Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/136
tarix01.02.2018
ölçüsü5,01 Kb.
#23265
1   ...   25   26   27   28   29   30   31   32   ...   136

59 
 
siyasi münasibətlər mühüm yerlərdən birini tuturdu. Çünki, hələ XV əsrin ortalarından başlayaraq, 
osmanlıların  Azərbaycan  dövlətlərinin  qanuni  torpaqları  sayılan  Şərqi  Anadolunu  ələ  keçirmək 
uğrunda apardıqları mübarizə davam edirdi. Həmçinin “Böyük coğrafi kəşflər”dən sonra Hindistana 
gedən ticarət yolunun nəzarətdən çıxması, osmanlıları səfəvilərin nəzarətində olan Hind okeanı ilə 
birbaşa  əlaqəsi  olan  Bəsrə  (İran)  körfəzini  ələ  keçirməyə  sövq  edirdi.  Eyni  zamanda  Səfəvi 
sülaləsinin  hakimiyyətə  gəlişindən  sonra  şiəliyin  rəsmi  olaraq  dövlət  dini  elan  edilməsi,  sünni 
osmanlıların dini-ideoloji maraqlarına cavab vermirdi. Çünki İmam Əli nəslindən olduqlarını iddia 
edərək  hakimiyyət  məsələsində  “vilayət  (Peyğəmbər  nəslinin  hökmranlıq  sürməsi)  prinsipini  sərt 
şəkildə  ortaya  qoyan  səfəvilər  özlərindən  savayı  İslam  Şərqindəki  digər  müsəlman  sülalələrinin 
hakimiyyətini  qeyri-qanuni  sayırdılar.  Bu  da  İslam  dünyasının  xilaskarı  və  təhlükəsizliyinin 
təminatçısı  rolunda çıxış  edən  Osmanlı  dövlətinin  ideoloyi  təbliğatına çox  ciddi  alternativ  idi.  Bu 
səbəblər  Səfəvi-Osmanlı  siyasi  münasibətlərinin  daima  mürəkkəb  xarakter  daşımasına  və 
uzunmüddətli hərbi-siyasi münaqişələrə yol açmışdı (2, 96). 
XVI  əsrdə  olduğu  kimi  XVII  əsrin  əvvəllərində  də  Azərbaycan  Səfəvi  dövləti  ilə  Osmanlı 
dövləti  arasında  siyasi  münasibətlər  davam  edirdi.  XVI-XVII  yüzilliklərdə  Səfəvilər  dövləti  ilə 
Osmanlı  dövləti  arasında  hərbi-siyasi  münasibətlərlə  yanaşı,  diplomatik  münasibətlər  də  mövcud 
olmuşdur.  Bu  dövlətlər  arasında  mövcud  olan  hərbi  qarşıdurmaların  nizamlanmasında  diplomatik 
nümayəndələrin və elçilərin böyük rolu olmuşdur. 
XVI  əsrin  II  yarısında  Osmanlı  dövlətinin  Azərbaycan  Səfəvi  dövlətinin  bir  hissəsini  işğal 
etməsi səfəvi-osmanlı münasibətlərinin inkişafına ciddi zərbə vurdu. Şah I Abbas hakimiyyətinin ilk 
dövrlərində ölkə ərazilərini işğaldan azad etmək üçün atdığı hərbi-siyasi addımlar lazimi nəticə vermədi. 
Çünki dövlətin hərbi-siyasi qüdrətinin zəiflədiyi bir vaxtda iki cəbhədə, osmanlılara və özbəklərə qarşı 
eyni vaxtda mübarizə aparmaq olduqca çətin idi. Bu baxımdan Səfəvi dövlətinin hərbi qüdrətini bərpa 
etmək üçün osmanlılarla sülh müqaviləsi bağlamaq olduqca vacib idi. 
Sülh müqaviləsi bağlamaq üçün 1589-ci ilin sentyabr ayında Səfəvi hakimiyyəti Ərdəbil hakimi 
Mehdiqulu  Xan  Ustaclunun  rəhbərliyi  ilə  İstanbula  bir  elçi  heyəti  göndərdi.  Osmanlı  hakimiyyətinin 
tələbi  ilə elçi  heyəti  ilə  birlikdə  Həmzə  Mirzənin  9  yaşlı  oğlu  Heydər  Mirzə  də  girov  kimi  İstanbula 
göndərildi [19, s. 39-40; 4, s. 260-261; 10, s. 375]. 
Şah  I  Abbas  elçi  heyəti  ilə  Fərhat  Paşaya  Qızılbaş  türkcəsində  yazılmış  bir  məktub  da 
göndərmişdir. Məktubda deyilirdi:“ ….Bizim razılıq və fərmanımıza əsasən, vəkilimiz Mürşüd Qulu 
Xanı fitnəni aradan qaldırmaq üçün sizin hüzurunuza ezam etmiş və qərara gəlmişik ki, aliməqamlı 
şahzadənin  sözü  və  əhalinin  tələbinə  əsasən  İslam  Padişahının  (Osmanlı  Sultanı)  hüzuruna 
yetişsin…  və  bu  Xan,  şahzadənin  (Heydər  Mirzə)  göndərilməsi  haqqında  bəzi  məsələləri 
hüzurunuzda  bəyan  edəcəkdir.  Öz  məmləkətinə  və  Padişahına  xidmət  etdiyin  və  fədakarlıq 
göstərdiyin  kimi  bizə  də  dostluq  edib  iki  məmləkət  arasında  ədalətin  möhkəmlənməsi  üçün  səy 
göstərməlisən ki, etdiyin bu iş dünya durduqca əbədi qalsın….İnşaallah –Təala” [15, s. 52-55]. 
Səfəvi  elçi  heyəti  Fərhat  Paşanın  yanına  çatdıqdan  sonar  onunla  birlikdə  1590-cı  il  yanvar 
ayında  İstanbula  gəldilər  .Yanvar  ayının  24-də  Divan-i  Humayunda  sülh  təklifləri  müzakirə  olundu 
[10, s. 379]. Nəhayət,  İstanbulda aparılan danışıqlar nəticəsində, 1590-cı il mart ayının 21-də tərəflər 
arasında,  12-illik  Osmanlı-Səfəvi  müharibəsinə  (1578-1590)  son  qoyan  sülh  müqaviləsi  bağlandı.  4 
bənddən  ibarət  olan  bu  müqavilənin  2-ci  bəndində,  Osmanlı  imperiyasına  qatılan  Səfəvi  dövlətinin 
əraziləri  əks  olunmuşdu.  Bu  bənddə  deyilirdi:  “  H.  998  Nevruzi-firuzi  (21  mart  1590)  tarixinədək, 
Qızılbaşların  əlindən  alınaraq  Osmanlı  dövlətinin  tabeliyinə  keçən  bu  ərazilər  Osmanlı  mülkiyyəti 
sayılmalıdır:  Təbriz,  Qaracadağ  və  ətrafı,  Gəncə,  Qarabağ  və  ətrafı,  Şirvan,  Gürcüstan,  Nihavənd, 
Luristan...” [12, s. 195-197; 10, s. 379-381; 6, s. 179]. Göründüyü kimi bu müqavilənin şərtlərinə görə, 
Səfəvi dövlətinin böyük bir hissəsi Osmanlı imperiyasının tərkibinə daxil edildi. 
Səfəvi  dövləti  ilə  Osmanlı  dövləti  arasında  bağlanan  İstanbul  sülh  müqaviləsi  Səfəvi 
hakimiyyətinin məcburiyyətdən bağladığı bir müqavilə idi. Çünki Səfəvi hökmdarı Şah I Abbas üçün 
dövlətin  hərbi  və  iqtisadi  gücünü  və  mərkəzi  hakimiyyəti  möhkəmləndirmək  məqsədilə  bu  müqavilə 
olduqca vacib idi.    
Osmanlı  hökmdarı  III.  Mehmet  (1595-1603)  zamanında  da  Səfəvi  dövləti  ilə  Osmanlı 
imperiyası  arasında  elçilik  mübadiləsi  və  diplomatik  yazışmalar    davam  etməkdə  idi.  Sultan  III 


60 
 
Mehmetin taxta çıxdığı ərəfədə Səfəvi elçisi Kərəm Xan Osmanlı sarayına göndərilmişdir. Elçinin 
məqsədi  hər  iki  dövlət  arasında  diplomatik  münasibətləri  inkişaf  etdirmək  və  şahzadə  Heydər 
Mirzənin  vəziyyəti  ilə  maraqlanmaq  olmuşdur.  Eyni  zamanda  elçi  İraqda  Şiələr  üçün  müqəddəs 
hesab olunan yerlərdə kasıblara nəzarət olunması üçün bu yerlərə iki nəfər Şəfəvi nümayəndəsiinin 
təyin olunmasını istəmişdir. [12, s. 216]. 
XVII  əsrin  əvvəllərində  (1603-1612)  Səfəvi-Osmanlı  müharibələrinin  yeni  mərhələsinin 
başlanması  siyasi  və  diplomatik  münasibətləri  arxa  plana  keçirdi.  1603-1612  illərdə  Osmanlılara 
qarşı  Səfəvilərin  həyata  keçrdiyi  hərbi  əməliyyatlar  nəticəsində  Osmanlıların  ələ  keçirdiyi  əksər 
Səfəvi  torpaqları  azad  edildi.  Səfəvi  dövlətinin  bu  qələbələrindən  sonra  Osmanlı  hakimiyyəti 
yenidən sülh danışıqlarına başladı.  
Bu  dövrdə  sülh 
danışıqlar aparmaq üçün  Azərbaycan  Səfəvi  dövlətindən osmanlı  sarayına 
bir  neçə  elçilik  heyəti  göndərilmişdir.  Bu  elçilik  heyətlərindən  biri  1612-ci ilin sentyabr  ayında 
qazıəskər  Qazı  Xanın  rəhbərliyi  ilə  İstanbula  gələn  elçi  heyəti  olmuşdur.  Bu  elçilik  heyətinə 
İsfahan  və  Qəzvin  qazıları  Müizzi  İsfahani  və  Hüseyin  Yezdi  də  daxil  idi.  Bu  elçilik  heyətinin 
apardığı  uğurlu  sülh  danışıqları  nəticəsində  tərəflər  arasında  II  İstanbul  sülh  müqaviləsi  (20 
noyabr\1612) bağlandı [11, s. 166-167].  
II  İstanbul  sülh  müqaviləsi  üç  il  qüvvədə  qalsa  da  1615-ci  ildə  yeni  Səfəvi-Osmanlı 
müharibəsi  başlamışdır.  1618-ci  ildə  osmanlı  taxtına  çıxmış  II  Osman  (1618-1622)  Şah  I  Abbasa 
elçisi  Çavuş  Həsən  Ağa  vasitəsilə  bir  dostluq  məktubu  göndərmişdir.  1618-ci  ilin  may  ayında 
Qəzvində Şah I Abbasın hüzuruna gələn osmanlı elçisi çox soyuq qarşılanmış və Səfəvi hökmdarı 
tərəfindən  bu  cavabı  almışdır:  “Məktubun  heç  bir  faydası  yoxdur.  Əgər  Osmanlı  dövlət  adamları 
adilanə şərtlərlə və xoş niyyətli sülhə hazır olsalar mən də dostluq əlimi uzadaram. Əgər siz türklər 
savaşıb  qan  tökərək  biçarə  və  günahsız  insanları  öldürmək  niyyətində  olsanız,  günah  sizin 
boynunuzda qalacaq və mən bu vəziyyətdə səfəvi ordusunu döyüş meydanına göndərəcəyəm” [1, s. 
145].    Səfəvi  hökmdarı  osmanlı  elçisi  ilə  birlikdə  Mirzə  Məhəmməd  Hüseyn  Əbhəri  adlı  elçisini 
Diyarbəkrdə  olan  sərdar  Xəlil  Paşanın  yanına  göndərmiş  və  Nasuh  Paşa  (II  İstanbul  müqaviləsi) 
müqaviləsinə  uyğun  bir  razılaşmanın  bağlanmasını  istəmiş,  əks  halda  savaşa  hazır  olduğunu 
bildirmişdir.  
Hərbi əməliyyatların mənasız olduğunu görən osmanlı tərəfi yenidən danışıqlara başlamışdır. 
1618-ci  il  avqust  ayının  31-də  Xəlil  Paşanın  elçisi  Dəftərdar  Həkim  Osman  Ərdəbilə  gələrək 
osmanlıların sülh təkliflərini Səfəvi hökmdarına çatdırdı. Osmanlıların sülh təklifi şərtlərindən biri 
də Səfəvi hökmdarının oğullarından birinin İstanbula göndərilməsi idi. Bu şərtə cavab olaraq Şah I 
Abbas əlindəki qılıncı hüzurunda olan osmanlı elçisinə göstərərək bunları demişdir: “Mənim oğlum 
budur  və  bunun  xaricində  sizin  üçün  bir  şeyim  yoxdur.  Gücünüz  yetirsə  bunu  əlimdən  alın.  Türk 
əsgəri hara qədər gəlmək istəyirsə mən sağlam bir şəkildə onları gözləyəcəyəm”. Şahın bu sözlərinə 
Osmanlı elçisi, günahsız insanların qanı töküləcəyini və bunun günahının Şahın boynuna düşəcəyini 
söyləmişdi.  Səfəvi  Şahı  elçinin  bu  sözlərinə  verdiyi  cavabda  belə  demişdiri:  “Mən  öz  evimdə 
oturmuşam və Osmanlılar hər il gəlib evimə hücum edirlər. Qan tökür və pislik gətirirlər. Mən və 
xalqım ölkəmizi qorumayaqmı?” [11, s. 147].  
Tərəflər  arasında  aparılan  ardıcıl  danışıqlardan  sonra  1618-ci  ildə  Sərab  sülh  müqaviləsi 
bağlandı.  Yadigar  Əli  Sultanın  rəhbərlik  etdiyi  səfəvi  elçi  heyəti  Sərab  sülh  müqaviləsini  təsdiq 
etmək  üçün  1619-cu  il  sentyabr  ayının  29-da  İstanbula  gəldi  və  bu  müqavilə  təsdiq  edildi  [11,  s. 
172-173]. 
1636-cı  ildə  İrəvan  osmanlılardan  geri  alınandan  sonra  Şah  Səfi  (1629-1642)  Maqsud  xanı 
İstanbula göndərərək sülh istəmişdir. Lakin bu elçi həbs edilərək sülh təklifi rədd edilmişdir. Yalnız 
1638-ci  ildə  Bağdad  şəhəri  səfəvilər  tərəfindən  geri  alındıqdan  sonra  bu  elçi  azad  edilmiş  və 
osmanlı hakimiyyətinin yazdığı bir “təhdidnamə” ilə geri göndərilmişdir [11, 189-190]. 
XVII  əsrin  birinci  yarısında  da  davam  edən  səfəvi-osmanlı  müharibəsi  nəhayət  Qəsri-Şirin 
sülhmüqaviləsi  ilə  başa  çatdı.  Bu  sülh  danışıqlarının  aparılmasında  səfəvi  elçiləri  Saru  Xan  və 
Məhəmməd  Qulu  Xan  iştirak  etmişdir.  Bu  səfəvi  elçilərinin  apardığı  sülh  danışıqları  nəticəsində 
1639-cu  il  may  ayının17-də  Azərbaycan  Səfəvi  dövləti  ilə  Osmanlı  imperiyası  arasında  sülh 
müqaviləsi  bağlandı.  Bu  müqavilə  ilə  uzun  müddət  davam  edən  səfəvi-osmanlı  siyasi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə