Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   ...   35   36   37   38   39   40   41   42   ...   136

79 
 
yazdığı məktubundan da görünür ki, onun atası I Kalbalı xanın dövründə Şərur nahiyəsinin Parçı kəndi və 
ətraf ərazilər məhz Naxçıvan xanlığına tabe olmuş və I Kalbalı xan tərəfindən Hüseynəli Xan İrəvanskiyə 
icarəyə  verilmişdir  [18,  s.112-113].  Məktubda  yazılır: “İrəvan qəzasının  kəndləri  olan  Parçı, Əncər-Səfi 
kəndləri  və  onlara  bitişik  olan  digər  kəndlər  rəhmətlik  atam  Kalbalı  xan  tərəfindən  mənə  bağışlanıbdır. 
Hansı ki, həmin kəndləri o öz sağlığında Hüseyn xan İrəvanskiyə icarəyə vermişdi” [19]. Bu fakt bir daha 
sübut  edir  ki,  2007-ci  ildə  nəşr  olunmuş  “Naxçıvan  xanlığının  xəritəsi”ndə  doğru  olaraq  Naxçıvan 
xanlığının  1747-1797-ci  illərdə  ərazisinin  1797-1828-ci  illərdəkinə  nisbətən  daha  geniş  olduğu 
göstərilmişdir. Belə ki, xəritədə də təsvir olunduğu kimi 1747-1797-ci illərdə Naxçıvan xanlığının ərazisi 
942 min 870 hektar, başqa sözlə desək  9428,7 km
2
 olmuşdur [20, s. 173; 21, s. 50]. 1797-1828-ci illərdə 
isə xanlığın ərazisi 464 min 282,9 hektar və yaxud təqribən 4642,83 km
2
 olmuşdur [22]. 
Naxçıvan  xanlığının  yarandığı  ilk  dövrlərdə  onun  inzibati  quruluşu  da  maraq  doğurur. 
Tədqiqatçıların fikrincə Naxçıvan xanlığının inzibati-ərazi bölgüsündə əvvəlki dövrə nisbətən dəyişikliklər 
əsasən XVIII əsrin sonunda (1797-ci ildən sonra) baş vermişdir. Tarixçi Sahibə Budaqova yazır ki, İran 
hakimiyyəti  dövründə  Naxçıvan  xanlığı  inzibati  baxımdan  iki  tümənə  bölünmüşdür  ki,  bunlardan  biri 
Naxçıvan, digəri isə Ordubad tüməni olmuşdur [14, s.26]. “Naxçıvan tarixi” çoxcildliyinin ikinci cildində 
isə göstərilir ki, 1747-1797-ci illərdə Naxçıvan xanlığı Naxçıvan, Ordubad, Mehri və Qafan dairələrindən 
ibarət  olmuşdur  [16,  s.  26].  V.Qriqoryevin  qeydlərindən  aydın  olur  ki,  XIX  əsrdə  isə  Naxçıvan  xanlığı 
artıq  iki  dairədən  (tüməndən)  –  Naxçıvan  və  Ordubad  tümənlərindən  ibarət  olmuşdur  [23,  s.  64)]. 
Fikrimizcə,  XIX  əsrdəkindən  fərqli  olaraq,  yarandığı  ilk  dövrlərdə  Naxçıvan  dairəsi  (tüməni)  4  deyil  5 
mahaldan ibarət olmuşdur. V.Qriqoryevin qeyd etdiyi, Naxçıvan, Əlincə, Xok, Dərələyəz mahallarından 
[23, s. 64, 195] əlavə, 1752-ci ilə qədər Sisyan mahalı da bu dairənin tərkibinə daxil olmuşdur. Sisyanın 
Naxçıvan  dairəsinin  (tüməninin)  bir  mahalı  olmasını  Mirzə  Yusif  Qarabağinin  “Tarixi-safi”  əsərində 
verdiyi  məlumatlar  da  sübut  edir.  Bu  müəllif  göstərir  ki,  XVIII  əsrin  50-ci  illərində  Sisyan  və  Tatef 
mahalları Naxçıvan xanlığından alınaraq Qarabağ xanlığına qatılmışdır [8, s. 19-20]. 
XVIII əsrin 50-ci illərində Naxçıvan xanlığının Ordubad dairəsi ehtimal ki, XIX  əsrdəki kimi 
5 mahaldan - Ordubad, Əylis, Dəstə, Çalanaq və Biləv mahallarından ibarət idi.  
Beləliklə  apardığımız  tədqiqatlar  göstərir  ki¸  XVIII  əsrin  I  yarısı  çox  qısa  bir  zaman  kəsiyi 
olsa  da  ərazilərin  dəyişkənliyi  ilə  seçilmiş,  bu  dövrdə  tarixi  proseslərin  təsiri  altında  Naxçıvan 
bölgəsinin tarixi-coğrafiyasında ciddi dəyişikliklər baş vermişdir.  
 
ƏDƏBİYYAT 
1.
 
Kruşinski J. Xristian səyyahın tarixi. Bakı, Azərnəşr, 1993, 105 s., s. 19 
2.
 
Tiflisi J. Vaqiati-Mir Veys və Şah Hüseyn. Osmanlıcadan tərcümə edəni Ş.Fazil, Bakı, 1992, 
58 s., s. 18 
3.
 
Seyidbəyli  E.  Naxçıvan  torpaq  mülkiyyətinə  aid  XVII-XVIII  əsr  Kəngərli  arxeoqrafik 
sənədləri. Bakı, Elm, 2000,  229 s., s. 23 
4.
 
Naxçıvan  sancağının  müfəssəl  dəftəri  (9  məhərrəm  114).  Tərcümə,  Bünaydov  Z.  və 
Qaramanlı H. Bakı, Elm, 2001, 376 s., s. 23 
5.
 
İrəvan əyalətinin icmal dəftəri. Araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri akademik 
Bünyadov Z.və Məmmədov H. Bakı, Elm, 1996, 184 s., s. 9 
6.
 
Səfərli F. Ordubad şəhərinin müsəlman epiqrafikası abidələri. Bakı, MBM, 2009, 191 s. 
7.
 
Baxşəliyev  V.,  Seyidov  A.,  Qədirzadə  Q.,  İbrahimli  B.  Qədim  Ordubad.  Naxçıvan,  Əcəmi, 
2014, 312 s., s. 27 
8.
 
Qarabağnamələr. II kitab. Bakı, Şərq-Qərb, 2006, 288 s. 
9.
 
Qarayеv Е. İrəvan хanlığı (1747-1828). Bakı, Avropa, 2010, 342 s. 
10.
 
İvanov R. Kalbalı xan Naxçıvanski dövrü və irsi. Bakı, Azərnəşr, 2012, 718 s. 
11.
 
Naxçıvan tarixi. Üç cilddə I cild. Naxçıvan, Əcəmi, 2013, 452 s. 
12.
 
Сысоев В. Нахчеван на Араксе и древности Нах. ACCР. Баку, Известия  Азкомстариса.    
       1929, Выпуск 4, 316 c. 
13.
 
Quliyev M. Naxçıvan xanlığının bayrağı  haqqında bir neçə söz // “Şərq qapısı” qəzeti, 24    
  sentyabr 2014-cü il. s. 3. 
14.
 
Budaqova S. Naxçıvan diyarının tarixi-coğrafiyası (XVIII əsrin ikinci yarısı – XIX əsrin  


80 
 
  birinci qərinəsi). Bakı, Elm, 1995, 96 s. 
15.
 
Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi, f. 24, siy. I, iş 358 
16.
 
Naxçıvan tarixi. Üç cilddə II cild. Naxçıvan, Əcəmi, 2014, 528 s. 
17.
 
Qarayev E. Azərbaycan XVIII əsr rus və Qərbi Avropa səyyahlarının təsvirində. Bakı, 2006,   
  160 s. 
18.
 
Naxçıvan xanlığı (tərtibçi Ə.Həsənov). Naxçıvan, Əcəmi, 2009, 117 s. 
19.
 
Националный Архив Грузии: Ф. 4, оп. 2, д. 79. 
20.
 
Quliyev M. Naxçıvan xanlığının Qafqazda hərbi-siyasi mövqeyi və əlaqələri. Naxçıvan,  
  Əcəmi, 2013, 184 s. 
21.
 
Seferli H. Nahçivan bölgesinin tarihi coğrafyası hakkında notlar // Miras dergisi, № 4,    
  Ankara, 2013, 46-53 s. 
22.
 
Naxçıvan xanlığının xəritəsi (1747-1828-ci illər). (Xəritəni tərtib edənlər: akad. İ.Hacıyev,  
  t.e.n F.Cəfərli, t.e.n. M.Quliyev), Naxçıvan, Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq  
  və Xəritəçəkmə Komitəsi, 2007 
23.
 
Григорев В. Статистическое Описание Нахичеванской провинции. Санкт-Петербургъ:  
  Типографий Департамента Внешней Торговли, 1833,  263 с. 
 
ABSTRACT 
Elnur Kеlbizadе 
 
Nakhchivan territory and borders of Nakhchivan 
(first half of XVIII century) 
Being one of central provinces of states (states such as Eldanizlar, Aghgoyunlu, Garagoyunlu 
and  Safavi)  created  in  the  territory  of  Azerbaijan  in  the  Middle  Ages,  Nakhchivan  had  strategic 
importance  at  all  time.  From  this  point  of  view,  in  the  period  of  the  Middle  Ages,  historical-
geographical position, development, investigation of ethnic and religious composition of population 
of cities of Nakhchivan territory are included in problems of vital importance for Homeland history. 
The historical geography of Nakhchivan land in the first half of XVIII century was researched 
for the first time in this article; changes in its territory and administrative territorial partition were 
followed  within  chronologicallimit,  area  of  administrative-territorial  units  where  Nakhchivan 
included in different periods, was calculated by cartographic and satellite imaging. 
However,  the  period  covers  very  short  time  period  –  40-50th  years  of  XVIII  century, 
important changes happened in 
Nakhchivan.
 
РЕЗЮМЕ 
Елнур Келбизаде 
Территория и границы Нахчывана 
(в I полoвине XVII века) 
Нахчывань,  которая  является  одним  из  центральных  областей  государств,  возникших 
на  территории  Азербайджана  в  средние  века  (таких  как  Эльданизы,  Ак-коюнлу,  Кара-
коюнлу,  Сефевиды)  всегда  носила  стратегическое  значение.  В  связи  с  этим,  исследование 
историко-географического  положения  городов  Нахчывана,  их  развития,  этнического  и 
религиозного состава населения в средневековый период  является значимым вопросом для 
истории  Родины.  В  статые  комплексно  изучалась  историческая  география  Нахчывана  в  I 
полoвине XVII века, изменения в территории и административно-территориальном  делении в 
рамках  хронологии  была  вычислена  площадь  административно-территориальных  единиц 
Нахчывана с помощью картографии и спутниковых снимков в разные периоды. 
Несмотря на то, что период, охватывает короткий отрезок времени - 40-50-е гг. XVIII века, 
но все же в данный период на территории Нахчывана происходили серьезные изменения.  
      НДУ-нун  Елми  Шурасынын  31  oktyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 02). 
      Məqaləni  çapa  təqdim  etdi: 
AMEA-nın  müxbir  üzvü 
Z.Şahverdiyev
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə