15
Neoascaris vitulorum nematodu ilə yoluxsalar da, sonrakı dövrlərdə bu helmintə qarşı qeyri-
həssaslıq göstərirlər, yoluxmurlar.
Ümumiyyətlə, yeni doğulmuşlarda helmintozlara qarşı təbii immunitet ya tamamilə olmur, ya
da çох zəif inkişaf edir. Ona görə də yaşamın ilkin dövrlərində helmintozlarla yoluxmuş körpə
orqanizmi parazitin güclü patogen təsirinə qarşı müqavimətsiz qalır və uzun müddət invaziya
daşıyıcısına çevrilir.
Müəyyən edilmişdir ki, immunitetin humoral amilləri hüceyrə amillərindən kifayət qədər son-
ra formalaşır. Yəni, hüçeyrə səviyyəsində müdafiə reaksiyaları daha qədim immunitet formasıdır.
Helmintozlar zamanı yaranan immunitetdə orqanizmin formalaşdırdığı zülal strukturu da
kifayət qədər əhəmiyyət daşıyır. Belə ki, yaşlı heyvanların hasil etdiyi immunoqlobulinlər yad
faktorlara qarşı orqanizmin müqavimətini artırır. İmmunoqlobulinlər immunitetin başlıca amilləri
hesab edilir va onlar antitelin əsas strukturunun əmələ gəlməsinə xidmət edirlər.
Müxtəlif helmint növlərinə qarşı yaranan immunitetin dərəcəsi və xüsusiyyətləri helmintin
biologiyasından asılı olur. Bu zaman immun cavabın ümumi qanunauyğunluqları aşkara çıxır. To-
xumada lokalizasiya etməklə, miqrasiya edən helmintlərə qarşı daha fəal antitel yaranır. Ona görə
ki, sürfənin miqrasiyası zamanı əmələ gətirdiyi sekresiya kifayət qədər yüksək antigenlik
xüsusiyyətinə malik olur (6).
Bütün bunları yekunlaşdırarkən bu qanaətə gəlmək olur ki, helmintozlar zamanı immunitet,
hüceyrə və humoral faktorlarm təsiri ilə inkişaf edir və onun davamlılığı törədicinin növündən və
sahib orqanizminin fizioloji vəziyyətindən asılı olur.
ƏDƏBİYYAT
1.
Гаджиева И.А. Иммунное состояние животных при гельминтозах и возможность его
моделирования. Автореф... канд. дис. Москва, 1986, 19 с.
2.
Даугалиева Э.Х, Филиппов В.В. Иммуный статус и пути его корррекции при
гельминтозах животных. Москва: Агропромиздат, 1991, 188 с.
3.
Ершов В.С.Проблемы иммунитета и аллергии при гельминтозах. Пробл. Вет
иммунологии. Москва: Агропромиздат, 1985, с.17-22
4.
Лейкина Е.С. Роль аллергических реакций немедленного и замедленного типов в
механизмах иммунитета при гельминтозах. Жур.Мед. паразитол. и паразитарных
болезни. Москва, 1975,№ 4, с.77-84
5.
Кузнецов МИ. Научные и прикладные вопросы в гельминтологии. Москва: Колос,
1978, с.125-136.
6.
Филиппов В.В. Эпизоотология гельминтозов сельскохозяйственных животных.
Москва. Агропромиздат. 1988, с. 18-69.
ABSTRACT
Etibar Mammadov
Formation of immunity in helminth invasions
The article it is devoted to one of poorly studying questions, studying of feature of immunity
at helminthosis. It is revealed, that at helminthosis the immunity developing under influence cellular
and humoral of factors is formed, and its intensity depends on species of the activator, a
physiological condition of an animal.
The ability to develop immunity in diseases caused by parasitic helminths is closely related to
the general state of the body: good living conditions and full feeding of animals enhance their
protective reactions.
It has been revealed that helminthiosis produces immunity, which develops under the
influence of cellular and humoral factors, and its intensity depends on the type of pathogen, the
physiological state of the animal.
16
РЕЗЮМЕ
Этибар Мамедов
Формирование иммунитета при гельминтных инвазиях
Статья посвящено одному из малоизученных вопросов, изучения особенности
иммунитета при гельминтозах. Иммунитет представляет собой изменчивый биологический
процесс, развивающийся в результате взаимодействия организма хозяина и гельминтов.
Способность к выработке иммунитета при заболеваниях, вызываемых паразитическими
гельминтами, тесно связана с общим состоянием организма: хорошие условия содержания и
полноценное кормление животных усиливают у них защитные реакции.
Выявлено, что при гельминтозах образуется иммунитет, развивающийся под воздей-
ствием клеточных и гуморальных факторов, и напряженность его зависит от вида воз-
будителя, физиологического состояния животного.
NDU-nun Elmi Şurasının 27 aprel 2017-ci il tarixli qərarı ilə çapa
tövsiyyə olunmuşdur. (protokol № 08)
.
17
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 3 (84)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 3 (84)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 3 (84)
HƏBİB HÜSEYNOV
Naxçıvan Dövlət Universiteti
hebibhuseynov.1972@mail.ru
SƏXAVƏT BAYRAMOV
Naxçıvan Dövlət Universiteti
UOT: 595.768
NAXÇIVAN MUXTAR RESPUBLİKASI ƏRAZİSİNDƏ YONCA BİTKİSİNƏ
ZƏRƏRVERƏN BƏZİ NÖVLƏRİN BİOEKOLOJİ XÜSUSİYYƏTLƏRİ VƏ
ONLARA QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ
Açar sözlər: Otiorrhynehus ligustica, Laphygma exigua, yumurta, sürfə, Naxçıvan
Key words: Otiorrhynehus ligustica Laphygma exigua,egg, larva, Nakhchivan
Ключевые слова: Otiorrhynehus ligustica Laphygma exigua, яйцо, личинка, Нахчыван
Azərbaycanda və Naxçıvan MR ərazisində yonca bitkisi ilə qidalanan zərərvericilərin növ tərkibi
olduqca müxtəlifdir. Respublikada yonca bitkisinin əsas zərərvericiləri N.H.Səmədov, S.R.Məmmədova,
A.V.Boqaçev və başqalarını tərəfindən nisbətən öyrənilmişdir [1, 2, 3]. Azərbaycan ərazisində 42 növdən
çox paxlalı bitkilərin, 91 növ yem bitkilərinin zərərvericiləri müəyyən olunmuşdur ki, bunlardan 30 növü
Naxçıvan MR ərazisində yayılmışdır. Bunları 3 qrupa bölmək olar. Birinci qrup, daimi zərərvericilər
hesab olunurlar. İkinci qrup zərərvericilər dövri zərərvericilər hesab olunur ki, onlar iqlim şəraitindən asılı
olaraq müxtəlif illərdə çoxalıb zərər verə bilirlər. Üçüncü qrup zərərvericilər isə təsadüfi növlər hesab
olunurlar ki, onların təsərrüfat zərəri iqtisadi əhəmiyyət kəsb etmir. Ən çox iqtisadi zərərvericilərdən yonca
yarpaq uzunburunu və ya fitonomus, yonca yoğunayağı, yonca böcəyi, bozqıllı uzunburun, toxumyeyən
tixus və digər növlərdir ki, bunların bir çoxu Naxçıvan MR ərazisi üçün xarakterikdir.
Bunlardan əlavə respublikanın müxtəlif rayonlarında yoncaya nisbətən az zərər verən bir
sıra həşərat növlərinə də təsadüf edilir. Bunlara misal olaraq noxud mənənəsi, tumurcuq uzunbur-
unu (apion), məftil qurdları, sovkaların kök boğazı gəmirən tırtıllarını, qamma sovkasını, yonca
sovkasını, karadirianı, damcıləçəkli sovkanı və s. növləri göstərmək olar.
Bir sıra növlərə isə təsadüfi olaraq yonca bitkisi üzərində rast gəlmək olur ki, bunlar
xarakterik növlər hesab olunur. Respublikamızın ayrı-ayrı ərazilərində daha geniş yayılan, daimi və
dövri zərər verən növlərin müxtəlifliyini göstərməyi məqsədəuyğun hesab edirik.
Cədvəl 1.
Yonca zərərvericilərinin növ müxtəlifliyi
S.s.
Növlərin adı
S.s.
Növlərin adı
1
Yonca böcəyi – Otiorrhynehus ligustica L.
16
Yonca uzunbığı – Plagionotus florolis
Pall.
2
Qarayonca uzunburunu–Sitona crinitus
Hrbst.
17
Pişikotu uzunbığı – Agapanthia violcea F.
3
Bozqıllı uzunburunu – S.suleifrons Hrbst.
18
Yonca dənyeyəni – Brichidus femeralis
Gyll.
4
Zolaqlı noxud uzunburunu – S.einaetus L.
19
Yonca yoğunayağı – Brucehophagus
gibbus B.
5
Yonca kök yumrusu uzunburunu –
S.longulus Gyll.
20
Yonca taxtabitisi – Adelphocorus
lineolatus Geoze.
6
Kök yumurucuq uzunburunu – S.callolus
Gyll.
21
Tumurcuq çəhrayı ağcaqanadı –
Dasyneura ignorata W.
7
Sarıayaq uzunburunu – S.hispidulus
22
Yonca çiçək ağcaqanadı – Contarinia
medicaginis K.
Dostları ilə paylaş: |