Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   ...   40   41   42   43   44   45   46   47   ...   136

89 
 
çevrilmişdi.  Bu  məhsulların  içərisində  isə  ipək  XIII  yüzillikdən  XVIII  yüzilliyə  qədər 
Avropada   dövlətlərarası  dəyişikliklərin  və  zənginliklərin  başlıca  qaynağı  olmuşdur.  Xam  ipək  və 
ipək parçalar beynəlxalq ticarətdə ən nüfuzlu bir mövqe tuturdu (7, s. 60).   
Ölkəmizin  digər  bölgələri  ilə  yanaşı  ipəkçilik  Naxçıvanın  kənd  təsərrüfatında  da  vacib 
sahələrdən  biri  idi.  O,  tut  bağları,  baramaçılıq  və  barama,  yaxud  ipəkəyirmə  kimi  sahələri  əhatə 
edirdi.  Birinci  iki  sahə  kənd  təsərrüfatına,  üçüncü  isə  sənaye  istehsalına  aid  edilir.  Naxçıvan 
bölgəsində  ipəkçiliyin  əsas  mərkəzi  Ordubad  idi.  İpəkçiliyin  inkişafı  davam  etdirilərək  əhalinin 
təsərrüfat məşğuliyyəti olmaqla yanaşı, həm də həyat və  güzəranı üçün gəlirli sahəyə çevrilmişdi. 
XVI  əsrdən  etibarən  Azərbaycan  Yaxın  Şərqin  böyük  ipəkçilik  zonası,  Ordubad  əyaləti  isə 
Azərbaycanın  əsas  ipəkçilik  bölgələrindən  biri  idi.  Ordubad  ipəyi  hələ  XVI  əsrin  ikinci  yarısında 
Avropaya  ixrac  olunmuşdur.  Ordubad  Şərq  ölkələrini  Avropa  ilə  birləşdirən  Böyük  İpək  yolunun 
üstündə  yerləşdiyindən  burada  ticarətin  və  sənətkarlığın,  xüsusən  də  ipəkçiliyin  inkişafı  üçün 
əlverişli  şərait  yaranmışdır.  Ordubad  həm  ipək  qurdunun  yetişdirilməsi,  həm  də  ipək  parçanın 
istehsal  edilməsi  üzrə  əsas  mərkəzlərdən  biri  idi.   Azərbaycan  ipəyi  İraq,  Kiçik  Asiya,  Suriya  və 
Avropanın  bir  sıra  ölkəsinə  ixrac  olunurdu.  Təsadüfi  deyil  ki,  ordubadlı  mərhum  iqtisadçı  alim 
Əliqulu Fərəcov Ordubadı Azərbaycanın ipəkçilik beşiyi adlandırmışdır (23). Ordubad bölgəsində 
əhalinin bir qismi ipəkçiliklə məşğul olur, əldə etdiyi məhsulu həm məişətdə işlədir, həm də bazara 
çıxarırdı. Əldə edilən ipək keyfiyyət etibarilə müxtəlif olduğu kimi, onun bazar qiyməti də müxtəlif 
idi. Məsələn, birinci növ ipəyin qiyməti Ordubad bazarında 12 tümənə, ikinci növünün qiyməti isə 7 
tümənə  bərabər  idi.  Həmçinin,  ipəkçilik  kənd  təsərrüfatının  o  qədər  gəlirli  sahəsi  idi  ki,  hər  tut 
ağacından ildə 1 manat 20 qəpik vergi alınırdı. Bütün Ordubad bölgəsində 100 min tut ağacı var idi 
ki,  bunun  da  10%-i,  yəni  10  min  ədədi  Ordubad  şəhərində  yerləşirdi.  XIX  əsrin  20-ci  illərində 
Ordubad şəhərində 200 pud ipək istehsal olunurdu. Ordubadda Naxçıvandan fərqli olaraq qadınlar 
ev  şəraitində  ipək  parça  toxuyur  və  ipək  saplar  hazırlayırdılar.  Toxuculuq  sənətində  Ordubadın 
xalçaçıları və bez parça hazırlayanları ustalıq baxımından heç də Naxçıvan sənətkarlarından geridə 
qalmırdılar.  Burada  çoxlu  su  tələb  edən  iki  ipəksarıma  emalatxanası  da  fəaliyyət  göstərirdi  (2,  s
23). Burada basmanaxışlı parçalar daha çox istehsal edilirdi.  İpəkçilik və ipək parça toxuma peşəsi 
(xüsusilə basma naxışlı parçalar) əhalinin məişətində əsrlər boyu mövcud olmuşdur.  Basmanaxışlı 
parçalar  adətən  2-3  zolaqdan  ibarət  olurdu.  Ornamentlərlə  bəzədilmiş  bu  zolaqlar  al-əlvan  və 
qırmızı xətlərdə bir-birbirindən ayrılırdı. 
N.Əhmədov  yazır  ki,  ipəkçilik  Ordubad  ərazisində  uzun  əsrlər  boyu  inkişaf  etdirilmiş  və 
tarixin sonrakı dövrlərində bu məhsula olan tələbat daha da artmışdır. Ordubad təbii sərvətləri, gur 
kəhrizləri,  çeşmələri,  gözəl  təbiəti ilə  yanaşı  keyfiyyətli  ipəyi  ilə  də  tanınmışdır  (5,  s.  86-89).  Bu 
baxımdan  da  bu  bölgənin  ticarət  dövriyyəsində  ipəkçilik  özünəməxsus  yer  tutmuşdur.  Tarixin 
müxtəlif  dövrlərində  Naxçıvana,  o  cümlədən  də  Ordubada  hucum  edən  işğalçılar  müxtəlif 
sənətkarları, o cümlədən də ipəkçiliklə məşğul olan ustaları özləri ilə aparırdılarsa da, şəhər yenə də 
öz    işini  bərpa  edirdi  (12,  s.  8).  Hələ  XVI  əsrin  ikinci  yarısından  başlayaraq  Azərbaycandan 
Venesiya,  Marsel,  Amsterdam,  Moskva,  Lodz,  Milan,  Marsel,  Lion  və  s.  Avropa  şəhərlərinə  xam 
ipək  ixrac  olunurdu.  Həmçinin,  Moskvadakı,  Nijni  Novqoroddakı  yarmarkalarda  Naxçıvan  və 
Ordubadda  istehsal  edilmiş  ipək  parçalara  və  müxtəlif  rənglərə  boyanmış  ipək  saplara  təsadüf 
olunurdu.  Buranın  mülayim  iqlim  şəraiti  ipəkqurdunun  yetişdirilməsi  üçün  əlverişli  olmuşdur. 
Digər tərəfdən bağçılığın geniş yayılması (22, s. 201) burada ipəkçiliyin inkişafına təkan vermişdir. 
Belə  ki,  barama  qurdlarının  bəslənməsi  üçün  lazım  olan  tut  bağları  Ordubadda  daha  geniş 
yayılmışdır. XVII-XVIII əsrlərdə Əylis Şərqin ən qabaqcıl şəhərləri sırasına daxil edilmiş, burada 
ipəkçilik xüsusi inkişaf mərhələsinə qədəm qoymuşdu (13, s.14).  
Vaxtilə  Naxçıvana  səyahət  etmiş  səyyahların  yazılarından  məlum  olur  ki,  o  dövrdə 
Naxçıvanda  yerli  əhali  həm  daxili,  həm də  xarici  bazarlar  üçün  külli  miqdarda  yuksək  keyfiyyətli 
ipəkdən  müxtəlif  parçalar,  xalça,  cecim  və  s.  sənət  numunələri  toxuyurdular.  Xüsusilə,  Naxçıvan 
şəhərində və Ordubadda ipək parçalar istehsalı geniş yayılmışdır. Qadın üst paltarları, keyfiyyətli, 
zərif  naxışlı  baş  örtükləri-kəlağayılar  toxuculuq  sənətinin  ən  gözəl  numunələri  kimi  haliyədə 
Naxçıvan Dövlət Tarix Muzeyində saxlanılır.  Bəhs olunan dövrdə ipək və atlas parçalardan tikilmiş 
paltarlar,  geyimlər  Naxçıvan  əhalisi  üçün  xarakterik  idi.  Zamanəmizə  qədər  gəlib  çatmış  parça 


90 
 
tikələri göstərir ki, onların toxunma üsulu və bədii tərtibatı öz dövrünə görə çox yüksək səviyyədə 
olmuşdur (8, s. 17). İpəkdən hazırlanmış qadın baş örtükləri içərisində kəlağayı, müxtəlif örpəklər-
“naz-naz”  və  “qaz-qaz”  adı  ilə  tanınan  örtüklər  xüsusilə  geniş  yayılmışdı.  Qədimdən  ipəkçiliyin 
vətəni  olan  Ordubad  mahalı  və  Ordubad şəhəri  Naxçıvan  xanlığının  tərkibində  olarkən  əhali  yenə 
də bu ənənəvi sənət sahəsi ilə məşğul olur, çoxlu xam ipək istehsal edirdilər. Burada ipəkdən nəfis 
parçalar  hazırlanırdı.  Bu  parçalar  Rusiya  və  Avropa  bazarlarında  yüksək  qiymətləndirilirdi. 
İpəkçilik şəhər əhalisinin əsas məşğuliyyət sahələrindən biri və başlıca qazanc mənbəyi idi. Şəhərdə 
yaşayan bütün ailələr demək olar ki, ipəkçiliklə məşğul olurdular(15, s. 46).  
Qədim  tarixə  malik  Azərbaycan  və  onun  ayrılmaz  hissəsi  olan  Naxçıvan  Böyük  İpək  yolu 
üzərində  yerləşməklə,  baramaçılıq  və  ipəkçilik  ölkə  iqtisadiyyatında  bütün  dövrlərdə  böyük  rol 
oynamışdır.  Bölgə  ərazisində  Ordubadla  yanaşı  Culfa  və  Əylis  də  ipək  ixracatında  əsas 
mərkəzlərdən sayılırdı (19, s. 60; 6, s. 79). Ümumiyyətlə, Naxçıvan bölgəsi xam ipəyin – xamnanın 
istehsalına  görə  Azərbaycanın  bir  sıra  qabaqcıl  bölgələri  ilə  eyni  sırada  dururdu.  Təbriz,  Marağa, 
Gəncə  və  s.  bölgələrlə  yanaşı,  Naxçıvan  iqtisadiyyatında  da  xamnanın  geniş  istehsalı  böyük 
əhəmiyyət kəsb edirdi (78, s. 48).  Böyük İpək Yolunun ilk şaxəsi cənubi Azərbaycan ərazisindən 
keçdiyindən,  bu  ərazi  ilə  geniş  əlaqəsi  olan  Dərbənddə,  Şirvanda,  Şəkidə,  Beyləqanda,  Gəncədə, 
Qəbələdə,  Təbrizdə,  Naxçıvanda  ipəkçiliyin  inkişafına  güclü  təkan  verilmiş,  onların  hər  birinin 
ipəkçilik ticarət mərkəzinə çevrilməsinə şərait yaradılmışdır. XVI-XVII yüzilliklərdə Azərbaycanda 
olmuş xarici ölkə səyyahlarından A.Cenkinson, T.Olkok, C.Ren, R.Çini ipək, qızıl-gümüş saplarla 
bəzədilmiş nəhəng çadırlar haqqında məlumatlar vermişlər (4, s. 66). Bərdə və Ərəş mahallarından 
başlayan İpək yolunun mühüm bir istiqaməti Araz boyunca Naxçıvana və Culfaya qədər uzanırdı, 
oradan  isə  Təbrizə  və  yenə  də  Qərbə  yönəlirdi.  Bütün  bu  geniş  şaxəli  İpək  yollarının  köməyi  və 
həmçinin  əlverişli  təbii  şəraiti  nəticəsində  Azərbaycan  uzun  illər  dünyanın  iri  ipək  istehsalçısı  və 
ticarəti  mərkəzi  rolunu  oynamışdır.  Ticarət  karvanlarına  xidmət  etmək  üçün  Culfada  iri  ipək 
anbarları  yaradılmışdı  və  buraya  Azərbaycanın  hər  yerindən,  o  cümlədən  Ordubaddan,  Əylisdən, 
Vənənddən xam ipək gətirilirdi (10, s. 93).  
XVI  əsrin  II  yarısında  ipək  ticarətində  beynəlxalq  əhəmiyyətli  birja  rolunu  Culfa  şəhəri 
oynayırdı.  Bu  şəhərin  tacirləri  Avropanın  mühüm  mərkəzləri,  o  cümlədən  Venesiya,  Marsel, 
Amsterdam şəhərləri ilə ticarət edirdilər. Culfa tacirləri Səfəvi şahı I Təhmasibdən xarici ölkələrə 
ipək  ticarəti  aparmaq  üçün  inhisar  hüququnu  əldə  etmişdilər.  Yalnız  Suriyanın  Hələb  şəhərinə 
Culfadan hər il 500 xərvar (eşşək yükü) Şirvan və Gilan ipəyi aparırdılar. Həmin yükü orada 18 min 
Osmanlı  və  Avropa  sap  dolağına  dəyişir,  satmaq  üçün  Təbrizə  gətirirdilər.  Culfa  tacirləri  Səfəvi 
şahları  ilə  sıx  əlaqədə  idilər.  Avropa  ölkələri  ilə  münasibətlərdə  onlar  tez-tez  şahın  xüsusi 
nümayəndəsi  kimi  çıxış  edirdilər (20,  s.  269;,  7,  s.    8).  XVI-XVII  yüzilliklərdə  ölkənin  ayrı-ayrı 
bölgələri  arasında  iqtisadi  əlaqələrin  güclənməsi,  ictimai  əmək  bölgüsünün  dərinləşməsi,  əmtəə 
istehsalının  artması  və  əmtəə  təsərrüfatının  təkamülü  kimi  mühüm iqtisadi  amillərdən  asılı  olaraq 
Azərbaycan  Səfəvi  dövlətində  daxili  bazarın  təşəkkülü  prosesi  gedirdi.    İqtisadiyyatın  bir  sıra 
mühüm  sahələrinin  (sənətkarlıq,  ipəkçilik  və  s.)  inkişafı,  əmtəə  təsərrüfatının  təkamülü,  daxili  və 
beynəlxalq ticarət əlaqələrinin güclənməsi bir çox şəhərlərin yüksəlişinə, bəzi qəsəbə və kəndlərin 
tədricən iqtisadi mərkəzlərə çevrilməsinə şərait yaratmışdı (16, s. 11-17).  
Qeyd etmək lazımdır ki, orta əsrlər dövründə ipəyi qızıla bərabər tutmuşlar. Məsələn, monqolların 
Azərbaycana  gəlişi  dövründə  tərəzinin  bir  gözünə  ipək,  digərinə  isə  qızıl  qoyulurmuş.  Hətta,  tarixin 
yaddaşında belə bir fakt qalır ki, monqollar ilk dəfə Azərbaycana gələndə gəncəlilər onları başlarından 
etmək  üçün  onlara  çoxlu  daş-qaş  versələr  də,  əl  çəkməyiblər,  yalnız  xeyli  ipək  alandan  sonra  çıxıb 
gediblər.  Monqol  hücumları  ipəkçiliyə  ciddi  ziyan  vurdu,  lakin  onlar  Azərbaycanda  hakimiyyətdə 
möhkəmləndikdən  sonra  bu  sahə  sürətlə  inkişaf  etməyə  başladı.  X-XIII  əsrlərin  coğrafiyaşünasları  və 
tarixçiləri  toxuculuq  sənayesinə  nəzər  yetirərkən  Azərbaycanda  şəhərlərin  inkişafından  bəhs  etmiş, 
burada  istehsal  olunan  müxtəlif  növ  ipək  parçaları  və  qiymətli  sapları  qeyd  etmişlər  (7,  s.  26). 
Azərbaycanda,  o  cümlədən  də  Naxçıvanda  ipəkçiliyin  inkişafı  milli  geyim  mədəniyyətinin 
formalaşmasında  da  mühüm  rol  oynamışdır.  Azərbaycanda  ən  geniş  yayılmış  ipək  məmulatlarından 
qanovuz, atlaz, tafta, darayı, kəlağayı öz bədiiliyi və yüksək keyfiyyətliliyinə görə şöhrət qazanmışdı (8, 
s. 141-153). Ölkənin ayrı-ayrı şəhərlərində yüksək keyfiyyətli ipək parçalar hazırlanır, xarici ölkələrə də 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə