9
S. hydrangea 1:10
1s.40dəq.
1s.55dəq.
2s.20dəq.
20s.20dəq
1:20
2s.30dəq.
2s.25dəq.
2s.55dəq.
22s.30dəq.
Nəzarət kasası
26s.
28s.
29s
34s
1:5 nisbətində hazırlanmış preparatlarda alınan nəticələrdən görünür ki, S.sclarea və
S.hydrangea efir yağlarında hemonxus, nematodirus və trixostongiluslar 1-2 saat, S.limbata efir
yağında isə 2-3 saat müddətində məhv olmuşlar. Trixosefalyuslar S.sclarea və S.hydrangea efir
yağlarının təsiredici fəal maddələrinə 18-19 saat davam gətirdiyi halda, S.limbata efir yağında 23
saat canlı qala bilmişdir. S.sclarea efir yağında əsas kompanenti linaloolasetat və linalool,
S.hydrangea β-kariofullen, 1,8-sineol, S.limbata isə bitsiklogermakren və α-pinen maddələridir.
Bitki efir yağlarının bakteriosid təsirinin fərqli olması onun kimyəvi tərkibini təşkil edən fəal
təsiredici maddələrdən asılıdır. Hər bir bitkidən alınan efir yağı kompanentində dominant maddələr
fərqli olduğu üçün helmintlərin məhv olma vaxtları da fərqli olmuşdur.
In vitro da hər üç bitkidən hazırlanmış bişirmələrin antihelmint təsiri parazitlərin qısa
zamanda məhv olmaları ilə müəyyənləşdirilmişdir. Hər bir preparatda helmintlərin ölüm vaxtları
cədvəl 2-də qeyd olunur.
S.sclarea L. S. limbara C.M. Mey. və S.hydrangea Benth.. növlərindən hazırlanan
bişirmələrin helmintosid təsiri
Cədvəl 2.
Bitki
Helmint
S.sclarea
S. limbata
S. hydrangea
Fizioloji məhlul
Ölüm vaxtı
Hemonxus
3s. 30dəq.
4s.20dəq.
3s.30dəq.
26s
Nematodirus
4s. 10dəq.
5s.
4s.05dəq.
28s
Trixostrongilus
5s. 15dəq.
6s.10dəq.
5s.20dəq.
29s
Trixosefalyus
30s.40dəq.
32s.10dəq
31s.
34s
Alınan nəticələrdən göründüyü kimi S.sclarea və S. hydrangea növlərindən hazırlanmış bişirmə
preparatlarında hemonsux, nematodirus və trixostongiluslarda 3-5 saatda, S.limbata preparatinda isə
bu helmintlərdə 4-6 saatda ölüm qeydə alınmışdır. Trixosefalyuslar digər helmintlərə nisbətən hər
üç bitkinin təsirinə dözümlü olmuşdur. Onların ölümü 30-32 saata başa çatmışdır.
Nəzarət kasasında helmintlərin 26-34 saata qədər tam hərəkətli olmaları hazırlanan həm efir
yağı preparatlarının, həm də bişirmə preparatlarının yüksək helmintosid təsirinin olduğunu göstərir.
In vivo təsiri öyrənmək üçün təcrübədən əvvəl tədqiqatda olan qoyunlardan təzə kal nümunələri
götürülmüş və helmintoovoskopiya üsulu ilə müayinə edilmişdir [6]. Bunun üçün 3q kal nümu-
nəsinə su əlavə edilərək tam şəffaflaşma alınana qədər bir neçə dəfə yuyulmuş, sonra alınan qarışıq
sentrifuqan menzurkasına tökülərək 1 dəqiqə fırladılmışdır. Menzurkada çöküntü üstü maye atılaraq
üzərinə doymuş sink sulfat məhlulu əlavə edilərək menzurka örtücü şüşə ilə örtülüb, yenidən
sentrifuqada fırladılmışdır. Sonda örtücü şüşə götürülərək mikroskopiya edilmiş və parazit yumur-
taları sayılmışdır.
S. sclarea, S. limbata və S. hydrangea növlərindən hazırlanmış preparatların antihelmint
xassələri laborator şəraitdə orqanizmdən kənarda müəyyənləşdirildikdən sonra onları helmintozlarla
yoluxmuş heyvanlara tətbiq etməklə səmərəliliyi yoxlanılmışdır. Tədqiqatda heyvanlar hər birində 5
baş qoyun olmaqla 8 qrupa ayrılmışdır. 7 qrup təcrübə qrupu, 8-ci qrup isə müqayisə məqsədilə nə-
zarət qrupu qeyd edilmişdir. Təcrübədə və nəzarətdə olan bütün heyvanlar eyni şəraitdə sax-
lanılmaqla müayinələr aparılmışdır. Təcrübədən əvvəl 1-8 qrup üzrə helmint yumurtalarının orta
sayı müvafiq olaraq 904,7, 913,2, 918,2, 821,9, 927,5, 891,2, 867,6, 846,4 ədəd olmuşdur. In vivo
şəraitində də həm efir yağı preparatları, həm də bişirmələr tətbiq edilmişdir. Efir yağları spesifik iyə
malik olduğundan 1:3 nisbətində zeytun yağı ilə durulaşdırılmışdır. Birinci qrup heyvanlara
S.sclarea efir yağı preparatından hər başa səhər ac qarnın 4-5 ml içirilmişdir. İkinci qrup heyvanlara
S. limbata efir yağı preparatından 4-5 ml, üçüncü qrup heyvanlara isə S. hydrangea efir yağı
preparatından 4-5 ml verilmişdir. Dördüncü qrupda olan heyvanlara S.sclarea bişirməsindən səhər
ac qarnına hər başa 100 ml içirilmişdir. Beşinci qrup heyvanlara S.limbata bişirməsindən hər başa
10
100 ml, altıncı qrupa S. hydrangea bişirmələrindən 100 ml verilmişdir. Yeddinci qrup heyvanlar
təbii bitki ilə otarılmışdır. Bunun üçün hər üç bitkinin yerüstü hissəsindən eyni miqdarda götürərək
qarışıq hazırlanmışdır. Hər baş qoyuna 3 gün səhər qidadan əvvəl hazırlanmış bu qarışıqdan 150 q
verilmışdır. Səkkizinci qrup heyvanlara isə heç bir antihelmint preparat verilmədən təbii otlaq
sahalərində otarılmışdır. Hazırlanmış preparatların heyvanlarda toksiki təsirinin olub-olmadığını
müəyyənləşdirmək üçün onlarda baytar həkim tərəfindən kliniki müayinələr aparılmışdır. Kliniki
müayinələrdə heyvanların ürək vurğuları, tənəffüs hərəkətləri, işgənbənin peristaltik hərəkətləri
sayılıb, bədən temperaturu ölçülmüşdür. Proseslərdə patoloji dəyişikliklərin baş verməməsi hazır-
lanmış preparatların heyvan orqanizmi üçün toksik dozada olmadığını müəyyən edir. Təcrübə 3 gün
davam etdirilmiş, 4-cü gün heyvanlardan yenidən kal nümunələri götürülərək helmintoovoskopiya
edilmişdir. Alınan yumurta sayları orta hesabla birinci qrupda 121,2, ikinci qrupda 174,5, üçüncü
qrupda 129,5, dördüncü qrupda 261,8, beşinci qrupda 356,2, altıncı qrupda 294,9, yeddinci qrupda
381,3, səkkizinci qrupda isə 830,7 ədəd olmuşdur. Təcrübədən əvvəl və sonra alınan rəqəmlər
müqayisə edilmiş və tədqiq edilən bitkilərin antihelmint səmərəliliyi müəyyənləşdirilmişdir. Nəticə
cədvəl 3-də təqdim olunur.
S.sclarea L. S. limbara C.M.Mey. və S.hydrangea Benth.. növlərindən alınan efir yağlarının
və hazırlanan bişirmələrin antihelmint səmərəsi
Cədvəl 3.
Qruplar
Parazitlərin yumurta sayı /3q fekalda
Təcrübədən
əvvəl
Təcrübədən
sonra
Preparatların
antihelmint
səmərəsi
Qrup 1. S.sclareaefir yağı
904,7
121,2
86,6%
Qrup 2. S.limbata efir yağı
913,2
174,5
80,9%
Qrup 3. S. hydrangea efir yağıi
918,2
129,5
85,9%
Qrup 4.S.sclarea bişirməsi
821,9
261,8
67,8%
Qrup 5.S.limbata bişirməsi
927,5
356,2
61,6%
Qrup 6.S.hydrangea bişirməsi
891,2
294,9
66,9%
Qrup 7. Hər üç bitkinin qarışığı
867,6
381,3
61,3%
Qrup 8. Nəzarət qrupu
846,4
830,7
-
Efir yağı preparatları arasında ən güclü səmərəlilik S.sclarea bitkisində olmuşdur. Preparatın
səmərəliliyi 86,6% alınmışdır. Digər efir yağı preparatlarından S.hydrangeada 85,9%, S.limbatada
isə 80,9% səmərəlilik müəyyən edilmişdir. S.sclarea, S.hydrangea və S.limbata bitkilərindən
hazırlanmış bişirmələrin antihelmint səmərəliliyi müvafiq olaraq 67,8%, 66,9% və 61,6% olmuşdur.
Bişirmə ilə aparılan təcrübələrdə də yüksək nəticə S.sclareada qeyd edilmişdir. Bitkilərin yaşıl
kütləsindən hazırlanmış preparatda səmərəlilik 61,3%-ə çatmışdır. Bitkilərin yaşıl yerüstü hissəsi ilə
aparılan təcrübədə nəticənin qismən zəif olmağına baxmayaraq, bu tədqiqat üsulu helmintozlarla
mübarizədə asan tətbiq yollardan biridir. Nəzarət qrupunda isə təcrübədən əvvəl və sonra yumurta
sayında fərqin yaranmaması, tədqiq edilən bitkilərin antihelmint səmərəsinin göstəricisidir.
Tədqiqatların nəticələrdən müəyyən olunur ki, efir yağı preparatlarında bişirməyə nisbətən
güclü helmintosid təsir vardır. Bu efir yağı tərkibinin fitonsid xarakterli terpenlərlə zəngin olması
ilə əlaqədardır.
Dostları ilə paylaş: |