Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   ...   37   38   39   40   41   42   43   44   ...   136

83 
 
 Uzunluğu  6,  eni  5,5  sm  olan  bu  fraqmentin  kənarlarında  retuşlanma  əlaməti  izlənilir.  Bu 
xüsusiyyət  onun  sadəcə  bir  qəlpə  olmadığını  göstərir.  Ehtimal  ki,  ondan  digər  materialların 
istehsalında  alət  kimi  istifadə  edilmişdir.  Iordan  çayı  sahilində  yerləşən  Jeriho  VII  minilliyə  aid 
neolit  düşərgəsində  qara  rəngli  obsidian  geniş  istifadə  edilmişdir  [11,  47].  Qara  rəngli  obsidian 
lövhələrə  Tell as  Savvan  [5,  PI.  XVIII,  1-3],  həmçinin  Tell  Nader  kimi  neolit  düşərgələrində  [14, 
Fig.15] də xeyli miqdarda rast gəlinmişdir. 
Üçüncü  yerdə  hislənmiş  şəffaf  yaxud  boz  rəngli  obsidianlar  gəlir  (Şəkil  2,  7-8).  Onlar  şüşə 
kimi şəffaf olub yalnız içərisindən üfüqi, bəzən də şaquli formada keçən hisli xətlərlə fərqlənirlər 
(KT-16, J-070).  Belə nümunələrdən biri trapes formalı fraqmenlə təmsil olunur (Şəkil 2, 3). Hər iki 
tərəfində  retuşlanma  izləri  olan  alətin  bir  hissəsi  sınmış,  salamat  qalan  hissəsinin  uzunluğu  4,  eni 
2,5, qalınlığı 0,3 sm-dir (KT-16, J-070).Boz rəngli hisli obsidianlar vaxtı ilə Kəlbəcərin Keçəldağ 
yatağından da çıxarılaraq emal edilmişdir [2, 23; 13, 73].  I  Kültəpədən aşkar edilən obsidianların 
hələlik  petroqrafik  analizləri  aparılmasa  da,  rəng  koloriti  baxımından  müşahidə  olunan  oxşarlıq 
burada Kəlbəcər obsidianlarından da istifadə edilməsi fikrinə stimul verir.  
Dördüncü tipə aid nümunə tamamilə rəngsiz və cizgisiz olması ilə diqqət çəkir. Uzunluğu 4,5, eni 
2-3,5 sm arasında dəyişən alətin bir tərəfində xəfif retuşlama izlərinə rast gəlinsə də digər tərəfi sadəcə 
incə  formada  iti  olması  ilə  fərqlənir  (Şəkil  1,3).  Görünür  ondan  bıçaq  kimi  istifadə  edilmişdir.  Qeyd 
etmək lazımdır ki bu rəng hələlik cəmi bir nümunə ilə təmsil olunur (KT-16, J-048). 
Obsidianların funksional təhlili onlardan bıçaq, sıyırğac, kəsici, pardaxlayıcı alət kimi geniş 
istifadə  edildiyini  göstərir.  Bıçaq  tipli  lövhələr  üstünlük  təşkil  edir.  Hələlik  12nümunə  ilə  təmsil 
olunan  bu  alətlərin  uzunluqları  3-9,  eni  2-3,7,  qalınlığı  0,3-0,6  sm  arasında  dəyişir.  Onlardan  7-si 
qəhvəyi-qırmızı, 4-ü boz hislənmiş, biri isə rəngsiz şəffaf obsidiandan hazırlanmışdır (Cədvəl 1).  
 
 
№ 
Alətin 
kodu 
Funksiyası 
Rəngi 
Ölçüləri 
Əsas parametrləri 

KT-14, 
D-106 
Qaşov 
Qırmızı-
qəhvəyi 
Uzunluğu 5 sm, eni  3 
sm 
Qabarıq prizmatik olan alətin yarısı sınıb 

KT-14, 
D-52 
Bıçaq 
 
 
Boz-şəffaf 
Uzunluğu 6 sm, eni 2-
3 sm 
Bir tərəfi enli digər tərəfə doğru ensizləşir 

KT-14, 
D-20,1 
Bıçaq 
Qırmızı-
boz  
Uzunluğu 9 sm, eni 3-
2 sm 
Prizmatik,  iki  tərəfdən  retuşlanıb,  uc  hissəsi 
yuvarlaqlaşdırılıb  

KT-14, 
D-20,2 
Bıçaq 
Boz şəffaf 
Uzunluğu 7 sm, eni 3, 
7 sm 
Alət hər iki üzdən dişəklənmişdir 

KT-14, 
D-20,3 
Bıçaq 
Qəhvəyi-
boz 
Uzunluğu  5  sm,  eni 
2,5 
Alətin  nazilən  hisəsindən 0,5  sm enində  batıq 
xətt keçir 

KT-14, 
D-74 
Deşici alət 
Qara 
Uzunu  3-0,7  sm,    3-1 
sm 
Qeyri şəffaf alət üçkünc formalıdır 

KT-14, 
D-74,2 
Kəsici alət 
Qəhvəyi 
Uzunluğu  5,5  sm,  eni 
2,5 sm 
Qeyri-şəffaf  alətin  bir  tərəfi  itilənmiş,  digər 
tərəfi  dişəklənmişdir,  qurtaracaqda  ayrıca 
ensiz (0,5 sm) çıxıntısı var 

KT-14, 
D-95 
Kəsici alət 
Qəhvəyi-
sarı 
Uzunluğu  3  sm,  eni 
2,7 sm 
Parlaq  və  şəffaf  olmayan  fraqment  formaca 
balıqqulağını  xatırladır.  İşlək  tərəfi  iti  və 
nazik, digər 2 tərəf  isə  nisbətən qalın (0,5-0,8 
sm),  

KT-14, 
D-106,1 
Bıçaq 
Tünd 
qəhvəyi, 
qara xətli 
Uzunluğu  4,5  sm,  eni 
2 sm 
Bir  tərəfi  hamar  və  yatımlı,  digər  tərəfi  xəfif 
prizmatik  quruluşa  malik  olan  üzərində  maili 
qaraxətt və ləkələr var 

KT-14, 
D-106,1 
Kəsici 
alətin 
fraqment 
Qırmızı-
qəhvəyi 
Eni  2,5  sm,  salamat 
qalmış 
hissəsinin 
uzunluğu 2 sm 
Parlaq  və  şəffaf olan  fraqmentin  hər  iki tərəfi 
itilənmişdir 
1

KT-14, 
D-106,2 
Qaşov 
Boz-qara 
Uzunu 
6, 
eni 
5, 
qalınlığı 1 sm 
Girdələşdirilmiş  trapes  şəkilli  alətin  3  tərəfi 
retuşlanıb 


84 
 
1

KT-14, 
D-77 
Bıçaq 
Tünd 
qəhvəyi 
Uzunluğu:  7  sm  (dəs-
tək  hissə  3  sm,  işlək 
hissədə 4 sm), eni 1-2,5 
Kiçik  ölçülü  alətin  birtərəfi  hamar  və  yatımlı, 
digər  tərəfi  xəfif  prizmatik  olub,  uc  hissəyə 
doğru dəyirmiləşdirilmişdir 
1

KT-15, 
E-132,1 
Bıçaq 
Tünd 
qəhvəyi 
Uzunluğu  7,5  sm,  eni 
3,5-2,5 sm 
Dəstək  hissəsi  qabarıq  və  yuvar–laq  olan 
alətin  tədricən  ensizləşən  işlək  hissəsinin 
yarısı  sınmışdır.  Hər  iki  tərəfində  retuşlanma 
izləri var 
1

KT-15, 
E-132,2 
Bıçaq 
Ağ  şəffaf, 
hislənmiş 
Uzunluğu  6  sm,  eni  2 
sm 
Hər  iki  tərəfi  retuşlanmış  alət  parlaq, 
şəffaf  olub,  tərkibində  horizontal  istiqamətli 
hislənmə var 
1

KT-15, 
E-103, 1 
Ox ucluğu 
Qara 
Uzunluğu  4,9  sm,  eni 
0,5-1,5 sm 
Qeyri  şəffaf  materialdan  olan  əşyanın 
nazikləşən  uc  hissəsi  hər  iki  tərəfdən 
retuşlanmışdır  
1

KT-15, 
E-103,2 
Oraq dişi  
Qırmızı-
qəhvəyi 
Uzunluğu  4,5  sm,  eni 
1 sm 
Uzunsov üçkünc quruluşa  malik olan alətin 
bir  tərəfi  hamar,  digər  tərəfi  konus  şəkillidir. 
Qeyri  şəffaf,  parlaq  materialın  tünd  qırmızı 
fonunda qara müxtəlif ölçülü ləkələr izlənilir 
1

KT-15, 
E-103,3 
Kəsici 
alətin 
fraqmenti 
Hislənmiş 
ağ,  şəffaf 
qarışıqsız 
Salamat 
qalan 
hissəsinin uzunluğu 2,5 
sm, 
eni 
1,5 
sm, 
qalınlığı 0,4- 0,7 
İçərisində  heç  bir  rəng  qarışığı  olmayan 
şəffaf  hisli  əşyanın  bir  tərə–fində  retuşlanma 
izləri var və yarısı sınmışdır 
1

KT-15, 
E-75,1 
Sıyırğac 
Boz-
qəhvəyi 
Uzunluğu  4,5 
sm, eni 1,5 sm 
Şəffaf  hislənmiş  fon  içərisində  açıq 
qəhvəyi  rəng  tonu  olan  əşya  prizmatik 
quruluşa malik olub, bir tərəfi retuşlanmışdır 
1

KT-15, 
E-75, 2 
Ox ucluğu 
Hislənmiş 
ağ  rəngli, 
bozcizgili 
Ölçüsü 
1,5-1 
sm 
arasında dəyişir 
Şəffaf alət kiçik ölçülü və ürək formasında 
olan quruluğu ilə fərqlənir 
2

KT-15, 
E-160 
Sıyırğac 
Şəffaf  boz 
rəngli 
Uzunluğu  6,5  sm,  eni 
4,8 sm 
Bir  tərəfi  hamar,  digər  tərəfi  prizmatik 
olan  alətin  bir  tərəfi  retuşlanıb,  tərkibində 
başqa rəng izlənilmir 
2

KT-15, 
E-160,2 
Bıçaqfraq
menti 
Açıq 
qəhvəyi-
sarı 
Salamaq 
qalmış 
hissənin  uzunluğu  3, 
eni 2,5-3 sm 
Parlaq  və  qeyri  şəffaf  alətin  sarı-qəhvəyi 
rəngi 
fonunda 
qara 
ləkələr 
müxtəlif 
formalarda  səpələnmiş  halda  izlənilir.  Uc 
hissəsi 
dəyirmiləşdirilmiş, 
işlək 
tərəfi 
retuşlanmışdır 
2

KT-15, 
E-86 
Oraq dişi 
Boz-qara 
Uzunluğu  3,8  sm,  eni 
2, 5 sm 
Bir  tərəfi  yatımlı  və  hamar,  digər  tərəfi 
prizmatik  olan  alətin  hər  iki  tərəfində 
retuşlanma izləri var 
2

KT-16, 
J-70 
Bıçaq 
Şəffaf 
Uzunu  4,  eni  2,5, 
qalınlığı 0,3 sm 
Hər  iki  tərəfi  retuşlanmış  alətin  yarısı 
sınmışdır 
2

KT-16, 
J-075,2 
Nukleus 
Qəhvəyi 
Uzunu  4,5,  eni  1-2,2 
sm 
Üçbucaq  şəkilli  olub,  zərbə  meydan–
çasında qopmalar var 
2

KT-16, 
J-075,1 
Bıçaq 
Boz-qara 
Uzunu 5,5, eni 3 sm 
Bir  üzü  prizmatik,  digər  üzü  hamar  olub, 
hər iki tərəfdən retuşlanmışdır. 
 
Cədvəl 1. I Kültəpədən aşkar olunan obsidian alətlərin təsnifatı (2014-2016). 
 
Qırmızı-qəhvəyi  rəngli  alətlərdən  biri  orijinallığı  ilə  diqqət  çəkir.  9x3  sm-lik  ölçüyə  malik 
olan  bu  alətin  materialında  üfüqi  formada  qırmızı  və  qara  enli  xətlər  bir-birini  əvəz  edir  (Şəkil  2, 
13).  Hamar  və  parlaq  olan  qara  rəngli  hissələrdən  fərqli  olaraq,  qırmızı  hissədə  nahamarlıq  hiss 
olunur  (KT-14,  D-20,1).  Qeyd  etmək  lazımdır  ki,  qara-qəhvəyi  rəng  koloritinə  malik  olan  digər 
alətlərdə  bu  cür  xüsusiyyətə  rast  gəlinmir.  Tamamilə  şəffaf  və  rəngsiz  olan  digər  nümunənin 
prizmatik  olan  üzündə  insanın  barmaq  cizgilərini  xatırladan  xəfif  cizgilər  hiss  olunur.  3x4,8  sm 
ölçüyə  sahib  olan  bu  alətin  bir  tərəfi iti, digər  tərəfi  isə  retuşlanmışdır  (KT-16,  J-048).Qara  rəngli 
obsidian bıçaqlara, nukleus [8, Fig. 17] və lövhələrə Anadoludakı Yeşilova höyük abidəsinin neolit 
dövrünə aid olan III təbəqəsində də xeyli miqdarda rast gəlinir [8, Fig. 16]. 
Oraq  dişi  kimi  istifadə  edilən  alətlərdən  biri  qırmızı-qəhvəyi  rəngli  olub,  uzunsov,  üçkünc 
formaya malikdir. Onun bir tərəfi hamar, digər tərəfi qabarıqdır. Qeyri şəffaf, parlaq materialın tünd 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə