Osmanlı  idarəçiliyi  dövrü  ilə  (1587-1603)  müqayisə  etdiyimiz  zaman  görürük  ki,  XVIII 
əsrdə Naxçıvan sancağının tərkibində Ağcaqala, Bazarçayı, Şərur, Zar, Zəbil, Culfa adlı nahiyyələr 
olmamışdır. Əvəzində isə bu dövrdə sancaqlığın inzibati ərazi bölgüsündə Sair-Məvazi, Qışlağat və 
Dərələyəz  nahiyələrinin  adına  rast  gəlirik.  Apardığımız  müqayisələr  göstərir  ki,  II  Osmanlı 
idarəçiliyinin  ilk  dövründə  Naxçıvan  sancağı  ilə  yanaşı  Ordubad  sancağı  da  yaradılmış  və  bu 
sancaqlıq yalnız iki il – 1724-1726-cı illərdə mövcud olmuşdur.  
Bu  dövrdə  Zar,  Zəbil,  Şərur  nahiyələri  Naxçıvan  sancaqlığının  tərkibindən  çıxarılaraq  İrəvan 
sancağına verilmişdir. Eyni zamanda Culfa, Bazarçayı və Ağcaqala nahiyələri ləğv edilmiş, Sair-Məvazi, 
Qışlağat və Dərələyəz adlı yeni nahiyələr yaradılmışdır [4, s.11].  Apardığımız kartoqrafik hesablamalara 
əsasən deyə bilərik ki, II Osmanlı idarəçiliyi dövründə Naxçıvan sancağının ərazisi 8077 km
2
-dən artıq idi. 
Dövrün  mənbələrində  Naxçıvan  şəhər  kimi,  Ordubad  qəsəbə  kimi,  Culfa,  Əylis,  Kırna,  Qarabağlar  və 
Astabad  kənd  kimi  xatırlanmışdır.  XIV  əsrdə  alman  səyyahı  İ.Şiltberqerin  şəhər  və  ya  qəsəbə  kimi 
xatırladığı Kırnanın adı “Naxçıvan sancağının müfəssəl dəftəri”ndə Kirnə kəndi kimi qeyd edilmişdir [4, s. 
95]. Qarabağlar bu dövrün Osmanlı mənbələrində Qarabağ kəndi kimi qeydə alınmışdır.  
XIV  əsrdə  bölgənin  əsas  şəhərlərindən  olmuş  Astabad  şəhəri  haqqında  1727-ci  ilə  aid 
“Naxçıvan  sancağının  müfəssəl  dəftəri”ndə  Yəzdabad  kəndi  kimi  bəhs  edilir.  Buranın  keçmişdə 
şəhər olduğunu sübut edən amil 1727-ci ilə aid olan “Naxçıvan sancağının müfəssəl dəftəri”ndə bu 
kəndin  əhalisinin  şəhərlərdə  olduğu  kimi  məhəllələr  üzrə  təsvirinin  verilməsidir  [4,  s.  157-159]. 
Burada şəhərlərə aid digər bir xüsusiyyət isə müxtəlif sexlərin (dəyirman, bəzirxana, boyaqxana və 
şamxana) fəaliyyət göstərməsi idi.  
1727-ci  ilə  aid  olan  “Naxçıvan  sancağının  müfəssəl  dəftəri”ndə  Ordubad  qəsəbə  kimi 
xatırlanmışdır.  XVII  əsr  coğrafiyaşünası  və  təzkirəçisi  Məhəmməd  Mufid  Yəzdi  də  Ordubadı  
qəsəbə kimi xatırlamışdır [6, s.19]. 
Məlumdur  ki,  1736-cı  ildə  Nadir  şah  hakimiyyətə  gəldikdən  sonra  dövlətin  inzibati 
quruluşunda ciddi dəyişikliklər edilmiş və son Səfəvilər dövründə həyata keçirilməsi planlaşdırılan 
bir  sıra  inzibati  islahatlar  reallaşdırılmışdır.  Əvvəllər,  Naxçıvanın  tabeliyində  olduğu  Çuxursəd 
bəylərbəyliyi  də  daxil  olmaqla,  Azərbaycan  ərazisindəki  4  bəylərbəyliyin  ləğv  edilərək  vahid 
Azərbaycan  bəylərbəyliyinin  tərkibində  birləşdirilməsi  prosesi  məhz  Nadir  şahın  hakimiyyəti 
dövründə başa çatdırılmışdır.  
  Bəylərbəyliklərin  birləşdirilməsindən  bəhs  edən  əksər  müəlliflər,  Nadir  şahın  bəylərbəylik-
ləri ləğv  etdikdən  sonra  bütün  bəylərbəylikləri  Azərbaycan  bəylərbəyliyi  tərkibində  birləşdirdiyini 
yazırlar.  Bu  barədə  müəlliflər  Nadir  şahın  tacqoyma  mərasimində  iştirak  etmiş  katalikos  Abram 
Kreatsidən iqtibas gətirirlər: “Nadir şah öz qardaşını rəis və sərdar, yəni Azərbaycan sərəskəri təyin 
etdi.  Naxçıvanı,  Şirvanı,  bütün  Ararat  vilayətini,  Gürcüstanın  idarəsini  qardaşına  tapşırmaqla  onu 
bəylərbəyi kimi bütün digər xanların başçısı təyin etdi” [7, s.77]. Apardığımız müqayisəli təhlillər 
isə  sübut  edir  ki,  birləşdirmə  prosesi  mərhələli  şəkildə  həyata  keçirilmişdir.  Birinci  mərhələdə 
Gəncə,  Tiflis,  Qarabağ,  İrəvan,  Naxçıvan  və  Şirvan  əraziləri  mərkəzi  Gəncə  olan  vahid  vilayətdə 
birləşdirilmiş, ikinci mərhələdə isə tam mərkəzləşdirmə prosesi başa çatdırılmış və mərkəzi Təbriz 
olan  Azərbaycan  vilayəti  yaradılmışdır.  XIX  əsr  tarixçisi  Mir  Mehdi  Xəzaninin  “Kitabi-tarixi-
Qarabağ” əsərindən gətirdiyimiz aşağıdakı sitat da bunu sübut edir: “Bəd öz an ki, Nadir şah Gəncə 
və Tiflis və Qarabağ və İrəvan və Naxçıvan və Şirvanatı Rum əhlinin qanunlarını təsəllüblərindən 
çıxarıb öz təsərrüfünə götürdü. Bir qəlil  müddətdə bu vilayətlər  Gəncə hakiminə baxdılar. Amma 
sonra Azərbaycan bəylərbəyisinə tabe oldular” [48 s.118]. 
Əfşar idarəçiliyi dövründə Naxçıvan mənbələrdə iki cür “ölkə” və “tümən” kimi qeyd edilmişdir 
[3, s. 6]. M.Xəzaninin əsərində verdiyi məlumatlar sübut edir ki, Azərbaycan bəylərbəyliyi yaradılarkən 


78 
 
Naxçıvan ölkəsi Çuxursədə tabe olan bir ərazi kimi deyil, müstəqil bir hakimlik kimi bu vahidə daxil 
edilmişdir. Təsadüfi deyil ki¸ dövrün salnaməçilərindən biri A.Kreatsi də Nadir şah Əfşarın dövründə 
İrəvan  əyalətinin  mahallarından  bəhs  edərkən  yalnız  9  mahalın  –  İrəvan,  Körpü,  Qırхbulaq,  Şuragel, 
İğdır, Gərni, Abaran, Şirakavan və Göyçənin adını çəkmişdir [9, s. 724]. Deməli, bəhs olunan dövrdə 
Naxçıvan ayrıca bir hakimlik olmuşdur. Əfşarların idarəçiliyi dövründə Naxçıvan, Ordubad və Qafan 
mahalları ilə yanaşı daha iki mahal Sisyan və Tatef də Naxçıvan ölkəsinin tabeliyində olmuşdur. Mirzə 
Yusif Qarabağinin “Tarixi-safi” əsərində verdiyi məlumatlardan aydın olur ki, bu mahallar yalnız XVIII 
əsrin 50-ci illərində Qarabağ xanlığına qatılmışdır [8, s. 19]. 
Beləliklə,  apardığımız  təhlil  və  ümumiləşdirmələrə  əsasən  söyləyə  bilərik  ki,  Əfşarların 
idarəçiliyi  dövründə  Naxçıvan  ölkəsinin  tərkibinə  11  mahal  daxil  olmuşdur.  Bunlar  Naxçıvan, 
Ordubad, Mehri, Qapan, Sisyan, Tatef, Şərur, Dərələyəz, Xok (Qarabağ), Əlincə, Sədərək mahalları 
idi.  Bu  sərhədlər  çərçivəsində  götürdükdə,  Naxçıvan  ölkəsinin  ərazisi  qeyd  olunan  dövrdə  12  min 
389 km

-ə yaxın olmuşdur.  
Mənbələrdə Əfşar idarəçiliyi dövründə Naxçıvan ölkəsinin ərazisində üç əsas şəhərin – Naxçıvan, 
Ordubad və Əylisin adı xatırlanır. Lakin təəssüf ki, Nadir şah bəzən ən qəddar və dağıdıcı tədbirlər həyata 
keçirməyə məcbur olmuşdur. Şəksiz ki, bu baxımdan Əfşarlar dövrünü Naxçıvan şəhərinin tarixində ən 
böyük  tənəzzül  dövrlərindən  biri  kimi  xarakterizə  edə  bilərik.  Rusiya  Dövlət  Qədim  Sənədlər  (Aktlar) 
Arxivində 1406 saylı fondda saxlanılan A.P.Yermolovun qeydlərindən bu fikirləri oxuyuruq: “Tayfadaxili 
müharibələr və Nadir şahın ordusunun yürüşləri bu zavallı torpaqları viranəyə çevirib, bu qəsbkarın hər bir 
addımı  xalqına  fəlakət  gətirib.  ...“Nəqşicahan”  artıq  öz  qədim  möhtəşəmliyini  xatırlatmır,  zira  burada 
xarabalıqlardan və gözəl bağlardan savayı heç nə görünmür” [10, s. 255, 258]. 
Bəhs  etdiyimiz  dövrdə  bölgənin  əsas  şəhərlərindən  biri  Ordubad  şəhəri  idi.  AMEA-nın 
müxbir  üzvü  F.Səfərlinin  fikrincə  Ordubad    şəhərində  qeydə  alınan  və  Nadir  şahın  Hindistana 
yürüşü  xatırlanan  bir  epiqrafik  sənəd  –  kitabə  Naxçıvan  bölgəsinin  Əfşarlar  dövlətinin  tərkibində 
olmasını təsdiq edən çox mühüm qaynaqdır [11, s. 318]. 
Bu  dövrdə  bölgənin  əsas  şəhərlərindən  biri  də  Əylis  şəhəri  olmuşdur.  Şopen,  Sısoyev  və  digər 
müəlliflərin  verdiyi  məlumatlardan  aydın  olur  ki,  XVIII  əsrin  40-50-ci  illərində  Əylisdə  2000  ailə 
yaşamışdır  [12,  s.  159].  Tarixçi  M.Quliyev  apardığı  tədqiqatların  nəticəsi  olaraq  göstərmişdir  ki,  hətta 
xanlığın  yarandığı  dövrə  qədər  Naxçıvan  və  Ordubadla  yanaşı  Əylis  də  şəhər  kimi  varlığını  qorumuş, 
yalnız 1752-ci ildə Azad xan Əfqanlının hücumu nəticəsində dağıdılmışdır [13, s.3]. Tarixçi S.Budaqova 
da  Əylisin  XVIII  əsrin  ortalarına  qədər  şəhər  kimi  varlığını  qoruyub  saxladığını,  1751-1752-ci  illərdə 
Azərbaycanın  cənub  vilayətlərində  hakimiyyət  uğrunda  mübarizə  aparan  Azad  xanın  Kartli-Kaxetiya 
çarlığına  hücum  edərkən  yolüstü  Əylis  şəhərini  mühasirəyə  alaraq  yerlə  yeksan  etdiyini  yazmışdır  [14, 
s.59]  Azərbaycan  Respublikası  Dövlət  Tarix  Arxivində  (indiki  -  Azərbaycan  Milli  Arxivi)  saxlanılan 
Ordubad dairəsinin Əylis mahalının 1831-ci ilə aid kameral siyahısında da 1752-ci ildə Əylisin Azad xan 
tərəfindən  dağıdılması  faktı  öz  əksini  tapmışdır.  Quberniya  katibi  Vladimr  Zalotniki  tərəfindən  tərtib 
edilmiş sənəddə Yuxarı Əylisin tarixi ilə bağlı ilk cümlə belədir: “Hələ keçən əsrdə Yuxarı Əylis tanınmış 
bir şəhər idi” [15, v.6]. Sənəddən həmçinin o da aydın olur ki, Azad xana  qarşı əylislilərin müqaviməti 
onunla nəticələnmişdi ki, xan şəhəri ələ keçirdikdən sonra əhalinin əksəriyyətini qırmışdır. 
Naxçıvan xanlığının yarandığı ilk dövrlərdə bölgənin tarixi-coğrafiyası da xüsusi tədqiqatlar tələb 
edən  məsələlərdəndir.  Naxçıvan  xanlığı  yarandığı  dövrdə  şimaldan  və  şimal-qərbdən  İrəvan,  şimal-
şərqdən Qarabağ, cənub-şərqdən Qaradağ, cənubdan və cənub-qərbdən Təbriz, Xoy və Maku xanlıqları 
ilə həmsərhəd olmuşdur [16, s.22]. Rus müəllifi S.D.Burnaşev Naxçıvan xanlığının sərhədlərini təsvir 
edərkən  yazırdı:  “O,  şimaldan  İrəvan  xanlığı  ilə,  şərqdən  Qarabağla,  cənub-şərqdən  Təbriz  və  Xoy 
xanlıqları  ilə  həmsərhəd  idi”  [17,  s.112].  Tədqiqatçı  E.Qarayevin  də  qeyd  etdiyi  kimi,  S.D.Burnaşev 
sərhədləri göstərərkən qeyri-dəqiqliyə  yol vermişdir. Əslində Naxçıvan xanlığı qərbdən Maku xanlığı, 
cənub-şərqdən isə Qaradağ xanlığı ilə həmsərhəd olmuşdur [17, s.112]. 
Bir  məsələni  də  qeyd  etmək  lazımdır  ki,  xanlıqlar  dövrünün  tədqiqi  ilə  məşğul  olmuş  bir  çox 
tarixçilər  Naxçıvan  xanlığının  İrəvan  xanlığı  ilə  qərb  sərhədinin  bugünkü  Kəngərli  rayonunun  Qıvraq 
qəsəbəsinin qərbindən keçdiyini yazırlar.  Lakin Gürcüstan Milli Arxivində saxlanılan bir sənəd xanlığın 
yarandığı dövrdə Şərur nahiyyəsinin Parçı kəndi və ətraf ərazilərin məhz Naxçıvan xanlığının tabeliyində 
olduğunu göstərir. Belə ki, 1 aprel 1847-ci ildə I Kalbalı xanın oğlu Mehdi ağanın Qafqaz canişinliyinə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə