Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə90/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   86   87   88   89   90   91   92   93   ...   134

188 
miqdarı müvafiq olaraq 642 ton, 574 ton və 20 ton idi. İstehsal olunan 60 ton pambığın 10%-i vergi 
şəklində  ödənilirdi.  Bunlarla  yanaşı  gənəgərçək,  mərcimək,  noxud,  paxla,  çəltik,  çəyirdəkli 
meyvələrdən ərik, alça, şaftalı əkinçiliyin əsasını təşkil edirdi.  
Qoyun  və  keçilərin  ümumi  sayı  125  min  başdan  artıq  idi.  315  yaşayış  məntəqəsindən  ibarət 
Sancağın ümumi illik gəliri 2 milyon 629 min ağca təşkil edirdi. Qeyd etmək lazımdır ki, 1 ağca pul 
vahidi təxminən 1 kq buğda ilə ekvivalent sayılırdı [9]. 
Nadir  şah  Əfşarın  hakimiyyəti  dövründə  qanlı  müharibələrin  xərcini  ödəmək  üçün  yeridilən 
qəddar iqtisadi siyasət digər bölgələr kimi Naxçıvanın da iqtisadiyyatına güclü zərbə vurur, tez-tez 
baş  verən  qiyamlar  şahlığın  dağılmasına  və  nəticədə  yeni  müstəqil  xanlıqların,  o  cümlədən 
Naxçıvan xanlığının yaranmasına səbəb olur. 
Beləliklə,  1747-ci  ildə  2  bölgədən  və  9  mahalda  ibarət  Naxçıvan  xanlığı  yaranır.  Xanlığın 
Naxçıvan  bölgəsinə  Naxçıvan,  Xök,  Əlincə,  Dərələyəz,  Ordubad  bölgəsinə  isə  Ordubad,  Əylis, 
Dəstə, Çənənəb və Biləv mahalları daxil edilir. 
Azərbaycanın xanlıqlara parçalanması Rusiyanın Qafqazın mənimsənilməsi siyasətini güclən-
dirir.  Rus  çarının  xüsusi  nümayəndələri  Azərbaycan  haqqında  San  Piterburq  üçün  xüsusi 
məlumatlar hazırlayır. Bu məlumatların əsasını regionun fiziki, iqtisadi və sosial coğrafiyası təşkil 
edir,  ayrı-ayrı  xalqların  dini,  milli  mənsubiyyətləri,  adət  ənənələri,  təsərrüfat  həyatı,  yaşadıqları 
areallar, onların say tərkibi, eyni zamanda regionun faydalı qazıntıları, təbii sərvətləri, oroqrafiyası, 
hidrologiyası yolları və s. barədə gizli məlumatlar toplanır. Toplanan hərbi-strateji məlumatlar çar 
arxivində qorunun və xanlıqların Rusiya ilə birləşdirilməsindən sonra onların əksər hissəsi xidməti 
məqsədlər və yeni zəbt olunan ərazilərdə idarəetməni asanlaşdırmaq üçün çap edilirdi.      
 
 
ƏDƏBİYYAT 
 
1.
 
 Левашов Е.А. Словарь географических названий. Москва, 1981, 551 с. 
2.   Bababəyli N.S. Gəmiqayanın bəzi geoloji xüsusiyyətləri və paleocoğrafi şəraitinə dair. AMEA 
NB, Xəbərlər №1, Naxçıvan, 2005, s.137-142 
3.  Bababəyli N.S., Qurbanov Ə.K. və b. Naxçıvanda Vəlibaba mağarası. NDU, Xəbərlər, №16, 
Naxçıvan, 2005, s.85-88 
4.  Babayev  N.S.,  Qədirzadə  Q.  və  b.  Dərəşam  mağarası.  BDU-nun  xəbərləri.  Təbiət  elmləri 
seriyası. Bakı, 2002, №3, s.237-242 
2.
 
  Абд-ар Рашид ал Бакуви. Китаб талхис ал-асар ва аджаиб ал-малик ал каххар. Москва, 
1971, (перевод З.М.Буниатова). 
3.
 
 Челеби Эвлия. Книга путешествия. Москва, 1979. 287 с. 
7.  Babayev S.Y. Jan Şardenin Naxçıvana səyahəti. Azərb.EA-nın xəbərləri. Yer haqqında elmlər 
seriyası. 1972, №3, s.75-79 
8.  Osmanlı arşiv belgelerinde Nahçıvan. TC devlet arşivleri genel müdürlüğü. İs., 2011, 568 s.        
 
ABSTRACT 
Nazim Bababeyli 
 
About economic-geographical character of Nakhchivan in period before beginning  
of XVI and XIX centuries 
 
Natural  conditions  and  resources  played  an  important  role  in  the  formation  of  the  ancient 
Nakhchivan,  which  was  located  on  the  ancient  silk  way.  In  different  periods  its  economy  was 
completely  destroyed  and  newly  developed,  were  created  architecture,  ceramics,  weaving,  carpet 
weaving, jewelry and others. 
In article are shown and separately characterized different specialized branches.  
 
 


189 
РЕЗЮМЕ 
Назим Бабабейли 
 
Об экономико-географической характеристике Нахчыванского края  
до начала XVI и XIX веков 
 
Природные  условия  и  ресурсы  играли  важную  роль  в  формировании  древнего  Нахчы-
ванского  края,  находящегося  на  древнем  шелковом  пути.  В  различные  периоды  её  экономика 
была полностью разрушена и заново развита, были созданы архитектура, керамика, ткачество, 
ковроделие, ювелирные изделия и другие направления по различным специальностям. 
В статье указываются и по отдельности характеризуются различные специализированные 
отрасли.   
 
 
 
NDU-nun  Elmi  Şurasının  27  aprel  2017-ci  il  tarixli  qərarı  ilə 
çapa tövsiyyə  olunmuşdur. (protokol № 08)

 
 
 
 


190 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2017,  № 3 (84) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2017,  № 3 (84) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2017,  № 3 (84) 
 
ƏLİ HƏSƏNOV 
ÜLVİYƏ İSGƏNDƏROVA 
Naxçıvan Dövlət Universiteti 
İSMƏT HƏSƏNOV 
Naxçıvan Universiteti 
UOT: 911.2 
NAXÇIVAN MR ƏRAZİSİNDƏ SELLƏRİN COĞRAFİ YAYILMA XÜSUSİYYƏTLƏRİ 
VƏ ONLARIN VURDUĞU ZİYANIN QİYMƏTLƏNDİRİLMƏSİ 
Açar sözlər: Sel, yayılma xüsusiyyəti, tranzit sellər, səyyari bitki və heyvanlar, qiymətləndirmə 
Ключевые  слова:  Наводнение,  особенности  распространения,  транзитные 
наводнение, подвижных растений и животных, оценка 
Key wordsFloat, spreading properties, transit floatis, moveable hurb and  animals, 
evaluating 
Son  dövrlərdə baş verən təbii   hadisələr icərisində  daha  cox  fəlakət  törədənləri  sellərdir.  Sel 
haqqında xalq deyimlərində deyilir ki, “selin allahı olmaz”. Doğrudan da sel insanlara o qədər ziyan 
vurur  ki,  onu  bəzən  hesablayıb  çıxarmaq  olmur.  Naxçıvan  MR  ərazisi  sellilik  cəhətdən  özünə 
məxsus  xüsusiyyətlərə  malikdir.  Tarixi  dövr  ərzində  sellər  respublika  təsərrüfatına  ciddi  ziyanlar 
vurubdur.  İnsanlar  daim  bu  ziyanlardan  yan  keçmək  üçün  yollar  axtarmış  və  tədbirlər  görməyə 
çalışmışlar. Bu baxımdan elmi-tədqiqat işi aktual bir məsələyə həsr edilmişdir. 
Sel şiddətli yağıntı düşməsindən və onun intensivliyindən asılı olaraq yaranır. 
Ərazidə  leysan  yağışlarının  intensviliyinin  1-2  hətta  2-8  mm  dəqiqəyə  çatması  müşahidə 
edilibdir.  Sel  hadisəsinin  baş  verməsi  üçün  leysan  yağışlarla  yanaşı  suxurların  litoloji  tərkibi,  çay 
hövzəsinin  kifayət  qədər  meyilliyi,  bitki  örtüyünün  seyrək  olması  və  s.  amillərin  rolu  böyükdür. 
Selin dağıdıcı qüvvəsinin artmasına səbəb isə müəyyən dövr davam edən quraqlıqdır (6 səh.52). 
Qarın əriməsindən təsadüfi hallarda sel əmələ gələ bilər. Sellərin  yarandığı sahə maksimum 
yağıntı düşən sahədən aşağıda yerləşir. Sel hadisəsi uzun müddət davam edən quraqlıqdan sonra baş 
verir.  Quraqlıq  nəticəsində  aşınma  sürətlənir,  torpaq  məsaməliliyini  itirir,  torpağın  su  udma 
qabiliyyəti  kəskin  azalır.  Leysan  yağışı  nəticəsində  yağıntı  düşən  sahədə  toplanan  su  aşınma 
materiallarını yuyaraq aparır və dəşhətli hadisələr törədir. 
Muxtar respublika ərazisini sel hadisəsinin təkrarlanmasına, intensivliyinə və s. görə 3 rayon 
ayırmaq olar (6 səh. 53). 
1.
 
Gilançaydan şərqdə yerləşən rayon. Burada adətən duru, daşlı-palçıqlı, gilli-palçıqlı sellər 
fəal  inkişaf  etmişdir.  Bu  rayonda  yerləşən  Vənədçay,  Əylisçay,  Odubadçay,  Gənzəçay  və 
Kotamçay sel hadisəsinin daha çox müşahidə edildiyi çaylardır. 
2.
 
Gilançaydan  qərbdə  qalan  rayon.  Bu  rayonda  Gilançaydan  Şərqi  Arpaçaya  qədər  sel 
hadisəsinin zəif müşahidə edildiyi rayon. 
3.
 
Şərqi  Arpaçaydan  qərbdə  yerləşən  rayon.Bu  rayonda  sellərin  miqdarı  yenidən  artir  və 
orta dərəcəli selli rayon kimi qiymətləndirilə bilər.(9 səh. 155-157) 
Bu rayonlar daxilində sellərin daha intensiv olduğu sektorlar ayırmaq olar. Məsələn, birinci 
rayonda  Ordubadçay,  Dübəndiçay,  Əylisçay  kimi  hövzələrdə,  ikinci  rayonda    Zərnətünçay, 
Biçənəkçay,  Cəhriçayın  Kərməçataq,  Lizbirtçay  qollarında  sellər  daha  intensiv  baş  verir.  Sellərin 
qarşısının  alınmasıformalaşdığı  rayonda  və  ona  yaxın  ərazilərdə  aparılmalıdır.Tranzit  sellərin 
vurduğu ziyanların qarşısının alınmasının əlverişli  yolu sellərə qarşı mühafizə tədbirlərini  yaşayış 
məntəqələrindən kənarda görməli və yaşayış məntəqələrində əgər sel ziyan vuracaqsa onun qarşısını 
alan maneləri aradan qaldırmaq lazımdır. 
Naxçıvançay  və  Əlincəçay  hövzəsində  yerləşən  meşələr  sel  əmələ  gəlməsinin  qarşısını  alır. 
Bu çaylarda sel hadisəsi çox təsadüfi hallarda baş verir. Sellərə qarşı mübarizə tədbirlərini iki qrupa 
hidrotexniki mühafizə (qeyri fəal) və fitomeliorativ (fəal) mühafizə növünə  bölmək olar (6 səh.54). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə