Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   ...   43   44   45   46   47   48   49   50   ...   136

95 
 
əldə  olunan  keramika  və  digər  maddi  mədəniyyət  nümunələri  əsasında  həmin  dövr  insanlarının 
məişəti,  məşğuliyyəti,  təsərrüfat  həyatı,  insanların  dünyagörüşü,  inanclar  sistemi  və  s.  haqqında 
elmi nəticələrə nail olunmuşdur.  
 
 
 
Şəkil 1. Ovçulartəpəsinin Erkən Tunc dövrü küpələri. 
 
Naxçıvan  ərazisindəki  Erkən  Tunc  dövrü  abidələrindən  aşkar  edilmiş  zəngin  keramika 
məmulatı Qafqazda, Cənubi Azərbaycanda və Ön Asiyada yayılmış Kür-Araz mədəniyyətinin tarixi 
problemlərini tədqiq etmək üçün əvəzedilməz mənbədir. 
 
 
ƏDƏBİYYAT 
 
1.
 
Aşurov S.H. Naxçıvanın İlk Tunc dövrü keramikası. Bakı, Nafta-Press, 2002, 158 s. 
2.
 
Bаxşəliyеv.V.B. Nаxçıvаnın qədim tаyfаlаrının mənəvi mədəniyyəti. Bакı, Еlm, 2004, 320 s. 
3.
 
Baxşəliyev V.B. Azərbaycan arxeologiyası. Bakı, Elm, 2007, 238 s. 
4.
 
Baxşəliyev V.B. Naxçıvanın arxeoloji abidələri. Bakı, Elm, 2008, 301 s. 
5.
 
Baxşəliyev V., Marro C., Aşurov S. Ovçulartəpəsi. Bakı, Elm, 2010, 154 s. 
6.
 
Baxşəliyev V.B. Naxçıvanın arxeoloji abidələri. Bakı, Elm, 2008, 304 s. 
7.
 
Zeynəb Q.K. Arpaçay vadisinin Tunc dövrü arxeoloji abidələri. Bakı, Elm və təhsil, 2014, 192 s. 
8.
 
Marro  C.,  Bakhshaliyev  V.,  Ashurov  S.  Excavation  at  Ovçulartepesi  (Nakhchivan, 
Azerbaijan).  Second  Preliminary  Report:  The  2009-2010  Seasons  //  Anatolia  Antiqua,  XIX, 
2011, s. 53-100 
9.
 
Seyidov A., Baxşəliyev V., Məmmədov S., Aşurov S. Qədim Şərur. Bakı, Elm, 2012 
10.
 
Seyidov A.Q., Naxçıvan e.ə. VII-II vinillikdə. Bakı, Elm, 2003 
11.
 
Seyidov A., Baxşəliyev V. Ərəbyengicə, Bakı, Nurlan, 2009, 160 s. 
12.
 
Seyidov A., Baxşəliyev V. Xələc. Bakı, Elm, 2010, 220 s. 
 
 
 


96 
 
ABSTRACT 
Emin Mammadov 
Early Bronze Age ceramics of ancient Sharur region 
 
The preparation of ceramics is ona of the primitive activities of society and this process has an  
ancient history in Azerbaijan. Samples of ceramics belonging to all historical ages exist in ancient 
Nakhchivan  territory.  During  the  excavations  done  in  Sharur  monuments  lots  of  samples  of 
ceramics belonging to  various ancient ages and cultures have been revaled.  Among these cultures 
the  special  attention  is  deserved  the  Kuro-araxes  culture.  The  most  ancient  monuments  of  this 
culture such as Makhta Kultepesi, Arabyengija, Ovchulartepesi, Halaj and Shortepe are located on 
the  Arpachay  valley.  Archeological  excavations  of  these  settlements  revealed  numerous  materials 
and cultural remains which are important for studing  the material, and also spiritual culture of the 
tribes occuping in Nakhchivan's territory.  From this  view point the study of the Early  Bronze age 
ceramics and the lighten of Kuro-Araxes culture is the main aim of the article. 
 
 
 
РЕЗЮМЕ 
Эмин Maмедов 
Керамика Раннего Бронзового периода древнего  
Шарурского региона 
 
Являясь  одним  из  древних  занятий,  процесс  изготовления  гончарных  посуд  имет 
древнюю историю. Можно сказать, что информация о керамических изделиях пронизывает 
все  периоды  истории  древнего  края  Нахичевани.  Во  время  широких  исследовательских 
работ,  проведённых  на  памятниках  Шарура,  были  также  обнаружены  образцы  керамики, 
относящиеся  ко  всевозможным  культурам  дренего  периода.  Среди  этих  культур  особое 
внимание  заслуживает  куро-аракская  культура.    Самые  древние  памятники  этой  культуры 
такие  как  Махта  Кюльтепеси,  Арабенгиджа,  Овчулартепеси,  Халадж  и  Шортепе 
расположены  на  Арпачайской  долине.  Археологическими  раскопками  этих  поселений 
выявлены  многочисленные  материально-культурные  остатки  которые  имеют  важное 
значение  для  изучения  материальной,  а  также  духовной  культуры  племен,  населявщих  на 
территории  Нахчывана.  Основной  целью  статьи  является  изучение  керамики  Раннего 
Бронзового периода и освещение на его примере культуры Куро-Аракской культуры. 
 
 
      НДУ-нун  Елми  Шурасынын  31  oktyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 02). 
      Məqaləni  çapa  təqdim  etdi: 
AMEA-nın  müxbir  üzvü 
Z.Şahverdiyev
 
 
 
 


97 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 5(79) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 5 (79) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 5 (79) 
 
 
          TOĞRUL ХƏLİLOV 
                                   AMЕA Naхçıvan Bölməsi 
                                                                                               Email:  x.toqrul@gmail.com 
UOT: 94 (479.242) 
NAXÇIVANIN ERKƏN TUNC DÖVRÜ DULUSÇULUQ MƏHSULLARI 
 
Açar sozlər: dulusçuluq, erkən tunc dövrü, Naxçıvan 
Kлючевые слова: гончарствo, эпохo ранней бронзы, Нахчыван 
Key words: pottery, early bronze age, Nakhchivan 
   
 
 
İlk  Tunc  dövrü  arxeoloji  ədəbiyyatda  “Kür-Araz  mədəniyyəti”  adı  ilə  tanınınır.  Bu 
mədəniyyətə  aid  arxeoloji  abidələr  Azərbaycanın  bütün  bölgələrində  olduğu  kimi  Naxçıvanda  da 
vardır.  I  Kültəpə,  II  Kültəpə,  Ovçulartəpəsi,  Мaxta  Kültəpəsi,  Xələc,  Ərəbyengicə,  Şortəpə  və  b. 
belə  abidələrdəndir.  Bu  abidələrdən  tapılan  arxeoloji  materialların  kompleks  şəkildə  öyrənilməsi 
nəticəsində  Ekən  Tunc  dövrü  insanlarının  həyat  tərzi,  məşğuliyyət  və  sənətkarlıq  sahələri, 
tayfalararsı  qarşılıqlı  iqtisadi-mədəni  əlaqələri  və  digər  məsələləri  öyrənmək  mümkündür.    Digər 
aktual  məsələlər kimi Naxçıvanın Erkən Tunc dövrü dulusçuluq sənətini öyrənmək də Azərbaycan 
arxeologiyasında mühüm elmi əhəmiyyət daşıyır.  
Dulusçuluq-gilin xüsusi formaya salınması nəticəsində ondan müxtəlif əşyaların düzəldilməsi 
ilə bağlı olan sənətkarlıq sahəsidir. Dulus sözünün mənşəyi qədim yunan dilində "yanıq və yanmış 
maddə" mənasını verən keramikostan gəlir (13, s. 3). Azərbaycanın bütün bölgələrində olduğu kimi 
Naxçıvanda insanlar ilk dəfə Neolit dövründə dulusçuluq sənəti ilə məşğul olaraq gildən müxtəlif 
məhsullar düzəltmişlər. Erkən Tunc dövründə digər sənətkarlıq sahələri kimi dulusçuluq da dövrün 
tələbləri  səviyyəsinə  uyğun  olaraq  inkişaf  etmişdir.  Onlar    Neolit  və  Eneolit  dövrlərinin  dulusçu 
məhsullarından  formasına,  tipinə,  ornamentlərinə  və  hazırlanma  texnologiyasına,  keyfiyyətinə  və 
digər  əlamətlərinə  görə  seçilmişdir.  Erkən  Tunc  dövründə  bu  sənətkarlıq  sahəsi  ev  sənəti 
çərçivəsindən  kənara  çıxaraq,  tədricən  ixtisaslaşmış  istehsal  sahəsinə  çevrilmişdir.  Dulusçuluğun 
inkişafı ilə əlaqədar olaraq keramika məmulatlarının hazırlanmasında, bişirilməsində dəyişiklər baş 
vermişdir.  Dulusçular  tərəfindən  məhsulların  hazırlanmasında  ilk  olaraq  keyfiyyətli,  istehsal  üçün 
yаrаrlı qum seçilmişdir. Çünki, yüksək kеyfiyyətli gildən hаzırlаnmış qаblаr dаhа çох yаrаrlı, dаhа 
çох  uzun  ömürlü  оlur.  Dulusçunun  istəyinə  uyğun  olaraq  gildən  yoğrulmuş  qabları,  hər  hansı  bir 
məhsulu    müəyyən  formaya  salarkən  оnlаrın  simmеtiriyаsınа,  formasına  хüsusi  fikir  vеrmişdir. 
Onların  istifadə  etdiyi  palçıq  növləri  rənginə  görə  qırmızı,  çəhrayı,  boz  və  ağ  rəngli  olmuşdur. 
Yoğrulmuş  palçıqları  müəyyən  fоrmаyа  sаldıqdаn  sоnrа  bişirilmə  prosesi  zаmаnı  onları 
çаtlаmаqdаn qоrumаq üçün хüsusi üsullаrdаn istifаdə еtmişlər. İlk оlаrаq onları bir nеçə gün kölgə 
yеrdə, sonra isə günəş altında qurutmuşlar. Sоnrа hazırlanmış məhsulun bişirilməsi prosesini həyata 
keçirmişlər.  Bu  zaman  bəzən    gil  qаblаrın  üzərini  çаtlаmаqdаn  qоrumаq  üçün  şüyürləmişlər. 
Bişirilmə prоsеsi zаmаnı dulusçu məhsullarının müхtəlif rənglərdə  оlmаsında onların hazırlandığı 
gilin tərkibindəki kimyəvi birləşmələr  mühüm yer tutmuşdur. Bişirilmə prosesi zamanı yoğrulmuş 
palçığın  tərkibində  olan  kimyəvi  birləşmələr  оksidləşdirici  аlоvun  təsirindən  müхtəlif  rənglərə 
çevrilərək  qabların  boz,  çəhrayı,  qara  və  s.  rəngli  olmasına  səbəb  olmuşdur.  Bişirilmə  prosesində 
hər  bir  sənətkarın  diqqət  yetirdiyi  bir  sıra  məsələlər  vardır.  İlk  olaraq  bişirilmə  zamanı  uyğun 
temperaturanın  olmasına  diqqət  yetirilməli,  bişirilən  məmulatın  xüsusiyyətinə  uyğun  alov  təmin 
edilibdir.  Bunun  üçün  istiliyin  düzgün  paylanması  və  dəyişmə  surəti  nəzarətdə  saxlanılıbdır. 
Bişirilmə  prosesi  başa  çatdıqdan  sonra  hər  hansı  bir  dulusçu  məhsulunun  düzgün  soyudulmasına 
diqqət  yetirilibdir.  Çünki,  məhsulun  keyfiyyətli  olması  üçün  bişirilmə  prosesində  və  bişirilmədən 
sonrakı  dövrdə  bir  sıra  qaydalara  əməl  edilməlidir.  Düzgün  bişirilməyən  və  ya  düzgün 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə