Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   ...   30   31   32   33   34   35   36   37   ...   136

69 
 
dəyişiklik  edildi.  Vergilərin  yığılması,  xəzinə  mülklərinin  qeydiyyata  alınması  üçün  bir  qərargah-
zabitindən və iki yerli məmurdan ibarət xüsusi komissiya yaradıldı [11, s. 281]. 
1833-cü  il  iyunun  23-də  Rusiya  Dövlət  Şurasının  qəbul  etdiyi  qanuna  görə  “Erməni  vilayəti”ndə 
yeni inzibati-ərazi  dəyişikliyi həyata  keçirildi [8, s. 374].  Qanuna  görə, “Erməni  vilayəti”nin adı olduğu 
kimi saxlanıldı, lakin onun kollegial idarə sistemi ləğv edilərək vilayət rəisinə böyük səlahiyyətlər verildi. 
İrəvan  bölgəsi  dörd  dairəyə  -  İrəvan,  Şərur,  Sürməli  və  Sərdarabad  dairələrinə  bölündü.  Dairələr  rus 
hərbçiləri tərəfindən idarə olunurdu. Hər bir dairə rəisliyində biri azərbaycanlı, digəri isə erməni olmaqla 
iki  köməkçi  var  idi.  Bundan  başqa  dairələrdə  vergi  işlərinə  baxan  komissarlar  və  onları  müşaiyət  edən 
mirzələr  də  var  idi.  Yeni  qanuna  əsasən  mahallar  olduğu  kimi  qalırdı.  Hər  bir  dairəyə  bir  neçə  mahal 
düşürdü.  İrəvan  dairəsi  Göyçə,  Dərəçiçək  və  Qırxbulaq  mahallarını;  Şərur  dairəsi  Şərur,  Vedibasar, 
Gərnibasar  və  Zəngibasar mahallarını;  Sürməli dairəsi  Sürməli mahalını,  Dərəkənd-Parçenis  dərəsini  və 
Araz  çayının  sağ  tərəfində  yerləşən  Gərnibasar  və  Vedibasar  mahallarının  qalan  hissəsini;  Sərdarabad 
mahalı isə Saatlı, Talın, Seyidli-Ağsaqqallı, Abaran, Gərni və Sərdarabad mahallarını əhatə edirdi. 
  Bu  dövrdə  İrəvan  bölgəsində  cəmi  10  mahal  qalmışdı.  Rusiya  hakim  dairələrinin  səyi 
nəticəsində bəzi mahallar birləşdirilmiş, onların sayı azaldılmışdı. Saxlanılmış mahallar bunlar idi: 
Qırxbulaq,  Dərəçiçək,  Göyçə,  Şərur,  Dərəkənd-Parçenis,  Sərdarabad  (Talın  mahalının  bir  hissəsi 
ona  birləşdirilmişdi),  Sürməli,  Zəngibasar,  Vadibasar  (Gərnibasar  mahalı  ona  birləşdirilmişdi), 
Abaran (Körpübazar mahalı ona birləşdirilmişdi) [11, s. 313-314]. 
1833-cü  il  23  iyun  qanununa  görə  “Erməni  vilayəti”nin  idarəçiliyi  icraedici  və  məhkəmə 
olmaqla iki hissəyə bölündü. Vilayətin başında əvvəllər olduğu kimi yenə də hərbi general dururdu. 
Onun yanında üç nəfərdən ibarət şura yaradılırdı. 
Yeni  qanuna  görə  “Erməni  vilayəti”nin  məhkəmə  sistemində  də  dəyişiklik  edildi.  Şəhər 
məhkəmələri  yerinə  yeni  əyalət  məhkəməsi  yaradıldı.  Məhkəmələr  hərbi,  mülki  və  şəriət  olmaqla  üç 
hissəyə bölündü. Mülki işlərə İrəvan şəhərində yaradılmış əyalət məhkəməsində baxılırdı. Məhkəmədə 
sədr,  bir  rus  və  iki  yerli  məmurdan  ibarət  iclasçılar  iştirak  edirdi.  Məhkəmə  üç  mərhələdən  keçirdi. 
Birinci  mərhələdə  iddia  əyalət  rəisinin  500  rubldan  yuxarı  olmayan  cəriməsi  ilə  əvəzlənirdi.  Üçüncü 
apellyasiya  məhkəməsində  Qafqazdakı  rus  qoşunlarının  baş  komandanına  müraciət  edilirdi.  Hərbi 
məhkəmə (və yaxud səhra məhkəməsi) isə İrəvan komendantının sədrliyi ilə keçirilirdi. 
Yerli  əhalinin  adət-ənənələrinə  qarşı  çıxaraq  yeni  narazılıq  dalğası  yaratmaq  istəməyən 
Rusiya  hakimiyyət  orqanları  şəriət  məhkəmələrini  saxlamaq  məcburiyyətində  qaldılar.  Bu 
məhkəmələr  əsasən  dairə  və  kəndlərdə  fəaliyyət  göstərir,  məhkəmə  hakimi  hesab  edilən  qazılar 
mübahisəli  məsələləri  hər  iki  tərəfin  razılığı  ilə  həll  edirdilər.  Şəriət  məhkəmələrinin  üzvlərinə 
hökumət maaş da verirdi. Əyalətlərdə onların məvacibi 704 gümüş rubl, məhsulla 72 xalvar buğda, 
5 xalvar çəltik və 4 xalvar arpa təşkil edirdi [11, s. 282]. 
Şəhər idarəsi də yenidən quruldu. İrəvan şəhərində ayrıca polis idarəsi yaradıldı. Onun tərkibi 
polis  rəisi,  xüsusi  pristav,  şəhər  məhəllələrini  idarə  edən  4  yüzbaşı  və  10  nəfər  onbaşı,  1  katib, 
Azərbaycan dilində yazan 1 mirzə və 1 tərcüməçidən ibarət idi [11, s. 282-283]. 
1833-cü  il  23  iyun  qanunu  ilə  həyata  keçirilən  inzibati-ərazi  və  məhkəmə  islahatının  nəticələri 
1840-cı il islahatına qədər qüvvədə qaldı. 1833-cü il 23 iyun islahatı İrəvan bölgəsində xanlıq dövrünün 
qayda-qanunlarına  zərbə  vursa  da,  onları  tamamilə  sıxışdırıb  aradan  çıxara  bilmədi.  Rusiya  hakim 
dairələri  isə  İrəvan  bölgəsində  imperiyanın  strateji  xəttini  tam  həyata  keçirmək  üçün  yeni  islahat 
layihələri  üzərində  çalışır  və  türk-müsəlman  amilini  İrəvan  bölgəsindən  sıxışdırıb  çıxarmaq  və 
imperiyanın  İran  və  Osmanlı  dövlətləri  ilə  sərhəd  zolağında  yerləşən  bu  strateji  bölgəni 
erməniləşdirməklə  Azərbaycanın  şimalı  ilə  cənubu,  eyni  zamanda  onunla  Osmanlı  dövləti  arasında 
imperiyaya  sadiq  xristian  əhalidən  ibarət  bufer  zonası  yaratmaq  bu  layihələrin  hamısının  ana  xəttini 
təşkil  edirdi.  Yerli  əhalinin  kəskin  müqaviməti  ilə  qarşılaşmamaq  üçün  bütün  bu  planlar  mərhələ-
mərhələ, tədricən həyata keçirilirdi. İrəvan bölgəsində möhkəmlənən Rusiya imperiyası XIX əsrin 30-cu 
illərində bu bölgədə kilsə hakimiyyəti ilə yanaşı, dünyəvi hakimiyyəti də öz əlinə almağa çalışan erməni 
kilsəsinin fəaliyyətini də tam öz nəzarəti altına almağa çalışırdı. Rusiya hökumətinin erməni kilsəsinin 
fəaliyyətinə  müdaxiləsi  1799-cu  ildə  Qukasın  (1780-1799)  ölümündən  sonra  Eçmiədzin  patriarxı 
vəzifəsinə  öz  namizədini  irəli  sürməsi  ilə  başlamışdı.  Bu  başlanğıc  da  çox  mürəkkəb  və  ziddiyyətli 
olmuşdu. İosif Arqutinski-Dolqorukov (Xovsep Arlutean, 118-ci katolikos, 1800-1801) yalnız I Pavel 


70 
 
tərəfindən  təsdiq  edilmişdi.  Ondan  sonra  Eçmiədzin  taxtı  üstündə  V  David  (119-cu  katolikos,  1801-
1807)  və  Danil  (120-ci  katolikos,  1807-1808)  üstündə  ziddiyyət  yaranmışdı.  Əsas  siyasi  hadisələrin 
dövründə  cərəyan  etdiyi  Yefremi  (121-ci  katolikos,  1809-1830)  isə  Osmanlı  dövləti  katolikos  kimi 
tanımaqdan imtina etmiş, onun legitimliyini İran tərəfindən Abbas Mirzə tanımışdı [15]. 
1826-1828-ci  illər  rus-İran  müharibəsində,  xüsusilə  İrəvanın  alınmasında  ermənilər  və 
Eçmiədzin ruslara böyük köməklik göstərdi. 1827-ci ilin oktyabrında İrəvanın işğalı ilə Eçmiədzin 
Rusiyanın  ərazisinə  qatıldı.  1828-1829-cu  il  Rus-Türk  müharibəsində  qələbə  və  Ədirnə 
müqaviləsinin bağlanması da Rusiyanın mövqeyini gücləndirdi. Rusiya hökuməti İran erməniləri ilə 
yanaşı Osmanlı ermənilərinin də yeni işğal edilmiş torpaqlara köçürülməsi ilə birgə, gələcəkdə Os-
manlı ermənilərindən də siyasi məqsədləri üçün istifadə planını gündəliyə gətirdi.  Belə bir şəraitdə 
erməni-qriqorian  kilsəsinin  imperiyadakı  yerinin  müəyyənləşdirilməsi  istiqamətində  addımlar 
atılmağa və Əsasnamə hazırlanması üçün tədbirlər görülməyə başlandı. 
1836-cı il martın 11-də çar tərəfindən təsdiq edilən “Rusiyanın erməni kilsəsinin idarə edilməsi 
haqqında”  10 fəsil və 141 maddədən ibarət olan Əsasnamə ilə erməni ruhanilərinin siyasi hüquqları 
konkret çərçivəyə salındı və onlara birbaşa dövlət işlərinə qarışmaq qadağan edildi. Əsasnaməyə  görə 
Eçmiədzin  katolikosluğunun  fəaliyyəti  hökumətin  nəzarəti  altına  alındı  və  zərurət  yarandığı  halda 
hökumət  onun  fəaliyyətinə  müdaxilə  edə  bilərdi.  Rusiya  ərazisində  yaşayan  ermənilər  yeparxiyada 
birləşməli  idilər.  Əsasnamədə  Rusiya  hüdudlarında  erməni-qriqorian  kilsəsinin  altı  yeparxiyasının 
yerləşdiyi bildirilirdi: 1) Naxçıvan (Novorossiyada yerləşirdi) və Bessarabiya, 2) Həştərxan, 3) İrəvan, 
4)  Gürcüstan,  5)  Qarabağ  və  6)  Şirvan.  Əsasnaməyə  görə,  Qarabağ  yeparxiyası  Qarabağın  özündəki 
(Tatev  mitropoliyasını  öz  dindarları  ilə  istisna  etməklə.  Qeyd  edək  ki,  bu  mitropoliya  Qarabağdan 
ayrılaraq patrarxın özünün rəisi olduğu İrəvan yeparxiyasına verilmişdi), Şəki və Talış əyalətlərindəki 
erməni-qriqorian  kilsələrini  əhatə  edirdi.  Bu  yeparxiyada  onun  rəisi  üçün  Şəkidə  vikari  müəyyən 
edilirdi. Şirvan, Quba, Bakı və Dərbənd əyalətlərindəki erməni-qriqorian kilsələri Şirvan yeparxiyasının 
tərkibinə daxil edilirdi [15].  
Hələ XIX əsrin əvvəllərində Cənubi Qafqazın işğalı prosesində Rusiya imperatoru I Aleksandrın 
1809-cu il fərmanı ilə yeni işğal edilmiş ərazilərdəki alban kilsələri erməni katolikosluğuna tabe edilmiş, 
1815-ci  ildə  isə  Alban  patriarxlığı  mitropolitliyə  endirilmişdi.  1836-cı  il  11  mart  Əsasnaməsi  ilə  isə 
Qanzasar  Alban  kilsəsi  və  tarixi  Albaniyanın  ərazisində  yerləşən  digər  kilsələr  əsasında  Eçmiədzin 
katolikosluğunun Qarabağ və Şamaxı yeparxiyaları yaradıldı. Göründüyü kimi, 1836-cı il 11 mart tarixli 
Əsasnamə  ilə  erməni  kilsəsinin  hüquqları  bir  qədər  məhdudlaşdırılsa  da,  bu  Əsasnamə  ilə  Alban 
kilsəsinin  müstəqilliyinə  də  son  zərbə  vuruldu  və  Alban  kilsəsinə  bir  rəqib  kimi  baxan  Eçmiədzin 
erməni  katolikosluğu  Rusiyanın  əli  ilə  onun  ləğvinə  nail  oldu.  Erməni  katolikosluğu  Alban  kilsəsinin 
ləğvindən sonra onun mülklərinə yiyələndi, tarixi irsini ələ keçirdi. Lakin məsələ bununla da bitmədi, 
erməni  katolikosluğu  nail  olduğu  irsi  Azərbaycandan  qoparmaq  və  ona  olan  hüququnu  təsdiq  etmək 
üçün ölkəyə qarşı dini-ideoloji və siyasi mübarizəni genişləndirdi. Çar Rusiyası ilə birgə hərəkət edən 
Erməni katolikosluğu bu dövrdən başlayaraq əsas diqqətini Azərbaycan xalqına qarşı  ərazi iddialarına 
və etnik təmizləməyə yönəltdi. 
Beləliklə,  Rusiya  Şimali  Azərbaycanın  işğalı  zamanı  ermənilərin  çar  ordusuna  göstərdikləri 
xidmət  müqabilində  işğal  olunmuş  Azərbaycan  torpaqlarında  –  İrəvan  və  Naxçıvan  xanlıqlarının 
ərazilərində “Erməni vilayəti” adlandırılan ərazi yaratdı və bu ərazini ermənilərə pay verdi. Bununla da 
ermənilər  çar  Rusiyasının  himayəsi  və  köməyi  ilə  Cənubi  Qafqazda  özlərinə  ərazi  bazası  yaratmış 
oldular.  Bundan  sonrakı  mərhələdə  Rusiya  imperiyası  tərəfindən  İrəvan  bölgəsində  həyata  keçirilən 
köçürmə  siyasəti  və  inzibati,  iqtisadi  və  siyasi  islahatlar  bu  bölgədə  ermənilərin  sayının  artmasına, 
onların burada güclənməsinə və bölgənin tamamilə erməniləşdirilməsinə xidmət etmişdir. 
ƏDƏBİYYAT 
1.
 
Российский Государственный Военно-Исторический Архив (РГВИА), ф. ВУА, д. 
4377, л. 21 
2.
 
РГВИА, ф. 1, оп. 1, ч. 2 а, д. 3742 
3.
 
РГВИА, ф. 1, оп. 1, ч. 2 а, д. 3744 
4.
 
РГВИА, ф. 35, оп. 5, д. 2488 
5.
 
РГВИА, ф. 35, оп. 5, д. 2488 B. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə