53
qoyduğu vəzifələrin yerinə yetirilməsi bütün kənd təsərrüfat istehsalının əsası olan taxıl
təsərrüfatının daha da inkişaf etdirilməsini tələb edir.
Kənd təsərrüfatının bütün başqa sahələrinin yüksəlişi, əhalinin və bütün xalq təsərrüfatının
getdikcə artan tələbatının təmin edilməsi taxıl təsərrüfatının müvəffəqiyyətlə inkişaf
etdirilməsindən
asılıdır.
Muxtar respublika rəhbərliyinin taxılçılığa mühüm əhəmiyyətli sahə kimi yanaşması nəticəsində
bu sahədə yüksək artıma nail olunmuşdur. Tədqiqat nəticəsində aydın olmuşdur ki, 1991-ci ildə 26,6
min ton, 1993-cü ildə 20,0 min ton, 1995-ci ildə 23,6 min ton taxıl yığılmışdır (13, s.41).
Özəlləşmə nəticəsində taxılçılıqda mühüm uğurlar əldə edilmişdir. Taxılçılıq sahəsində
muxtar respublikada 1995-ci ildən dönüş yaranmışdır. 1997-ci ildə 1996-cı illə müqayisədə taxıl
istehsalı 91,6 faiz artıq olmuşdur (11, s.17).
Muxtar respublikada 1996-cı ildən başlayaraq kənd təsərrüfatı məhsulları istehsalında 1991-ci
ildən davam edən tənəzzüllə son qoyulmuş və ildən-ilə artım əldə edilmişdir.
Aparılan islahatların həyata keçirilməsi nəticəsində muxtar respublikada 1990-cı ilə nisbətən
1998-ci ildə taxıl istehsalı 72% olmuşdur. Eyni zamanda taxılçılıq təsərrüfatında ümumi məhsul
istehsalı və məhsuldarlıq yüksəlmişdir. 1993-cü ilə nisbətən taxıl istehsalı 2,76 dəfə artmışdır (6, s.63).
Həyata keçirilən aqrar islahatlar nəticəsində muxtar respublikada 1995-ci ildə kənd təsərrüfatı
məhsulları istehsalının həcmi 117 mlrd. manat olduğu halda, 2000-ci ildə kənd təsərrüfatı
məhsulları istehsalının həcmi 269 mlrd. manat olmuşdur. 2000-ci ildə Naxçıvan MR-də bütöv
təsərrüfat kateqoriyaları üzrə 54428 min ton (1999-cu ildəkindən 13 ton, yaxud 26,5% çox) taxıl
istehsal edilmişdir (12, s.121-122).
Müstəqillik illərində muxtar respublikanın taxılçılq təsərrrüfatında və istehsalında da dəyişikliklər
olmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi “Son illər taxıl istehsalında da əsaslı
dəyişikliklər baş vermişdir. Dənli bitkilərin sort tərkibi tamamilə təzələnmiş respublikanın şəraiti üçün
yararlı olan yeni, daha məhsuldar sortlar əkilməyə başlamış, əkin sahələrinin strukturu, dənli bitkilərin
əkilib becərilməsi texnologiyası yaxşılaşdırılmışdır” (2, s.42-43).
Muxtar respublikada islahatların uğurla həyata keçirilməsi nəticəsində taxılçılıq təsərrüfatına
ciddi fikir verilmiş, aqrotexniki tədbirlərə əsaslanan intensiv metodlarla onun əkin sahəsi və
məhsuldarlığı ildən ilə artırılmışdır. Belə ki, 2000-ci ilə nisbətən 2005-ci ildə taxıl əkin sahəsi 59,3
faiz, məhsul istehsalı 71,3 faiz artmışdır. Ümumiyyətlə, muxtar respublikada 1995-ci ildə 23,6 min
ton, 2000-ci ildə 54,4 min ton, 2005-ci ildə 93,2 min ton, 2009-cu ildə 94,7 min ton taxıl
yığılmışdır. 2010-cu ildə isə taxıl zəmilərindən 96 min ton məhsul toplanmışdır ki, bu da 2009-cu
illə müqayisədə 1,4 faiz çoxdur. 1988-ci illə müqayisədə taxıl istehsalının həcmi 2010-cu ildə 67
min ton artmışdır (4, s.120).
Muxtar respublikada məhsul istehsalını artırmaq, əhalini keyfiyyətli və təhlükəsiz ərzaqla
təmin etmək məqsədilə 2008-ci il sentyabrın 17-də qəbul olunmuş “2008-2015-ci illərdə Naxçıvan
Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”
muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalının artırılması sahəsində yeni istiqamətlər
müəyyənləşdirilmişdir.
Kənd təsərrüfatının inkişafında taxıl anbarlarının, elevatorların inşası da mühüm yer tutur. Bu
zərurət nəzərə alınaraq. 2009-cu ildə 18 min ton taxıl uzun müddətə, 20 min ton taxıl isə qısa müddət
saxlamaq gücünə malik Naxçıvan Muxtar Respublikası Taxıl Ehtiyyatı Anbarı yaradılmışdır. Anbar
kompleksi bir tərəfdən məhsul istehsalçılarının taxıl tədarükü zamanı rastlaşdıqları problemləri aradan
qaldırırsa, digər tərəfdən muxtar respublikada taxıl ehtiyatlarının yaradılmasında müstəsna rol oynayır.
Ümumiyyətlə, Naxçıvan MR taxıl təsərrüfatlarında bütün mövcud ehtiyyat mənbələrindən
hərtərəfli istifadə edilməsi, muxtar respublikada taxıl istehsalının artırılması sahəsində Naxçıvan Muxtar
Respublikası Ali məclisinin və Naxçıvan hökumətinin qarşıya qoyduğu vəzifələrin müvəffəqiyyətlə
yerinə yetirilməsini təmin edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan MR-in 85 illiyinə həsr edilmiş
təntənəli mərasimdə demişdir: “Əgər ümummilli liderimizin ötən əsrin 70-ci illərində geridə qalmış
aqrar Azərbaycan Respublikasını müttəfiq respublikalar içərisində lider respublikaya çevirdisə, bu
gün bu siyasi kursun davamçısı hörmətli İlham Əliyev Azərbaycanı lider dövlətə çevirdi. Göstərilən