20
gəlmək olur. Yetkin böcəklərə Azərbaycanın müxtəlif bölgələrində mart ayının sonlarında, Naxçıvan
MR ərazisində isə aprelin birinci yarımaylığında rast gəlmək olur. Növ qidalanmasına görə polifaq
olduğundan müxtəlif növ bitkilərin gövdə və yarpaqları ilə qidalanır, əsasən yem bitkiləri və yonca ilə
qidalanılar.Yonca böcəyinin sürfəsi yonca bitkisinin kökləri ilə qidalanır. Yetkin fərdlərin müşahidə
dövründən 25-30 gün onlar, əsasən may ayının əvvəllərində yumurtaqoyma dövrü başlayır. Dişi fərdlər
yumurtalarını torpaqda, bitkilərin köklərində qoyurlar. Yumurtaqoyma dövrü 2-3 ayadək davam edə
bilir.V.A.Bryançevə görə bir fərd 100 ədəd yumurta qoya bilir [5]. Lakin Q.E.Osmolovskiyə görə fərdin
yumurtatökmə məhsuldarlığı 400 ədədədək çata bilir [7]. Yumurtaların müəyyən hissəsi embrion
inkişafını başa çatdıra bilmədiyində qışlama dövrünə, yəni «diapauza» baş verir.Onların inkişafı ikinci
ilə təsadüf edir.İnkişafını başa çatdırmış formalar yetkin fərd şəklində qışlayır. Azərbaycanda yonca
böcəyinin geniş yayıldığı Şəki-Zaqatala və Dağlıq Qarabağ əraziləridir. Naxçıvan MR-in dağətəyi və
dağlıq əraziləri də bu növ üçün xarakterikdir.
Cədvəl 3.
Yonca böcəyinin inkişafı və zərərvermə xüsusiyyətləri
Yetkin fərdlərin qidalandığı bitkilər
Yumurta qoyma müddəti
Sürfələrin inkişaf müddəti
Yonca
Lobya
Noxud
Soya
Çuğundur
Üzüm
Müxtəlif ağac bitkiləri
Müxtəlif yabanı bitkilər
Aprel ayının üçüncü ongünlüyü
May ayının əvvəlləri - iyun
ayının ikinci ongünlüyü
Torpağın 5-10 sm dərinliyi,
müxtəlif bitkilərin kökətrafları
Yonca və digər paxlalı
bitkilərin kök, gövdə və yarpaq
orqanları
Sitona crinitus Hrbst - Bozqıllı uzunburun. Azərbaycanda ən geniş yayılan növ hesab
olunur. Naxçıvan MR-in Arazboyu və dağətəyi sahələrində geniş yayılmışdır. Yonca bitkisinin
yarpaqları ilə qidalanır.
Qışlayan yetkin fərdlərin muxtar respublikanın ərazisində müşahidəsi aprel ayının üçüncü
ongünlüyü və mayın birinci yarısına təsadüf edir.Yetkin fərdlərin qidalanması zamanı yonca
yarpaqlarında ovalvari deşiklər müşahidə olunur. Həmin dövr əgər havalar yağıntısız, quru və isti
keçərsə, böcəyin dinamik sıxlığı daha çox olur və əkin sahələrində daha geniş yayılır.
N.H.Səmədovun tədqiqatına əsasən quraqlıq illərdə zərərvermə həddi 70-80%-ə çata bilir [9].
Həmin dövrdə artıq ikinci nəsil yetkin fərd halına çatır və sahələrdə böcəyin nisbi sıxlığı daha çox olur.
Böcəyin yumurtaqoyma prosesi may ayının ikinci ongünlüyündən başlayır və bir neçə təkrarda davam
edir. Yumurtaqoyma prosesi bir ayadək davam edir. Böcəyin yumurtaqoyma məhsuldarlığı yüksəkdir.
Bir fərdin mövsüm ərzində 3000-3600-dək yumurta tökməsi qeydə alınmışdır. Dişi fərdlər
yumurtalarını əsasən torpağa, bitki köklərinin ətrafına qoyur. Yumurtaların inkişafı torpaqda gedir.
D.A.Titovun (1991) məlumatlarına görə yumurtaların embrion inkişafı iqlim şəraitindən asılı olaraq 7-
36 günə başa çatır [10]. Yumurtalardan əmələ gələn sürfələr torpağın üzərinə çıxır, çürüntü və kiçik
bitki qalıqları ilə fəal qidalanmağa başlayır. Sürfələr bir neçə yaş dövrü keçirir, onların inkişafı 30-45
gün müddətinə başa çatır, sonra puplaşma dövrü başlayır.Puplaşma dövrü 7-10 gün davam edir, bu
müddətdə puplardan yeni yetkin fərdlər əmələ gəlir.Yetkin fərdlər, bitki yarpaqları altında torpaqda
qışlama dövrü keçirməklə gələcək ilin yazında qışlamadan çıxaraq yeni nəsil verdikdən sonra məhv
olurlar. Bu növ düzənlik ərazilər üçün xarakter növ hesab olunur.
Bir çox müəlliflər tərəfindən növün paxlalı bitkilərin zərərvericisi kimi, onun bioloji və
ekoloji xüsusiyyətlərinin öyrənilməsi davam etdirilir.
Toxumyeyən tixuslar (Tychius).Tixuslar böcəklər (Colloptera) dəstəsinin uzunburun
böcəklər (Curculionidae) fəsiləsinin tixuslar cinsinin müxtəlif növlərini əhatə edir.
Toxumyeyən tixuslar 2-3 mm böyüklükdə olmaqla, bədənləri və qanadlarının üzəri sıx sarı və
qızılı pulcuqlarla örtülmüşdür.Böcəklərin xortumu nazik və xeyli uzundur. Sürfələri çirkli, ağ
rənglidir. Ayaqsızdır. Başın rəngi sarı ilə qəhvəyi arasında dəyişir.
21
Müəyyənləşdirilmişdir ki, Azərbaycanda toxumluq yonca bitkisinə üç növ tixus: sarı (Tychius
flavus Beck.), kürən (Tychius femoralis Bris.) və fır (Tychius medicacinis Bus) böcək zərər vurur. Bu
zərərvericilər Azərbaycanda yonca bitkisi əkilən bütün rayonlarda geniş yayılmışdır.Yonca tarlalarında
5-15 sm dərinliyində böcək fazasında qışlayır. Böcəklər mart-aprel aylarında qışlama yerlərindən
çıxmağa başlayırlar, havalar isindikcə qidalanır, əsasən yarpaqları, gövdələri yeyir, bəzən isə qönçə və
çiçəkləri də zədələyirlər. Böcəklərin qida rassionu yaxşı olduqda cinsi yetişkənlik və cütləşmə,
yumurtatökmə prosesi baş verir. Bu proses adətən, yoncada yaşıl paxlaların əmələgəlmə dövrünə
təsadüf edir. Onlar yumurtasını paxla boşluğuna qoyur. Yumurtaqoyma prosesi bir neçə təkrarda davam
edir və müddəti xeyli uzanmaqla, əsasən may və iyun aylarını əhatə edir. S.R.Məmmədovanın apardığı
tədqiqatlara əsasən böcəklər bir paxla daxilinə 1-5 yumurta qoyur [6]. Yumurtalardan çıxan sürfələr
paxla daxilindəki toxumlarla qidalanaraq inkişaf edir və böyüyür. Yumurtaların inkişafı 7-10 gün davam
edir. Yumurtalardan çıxan sürfələr toxumla qidalanır. Hesablamalara görə bir sürfə qidalanma dövründə
2-7-yə qədər toxum yeyə bilir. Toxumların yetişmə dövrünə qədər sürfələr öz inkişaflarını başa
çatdırırlar. Sonra sürfələr torpağa düşərək pup fazasına keçirlər. Pup fazası 9-11 günədək davam edir.
Puplardan yetkin fərdlər əmələ gəlir ki, onlar torpaqda qışlayırlar. Yetkin fərdlər əsasən yonca
sahələrində və eyni zamanda başqa bitki sahələrində də qışlamaya gedir. Lakin yoncanın qönçələmə
dövründə həmin böcəklər başqa sahələrdən yonca tarlalarına keçirlər.Toxumyeyən tixuslar yabanı
yonca üzərində inkişaf edir. Buna görə təsərrüfatda bu böcəklər ilə yoluxmuş köhnə sahələr olmadıqda
zərərvericinin ehtiyatları, əsasən yabanı yonca bitən sahələrdə olur. Tixus böcəkləri ilə ən çox köhnə
yoncalıqların birinci və ikinci çalımı, birinci il yoncası zədələnir. Respublika şəraitində yonca toxumuna
əsasən sarı, nisbətən az kürən tixus, daha az isə fır tixusu zərər verir. Yonca müəyyən bir sahədə
toxumluq məqsədilə bir neçə il dalbadal saxlanılarsa, bu, toxumyeyən tixusların kütləvi çoxalmasına və
toxumların həmin zərərvericilər tərəfindən kütləvi zədələnməsinə səbəb olur. A.V.Boqaçev tixusların
Azərbaycanda davamlı zərərverici olmasını müəyyən etmişdir [4]. Bir sıra müəlliflərin tədqiqatlarına
əsasən Naxçıvan MR ərazisində yayılan növlərdən T.argentatus Cheur növü digər növlərdən fərqli
olaraq endemik hesab olunur. Tixusların Azərbaycan şəraitində əsaslı tədqiqi S.Məmmədova tərəfindən
aparılmışdır. O, bu növlərin yayılma xüsusiyyətləri biologiyası, ekoloji xüsusiyyətləri və onlara qarşı
mübarizə tədbirlərinin tətbiqini hərtərəfli öyrənmişdir [6, s.311].
Muxtar Respublika ərazisində yayılmış digər zərərvericilərə qarşı aşağıdakı mübarizə üsul-
larının yerinə yetirilməsini məqsədəuyğun hesab edirik. Aqrotexniki tədbir kimi, yazda vegeta-
siyanın başlanğıcında yoncalıqlar ağır malalarla malalanmalıdır. Bu tədbir nəticəsində zərərveri-
cinin miqdarı kəskin surətdə azalır, bitkinin böyümə və inkişafı sürətlənir. Bu da onun zərərvericiyə
qarşı davamlılıq dərəcəsini artırır.
Araşdırma zamanı müşahidə etdik ki, sahələrdə zərərvericilər məhsula və onun keyfiyyətinə
təhlükə törədə biləcək miqdarda olarsa bu zaman həmin sahələr hər hektara 15 kq olmaqla 12-%-li
heksoxloronla dərmanlanmalıdır.
ƏDƏBİYYAT
1.
Boqaçev A.V. Kəpənəklər və ya pulcuqlu qanadlılar (İnsecta), Bakı, 1953, 130s.
2.
Məmmədova S.R., Xəlilov B.B. Kənd təsərrüfatı entomologiyası. Bakı, 1986, 370s.
3.
Səmədov N.H., Səlimxanov N.M. Dənli və paxlalı bitkilərin zərərvericiləri. Bakı, 1964, 62s.
4.
Богачев А.В. Жуки или жестокрылые. Изд. АН. Азерб.ССР, 1951
5.
Брянцев В.А. Сельскохозяйственная энтомология. Ленинград, «Колос» 2001, 270с.
6.
Мамедова С.Р. Новый прием борьбы с семяедами – тихусами Труды. Аз. СХИ; 1,
1954, с.310-314
7.
Осмоловский Г.Е. Вявление сельскохозяйственных вредителей и сигнализация
сроков борьбы с ними. Москва, Рассельхозиздат, 1964, 570 с.
8.
Посревой С.М., Арсенева М.В. Зашита растений. Ленинград, «Колос», 2007, 450с.
9.
Самедов. Н.Х. Вредители бобовых кормовых трав. «Вред и болез. с-х. культур в
Азерб. и меры борьбы с ними» Баку. 1963, с.133-138
10.
Титов Д.А. Жуки-долгоносики и трупковерты. «Защита растений, Москва, 1991, №12,
с.98-101
11.
Яковлев Б.В. Общая энтомология. Москва: «Высщая школа», 1974, 272с.
Dostları ilə paylaş: |