Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   2   3   4   5   6   7   8   9   10   ...   134

15 
Neoascaris  vitulorum  nematodu  ilə  yoluxsalar  da,  sonrakı  dövrlərdə  bu  helmintə  qarşı  qeyri-
həssaslıq göstərirlər, yoluxmurlar.  
Ümumiyyətlə, yeni doğulmuşlarda helmintozlara qarşı təbii immunitet ya tamamilə olmur, ya 
da  çох  zəif  inkişaf  edir.  Ona  görə  də  yaşamın  ilkin  dövrlərində  helmintozlarla  yoluxmuş  körpə 
orqanizmi  parazitin  güclü  patogen  təsirinə  qarşı  müqavimətsiz  qalır  və  uzun  müddət  invaziya 
daşıyıcısına çevrilir. 
Müəyyən edilmişdir ki, immunitetin humoral amilləri hüceyrə amillərindən kifayət qədər son-
ra formalaşır. Yəni, hüçeyrə səviyyəsində müdafiə reaksiyaları daha qədim immunitet formasıdır.  
Helmintozlar  zamanı  yaranan  immunitetdə  orqanizmin  formalaşdırdığı  zülal  strukturu  da 
kifayət  qədər  əhəmiyyət  daşıyır.  Belə  ki,  yaşlı  heyvanların  hasil  etdiyi  immunoqlobulinlər  yad 
faktorlara  qarşı  orqanizmin  müqavimətini  artırır.  İmmunoqlobulinlər  immunitetin  başlıca  amilləri 
hesab edilir va onlar antitelin əsas strukturunun əmələ gəlməsinə xidmət edirlər. 
Müxtəlif  helmint  növlərinə  qarşı  yaranan  immunitetin  dərəcəsi  və  xüsusiyyətləri  helmintin 
biologiyasından asılı olur. Bu zaman immun cavabın ümumi qanunauyğunluqları aşkara çıxır. To-
xumada  lokalizasiya  etməklə, miqrasiya edən helmintlərə qarşı  daha fəal  antitel  yaranır. Ona  görə 
ki,  sürfənin  miqrasiyası  zamanı  əmələ  gətirdiyi  sekresiya  kifayət  qədər  yüksək  antigenlik 
xüsusiyyətinə malik olur (6). 
Bütün  bunları  yekunlaşdırarkən  bu  qanaətə  gəlmək  olur  ki,  helmintozlar  zamanı  immunitet, 
hüceyrə  və  humoral  faktorlarm  təsiri  ilə  inkişaf  edir  və  onun  davamlılığı  törədicinin  növündən  və 
sahib orqanizminin fizioloji vəziyyətindən asılı olur.  
 
ƏDƏBİYYAT 
 
1.
 
Гаджиева  И.А.  Иммунное  состояние  животных  при  гельминтозах  и  возможность  его 
моделирования. Автореф... канд. дис. Москва, 1986, 19 с. 
2.
 
Даугалиева  Э.Х,  Филиппов  В.В.  Иммуный  статус  и  пути  его  корррекции  при 
гельминтозах животных. Москва: Агропромиздат, 1991, 188 с. 
3.
 
Ершов  В.С.Проблемы  иммунитета  и  аллергии  при  гельминтозах.  Пробл.  Вет 
иммунологии. Москва: Агропромиздат, 1985, с.17-22 
4.
 
Лейкина  Е.С.  Роль  аллергических  реакций  немедленного  и  замедленного  типов  в 
механизмах  иммунитета  при  гельминтозах.  Жур.Мед.  паразитол.  и  паразитарных 
болезни. Москва, 1975,№ 4,  с.77-84 
5.
 
Кузнецов  МИ.  Научные  и  прикладные  вопросы  в  гельминтологии.  Москва:  Колос, 
1978, с.125-136.  
6.
 
Филиппов  В.В.  Эпизоотология  гельминтозов  сельскохозяйственных  животных. 
Москва. Агропромиздат. 1988, с. 18-69. 
 
ABSTRACT 
Etibar Mammadov 
Formation of immunity in helminth invasions 
The article it is devoted to one of poorly studying questions, studying of feature of immunity 
at helminthosis. It is revealed, that at helminthosis the immunity developing under influence cellular 
and  humoral  of  factors  is  formed,  and  its  intensity  depends  on  species  of  the  activator,  a 
physiological condition of an animal. 
The ability to develop immunity in diseases caused by parasitic helminths is closely related to 
the  general  state  of  the  body:  good  living  conditions  and  full  feeding  of  animals  enhance  their 
protective reactions. 
 It  has  been  revealed  that  helminthiosis  produces  immunity,  which  develops  under  the 
influence  of  cellular  and  humoral  factors,  and  its  intensity  depends  on  the  type  of  pathogen,  the 
physiological state of the animal. 
 
 


16 
РЕЗЮМЕ 
Этибар Мамедов 
Формирование иммунитета при гельминтных инвазиях  
Статья  посвящено  одному  из  малоизученных  вопросов,  изучения  особенности 
иммунитета  при  гельминтозах.  Иммунитет  представляет  собой  изменчивый  биологический 
процесс, развивающийся в результате взаимодействия организма хозяина и гельминтов.  
Способность к выработке иммунитета при заболеваниях, вызываемых паразитическими 
гельминтами, тесно связана с общим состоянием организма: хорошие условия содержания и 
полноценное кормление животных усиливают у них защитные реакции. 
 Выявлено,  что  при  гельминтозах  образуется  иммунитет,  развивающийся  под  воздей-
ствием  клеточных  и  гуморальных  факторов,  и  напряженность  его  зависит  от  вида  воз-
будителя, физиологического состояния животного.  
 
 
NDU-nun  Elmi  Şurasının  27  aprel  2017-ci  il  tarixli  qərarı  ilə  çapa 
tövsiyyə  olunmuşdur. (protokol № 08)



17 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2017,  № 3 (84) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2017,  № 3 (84) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2017,  № 3 (84) 
 
HƏBİB HÜSEYNOV 
Naxçıvan Dövlət Universiteti 
hebibhuseynov.1972@mail.ru 
SƏXAVƏT BAYRAMOV 
Naxçıvan Dövlət Universiteti 
UOT: 595.768 
NAXÇIVAN MUXTAR RESPUBLİKASI ƏRAZİSİNDƏ YONCA BİTKİSİNƏ  
ZƏRƏRVERƏN  BƏZİ NÖVLƏRİN BİOEKOLOJİ XÜSUSİYYƏTLƏRİ VƏ  
ONLARA QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ 
Açar sözlər: Otiorrhynehus ligustica,  Laphygma exigua, yumurta, sürfə,  Naxçıvan 
Key words: Otiorrhynehus ligustica Laphygma exigua,egg, larva, Nakhchivan 
Ключевые слова: Otiorrhynehus ligustica Laphygma exigua, яйцо, личинка, Нахчыван 
 
Azərbaycanda və  Naxçıvan MR ərazisində yonca bitkisi ilə qidalanan zərərvericilərin növ tərkibi 
olduqca müxtəlifdir. Respublikada yonca bitkisinin əsas zərərvericiləri N.H.Səmədov, S.R.Məmmədova, 
A.V.Boqaçev və başqalarını tərəfindən nisbətən öyrənilmişdir  [1, 2, 3]. Azərbaycan ərazisində 42 növdən 
çox paxlalı bitkilərin, 91 növ yem bitkilərinin zərərvericiləri müəyyən olunmuşdur ki, bunlardan 30 növü 
Naxçıvan  MR  ərazisində  yayılmışdır.  Bunları  3  qrupa  bölmək  olar.  Birinci  qrup,  daimi  zərərvericilər 
hesab olunurlar. İkinci qrup zərərvericilər dövri zərərvericilər hesab olunur ki, onlar iqlim şəraitindən asılı 
olaraq  müxtəlif  illərdə  çoxalıb  zərər  verə  bilirlər.  Üçüncü  qrup  zərərvericilər  isə  təsadüfi  növlər  hesab 
olunurlar ki, onların təsərrüfat zərəri iqtisadi əhəmiyyət kəsb etmir. Ən çox iqtisadi zərərvericilərdən yonca 
yarpaq uzunburunu və ya fitonomus, yonca yoğunayağı, yonca böcəyi, bozqıllı uzunburun, toxumyeyən 
tixus və digər növlərdir ki, bunların bir çoxu Naxçıvan MR ərazisi üçün  xarakterikdir. 
 
Bunlardan  əlavə  respublikanın  müxtəlif  rayonlarında  yoncaya  nisbətən  az  zərər  verən  bir 
sıra həşərat növlərinə də təsadüf edilir. Bunlara misal olaraq noxud mənənəsi, tumurcuq uzunbur-
unu  (apion),  məftil  qurdları,  sovkaların  kök  boğazı  gəmirən  tırtıllarını,  qamma  sovkasını,  yonca 
sovkasını, karadirianı, damcıləçəkli sovkanı və s. növləri göstərmək olar.  
 
Bir  sıra  növlərə  isə  təsadüfi  olaraq  yonca  bitkisi  üzərində  rast  gəlmək  olur  ki,  bunlar 
xarakterik növlər hesab olunur. Respublikamızın ayrı-ayrı ərazilərində daha geniş yayılan, daimi və 
dövri zərər verən növlərin müxtəlifliyini göstərməyi məqsədəuyğun hesab edirik. 
Cədvəl 1. 
 
 
 
 
 
 
Yonca zərərvericilərinin növ müxtəlifliyi 
S.s. 
Növlərin adı 
S.s. 
Növlərin adı 

Yonca böcəyi – Otiorrhynehus ligustica L. 
16 
Yonca uzunbığı – Plagionotus florolis 
Pall. 

Qarayonca uzunburunu–Sitona crinitus 
Hrbst. 
17 
Pişikotu uzunbığı – Agapanthia violcea F. 

Bozqıllı uzunburunu – S.suleifrons Hrbst. 
18 
Yonca dənyeyəni – Brichidus femeralis 
Gyll. 

Zolaqlı noxud uzunburunu – S.einaetus L. 
19 
Yonca yoğunayağı – Brucehophagus 
gibbus B. 

Yonca kök yumrusu uzunburunu – 
S.longulus Gyll. 
20 
Yonca taxtabitisi – Adelphocorus 
lineolatus Geoze. 

Kök yumurucuq uzunburunu – S.callolus 
Gyll. 
21 
Tumurcuq çəhrayı ağcaqanadı – 
Dasyneura ignorata W. 

Sarıayaq uzunburunu – S.hispidulus 
22 
Yonca çiçək ağcaqanadı – Contarinia 
medicaginis K. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə