Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   ...   38   39   40   41   42   43   44   45   ...   136

85 
 
qırmızı  fonunda  qara  müxtəlif  ölçülü  ləkələr  izlənilir  (KT-15,  E-103,2).  İkinci  nümunə  boz-qara 
rəngli obsidiandan hazırlanıb. Uzunluğu 3,8 sm, eni 2, 5 sm olan alətin bir tərəfi yatımlı və hamar, 
digər tərəfi prizmatikdir. Onun hər iki tərəfində retuşlanma izləri var (KT-15, E-86). 
Ox ucluqlarından biri hislənmiş ağ rəngli, boz cizgili  materialdan hazırlanıb. Ölçüsü 1,5-1 sm 
arasında dəyişir. Şəffaf alət kiçik ölçülü və ürək formasında olan quruluğu ilə fərqlənir (KT-15, E-
75, 2). Qara rəngli, qeyri-şəffaf obsidiandan hazırlanmış digər nümunənin hər iki tərəfində retuşlan-
ma izləri var. Onun uzunluğu 4,9 sm, eni 0,5-1,5 sm (KT-15, E-103, 1). 
Sıyırğaclardan  biri  boz  rəngli  qeyri-şəffaf  materialdan  hazırlanaraq  xəfif  aypara  formalıdır. 
İnteryer  hissəsində  işlənmə  izləri  var.  Onun  uzunluğu  6,5  sm,  eni  4,8  sm-dir  (KT-15,  E-160).  İkinci 
nümunə  qəhvəyi-boz  rəngli,  şəffaf  obsidiandan  hazırlanaraq  kiçik  çəkməni  xatırladır.  Onun  qabarıq 
formada  olan  hissəsində  qəlpələnmənin  yaratdığı  təbii  itilik  hiss  olunsa  da,  aypara  şəkilli  interyer 
hissəsində xüsusi diqqətlə edilmiş retuşlanma izləri müşahidə olunur. Alətin uzunluğu 5,5, eni 1,5-2 sm-
dir (KT-15, E-75,1). Bu tip alətlər öz paralellərini Qafqazın neolit abidələrindən aşkar edilən materiallar 
arasında tapır [7, Plate 2, 10; 17, Рис. 7,1–3] 
Obsidian alətlərin az bir qismi böyük olmayan girdələnmiş, yaxud trapes formalı lövhələrdən 
ibarətdir  (Şəkil  2,6).  Boz-qara  rəngli  nümunələrdən  biri  6x5  sm  ölçüsündə  olub,  qalınlığı  1  sm-ə 
çatır.  Onun  3  tərəfində  də  incə  retuşlanma  izlərinə  rast  gəlinir  (KT-14,  D-106,2).  İkinci  alət 
nukleusdan  qopan  təbii  qəlpəni  xatırladır.  Qəhvəyi-boz  rəngli  olan  bu  alət  iki  tərəfi  iti,  digər 
tərəfində  isə  əzilmə  izləri  var.  Uzunu  6,  eni  3  sm-dir  (KT-14,  D-106).  Qaşov  tipli  alətlər  əvvəlki 
dövrlərin arxeoloji qazıntılarında da I Kültəpədən aşkar edilmişdir [10, 37]. 
I Kültəpənin obsidian məmulatı arasında az miqdarda nukleuslara da rast gəlinir. 2016-cı ildə 
yaşayış  yerinin  J  sahəsindən  üzə  çıxarılan  nukleus  qəhvəyi-qara  rəngli  olub,  2x4  sm-lik  ölçüyə 
malikdir (Şəkil 1, 4). Onun maili-üfüqi formalı zərbə meydançasında əzilmə izləri var. Uc hissəyə 
doğru  konusşəkilli  nazilən  bu  alət  ovalşəkilli  evin  içərisində  keramika  və  obsidian  qalıqları  ilə 
birlikdə qeydə alınmışdır (KT-16, J-075,2). Bu cür nukleuslar vaxtı ilə O. Həbibullayev tərəfindən I 
Kültəpənin  1a  və  1b  təbəqələrində  də  qeydə  alınmışdır  [10,  1-ci  tablo,  1-3],  lakin  onlar  boz-qara 
rəngli olmaları və nisbətən böyük ölçüləri ilə fərqlənirlər. Obsidian nukleuslara Hacı Firuz yaşayış 
yerində    [11,  73],  Türküstanın  neolit  dövrünə  aid  Ceytun  mədəniyyətinə  aid  materiallar  arasında 
[11, Fig. 44] kifayət qədər rast gəlinmişdir ki, bu da onların neolit dövrünün əsas xammalı kimi nə 
qədər dəyərli olduğunu nümayiş etdirir. 
Obsidian məmulatının böyük bir hissəsini istehsal prosesi  yarımçıq qalanlar təşkil edir (KT-
14,D-007,D-008,D-14,D-15,  D-45,D-46,  D-95:  D-106,  KT-15,E-005,  E-008  (qara),E-20,  E-52 
(boz),  E-49-(qara-şəffaf)  E-56(qara),  E-57(boz,  qəhvəyi-şəffaf),  E-58  (tünd  qəhvəyi,  şəffaf 
qəhvəyi). Bu isə onların yerli istehsalın məhsulu olduğunu göstərir. Görünür yerli tayfalar obsidian 
yataqlarını yaxşı bilirmişlər ki, onun xammal kimi  əldə edilməsinə üstünlük verirdilər. Buraya ən 
yaxın  obsidian  yataqları  Göyəm  dağları,  Göyhisar  və  Sünikdə  yerləşmişdir.  Məlum  olduğu  kimi, 
boz  rəngli  hislənmiş,  yaxud  qara  şəffaf  olmayan  obsidianlar  Kəlbəcər  dağlarında  da  olmuşdur  [2, 
23].Bu  ərazidə  yerləşən  Keçəldağ  obsidian  yatağı  əsasən  zolaqlı,  boz-gümüşü  rəngli  birtonlu, 
həmçinin müxtəlif bucaq altında bir çox irizasiya rənglərinə-bənövşəyi, göy, yaşıl və s. çalan şəffaf 
materialı  ilə  məşhurdur.  Onlar  qızdırıldıqda  həcmi  genişləndiyindən  və  elastikləşdiyindən  ona 
istənilən  ölçünü  vermək  olur.  Krater  tipli  irizasiyalı  xüsusiyyəti  ilə  yüksək  keyfiyyətə  malik  olan 
Kəlbəcər  obsidianın  tünd  boz,  qara  qismən  zolaqlı,  boz  pambıqvari  hisli  və  boz  eynitonlu  növləri 
geniş  yayılmışdır  [13,  73].  I  Kültəpənin obsidian  məmulatı  içərisində  məhz  bu  xüsusiyyətə  malik 
olan  xeyli  miqdarda  nümunəyə  rast  gəlinir  ki,  bu  da  Naxçıvanın  neolit  tayfalarının  Göyhisar, 
Süniklə yanaşı  Kəlbəcər obsidianından da istifadə etdiyi anlamına gəlir. Tədqiqatçılar I  Kültəpədə 
aşkar edilmiş obsidianların  50%-nin Göyhasar,  28% -nin isə Sünikdən gətirildiyini qeyd edirlər [4, 
20;  6,  257].  Urmiya  gölü  hövzəsində  də  oxşar  obsidianlardan  istifadə  edilmişdir. Bu  faktor  Sünik 
obsidianının İrana məhz Naxçıvan vasitəsi ilə aparılması haqqındakı fikirləri [9, 1957] təsdiq edir. I 
Kültəpə  yaşayış  yerində  həm  obsidian  alətlərin  rəng  koloritinə  görə  və  funksional  cəhətdən 
müxtəlifliyi, həmçinin xeyli miqdarda istehsal prosesi başa çatdırılmamış qalıqların aşkar olunması 
alətlərin yaşayış yerində emal edilərək hazırlandığını təsdiq edir. Digər tərəfdən Naxçıvanda, İranda 
obsidian  yataqlarının  olmamasına  baxmayaraq  Kültəpədən  aşakar  edilən  materialların  Urmiya 


86 
 
hövzəsi  materialları  ilə  oxşar  olaması  Naxçıvanın  yerli  tayfalarının  uzaq  ərazilərlə  iqtisadi 
əlaqələrin həyata keçirilməsində obsidiandan əsas xammal kimi istifadə etdiyinin göstəricilərindən 
sayıla  bilər.  Bu  sahədə    Göyçə  hövzəsində  yerləşən  Göyhasar  və  Qutansarda  yerləşən  [6,  257] 
obsidian yataqlarından əsas xammal bazası olmuşdur. Tədqiqatlar göstərir ki, Kültəpə obsidianının 
əsas hissəsini Göyhasar və Sünik (28%) materialları təşkil etmiş, hətta birincinin çəki əmsalı 50%-
dən  yüksək  olmuşdur.  Lakin  boz  hisli  obsidianların  timsalında  Kəlbəcər  və  digər  yataqların 
obsidianlarından  da  istifadə  edilməsi  faktoru  istisna  edilmir.    Azərbaycanın  cənubunda  yerləşən 
Mərənd  yaxınlığındakı  Kültəpə  abidəsindən  [9,  p.  1964],  həmçinin  şimal-şərqində  yerləşən 
Əliköməktəpəsi obsidianının böyük bir qisminin (85%) Sünikdən gətirilməsi düşünməyə əsas verir 
ki, hər iki əraziyə təxminən eyni məsafədə yerləşən Naxçıvanın strateji cəhətdən əlverişli mövqedə 
olması digər yaşayış yerlərini də obsidianla təmin etməyə imkan vermişdir [8, с. 259]. 2013-2014-
cü  illərdə  I  Kültəpə  ətrafında  xeyli  miqdarda  eneolit  abidəsinin  Cənubi  Qafqazın  xammal 
mənbələrinə, xüsusilə obsidian yataqlarına gedən yol üzərində qeydə alınması [3, 115] bu regionun 
obsidian ticarətində mühüm əhəmiyyət daşıdığını göstərməkdədir. 
Beləliklə,  son illərdə  (2013-2016)  I  Kültəpə  yaşayış  yerindən  aşkar  edilən  obsidian  alətlərin 
təhlili Naxçıvanın neolit dövrü insanları arasında sənətkarlıq, ovçuluq-maldarlıq və ticarətin inkişaf 
səviyyəsini  göstərmək  baxımından  xüsusi  əhəmiyyət  kəsb  edir.  Buradan  üzə  çıxarılan  obsidian 
alətlərin  çoxluğu,  həmçinin  emalatxana  tipli  iş  yerləri  yerli  sakinlərin  daşişləmə  sənətkarlığına, 
xüsusilə obsidian emalına yaxşı bələd olduğundan xəbər verir. Obsidian növlərinin müxtəlifliyi bir 
neçə  yataqdan  istifadə  edildiyini  göstərir.  Bu  isə  qədim  ovçu-maldar  tayfaların  keçdiyi  köç 
yollarının istiqamətlərini müəyyənləşdirməyə imkan verir. Digər tərəfdən yerli sakinlərin obsidian 
ticarətində də müəyyən təcrübəyə malik olduğunu nümayiş etdirir.  
 
ƏDƏBİYYAT 
1.
 
Абибуллаев  О.А.  Энеолит  и  бронза  на  территории  Нахичеванской  АССР.  Баку,  Элм, 
1982. 316 с. 
2.
 
Аразова  Р.  Предварительные  результаты  изучения  каменных  изделий  поселения 
Полутепе // Azərbaycan arxeologiyası, Bakı, 2016, Cild 19, №1 
3.
 
Baxşəliyev  V.,  Quliyeva  Z.,  Marro  C.,  Berthon  R.  Kültəpə  yaşayış  yerində  2015-ci  il-də 
aparılan arxeoloji araşdırmalar. // Azərbay-can MEA-nın Xəbərləri. İctimai elmlər seriyası, 
2016, №1, Elm, 2016, s. 193-211 
4.
 
 Bakhshaliyev  V.  New  Neolithic  and  Chalcolithic  Sites  in  Nakhchivan.  Internasional 
Conference Problems of Early metal Archaeology of Caucasus and Anatolia. November 19-
23, 2014, Georgia, 2014 Tbilisi s. 17-25 
5.
 
Behman Abu Alsoof. 30 years of archaeological studies. (Behman Book 30 years.pdf-Adobe 
Reader), 407 s. history-world.org›archeology.htm. 
6.
 
Бадалян  Р.С.,  Кикодзе  3.К.,  Коль  Ф.Л.  Кавказский  обсидиан:  источники  и  модели 
утилизации  и  снабжения  (результаты  анализов  нейтронной  активации)  //  Истo  рико-
филологический журнал. 1996. № 1–2. C. 245– 264 
7.
 
Connor  S.,  Sagona  A.  Environment  and  society  in  the  late  prehistory  of  southern  Georgia, 
Caucasus // Les Cultures du Caucase (VI-III millenaires avant notre ere): Leurs Rela-tions avec 
le Proche-Orient / Sus la direction Bertille Lyonnet. P.: CNRS Edutions, 2007. P. 21–36 
8.
 
Derin  Z.  Yeşilova  Höyük  //  Özdoğan  M.,  Başgelen  N.,  Kunihoim  P.  The  Neolothic  in 
Turkey, Vol. 4, Archaelogy and Art Publications, İstanbul, 2012, pp. 177-195/ 
9.
 
Farhang  Khademi  et  al.Provenanceof  prehistoric  obsidian  artifacts  from  Kul  Tepe,north 
western  Iranusing  X-rayfluorescence  (XRF)  analysis  //  Journal  of  Archaeological  Science, 
2013, 40. p.1956-1965 
10.
 
Həbibullayev  O.H.  Kültəpədə  arxeoloji  qazıntılar.  Bakı:  Azərbaycan  SSR  Elmlər 
Akademiyası nəşriyyatı, 1959. 134 s. 
11.
 
Mellart J. Earliest Civilizations of the Near East. London: Mcgraw-Hill, 1965. 145 p. 
12.
 
Özkaya V. Körtik Tepe / Özdoğan M., Başgelen N., Kunihoim P. The Neolithic in Turkey, 
Vol. 1. Archaeology and Art Publications, Istanbul 2011, pp.89-127 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə