Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   2   3   4   5   6   7   8   9   ...   134

13 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2017,  № 3 (84) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2017,  № 3 (84) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2017,  № 3 (84) 
 
ETİBAR MƏMMƏDOV 
Naxçıvan Dövlət Universiteti 
UOT:619; 599.735 
HELMİNT İNVAZİYALARINDA İMMUNİTETİN FORMALAŞMASI 
Açar sözlər: helmint, invaziya, immunitet, antigen, antitellər, həsasslıq 
Key words: helminths, invasion, immunity, antigen, antibodies, sensitivity 
Ключевые  слова:  гельминты,  инвазия,  иммунитет,  антигены,  антитела,  чувстви-
тельность 
Helmintozlar  müxtəlif  helmint  növlərinin  sahib  orqanizmlərində  formalaşdırdığı  və  müxtəlif 
əlamətlərlə təzahür edən patoloji proseslərdir. Parazitin formasından, lokalizasiya xüsusiyyətindən, 
ölçülərindən, sahib orqanizmində yaşama müddətlərindən asılı olaraq, helmintozlar fərqli əlamətlər, 
patogenez  və immun dəyişiklərlə  müşayiət olunur. 
Parazitizmin  mahiyyətinin  açıqlanılmasında  parazit  və  sahib  orqanizmlərinin  spesifikliyinin  
nəzərə  alınması  əsas  məsələlərdəndir.    İmmunitet  helmint  və  sahib  arasındakı  qarşılıqlı  əlaqə  nə-
ticəsində inkişaf edən dəyişkən bioloji prosesdir. Helmintozlarda immunitet, orqanizmin ümumi fi-
zioloji, eləcə də immunoloji qanunauyğunluqlarına tabe olmaqla, sahib-parazit əlaqəsindən və törə-
dicinin  ekoloji  xüsusiyyətlərindən  asılı  olur.  Həmçinin,  helmintozlar  zamanı  immunoloji  reak-
tivliyin vəziyyəti, orqanizmin reaktivliyindən, xəstəliyin gedişindən, yayılmasından və nəticəsindən 
də asılı olur.  
Ümumiyyətlə, helmintozlar zamanı immunitetin  mexanizmi kifayət qədər araşdırılmamışdır. 
Helmintlərin  ifraz  etdikləri  mübadilə  məhsulları,  həmçinin  onların  bir  çox  toxumaları  sahibdə 
antigenlik  xüsusiyyətinə  malik  olduğundan  bunun  təsiri  altında  orqanizmdə  spesifik  zülal  serumu 
olan antitellər yarana bilir. Orqanizmin ümumi immunoloji strukturu isə neyro-humoral mərkəzlərin 
təsiri altında formalaşır. 
Helmintozlar zamanı immunitetin əmələ gəlməsində orqanizmin spesifik müdafiə mexanizm-
ləri-  antitellər  və  qeyri-spesifik  mexanizmlər-  qaraciyərin,  limfa  düyünlərinin,  bağırsaq  divarının 
yaratdığı qoruyucu baryerlər, allergik xarakterli toxuma reaksiyası iştirak edir ki, nəticədə bol selik 
ifrazı ilə xaric olunan eozinofillər parazitin ətrafında kapsul əmələ gətirirlər (3). 
Helmint xəstəlikləri zamanı immunitetin yaranma xüsusiyyəti orqanizmin ümumi vəziyyətin-
dən, heyvanın saxlanma şəraitindən, keyfiyyətli,  vitamin və zülalallarla zəngin yemlərlə yemləndi-
rilməsindən  asılıdır ki, bütün bunlar orqanizmin  müdafiə reaksiyasını gücləndirir. 
Aparılan bir sıra tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, immunitet  daha çox parazit 
helmintin  sürfə  mərhələsinin  sahib  orqanizminə  daxil  olduğu,  yaxud  orada  formalaşdığı  zaman 
yaranır. Helmintozlardan yaranan immunitet əsasən, müəyyən müddətdə sahib orqanizminə düşən 
helmintin sürfə və ya yumurtasınm təsirinə orqanizmin verdiyi çavab reaksiyasından asılı olaraq, öz 
zəifliyi ilə seçilir. Ayrı-ауrı helmintozlarda isə immunitetin formalaşmasında limfoid və plazmatik 
hüceyrələr nəzərəçarpacaq rol oynayır (2). 
Helmint invaziyalarında  immunitetin mexanizmi, formalaşma xüsusiyyətləri  yoluxucu xəstə-
liklərdə  olduğu  kimidir.  İnfeksion  və  protozooz  xəstəliklərindən  fərqli  olaraq  helmintozlarda  ya-
ranan immunitet bir sıra özünəməxsus xüsusiyyətlərə malikdir. Orqanizmin yoluxucu və protozooa 
xastəlik törədicilərinə qarşı yaratdığı immunitetdən fərqli olaraq, helmint invaziyaları zamanı nadir 
hallarda, törədiçiyə qarşı tam qeyri həssaslıq yarana bilir.  Yəni,  davamlı  təsir,  tam qeyri-həsasslıq 
formalaşa bilmir, immun reaksiyanın davamlılığı eyni helmint növü ilə təkrar yoluxmalardan asılı 
ola  bilir.  Məsələn,  donuzlar  askaridoz,  yaxud  metastrogilyoz  törədiciləri    ilə  təkrar  yoluxduqda 
təsirli immunitet yarana bilir ki,  bu bəzən invaziyanın müddətinin qısalmasına, bəzən də tamamilə 
dayanmasına səbəb olur.  
Bəzi ədəbiyyatlarda oxşar cinslərdən olan heyvanların müxtəlif helmintozlar zamanı fərqli da-
vamlılıq  göstərməsinə  aid  məlumatlara  rast  gəlinir.  Məsələn:  Şeviot  cinsindən  olan  qoyunlar, 


14 
Border-leyster  cinsindən  olan  qoyunlara  nisbətən  nematodlarla  yoluxmaya  daha  davamlı  olurlar. 
Həmçinin, bu cinsdən olan heyvanlarda nematodların patogen təsiri daha zəif müşahidə edilir (1). 
Helmintozlar  zamanı  növ  immuniteti  spesifık  olmaqla,  parazit-sahib əlaqələrindən  asılı olur. 
Bəzən helmint növləri heyvan orqanizmində imaginal, yəni cinsi yetkin mərhələyə çata bilməsə də, 
inkişafının  ilkin  mərhələlərini  keçirmək  qabiliyyətində  olur.  Məsələn,  askaridlər  dovşan  və  hind 
donuzlarının orqanizmində imginal mərhələyədək inkişaf edə bilməsələr də, sürfə mərhələsində bu 
heyvanların ağciyərində miqrasiya edə bilirlər (4). 
Heyvanların  helmintlərlə  intensiv  yoluxmasından,  bəzən  də  hər  hansı  helmintozdan 
sağalmalardan  sonra  orqanizmdə  nisbi  immunitet  yarana  bilir,  yəni  əmələ  gələn  davamlılıq, 
müəyyən  dərəcədə  əsas  sahibin  reinvaziyadan  qorunmasına  imkan  yaradır.  Bu  daha  çox  növ 
immuniteti ilə xarakterizə olunur. 
Helminlərin    mübadilə  proseslərində  ifraz  etdikləri  maddələr,  toksinlər,  parazitlik  etdikləri 
sahib orqanizmində antigenlik xüsusiyyətinə malikdir. Bu antigenlər və sahib orqanizminin bunlara 
qarşı yaratdığı antitellər nəticəsində orqanizmdə immun həssaslıq, sensibilizasiya baş  verir. Sahib 
orqanizminin  formalaşdırdığı  antitellər  spesifik    plazma  qamma-qloblinləri  olmaqla,  helmintlə 
təkrar yoluxmaya qarşı nisbi davamlılıq yaradırlar (5).  
Helmintozlar zamanı yaş immuniteti qeyri spesifık olmaqla, ontogenez prosesində fızioloji və 
struktur  faktorlarının  kəmiyyət  və  keyfiyyətcə  dəyişməsindən  asılı  olur.  Aparılan  araşdırmalar 
nəticəsində aşkar edilmişdir ki, yaşlı heyvanlarda paraskaridlərlə yoluxma zəiflədiyi halda, strongi-
lyatlarla  yoluxma  nisbətən  artır.  Anoplosefalyatlarla  yoluxma  başlıca  olaraq,  cavan  heyvanlarda 
müşahidə  edilir.  Müəyyən  edilmişdir  ki,  diktiokaulyoz  törədicisi  ilə  daha  çox  buzov  və  quzular 
yoluxur, yaşlı heyvanlar isə bu helmintlərlə ya heç yoluxmurlar, ya da çox zəif yoluxma müşahidə 
edilir (3). 
Bir  çox  helmintozlarda  yaş  immunitetinin  olduğuna  baxmayaraq,  onun  mütləq  immunitetə 
çevrilməsi müəyyənləşdirilməmişdir. Yaş immuniteti nisbi immunitet olmaqla, helmintin inkişaf və 
yaşama qabiliyyətindən asılı olur. Demək olar ki, yaş immuniteti əksər helmintozlarda mövcud olur, 
lakin,  onun özünün  biruzə  vermə  forması  fərqli  olmaqla,  parazit sahib  qarşılıqlı  əlaqəsinin inkişaf 
dərəcəsindən asılı olur. Bəzən eyni cinsə aid edilən müxtəlif helmint növləri sahibin yaşından asılı 
olaraq,  fərqli  patogen  təsirlər  göstərir.  Məsələn,  Moniezia  expansa  sestodunun  sistiserkoidləri 
südəmər,  1-2  aylıq  quzuların  şırdanında  ifraz  olunan  şirənin  yüksək  turşuluğuna  davam  gətirdiyi 
halda, Moniezia benedeni sisitiserkoidləri həmin mühitdə tamamilə parçalanırlar. Tədricən quzular 
otla  qidalanmağa  başladıqda  şırdanın  sekresiyasında  turşuluq  aşağı  düşdüyündən  M.benedeni 
sisitiserkoidləri bu baryeri keçərək, yoluxdurma qabiliyyətinə malik olur (4). 
Bağırsaq  sestodları  daha  zəif  immunogen  xüsusiyyətli  olurlar.  Belə  ki,  bağırsaqlarda  hazır 
qida maddələri ilə təmin olunan parazit, sahibin toxumalarının dərinliklərinə miqrasiya etmədiyin-
dən,  dərin  dəyişikliklərə  səbəb  olmur.  Ancaq,  reinvaziyalar  zamanı  parazitin  ölçülərinin  kiçilməsi 
və  inkişafının  zəifləməsi  sahib  orqanizminin  helmintlərə  qarşı  müqavimətinin  artmasına  imkan 
yaradır.  
Helmintozlar zamanı immunitetin ümumi qanunauyğunluqlarına, həmçinin, ilkin yoluxma ilə 
müqayisədə  reinvaziya  zamanı  yoluxmanın  ekstensivlik  və  intensivliyinin  aşağı  düşməsi  də  daxil 
edilir. Eksperimental olaraq sübut edilmişdir ki, istər ilkin yoluxmalarda, istərsə də reinvaziyalarda 
immunitetin əmələ gəlməsinə, sahib orqanizmindən helmintin və ya onun bir hissəsinin atılması da 
səbəb  olur.  Bu  daha  çox  helmintlərin  “öz-özünə  azad  olması”  fenomeni  kimi  meydana  çıxmış  və 
bəzi  helmintlərlə  (məsələn,  hemonxuslar)  yoluxmadan  sonra  quzuların  parazitlərdən  tam  azad 
olunması müşahidə edilmişdir (2). 
 
Helmint  invaziyalarında  anadangəlmə,  qazanılmış  və  yaş  immunitetinin  olduğu  məlumdur. 
Anadangələmə (buna növ immuniteti də deyilir), yəni hər hansı bir helmint növünün bu və ya digər 
heyvan orqanizmində inkişaf edə bilməməsidir. Məsələn, itlərin nazik bağırsağında parazitlik edən 
Toxocara canis nematodu gövsəyən heyvanlarda parazitlik edə bilmir. 
Yaş immunitetində bəzi helmint növləri müəyyən  dövrdə sahib orqanizmində parazitlik etsə 
də,  yaşlandıqdan  sonra  bu  xüsusiyyətini  itirirlər.  Məsələn,  buzovlar  doğulduqdan  5  aylığa  qədər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə