Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   ...   41   42   43   44   45   46   47   48   ...   136

91 
 
göndərilirdi.  Geyim  materialları  içərisində  yun  və  ipək  parçalar  əsas  yer  tuturdu.  Naxçıvan-Ordubad 
zonasında qadınlar tuman geyirdilər ki, həmin tumanlar müxtəlif ölçülərdə (5-12 taxta) naxışlı ipək və 
ya yun parçalardan tikilirdi. Həmçinin, o dövrdə bəzi şəhərlərdə qadınlar küçəyə çıxarkən çaxcur geyir 
və  çarşaba  bürünürdülər.  Çaxcur  və  çarşablar  əsasən  müxtəlif  çeşidli  ipək  parçalardan  hazırlanırdı. 
Kişilər ən çox çərkəzi çuxa geyirdilər ki,  şiş və ya dairəvi uclu əlcəkli qondarma qolunun astarı ipək 
parçadan tikilirdi. O dövrdə tirmə və ipək parçalardan hazırlanan üzəri əksər hallarda güləbətin tikməli 
araqçınlar  çox  geniş  yayılmışdı.  Həmçinin,  corablar  ipək  və  yun  saplardan  toxunurdu.  Sənətkarlar 
yurdunun zərif kəlağayısı, qanovuz parçası dünya şöhrəti qazanmış, xarici bazarlarda özünəməxsus yer 
tutmuşdur. Naxçıvanda yerli ipəklə bərabər, yüksək keyfiyyətinə görə dünya şöhrəti qazanmış Təbriz, 
Ərdəbil, Ərəş ipəyindən də istifadə edilirdi. Müxtəlif parçalardan küləcə, don, çuxa, arxalıq və canamaz 
tikilirdi.  Bununla  belə,  məşhur  türk  səyyahı  Evliya  Çələbinin  Naxçıvan  kişilərinin  qələmkar  parçadan 
köynək geyindikləri haqda məlumatı vardır (3, s. 567;, 12, s. 100). İstifadə olunan parçaların bir qismi 
yerli xarakter daşısa da, bir hissəsi Hindistan, İran, Türkiyə və Avropa ölkələrindən gətirilirdi.  
İpəkçilik  sənətindən  bəhs  edildikdə  bədii  tikmə  sənətində  istifadə  olunan  ipək  sapların  da 
xüsusi yeri olduğunu qeyd etmək lazımdır. Tikmə sənəti ilə məşğul olan ustalar yerli təbii boyalarla 
rənglənmiş  ipək  saplardan  haşiyə  bəzəklərində,  pərdələrin,  ayna  örtüklərinin,  yelpiklərin 
hazırlanmasında,  saya  tikmədə  pastel  çalarlarında,  nəhəng  çadırların  bəzədilməsində  istifadə 
etmişlər.  “Doldurma”,  “qıvırcıq”,  “iynə  arxası”  adı  ilə  tanınan  bədii  tikmə  nümunələrində  rəngli 
ipək  saplardan  istifadə  olunmuşdur.  Bu  saplar  neylon  və  kətan  qarışığından  hazırlanan  parçalar 
üzərinə  işlənirdi.  İpək  və  ipək  məmulatından  təkcə  parça  kimi  deyil,  eləcə  də  rabitədə,  tibbdə, 
musiqi  alətlərinin  və  digər  bir  çox  sənətkarlıq  məhsullarının  hazırlanmasında  geniş  istifadə 
olunmuşdur.  Məsələn,  sazın  pərdələri  qoyun  bağırsağından  çəkilir  və  zərif  ipək  saplardan 
düzəldilirdi.  Həmçinin,  musiqi  aləti  olan  rübabın,  bərbətin,  cəngin,  rudun,  qanunun,  udun  telləri 
ipək sapdan düzəldilmişdir.  
Azərbaycanda ipəyin meydana çıxması və əhalinin təsərrüfat məişətində möhkəm yer tutması 
ölkənin  orta  əsr  toxuculuğunda  ciddi  irəliləyişə  səbəb  olmuşdur.  Ənənəvi  parça  istehsalının  ən 
qiymətli xammal növü ipək olmuşdur. İpək parça istehsalı uzun texnoloji proses olmaqla baramanın 
açılmasından başlayır, sonra əyirilir, qaynadılıb təmizlənir, rənglənir və nəhayət ipək sap alınması 
ilə başa çatırdı. 
 Beləliklə,  bir  zamanlar  Azərbaycanı  uzaq  ölkələrlə  birləşdirən  tarixi  Böyük  İpək  yolu 
sonradan  inkişafın,  tərəqqinin  bir  simvolu  kimi  işlənməyə  başlamışdı.  Böyük  İpək  yolunun 
Azərbaycandan  keçməsinə  səbəb  olmuş,  uzun  əsrlər  boyu  xalqımızın  rifahının  və  şan-şöhrətinin 
artmasına  xidmət  etmiş  ipəkçilik  faydalı  məşğuliyyət  sahəsi  olmaqla  yanaşı,  həm  də  qədim 
tariximizin və mədəni irsimizin maddi daşıyıcılarından biridir. Həmçinin, orta əsrlərdə Naxçıvanda 
bir  çox  sənətkarlıq  sahələrinin  inkişafı  əhalinin  müxtəlif  məhsullara  olan  təlabatını  yüksək 
səviyyədə təmin etməklə yanaşı, ticarət əlaqələrinin inkişafında da mühüm rol oynamışdır.   
                                                                                                                    
ƏDƏBİYYAT 
 
1.
 
 Azərbaycan etnoqrafiyası. 3 cilddə: I c., Bakı, Şərq-Qərb, 2007, 544 s. 
2.
 
Budaqova  S.  Naxçıvan  diyarının  tarixi  coğrafiyası  (XVIII  əsrin  ikinci  yarısı-XIX  əsrin  I 
qərinəsi). Bakı, Elm, 1995, 96 s. 
3.
 
Evliya Ç. Seyahatnamesi.  Sadeleştiren, tevsiktemel kuran Necati Aktaş, baskıya hazırlayan 
Mümin Çevik: 10 cildde, I-II c., İstanbul, Üçdal Neşriyat, 1985, 767 s. 
4.
 
Əfəndiyev R. Azərbaycan xalq sənəti. Bakı, İşıq, 1984, 203 s. 
5.
 
Əhmədov N. Ordubad ipəkçiliyinin inkişafı tarixindən // NDU-nin Elmi Əsərləri. Hümanitar 
seriya, 1999, № 5, s. 86-89 
6.
 
Əliyev İ. Naxçıvan bölgəsi Səfəvilər dövründə. Bakı, Elm və Təhsil, 2014, 224 s. 
7.
 
Əzimli D. Azərbaycanın Qərbi Avropa ölkələri ilə ticarət əlaqələri və Türkiyə (XV əsrin II 
yarısı - XVII əsrin I yarısı). Bakı, Təhsil, 2012, 282 s.  
8.
 
Hacıyev  İ.,  Rəhimov  N.  Naxçıvan  Muxtar  Respublikası  Dövlət  Tarix  Muzeyi    (Məlumat-
Bələdçi) Naxçıvan, Əcəmi,  http://nakhchivan.preslib. 


92 
 
9.
 
Həvilov Н. Azərbaycan etnoqrafiyası. Bakı, 1991, Bakı, 2003, 94 s. 
10.
 
 İsayev E. Böyük İpək yolu və Naxçıvan. Bakı, Elm və Təhsil, 2012, 214 s. 
11.
 
 Kalankaytuklu M. Albaniya tarixi. Bakı, Elm, 1993, 272 s. 
12.
 
 Məmmədov R. Naxçıvan şəhərinin tarixi oçerki, Bakı, Elm, 1977, 158 s. 
13.
 
 Muradoğlu N. Baba ocağı. Bakı, Elm və Təhsil, 2014, 248 s. 
14.
 
 Onullahi S.M. XIII-XVII əsrlərdə Təbriz şəhərinin tarixi. Bakı, Elm, 1982, 278 s. 
15.
 
 Səfərli H.Y. Ordubad şəhərinin müsəlman epiqrafiкası abidələri. Bakı, MBM, 2009, 192 s. 
16.
 
 Süleymanov N. Səfəvi dövlətində ölkədaxili iqtisadi əlaqələrin qurulmasinda şəhərlərin rolu 
// Tarix və onun problemləri, Bakı, 2013, № 3, s. 11-17 
17.
 
 Ализаде  А.  Социально-экономическая  и  политическая  история  Азербайджана  XIII–
XIV.вв. Баку, Издательство Акад. Наук Аз. ССР, 1956, 420 с. 
18.
 
 Гейдаров  М.Х.  Ремесленное  производство  в  городах  Азербайджана  в  XVII  в.  Баку, 
Изд-во АН Азерб. ССР, 1967, 200 с. 
19.
 
 Папазян  А.Д.  Аграрные  отношения  в  Восточной  Армении  в  XVI  –  XVII  вв.  Ереван, 
Изд-во АН Арм ССР, 1972, 303 с. 
20.
 
 Петрушевский  И.П.  Азербайджан  в  XVI-XVII  веках.  Сборник  статей  по  истории 
Азербайджана. Выпуск I. Баку: Издательство АН Азербайджанской ССР, 1949, с. 225-
297 
21.
 
 Поло  М.  "Книга  Марко  Поло".  Перевод  со  старофранцузского  текста  И.П.Минаева. 
Москва, Географгиз, 1956, 376 с. 
22.
 
Статистическое  описание  Закавказского  края.  Составил  Оресть  Евецкий.  Санкт-
петербургь: Печатано в Типографии Штаба Отдельного Корпуса Внутренней Стражи, 
1835, 308 с. 
 
ABSTRACT 
Sara Hajiyeva,  Ilhami Aliyev 
 Development of the silkworm breeding in Nakhchivan in the Middle Age 
In  the  article  it  is  dealt  with  the  development  history  of  the  of  the  silkworm  breeding  and 
produced  silk  harvests  in  the  Nakhchivan  region  in  the  Middle  Ages.  It  has  been  marked  that 
Azerbaijan  and  its  integral  part  Nakhchivan  according  to  be  locating  on  The  Silk  Way  silkworm 
breeding farm and silkworm breeding had played the great part in the country economy in all times. 
Development  of  the  silkworm  breeding  and  being  in  high-level  of  the  produced  silk  harvests  had 
played the important part in expanding of the domestic trade and adjoining the connections of the 
foreign trade. As a result of this  Azerbaijan had become the center of silkworm breeding and had 
known as the biggest silkworm breeding country of the East.  
 
РЕЗЮМЕ 
Сара  Гаджыева, Ильхами Алиев  
Щелкопроизводств в Нахчыване в эпоху среднивековья 
В статье говорится о развитии шёлководство в Нахчыванском регионе в средние века, а 
также сообщается о шёлковых изделиях. Отмечается, что ввиду того, что Азербайджан и его 
неотделимая частица Нахчыван находился на Большом шёлковом пути, а коконоводчество  и 
шёлководство которые  были развиты здесь, играл большую роль в экономике страны  в все 
периоды  его  развития.  Развитие  шёлководства,  а  также  производство  из  щелка  высоко 
качественных товаров способствовало расширению внутренних и внешних торговых  связей. 
Вследствие этого Азербайджан  превратился в один из центров шёлководства. Азербайджан 
стал известен на Востоке как один из крупных  шёлководческих  стран.  
      НДУ-нун  Елми  Шурасынын  31  oktyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 02). 
      Məqaləni  çapa  təqdim  etdi: 
AMEA-nın  müxbir  üzvü 
Z.Şahverdiyev
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə