Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   2   3   4   5   6   7   8   9   ...   134


NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2017,  № 3 (84) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2017,  № 3 (84) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2017,  № 3 (84) 
 
SALEH MƏHƏRRƏMOV  
Naxçıvan Dövlət Universiteti  
salehmaharramov@mail.ru 
ƏZİZƏ HÜSEYNOVA  
Naxçıvan Dövlət Universiteti 
daffadil73@mail.ru 
UOT: 581.6 
NAXÇIVAN MUXTAR RESPUBLİKA FLORASINDA YAYILMIŞ S. SCLAREA L., 
S.LIMBATA C.A.MEY. VƏ S.HYDRANGEA DC.EX BENTH.  NÖVLƏRİNİN 
ANTİHELMİNT SƏMƏRƏSİ 
Açar sözlər: ənbər sürvə, köbəli sürvə, ilanbaş sürvə, efir yağı, bişirmə, helmintosid  
Ölkə  iqtisadiyyatının  əsasını  təşkil  edən  sahələrdən  biri  də  heyvandarlıqdır.  Müasir  dövrdə 
respublika əhalisini ət və süd məhsulları ilə təmin etmək ücün heyvandarlığın inkişafına daha ciddi 
diqqət  yetirilir.  Təsərrüfatların  sürətlə  inkişaf  etdirilməsi  üçün  heyvanları  parazitar  xəstəliklərdən 
qorumaq,  bu  xəstəliklərə  qarşı  mübarizə  tədbirləri  aparmaq  günün  vacib  məsələlərindən  biridir. 
Məlumdur  ki,  belə xəsətliklər  ət,  süd  və  balavermə  məhsuldarlığını  aşağı  salmaqla,  heyvandarlığa 
ciddi ziyan vurur.  
Parazitar  xəstəliklərlə  mübarizədə  xalq  təbabətinə  görə  bitkilərdən,  sonradan  isə  kimyəvi 
dərman  preparatlarından  istifadə  edilib.  Kimyəvi  maddələrlə  aparılan  müalicə  tez  bir  zamanda 
yüksək nəticə versədə, belə maddələr uzun müddət tətbiq edildikdə parazitlərdə onlara qarşı uyğun-
laşma yaranaraq sonrakı müalicələrdə yüksək nəticə əldə edilmir. Kimyəvi dərman preparatlarının 
tərkibində  əsasən  bir  təsiredici  fəal  maddə  olduğundan  xəstəlik  törədicilərinə  spesifik  təsir  edərək 
onları məhv edir, lakin parazit orqanizmində bir maddəyə qarşı uyğunlaşma qısa bir zamanda baş 
verir.  Parazitlər  kimyəvi  dərman  preparatlarını  parçalaya  biləcək  fermentlər  sintez  etməklə  bu 
maddələri  parçalayır  və  bunula  da    özlərini  qorumuş  olurlar.  Bitkilərin  kimyəvi  tərkibində  isə  bir 
necə fəal təsiredici maddə olduğundan parazitlər onlara qarşı dayanıqlıq yarada bilmirlər [4]. 
Bəzi  tədqiqatçıların  fikrinə  görə  parazitlərə  qarşı  mübarizədə  kimyəvi  dərman  preparatları 
bakteriosid  təsirli  bitkilərlə  qarışıq  şəkildə  istifadə  edilməlidir.  Bu  səbəbdən  ki,  parazit  orqa-
nizmində  kimyəvi  preparatları  parçalayan  fermentlər  sintez  edilən  zaman  bitki  tərkibində  olan 
biokimyəvi  maddələr  həmin  fermentlər  haqqında  məlumat  saxlayan  genləri  represiya  edərək,  bu 
fermentlərin  sintezinin  qarşısını  alır.  Bitki  və  kimyəvi  dərman  preparatları  sinergist  təsir  göstər-
diyindən, parazitlərdə dözümlülük effekti yarana bilmir [14] 
Helmintozlarla  mübarizədə  də  həm  kimyəvi,  həm  də  bitki  mənşəli  preparatlardan  istifadə 
edilir.  Kimyəvi  maddələrin  müsbət  təsiri  ilə  yanaşı  mənfi  təsirləridə  olur.  Belə  maddələr  heyvan 
orqanizmində  bəzi  orqanlara  toplanaraq  patoloji  dəyişikliklər  yarada  bilir.  Həmçinin  kimyəvi 
maddələr  orqanizmə  bir  istiqamətdə  təsir  etdiyi  halda,  bitki  və  bitki  mənşəli  preparatlar  parazitə 
məhvedici təsir göstərməklə yanaşı, sahib orqanizmdə immunsistemi gücləndirir, sərbəst radikalları 
neytrallaşdırmaqla  orqan  və  sistemlərin  funksiyasını  qoruyur  [13].  Buna  görə  də  parazitlərə  qarşı 
antihelmint  təsirə  malik  otlaq  bitkilərinin  müəyyən  edilməsi  parazitoloqlar  və  bioloqlar  qarşısında 
duran ən mühüm problemlərdən  biridir. 
Naxçıvan  Muxtar  Respublikası  bütün  tədqiqat  obyektlərini  özündə  cəmləyən  zəngin  floraya 
malikdir.  Bu  florada  yayılmış faydalı  bitki  qrupları içərisində  efir  yağlı və dərman  bitkiləri xüsusi 
əhəmiyyət  kəsb  edir.  Lamiaceae  fəsiləsinə  aid  olan  bitkilərin  əksəriyyəti  antibakterial  aktivliyə 
malik efir yağlı bitkilərdir. Salvia cinsi Lamiaceae fəsiləsinin Nepetoideae yarımfəsiləsi, Menthaeae 
tribasına aid olub [11], Muxtar Respublika florasında 19 növü  yayılmışdır [2]. Bu bitkilər tərkibi 
fəal təsiredici maddələrlə zəngin olduğundan antimikrob, antifuqal, antiviral, antioksidant, sedativ, 
qastrointestenal təsirli dərman vasitəsi kimi tibbdə və baytarlıq təbabətində istifadə edilir [1,3].  



Salvia növlərinin kimyəvi tərkibində fitonsid xarakterli terpenlər üstünlük təşkil edir [8]. Bu 
maddələr  lipofil  xarakterli  olduğundan  parazit  orqanizmində  membran  keçiriciliyini  pozaraq,  onu 
məhv edir. Ona görə də efir yağlı bitkilər içərisində məhz bu cinsə aid növlər nisbətən geniş tədqiq 
edilibdir [3,  5].  Lakin  Salvia  L.  cinsinə  aid  olan  növlərin  antihelmint aktivlikləri  lazımınca  tədqiq 
edilməmişdir  [12].  Bu  cinsə  aid  olan  S.sclarea  L.,  S.limbata  C.M.Mey.  və  S.hydrangea  DC.  ex 
Benth. növlərinin helmintosid təsiri tərəfimizdən öyrənilmişdir. 
Tədqiqat  zamanı  Salvia  L.  cinsindən  olan  S.sclarea  L.,  S.limbata    C.A.Mey.,  S.hydrangea 
DC.ex  Benth.  növlərinin  həm  efir  yağlarından,  həm  də  bişirmələrindən  hazırlanan  preparatların 
antihelmint  səmərəsi  araşdırılmışdır.  Naxçıvan  Muxtar  Respublikasının  Şahbuz  rayonu  ərazisinə 
edilən  ekspedisiyalar  zamanı  bölgənin  aşağı,  orta  və  yuxarı  massivlərindən  (d.s.  1500-2400  m 
yüksəklikdə)    S.sclarea  L.,  S.limbata    C.A.Mey.  və  S.hydrangea  DC.ex  Benth.  növləri  kütləvi 
çiçəkləmə  fazalarında  toplanmışdır.  Bitkilərin  çiçəkli  yerüstü  hissələri  doğranaraq,  havalı  kölgə 
yerdə  qurudulmuşdur.  Qurudulmuş  bitki  xammallarından  hidrodistilyasiya  metodu  ilə  efir  yağları 
alınmışdır [7]. QMX metodu ilə efir yağlarının tərkibi identifikasiya edilmişdir. Əldəedilən açıq sarı 
rəngli  efir  yağlarının  2%-li  spirt  məhlulundan  1:5,  1:10  və  1:20  durulaşma  nisbətində  antihelmint 
preparatlar hazırlanmışdır. Bişirmə hazırlamaq üçün 1:5 nisbətdə qurudulmuş xammalla su qarışığı 
30  dəqiqə  su  hamamında  saxlanılmış,  bişirmə  hazır  olduqdan  sonra  məhlul  soyudulmuş  və  ikiqat 
tənzifdən  süzülmüşdür  [9].  Hazırlanmış  preparatların  həm  in  vitro,  həm  də  in  vivo  şəraitdə 
helmitosid təsiri öyrənilmişdir.  
İn vitro təsiri öyrənmək üçün müxtəlif ekoloji zonalarda istifadə məqsəd ilə kəsilmiş qoyun-
lardan  tam  helmintoloji  yarma  üsulu  ilə  nazik  və  yoğun  bağırsaq  möhtəviyyatları  və  qoyunların 
şirdanı  götürülmüşdür  [10].  Helmintosid  tədqiqat  NDU  Tibb  fakültəsi    laboratoriyasında  aparıl-
mışdır. Götürülmüş bağırsaq möhtəviyyatları ayrı-ayrılıqda bir neçə dəfə ardıcıl formada yuyulmuş, 
qalan  çöküntü  helmintoskopiya  üsulu  ilə  müayinə  edilərək  parazitlər  araşdırılmışdır  [6].  Tapılan 
parazitlər fizioloji məhlula salınmışdır. Bitkilərdən əldəedilən efir  yağlarının orqanizmdən kənarda 
antihelmint  təsirini  hər  bir  efir  yağından  ayrılıqda  hazırlanmış  preparatlara  mədə-bağırsaq  trak-
tından götürüb fizioloji məhlula daxil edilmiş imaginal helmintlər üzərində təcrübə aparmaqla müəy-
yənləşdirilmişdir.  Bunun  üçün  helmintlər  1:5,  1:10  və  1:20  nisbətində  durulaşdırılmış  efir  yağı 
preparatlarına  salınmış  və    hər  15  dəqiqədən  bir  fizioloji  məhlula  keçirilərək  hərəkətsizlənmə  və 
məhv olmaları yoxlanılmışdır.  
S. sclarea, S.limbata  S.hydrangea növlərindən hazırlanmış bişirmələrin  in vitro şəraitində 
helmintlərə təsiri də öyrənilmişdir. Fizioloji məhlula salınmış helmintlərin hər bir növündən 15-20 
ədəd  ayrı-ayrı  petri  kasalarına  keçirilərək  üzərinə  hazırlanmış  məhlullardan  əlavə  edilmişdır. 
Helmintlərə  nəzarət  edərək  onların  hərəkətsizlənmələri  izlənmiş  və  hərəkətsizlənmiş  helmintlər 
fizioloji  məhlula  salınaraq  ölü,  yaxud  diri  olduqları  yoxlanılmışdır.  Canlı  olan  helmintlər  yenidən 
antihelmint preparatlara salınaraq ölüm vaxtları müəyyənləşdirilmişdir. 
Nəzarət üçün həmin növ helmitlərdən eyni sayda fizioloji məhlul olan kasaya qoyub təcrübə 
qrupunda olduğu kimi onların hərəkətsizlənmə zamanlarına diqqət  edilmişdir. 
In vitro üsulunda S. sclarea, S.limbata  S.hydrangea efir yağlarından hazırlanmış preparat-
ların helmintosid təsirinin nəticəsi cədvəl 1-də təqdim olunur.  
S. sclarea, S. limbata  S. hydrangea efir yağlarının helmintosid təsirləri  
Cədvəl 1. 
          Helmintlər 
Efir yağı    
durulaşma dərəcəsi  
 
Hemonxus 
 
Nematodirus 
 
Trixostrongilus  
 
Trixosefalyus 
 
S.sclarea  
1:5 
55dəq. 
1s.05dəq.  
1s.35dəq.  
18s.20dəq. 
1:10 
1s.35dəq. 
1s. 40dəq. 
2s.05dəq. 
21s.10dəq. 
1:20 
2s.20dəq. 
2s.10dəq. 
2s.45dəq. 
22s. 
 
S.limbata  
1:5 
2s.20dəq. 
2s.05dəq. 
3s.10dəq. 
23s.10dəq. 
1:10 
2s.45dəq 
2s.55dəq. 
3s.40dəq. 
24s. 
1:20 
3s.  
3s.20dəq. 
4s.05dəq. 
24s.30dəq. 
 
1:5 
1s.10dəq. 
1s.15dəq. 
2s. 
19s. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə