56
Məclisinin onuncu sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bütün bunları
nəzərə alaraq deyib: “Biz bu gün 2014-cü ilə yekun vurduq. 2015-ci ildə muxtar respublikada
tarixən formalaşmış təsərrüfatçılıq ənənələri inkişaf etdirilməli, əhalinin ərzaq məhsulları ilə
təminatı davamlı xarakter almalı, emal müəssisələri xammalla fasiləsiz təchiz edilməlidir. Muxtar
respublikanın ərzaq təhlükəsizliyi və meyvə-tərəvəzçiliyin inkişafı ilə bağlı qəbul olunmuş dövlət
proqramlarının icrası da kənd təsərrüfatına xüsusi diqqət yetirilməsini tələb edir. Qeyd olunanlar
nəzərə alınaraq, 2015-ci il Naxçıvan Muxtar Respublikasında “Kənd təsərrüfatı ili” elan edilir”. Bu
isə o deməkdir ki, aqrar sahəyə qayğı, onun inkişafını diqqətdə saxlamaq davamlı xarakter alıb və
bu, naxçıvanlıların genefondu məhz qədim diyara məxsus olan qiymətli kənd təsərrüfatı
məhsullarından istifadəsinə istiqamətlənmiş növbəti addımdır... (17, 7 yanvar 2015).
Bütün illərdə olduğu kimi, kənd təsərrüfatı ilində də muxtar respublikada taxılçılıq üstün
istiqamət kimi saxlanılmış və 2015-ci ilin məhsulu üçün 36237 hektar sahədə taxıl əkilmişdir ki,
bunun da 30166 hektarı payızlıq, 6071 hektarı isə yazlıq taxıldır. Bir il öncəyə nisbətdə taxıl əkini
sahələrinin həcmi 487,3 hektar artmışdır. Taxıl zəmilərinin 26746 hektarında buğda, 9491
hektarında isə arpa əkilmişdir. Cari ildə taxıl zəmilərindən 106 min 282 ton məhsul toplanmışdır ki,
bu da 2014-cü illə müqayisədə 3,1 faiz çoxdur. Azərbaycanın və onun ayrılmaz tərkib hissəi olan
Naxçıvan MR kənd təsərrüfatının yüksək inkişafı bu gün Heydər Əliyev siyasi kursunun davamçısı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri Vasif Talıbov tərəfindən uğurla davam etdirilir.
ƏDƏBİYYAT
1. “Azərbaycan” qəzeti.
2. Əliyev H. Azərbaycan SSR kənd təsərrüfatının və bütün iqtisadiyyatının daha dinamik
inkişafını təmin etməli. Bakı, Azərnəşr, 1979, 154 s.
3. Əhmədov N. Naxçıvan iqtisadiyyatı inkişaf yollarında, Bakı, Elm, 2005, 312 s.
4. Hacıyev İ. Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatı, sosial-iqtisadi və mədəni
inkişafı (1991-2011-ci illər). Naxçıvan, Əcəmi, NPB, 2011, 272 s.
5. Həbibbəyli İ., Hacıyev İ., İsmayılov B. İntibahın 15 ili. Naxçıvan, Əcəmi, NPB, 2010, 279 s.
6. 2010-cu ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının qısa xülasəsi.
Naxçıvan, Əcəmi, 2011, 96 s.
7. 2011-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının xülasəsi. Naxçıvan,
Əcəmi, 2012, 87 s.
8. 2012-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının xülasəsi. Naxçıvan,
Əcəmi, 2013, 88 s.
9. 2013-cü ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının xülasəsi. Naxçıvan,
Əcəmi, 2014, 96 s.
10. 2014-cü ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının xülasəsi. Naxçıvan,
Əcəmi, 2015, 71 s.
11. 1997-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı haqqında. Naxçıvan,
Əcəmi, 1998, 32 s.
12. Naxçıvan Muxtar Respublikası (Akademik C.Quliyevin redaktorluğu ilə) Bakı, Elm, 2001, 222 s.
13. Naxçıvan Muxtar Respublikası. 1991-2001-ci illər ərzində. Naxçıvan, Əcəmi, 2001, 97 s.
14. Nadirov A., Nuriyev Ə., Muradov Ş. Naxçıvan iqtisadiyyatı XX əsrdə. Bakı, Elm, 2000, 104 s.
15. Rüstəmov A., Quliyev Ə., Qasımov D., Aqrar sahənin inkişafının regional problemləri (Dərs
vəsaiti). Bakı, Avropa, 2013, 173 s.
16. Şahverdiyev Z., Zeynalov İ. Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi və mədəni
inkişaf (2001-2012-ci illər). Naxçıvan, Əcəmi, 2014, 248 s.
17. “Şərq qapısı” qəzeti.