13
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 3 (84)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 3 (84)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 3 (84)
ETİBAR MƏMMƏDOV
Naxçıvan Dövlət Universiteti
UOT:619; 599.735
HELMİNT İNVAZİYALARINDA İMMUNİTETİN FORMALAŞMASI
Açar sözlər: helmint, invaziya, immunitet, antigen, antitellər, həsasslıq
Key words: helminths, invasion, immunity, antigen, antibodies, sensitivity
Ключевые слова: гельминты, инвазия, иммунитет, антигены, антитела, чувстви-
тельность
Helmintozlar müxtəlif helmint növlərinin sahib orqanizmlərində formalaşdırdığı və müxtəlif
əlamətlərlə təzahür edən patoloji proseslərdir. Parazitin formasından, lokalizasiya xüsusiyyətindən,
ölçülərindən, sahib orqanizmində yaşama müddətlərindən asılı olaraq, helmintozlar fərqli əlamətlər,
patogenez və immun dəyişiklərlə müşayiət olunur.
Parazitizmin mahiyyətinin açıqlanılmasında parazit və sahib orqanizmlərinin spesifikliyinin
nəzərə alınması əsas məsələlərdəndir. İmmunitet helmint və sahib arasındakı qarşılıqlı əlaqə nə-
ticəsində inkişaf edən dəyişkən bioloji prosesdir. Helmintozlarda immunitet, orqanizmin ümumi fi-
zioloji, eləcə də immunoloji qanunauyğunluqlarına tabe olmaqla, sahib-parazit əlaqəsindən və törə-
dicinin ekoloji xüsusiyyətlərindən asılı olur. Həmçinin, helmintozlar zamanı immunoloji reak-
tivliyin vəziyyəti, orqanizmin reaktivliyindən, xəstəliyin gedişindən, yayılmasından və nəticəsindən
də asılı olur.
Ümumiyyətlə, helmintozlar zamanı immunitetin mexanizmi kifayət qədər araşdırılmamışdır.
Helmintlərin ifraz etdikləri mübadilə məhsulları, həmçinin onların bir çox toxumaları sahibdə
antigenlik xüsusiyyətinə malik olduğundan bunun təsiri altında orqanizmdə spesifik zülal serumu
olan antitellər yarana bilir. Orqanizmin ümumi immunoloji strukturu isə neyro-humoral mərkəzlərin
təsiri altında formalaşır.
Helmintozlar zamanı immunitetin əmələ gəlməsində orqanizmin spesifik müdafiə mexanizm-
ləri- antitellər və qeyri-spesifik mexanizmlər- qaraciyərin, limfa düyünlərinin, bağırsaq divarının
yaratdığı qoruyucu baryerlər, allergik xarakterli toxuma reaksiyası iştirak edir ki, nəticədə bol selik
ifrazı ilə xaric olunan eozinofillər parazitin ətrafında kapsul əmələ gətirirlər (3).
Helmint xəstəlikləri zamanı immunitetin yaranma xüsusiyyəti orqanizmin ümumi vəziyyətin-
dən, heyvanın saxlanma şəraitindən, keyfiyyətli, vitamin və zülalallarla zəngin yemlərlə yemləndi-
rilməsindən asılıdır ki, bütün bunlar orqanizmin müdafiə reaksiyasını gücləndirir.
Aparılan bir sıra tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, immunitet daha çox parazit
helmintin sürfə mərhələsinin sahib orqanizminə daxil olduğu, yaxud orada formalaşdığı zaman
yaranır. Helmintozlardan yaranan immunitet əsasən, müəyyən müddətdə sahib orqanizminə düşən
helmintin sürfə və ya yumurtasınm təsirinə orqanizmin verdiyi çavab reaksiyasından asılı olaraq, öz
zəifliyi ilə seçilir. Ayrı-ауrı helmintozlarda isə immunitetin formalaşmasında limfoid və plazmatik
hüceyrələr nəzərəçarpacaq rol oynayır (2).
Helmint invaziyalarında immunitetin mexanizmi, formalaşma xüsusiyyətləri yoluxucu xəstə-
liklərdə olduğu kimidir. İnfeksion və protozooz xəstəliklərindən fərqli olaraq helmintozlarda ya-
ranan immunitet bir sıra özünəməxsus xüsusiyyətlərə malikdir. Orqanizmin yoluxucu və protozooa
xastəlik törədicilərinə qarşı yaratdığı immunitetdən fərqli olaraq, helmint invaziyaları zamanı nadir
hallarda, törədiçiyə qarşı tam qeyri həssaslıq yarana bilir. Yəni, davamlı təsir, tam qeyri-həsasslıq
formalaşa bilmir, immun reaksiyanın davamlılığı eyni helmint növü ilə təkrar yoluxmalardan asılı
ola bilir. Məsələn, donuzlar askaridoz, yaxud metastrogilyoz törədiciləri ilə təkrar yoluxduqda
təsirli immunitet yarana bilir ki, bu bəzən invaziyanın müddətinin qısalmasına, bəzən də tamamilə
dayanmasına səbəb olur.
Bəzi ədəbiyyatlarda oxşar cinslərdən olan heyvanların müxtəlif helmintozlar zamanı fərqli da-
vamlılıq göstərməsinə aid məlumatlara rast gəlinir. Məsələn: Şeviot cinsindən olan qoyunlar,
14
Border-leyster cinsindən olan qoyunlara nisbətən nematodlarla yoluxmaya daha davamlı olurlar.
Həmçinin, bu cinsdən olan heyvanlarda nematodların patogen təsiri daha zəif müşahidə edilir (1).
Helmintozlar zamanı növ immuniteti spesifık olmaqla, parazit-sahib əlaqələrindən asılı olur.
Bəzən helmint növləri heyvan orqanizmində imaginal, yəni cinsi yetkin mərhələyə çata bilməsə də,
inkişafının ilkin mərhələlərini keçirmək qabiliyyətində olur. Məsələn, askaridlər dovşan və hind
donuzlarının orqanizmində imginal mərhələyədək inkişaf edə bilməsələr də, sürfə mərhələsində bu
heyvanların ağciyərində miqrasiya edə bilirlər (4).
Heyvanların helmintlərlə intensiv yoluxmasından, bəzən də hər hansı helmintozdan
sağalmalardan sonra orqanizmdə nisbi immunitet yarana bilir, yəni əmələ gələn davamlılıq,
müəyyən dərəcədə əsas sahibin reinvaziyadan qorunmasına imkan yaradır. Bu daha çox növ
immuniteti ilə xarakterizə olunur.
Helminlərin mübadilə proseslərində ifraz etdikləri maddələr, toksinlər, parazitlik etdikləri
sahib orqanizmində antigenlik xüsusiyyətinə malikdir. Bu antigenlər və sahib orqanizminin bunlara
qarşı yaratdığı antitellər nəticəsində orqanizmdə immun həssaslıq, sensibilizasiya baş verir. Sahib
orqanizminin formalaşdırdığı antitellər spesifik plazma qamma-qloblinləri olmaqla, helmintlə
təkrar yoluxmaya qarşı nisbi davamlılıq yaradırlar (5).
Helmintozlar zamanı yaş immuniteti qeyri spesifık olmaqla, ontogenez prosesində fızioloji və
struktur faktorlarının kəmiyyət və keyfiyyətcə dəyişməsindən asılı olur. Aparılan araşdırmalar
nəticəsində aşkar edilmişdir ki, yaşlı heyvanlarda paraskaridlərlə yoluxma zəiflədiyi halda, strongi-
lyatlarla yoluxma nisbətən artır. Anoplosefalyatlarla yoluxma başlıca olaraq, cavan heyvanlarda
müşahidə edilir. Müəyyən edilmişdir ki, diktiokaulyoz törədicisi ilə daha çox buzov və quzular
yoluxur, yaşlı heyvanlar isə bu helmintlərlə ya heç yoluxmurlar, ya da çox zəif yoluxma müşahidə
edilir (3).
Bir çox helmintozlarda yaş immunitetinin olduğuna baxmayaraq, onun mütləq immunitetə
çevrilməsi müəyyənləşdirilməmişdir. Yaş immuniteti nisbi immunitet olmaqla, helmintin inkişaf və
yaşama qabiliyyətindən asılı olur. Demək olar ki, yaş immuniteti əksər helmintozlarda mövcud olur,
lakin, onun özünün biruzə vermə forması fərqli olmaqla, parazit sahib qarşılıqlı əlaqəsinin inkişaf
dərəcəsindən asılı olur. Bəzən eyni cinsə aid edilən müxtəlif helmint növləri sahibin yaşından asılı
olaraq, fərqli patogen təsirlər göstərir. Məsələn, Moniezia expansa sestodunun sistiserkoidləri
südəmər, 1-2 aylıq quzuların şırdanında ifraz olunan şirənin yüksək turşuluğuna davam gətirdiyi
halda, Moniezia benedeni sisitiserkoidləri həmin mühitdə tamamilə parçalanırlar. Tədricən quzular
otla qidalanmağa başladıqda şırdanın sekresiyasında turşuluq aşağı düşdüyündən M.benedeni
sisitiserkoidləri bu baryeri keçərək, yoluxdurma qabiliyyətinə malik olur (4).
Bağırsaq sestodları daha zəif immunogen xüsusiyyətli olurlar. Belə ki, bağırsaqlarda hazır
qida maddələri ilə təmin olunan parazit, sahibin toxumalarının dərinliklərinə miqrasiya etmədiyin-
dən, dərin dəyişikliklərə səbəb olmur. Ancaq, reinvaziyalar zamanı parazitin ölçülərinin kiçilməsi
və inkişafının zəifləməsi sahib orqanizminin helmintlərə qarşı müqavimətinin artmasına imkan
yaradır.
Helmintozlar zamanı immunitetin ümumi qanunauyğunluqlarına, həmçinin, ilkin yoluxma ilə
müqayisədə reinvaziya zamanı yoluxmanın ekstensivlik və intensivliyinin aşağı düşməsi də daxil
edilir. Eksperimental olaraq sübut edilmişdir ki, istər ilkin yoluxmalarda, istərsə də reinvaziyalarda
immunitetin əmələ gəlməsinə, sahib orqanizmindən helmintin və ya onun bir hissəsinin atılması da
səbəb olur. Bu daha çox helmintlərin “öz-özünə azad olması” fenomeni kimi meydana çıxmış və
bəzi helmintlərlə (məsələn, hemonxuslar) yoluxmadan sonra quzuların parazitlərdən tam azad
olunması müşahidə edilmişdir (2).
Helmint invaziyalarında anadangəlmə, qazanılmış və yaş immunitetinin olduğu məlumdur.
Anadangələmə (buna növ immuniteti də deyilir), yəni hər hansı bir helmint növünün bu və ya digər
heyvan orqanizmində inkişaf edə bilməməsidir. Məsələn, itlərin nazik bağırsağında parazitlik edən
Toxocara canis nematodu gövsəyən heyvanlarda parazitlik edə bilmir.
Yaş immunitetində bəzi helmint növləri müəyyən dövrdə sahib orqanizmində parazitlik etsə
də, yaşlandıqdan sonra bu xüsusiyyətini itirirlər. Məsələn, buzovlar doğulduqdan 5 aylığa qədər
Dostları ilə paylaş: |