Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə87/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   83   84   85   86   87   88   89   90   ...   134

180 
ABSTRACT 
 
Fizza Memmedova 
The sorption of Cu 
2+
 and Cd 
2+
 ions by resin duolite c – 467 
 
The  conditions  of  equilibrium  and  kinetics  of  sorption  of  Cu 
2  + 
and  Cd 
2  +
  ions  from  resin 
Duolite  C-467amino-phosphonate  functional  group,  calculated  the  equilibrium,  kinetic  and 
thermodynamic  parameters  of  the  process.  Found  that  in  all  cases  the  rate  of  sorption  is  under 
internal  diffusion in  the selected  range of  concentrations.  It  is proved that  between  selectivity and 
kinetic sorption capacity of the ion exchanger has a relationship. The regimes of waste stripping the 
resin desorbents different concentration and nature. 
 
NDU-nun  Elmi  Şurasının  27  aprel  2017-ci  il  tarixli  qərarı  ilə 
çapa tövsiyyə  olunmuşdur. (protokol № 08)

Məqaləni çapa təqdim etdi: Kimya elmləri doktoru, professor 
T.Əliyev
 
 
 
 
 


181 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2017,  № 3 (84) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2017,  № 3 (84) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2017,  № 3 (84) 
 
NİGAR RZAYEVA 
Akad.Y.H.Məmmədəliyev adına AMEA-nın 
Neft-Kimya Prosesləri İnstitutu 
UOT:
 
543.544 
GÜNƏBAXAN YAĞININ TURŞULARININ İMİDAZOLİNAMİNLƏRİ ƏSASINDA 
KONSERVASİYA MAYELƏRİ 
Açar sözlər: atmosfer korroziyası, oksidləşmiş günəbaxan yağı, nitrobirləşmə, imidazolin 
Key words: atmosfer corrosion, oxidized sunflower oil, nitro compound, imidazolyn 
Ключевые слова: атмосферная коррозия, окисленное подсолнечное масло, 
нитросоединение, имидазолин 
Konservasiya  mayeləri  atmosfer  korroziyasından  mübarizədə  geniş  istifadə  olunur  [1-4]. 
Konservasiya mayelərinin  yaradılmasında inhibitor kimi azotlu birləşmələr  geniş istifadə edilir [5-
8]. Lakin əksər azotlu birləşmələrin xammal ehtiyatı az və tükənən, qiymətləri isə baha olduğundan 
onların istifadə imkanları məhduddur. Odur ki, bərpa olunan xammallar əsasında yeni konservasiya 
mayelərinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. 
Son  illər  Neft  Kimya  Prosesləri  İnstitutunda  aparılan  tədqiqatlar  bitki  yağlarının  xammal  kimi 
istifadəsinin mümkün olduğunu göstərir [9-13]. Biz günəbaxan yağı turşularının polietilen poliamin 
(PEPA) ilə müxtəlif mol nisbətlərində imidazolin aminlər sintez etmişik. 
 
Sonra  alınan  imidazolinlərin  günəbaxan  yağı  turşuları  ilə  1:1÷1:6  mol  nisbətlərində  kom-
pleksləri alınmış və T-30 distillatına 10% əlavə edilməklə kompozisiya hazırladıq və konservasiya 
mayesi  kimi  sınaqdan  keçirdik.  Günəbaxan  yağı  turşuları  və  PEPA  ilə  1:1  mol  nisbətində  alınmış 
imidazolinin  günəbaxan  yağı turşuları  ilə  kompleksləri  əsasında  konservasiya mayesinin  nəticələri 
cədvəl  1-də  verilir.  Cədvəldən  göründüyü  kimi  sınaqdan  keçirilən  kompozisiyaların  müdafiə 
effektləri kifayət qədər yüksək deyil. 
Cədvəl  1.Günəbaxan  yağı  turşularının  PEPA  ilə  1:1  mol  nisbətində  alınmış  imidazolinin 
günəbaxan  yağı  turşuları  əsasında  alınmış  komplekslər  əsasında  konservasiya  mayelərinin  sınaq-
larının nəticələri. Kompleksin kompozisiyada miqdarı 10% (müdafiə müddəti – sutka). 
Nümunələr 
“Q-4” 
hidrokamerada 
Dəniz 
suyunda 
0,001%-li 
H
2
SO
4
 
məhlulu 
1) T-30 + imidazolin və günəbaxan yağı 
turşularının 1:1 mol nisbətində kompleksi 
127 
54 
51 


182 
2) T-30 + imidazolin və günəbaxan yağı 
turşularının 1:2 mol nisbətində kompleksi 
89 
40 
59 
3) T-30 + imidazolin və günəbaxan yağı 
turşularının 1:3 mol nisbətində kompleksi 
68 
43 
40 
4) T-30 + imidazolin və günəbaxan yağı 
turşularının 1:4 mol nisbətində kompleksi 
121 
57 
72 
5) T-30 + imidazolin və günəbaxan yağı 
turşularının 1:5 mol nisbətində kompleksi 
95 
76 
72 
6) T-30 + imidazolin və günəbaxan yağı 
turşularının 1:6 mol nisbətində kompleksi 
37 
22 
21 
Günəbaxan  yağı  turşuları  və  PEPA  2:1  mol  nisbətində  alınan  imidazolinin  günəbaxan  yağı 
turşuları ilə kompleksləri əsasında hazırlanmış kompozisiyaların sınaqlarının nəticələri cədvəl 2-də 
verilir. 
Cədvəl  2.Günəbaxan  yağı  turşularının  PEPA  ilə  2:1  mol  nisbətində  alınan  imidazolinin 
günəbaxan yağı turşuları ilə kompleksləri əsasında konservasiya mayelərinin sınaqlarının nəticələri 
(polad-3; kompozisiyada kompleksin miqdarı – 10%), sutka.  
Nümunələr 
“Q-4” 
hidrokamerada 
Dəniz 
suyunda 
0,001%-li 
H
2
SO
4
 
məhlulunda 
1) T-30 + imidazolinin günəbaxan yağı 
turşularının 1:1 mol nisbətində kompleksi 
41 
24 
23 
2) T-30 + imidazolinin günəbaxan yağı 
turşularının 1:2 mol nisbətində kompleksi 
61 
41 
40 
3) T-30 + imidazolinin günəbaxan yağı 
turşularının 1:3 mol nisbətində kompleksi 
42 
25 
24 
Cədvəl  2-dəki  nəticələr  göstərir  ki,  molekulda  2  imidazolin  fraqmenti  olduqda  kompozisi-
yanın müdafiə effekti kəskin azalır. 
Günəbaxan  yağının  müdafiə  effektini  artırmaq  üçün  günəbaxan  yağı  katalizator  iştirakı  ilə 
oksidləşdirilmiş və molekulda olan ikiqat rabitələr oksigenli qruplarla funksionallaşdırılmışdır. 
Müəyyən  edilmişdir  ki,  oksidləşmiş  günəbaxan  yağı  heç  bir  əlavə  edilmədən  polad-3  nümunəsini 
dəniz  suyunda  35  sutka,  0,001%-li  sulfat  turşusu  məhlulunda  32  sutka  müdafiəni  təmin  edir.  Bu, 
oksidləşməmiş günəbaxan yağının dəniz suyunda müdafiə müddətindən 5 dəfə, sulfat turşusunda isə 
5,33  dəfə  çoxdur.  Tədqiqat  göstərir  ki,  oksidləşmiş  günəbaxan  yağı  əsas  götürülməklə  müxtəlif  
kompozisiyalar hazırlamaq mümkündür. 
İmidazolinlərin distillə olunmuş təbii neft turşuları ilə də kompleksləri alınmışdır. Bu kompleksləri 
T-30 distillatına əlavə etməklə (10%) kompozisiyalar hazırlanmışdır. Kompozisiyaların sınaqlarının 
nəticələri cədvəl 3-də verilir. 
Cədvəl 3. Günəbaxan yağı turşularının PEPA ilə 1:1 mol nisbətində alınan imidazolininin 
distillə olunmuş təbii neft turşuları ilə kompleksləri və T-30 distillatı əsasında kompozisiyaların 
sınaqlarının nəticələri, sutka. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə