Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   ...   27   28   29   30   31   32   33   34   ...   136

63 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 5(79) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 5 (79) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 5 (79) 
 
 
İBRAHİM KAZIMBƏYLİ 
Naxçıvan Dövlət Universiteti  
e-mail: ibrahimkazimbeyli@gmail.com 
UOT: 94 (479.24) 
RUSİYA İŞĞALINDAN SONRA İRƏVAN BÖLGƏSİNİN İDARƏÇİLİYİ 
 
Açar  sözlər:  İrəvan  xanlığı,  İrəvan  bölgəsi,  Müvəqqəti  idarə,  “Erməni  vilayəti”,  Erməni 
kilsəsi. 
Key  words:  Iravan  Khanate,  Iravan  province,  temporary  administratioin,  “the  Armenian 
province”, Armenian churces. 
Ключевые слова: Эриванское ханство, Эриванская провинциея, Временное управление, 
Армянская область, Армянская церковь. 
İrəvanın  işğal  edilməsindən  bir  neçə  gün  sonra,  1827-ci  il  oktyabrın  6-da  Qafqazdakı  rus 
qoşunlarının komandanı general İ.Paskeviçinin əmri ilə İrəvanda “Müvəqqəti idarə” yaradıldı. Yerli 
qoşunların komandanı general Krasovski idarənin rəisi, İrəvan qalasının komendantı podpolkovnik 
Borodin və erməni arxiyepiskopu Nerses Aştarakesi idarənin üzvləri təyin edildilər. İrəvan xanlığı 
ərazisində  azərbaycanlı  əhalinin  mütləq  çoxluğa  malik  olmasına  baxmayaraq  Müvəqqəti  idarədə 
azərbaycanlılar təmsil olunmadı.  
1827-ci  il  oktyabrın  6-da  general  İ.Paskeviç  tərəfindən  Müvəqqəti  idarənin  qarşısında 
dayanan vəzifələr haqqında Ümumi Qaydalar təsdiq edildi. Bu Qaydalara görə Müvəqqəti idarənin 
qarşısında 19 vəzifə qoyulmuşdu ki, bunlar aşağıdakılar idi: 
1.
 
Yerli  qoşunların  komandanı  general  Krasovskinin  rəhbərlik  etdiyi  və  erməni 
arxiyepiskopu  Nerses  Aştarakesi  və  İrəvan  qalasının  komendantı  podpolkovnik  Borodinin  üzv 
olduğu Müvəqqəti idarə İrəvan xanlığı ərazisində bütün mülki işləri idarə etməli
2.
 
Müvəqqəti idarə ilk əvvəl bölgədə asayişin bərpa edilməsi və daxili sakitliyin yaradılması 
və bölgəni düşmən hücumlarından qorunması üçün tədbirlər görməli; 
3.
 
Xidməti əmlakı qeydiyyata almalı, əvvəlki hakimiyyətin qəlirlərini müəyyənləşdirməli və 
onlardan Rusiya hökumətinin xeyrinə istifadə etməli
4.
 
Qoşunların ərzaqla təmin edilməsi üçün başlıca olaraq yerli ehtiyatlardan istifadə etməli, 
xanlıq  ərazisinə  yenicə  köçməkdə  olan  əhalinin  talanmasına  yol  verməməli,  yerli  əhaliyə 
münasibətdə  də  əvvəlki  hakimiyyətin  topladığı  vergidən  artıq  tələb  etməməli  və  əhalinin  var-
yoxdan çıxmasına imkan verməməli idi; 
5.
 
Əhaliyə ədalət daxilində şərait yaradılmalı və düşmən müdaxiləsi olduğu halda isə silah 
gücü ilə qayğı göstərilməli idi; 
6.
 
Rusiya hakimiyyətini, himayədarlığını və onun tərəfindən fəth edilməsini istəyən Arazın 
cənubunda yaşayan əhaliyə qayğı göstərilməli; 
7.
 
Belələrinin  gələcəkdə  qəbul  edilməsi  və  Ayırımlı  Məhəmməd  Cəfər  xana  müəyyən 
edilmiş şərtlərin onlara da şamil edilməsi
8.
 
Bölgənin mühafizəsi üçün daha çox yerli əhalidən, xüsusilə də ermənilərdən ibarət silahlı 
dəstələrin təşkil edilməsi; 
9.
 
Əhalinin və onların ağalarının hüquqlarının təmin edilməsi
10.
 
Rusiyaya sədəqətinə görə ziyan görmüş şəxslərə qayğı göstərmək; 
11.
 
Rusiya  sərhədlərinin  və  yeni  əldə  edilmiş  vilayətlərin  sərhədlərinin  Türkiyənin  sərhəd 
vilayətlərində yayılmış taun xəstəliyindən qorunması üçün tədbirlərin görülməsi; 
12.
 
İrəvan və Sərdarabad qalalarının qarnizonlarını və əhalisini zəruri əşyalarla təmin etmək; 
13.
 
Türkiyə  paşalıqları  daxilində  qoşunların  bütün  hərəkətləri  və  onların  silahları  haqqında, 
mümkün olarsa, Türkiyə hökumətinin niyyətləri haqqında doğru məlumatlar toplamaq


64 
 
14.
 
Sənətkarlığı və xüsusilə də Gürcüstanla ticarət əlaqələrini bərpa etmək; 
15.
 
Dağlarda  yaşayan  tatar  (azərbaycanlı)  əhalinin  hərəkətlərini  daim  nəzarətdə  saxlamaq, 
düşmən niyyətlərə və çıxışlara meyl edən belə əhalini dərhal hərbi güclə sakitləşdirmək; 
16.
 
Abaran və Dilican dərəsi vasitəsilə Gürcüstanla əlaqəni təmin etmək; 
17.
 
İrəvan  və  Sərdarabadda  ələ  keçirilmiş  pambıq  parça  ehtiyatlarının  satışını  təşkil  etmək, 
bu  istehsal  sahəsini  və  onun  ticarətini  gələcəkdə  də  dəstəkləmək  və  yerli  əhalidən  toplanan 
vergilərin bir hissəsini parça ilə almaq; 
18.
 
Duz  istehsalını  təşviq  etmək,  əhalinin  istehsal  etdiyi  duzun  bir  hissəsini  hökumətin 
hesabına qəbul etmək və Gürcüstanla duz ticarətini təşkil etmək; 
19.
 
Abbasabad  qalası  Şuşadan  hündür  dağlarla  ayrıldığı  üçün  bu  qalanın  təminatını  İrəvan 
ərazisindən aparmaq [6, sənəd 432, s. 480-481]. 
Göründüyü  kimi,  İrəvan  bölgəsində  hakimiyyəti  tam  ələ  almaq,  idarəetmə  işlərini  həyata 
keçirmək,  qayda-qanun  yaratmaq,  bölgədəki  rus  qoşunlarının təminat  və  təchizat məsələlərini  həll 
etmək  kimi  məsələlər  Müvəqqəti  idarənin  qarşısına  əsas  vəzifə  kimi  qoyulmuş,  eyni  zamanda 
İrəvan  xanlığı  ərazisində  təhlükəsizliyin  təmin  edilməsi  və  bölgədə  qaravul  xidmətinin  təşkil 
edilməsi  üçün  erməni  əhalidən  piyada  və  süvari  drujinaların  təşkil  edilməsi  də  bu  idarəyə 
tapşırılmışdı  [6,  sənəd  432,  s.  480-481].  İrəvan  xanlığı  ərazisində  azərbaycanlı  əhalinin  mütləq 
çoxluğa  malik  olmasına  baxmayaraq  Müvəqqəti  idarədə  azərbaycanlıların  təmsil  olunmaması, 
təhlükəsizlik  və  qaravul  xidməti  üçün  də  məhz  erməni  əhalidən  silahlı  birləşmələrin  yaradılması 
İrəvan bölgəsinin erməniləşdirilməsinin əsasını qoydu. 
Rusiya-İran  müharibəsi  dövründə  bütün  vasitələrlə  ruslara  xidmət  göstərən  və  bu  xidmətlərinə 
görə 1828-ci ilin yanvarında çar I Nikolay tərəfindən “Aleksandr Nevski” ordeni ilə təltif edilən erməni 
arxiyepiskopu Nerses  Aştarakesi İrəvanın işğalından sonra yaradılan Müvəqqəti idarənin rəisi general 
Krasovski  ilə  birləşərək  bu  bölgədə  Rusiyanın  himayəsi  altında  erməni  dövlət  qurumu  təşkilinin 
əsaslarını yaratmağa çalışırdı. O, İrəvan xanlığı ərazisində erməni dövlət qurumunun yaradılmasına və 
bu quruma rəhbərliyi öz əlinə almasına böyük ümid edirdi. Nerses eyni zamanda, planlaşdırdığı gələcək 
erməni  dövləti  üçün  yalnız  İrəvan  və  Naxçıvan  xanlıqlarının  ərazisi  ilə  kifayətlənmirdi.  O,  bütün 
vasitələrlə  rus  generallarına,  xüsusilə  də  İ.Paskeviçə  təsir  göstərirdi  ki,  Arazın  cənubunda  olan  Maku 
xanlığı  da  Rusiya  hüdudlarına  daxil  edilsin,  Naxçıvandan  sonra  sərhəd  xətti  qərbə  doğru  düz  xətt 
boyunca aparılsın və bununla da Maku xanlığı ərazisi burada olan Tatevos monastr kilsəsi ilə birlikdə 
Rusiya tərkibinə qatılsın. Nerses, 1827-ci il oktyabrın 6-da general İ.Paskeviçə göndərdiyi məktubunda 
açıq-aydın şəkildə iddia edirdi ki, əgər yeni Rusiya sərhəd xətti Araz boyunca uzanıb getsə, bu zaman 
gələcək  erməni  dövləti  üçün  nəzərdə  tutulmuş  torpaqların  bir  hissəsi  İranda  qalar.  Maku  dərəsi,  çətin 
keçidli dağ yolları, bütöv Ararat, hətta duz mədənləri ilə zəngin olan Koxp da gələcək erməni dövləti 
hüdudları daxilində qalmalıdır [12, s. 160]. 
Ümumiyyətlə, erməni arxiyepiskopu Nerses Aştarakesi bu zaman çox fəallıq göstərir, İrəvan 
bölgəsi  və  ətraf  ərazilərdə  Rusiyanın  himayəsi  altında  erməni  dövlətinin  yaradılması,  qonşu 
ölkələrdə  olan  erməni  əhalisinin  bu  bölgədə  məskunlaşdırılması  ilə  bağlı  Rusiya  hərbi  və  mülki 
hakimiyyət orqanları qarşısında məsələ qaldırır, layihə və təkliflər irəli sürürdü. O, hətta 1829-cu il 
yanvarın  21-də  general  İ.Paskeviçə  yazdığı  məktubunda  ərazi  iddiaları  qaldırmaqla  yanaşı, 
Rusiyanın yeni sərhədlərinin müəyyən edilməsində Paskeviçin çox ciddi səhvlərə yol verdiyini də 
sərt  şəkildə  tənqid  edirdi.  Nerses  Maku  ərazisinin  də  mütləq  İrəvan  bölgəsinə  qatılmasını  və 
nəzarətdə  saxlanılmasını  gələcəkdə  yaradılacaq  erməni  dövləti  üçün  həyati  əhəmiyyətli  məsələ 
hesab  edir  və  bunu  təkidlə  tələb  edirdi  [18,  s.  745-746].  Lakin  Paskeviç  arxiyepiskopun  Maku  ilə 
bağlı  iddiasını  onun  bu  ərazidə  olan  kilsəni  öz  nəzarətinə  keçirmək  cəhdi  kimi  qiymətləndirdi  və 
eyni zamanda bu iddianı Rusiya üçün lazımsız hesab edərək rədd etdi. 
1827-ci  il  oktyabrın  6-da  yaradılan  Müvəqqəti  idarənin  mövcudluğu  dövründə  İrəvan 
xanlığının  inzibati-ərazi  quruluşu  dəyişdirilmədi  və  bu  inzibati  quruluş  1833-cü  ilə  qədər  davam 
etdi. Xanlıq dövründə olduğu kimi, bu dövrdə də bölgə mahallara, mahallar isə kəndlərə bölünürdü. 
Mahalları rus hakim dairələrinə yaxın olan yerli bəylər, xanlar və məliklər idarə edirdilər. 
Müvəqqəti  idarənin  adından  da  göründüyü  kimi,  bu  idarə  forması  müvəqqəti  bir  xarakter 
daşıyırdı.  İrəvanın  işğalından  az  sonra  Rusiya  imperatorunun  fərmanı  ilə  Peterburqda  bir  komitə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə