Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   ...   33   34   35   36   37   38   39   40   ...   136

75 
 
məqsədlə  muzeydə  toxuculuq  sənətini  öyrənmək  və  xalçaçılığın  müəyyən  növlərinin  toxunuşu  ilə 
əyani surətdə tanış olmaq üçün muzeydə ayrıca xalça toxunuşu sexi də fəaliyyət göstərir. 
Naxçıvan  Dövlət  Xalça muzeyində  Azərbaycan xalça  sənəti ənənələrinin təbliğində, ümumbəşəri 
dəyər kimi əbədi yaşamasında və daha da inkişaf etdirilməsində öz xidmətlərini əsirgəmir. 
 
ƏDƏBİYYAT 
1. Muradov V. Azərbaycan xalçaları Naxçıvan  qrupu.  Bakı, 2012 
2. Əfəndiyev R. Azərbaycan xalq sənəti. Bakı, 1971 
3. Dünyamalıyeva S. Ornament (tarixi, nəzəriyyəsi, qurulması)  Bakı, 2014 
4. Kərimov L. Azərbaycan xalçası, I cild, Bakı, 1961 
ABSTRACT 
Zаnfira Sayidova 
Museum, which promotes national art 
A  big  number  of  fleecy  and  flat  carpets,  carpeting  equipment,  embroidery,  art  metal,  about 
3000 museum exhibits consisting of pottery and glass that are preserved in Nakhchivan State Carpet 
Museum are of a great art significance.  
Art  of  carpentry  is  a  kind  of  national  seal  and  art  symbol  of  Azerbaijan  nation.  Carpets 
preserved in Nakhchivan State Carpet Museum are also attractive with their meaningful ornaments 
and real descriptions.  
In  the  exposition  of  museum  the  development  phase  of  carpentry  has  been  reflected  in  a 
chronological  sequence.  Actually,  felting,  matting,  rug  types  and  other  fleecy  and  flat  carpets  are 
reflected consequently here. To promote Azerbaijan carpets, to look through its history, to analyze 
dark moments, to collect, preserve, exhibit carpets which are a part of our culture Nakhchivan State 
Carpet Museum was established in 1998.   
The  museum  that  was  established  in  purpose  of  research,  preserve  and  exhibit  carpets  is  a 
museum which reflects carpentry types, techniques and materials in Nakhchivan. 
 
РЕЗЮМЕ 
Зенфира Сейидова 
Музей, пропогандирующий народные искусства 
Около трех тысяч экспонатов сохраняющиеся в Нахчыванском Государственном Музее 
Ковров,  многочисленные  ковры  с  ворсинками  и  без  ворсинок,  ковровые  изделия, 
натуральные  шитья,  натуральные  металлы,  керамические  и  стеклянные  изделия  имеют 
большое художественное значение. Искусство ковроткачества национальная печать, символ  
искусства  азербайджанского  народа.  Сохранившиеся  в  Нахчыванском  Государственном 
Музее  Ковров  ковры  привлекают  внимание  своими  раскрасками,  носящее  символическое 
значение узорами, реальными изображениями.  
  В  экспозициях  музея  в  хронологической  форме  нашли  отражение  пути  развития 
ковроткачества. Точнее здесь выявились виды разминания, циновства, паласов и некоторые  
последовательности  видов  ковров  с  ворсинками  и  без  ворсинок.  С  целью  агитации 
азербайджанских  ковров,  изучения  его  истории,  анализа  некоторых    непонятных  сторон,  а 
также  с  целью  охраны,  демонстрации  образца  ковров  как  национальной  культуры  в  1998 
году  был  создан  Нахчыванский  Государственный  Музей  Ковров.  Созданный  этот  музей  с 
целью  изучения,  защиты,  демонстрации  ковров  очень  значимый,  ценный  Музей  в 
демонстрации видов, техники, материалов Нахчыванского ковроткачества. 
Создание  и  развитие  азербайджанского  искусства  ковроткачества  неотъемлемая  часть 
национальной культуры.  
      НДУ-нун  Елми  Шурасынын  31  oktyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 02). 
      Məqaləni  çapa  təqdim  etdi: 
AMEA-nın  müxbir  üzvü 
Z.Şahverdiyev
 
 


76 
 
            NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 5(79) 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 5 (79) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 5 (79) 
 
 
ELNUR KƏLBİZADƏ 
AMEA Naxçıvan Bölməsi 
caspianman@mail.ru  
UOT: 94 (479.242) 
NAXÇIVANIN ƏRAZİSİ VƏ SƏRHƏDLƏRİ  
(XVIII ƏSRİN BİRİNCİ YARISINDA) 
 
Açar sözlər: tarixi coğrafiya, inzibati ərazi quruluşu, Naxçıvan, Səfəvilər, Osmanlı, Əfşarlar 
Keywords: historical geography, administrative and territorial structure, Nakhchivan, 
Safavid, Ottoman, Afshar  
Ключевые  слова:  историческая  география,  административно-территориальня 
структура,  Нахчыван, Сефевиды, Османская империя, правительство Афшаридов 
 
XVIII  əsrdə  Azərbaycan  ərazisi  uğrunda  mübarizənin  güclənməsi,  Azərbaycanın  tarixi 
coğrafiyasında ciddi dəyişikliklərlə nəticələnmişdir. Əsrin birinci yarısında Naxçıvanın idarəçiliyi 4 
dəfə  dəyişilmişdir.  Əvvəlcə  Səfəvilər,  sonra  Osmanlı  idarəçiliyi,  daha  sonra  Nadir  şah  imperiyası 
tərkibinə daxil olan Naxçıvanda  əsrin birinci yarısının sonlarına yaxın müstəqil regional idarəçilik 
ənənələrinin davamı olan Naxçıvan xanlığı yaranmışdır. 
XVIII əsrin ilk iki dekadasında Naxçıvan Səfəvilər dövlətinin tərkibində olmuşdur. Bu dövrdə 
hakimiyyətdə olmuş Şah Sultan Hüseyn Səfəvinin hakimiyyəti dövrü (1694-1722) Qızılbaş dövləti 
üçün tənəzzül dövrü kimi xarakterizə edilə bilər. 
Bəzi  müəlliflərin  verdiyi  məlumatlar  ehtimal  etməyimizə  imkan  verir  ki,  artıq  bu  dövrdə 
Azərbaycan  ərazisindəki  4  bəylərbəylik  mərkəzi  Təbriz  olan  vahid  Azərbaycan  bəylərbəyliyində 
birləşdirilmişdi. Məsələn, polyak səyyahı J.T.Kruşinski Səfəvilərin 12 vilayəti olduğunu yazmış və 
12-ci  vilayət  kimi  “ərazisinə  İrəvan,  Şirvan  və  Gürcüstan  da  daxil  olan  Azərbaycan”  vilayətinin 
adını  çəkmişdir  [1,  s.19].  Dövrün  digər  bir  müəllifi  Jozef  Tiflisi  də  “Vaqiati-Mir  Veys  və  Şah 
Hüseyn” əsərində bu dövrdə Təbriz mərkəz olmaqla bəylərbəyliyin yaradılmasından bəhs etmişdir 
[2,  s.  18].  Ehtimal  etmək  olar  ki,  bəylərbəyliklərin  vahid  Azərbaycan  vilayətində  birləşdirilməsi 
prosesi  XVIII  əsrin  20-ci  illərinin  ortalarından  başlamışdır.  Çünki,  1717-ci  ilə  aid  sənədlərdə 
Naxçıvan ölkəsi ərazisindəki mülkiyyət məsələləri ilə bağlı sakinlərin Çuxursəd bəylərbəyliyinin ali 
müvəkkilliyinə müraciət etdiyi  göstərilmişdir [3, s.23].  Aydın olur ki,  XVIII əsrin  ilk iki dekadası 
ərzində  Naxçıvan  Səfəvilər  dövlətinin  Çuxursəd  bəylərbəyliyinin  tərkibində  olmuş,  ikinci 
dekadanın sonlarına yaxın vahid Azərbaycan vilayətinin tərkibinə qatılmışdır. 
Mənbələrdə  Naxçıvan  ərazisində  Naxçıvan,  Azadciran,  Dərələyəz  [3,  s.  24],  Məvaziyi-Xatın, 
Mülki-Arslan, Qarabağ,  Dərəşam, Şahbuz, Şərur, Əlincə, Sisyan nahiyələrinin adı çəkilir. Kartoqrafik 
hesablamalarımız  göstərir  ki,  bu  dövrdə  Naxçıvan  ölkəsinin  ərazisi  təqribən  7240  km
2
-ə  bərabər 
olmuşdur.  
Naxçıvan şəhəri bölgənin mərkəzi və ən böyük şəhəri idi. Bu dövrdə bölgədəki  şəhərlərdən 
yalnız Ordubad Naxçıvan şəhəri ilə birlikdə şəhər kimi varlığını qoruyub saxlaya bilmişdir. Böyük 
bir tarixi dövr ərzində Naxçıvan ölkəsinin əsas şəhərlərindən olmuş Kiran tamamilə tənəzzül edərək 
yalnız kənd kimi varlığını qoruyub  saxlamışdı. 1717-ci ilə aid bir Kəngərli arxeoqrafik sənədində 
məhz Azadciran mahalının Ciran kəndinin adı çəkilir [3, s.23]. 
Əylis  bu  dövrdə  müvəqqəti  də  olsa  tənəzzül  dövrünü  yaşamaqda  idi.  Şah  Sultan  Hüseynin 
dövründə Əylis şəhəri o qədər tənəzzül etmişdi ki, burada olmuş Jozef  Tiflisli Əylisdən “Əklis adlı 
kənd” kimi bəhs etmişdir [2, s.56]. 
1724-cü  ildən  Naxçıvanın  ərazisində  II  Osmanlı  idarəçiliyi  dövrü  başlamışdır.  Osmanlılar 
bölgənin  inzibati  idarəçiliyini  yenidən  Osmanlı  imperiyasının  inzibati  ərazi  quruluşuna 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə