Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə95/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   91   92   93   94   95   96   97   98   ...   134

201 
Turizm  dövriyyəsinə  daxil  olan  resurs  potensialı  onların  mövcud  istifadə  formaları  və  səmə-
rəliliyi bu sahənin ilkin fəaliyyəti   və sonrakı perspektivi üçün bir sıra təşkilatı maliyyə  və proqram 
tədbirlərinin əsaslandıırılması, onların elmi metodiki proqnoz əsaslarını yaradır (4.13 səh). 
Turizmin təşkili daha çox biznes fəaliyyətinitam qiymətləndirməklə, sahibkarlıq, gəlir, bölgü 
və istehlak sferaları ilə bağlıdır. 
Turizm haqqında qanun 1999-cu ildə qəbul edilməsi ilə bu sahəni tənzimləyən hüquqi sahələr 
və həmçinin mexanizmlər verilir. Turizmin sosial iqtisadi göstəriciləri onun maddi texniki bazası və 
turizm müəssisələrinin ümumi sayı ilə yanaşı ondan istifadə edənlərin ümumi sayı ilə müəyyənləşir. 
Turizm  fəaliyyəti  respublikada  mülkiyyət  formalarına  və  təşkilatı  quruluşuna  görə  fərqlənə  bilər. 
Turizmin mahiyyəti onun əsas müəssisə və seqmentləşmə istiqamətləri, regional resurslar və region 
coğrafi-iqtisadi mühitlə uyğunlaşır və ixtisaslaşır. Turizm sahəsinin obyekti insanlardır, subyekti isə 
onun tələbatını ödəyən ayrı-ayrı turist xidmətidir.  İnsanların turizmə olan tələbatının formalaşması 
cari  tələbata  deyil,  uzun  müddət  formalaşması  ən  zəruri  məhsullara  olan  tələbatın  ödənilməsi  ilə 
digər  tələbat  növlərinin  meydana  gəlməsi  və  rifahın  yüksəlməsi  meyilləri  ilə  dəyişir.  Turizmin 
inkişafı  xalis  təsərrüfat  sahəsi  kimi  baxılmır,  onun  iqtisadi  və  sosial  problemləri  xalq  təsərrüfatı 
kompleksində sahələrarası problem kimi baxılır.  
Azərbaycan hava, su və dəmiryol nəqliyyatı qovşaqlarında olduğu üçün onun ərazisi birbaşa 
və tranzit turist əlaqələri üçün əhəmiyyət kəsb edir. 
Azərbaycandan Ərəb ölkələrinə və Hindistana, Çinən və Əfqanıstana  çıxış ərazi baxımından 
ən əlverişli marşrutda yerləşir.  
Turizm  Azərbaycan  əhalisi  üçün  son  illərdə  məskunlaşma  və  təbii-coğrafi  şəraitində  daha 
aktual sahəyə çevrilmişdir. 
Azərbaycanda  turizmin  inkişafı  onun  formalaşması  ətaləti  daha  çox  psixoloji  seqmentlərdən 
asılıdır.  
Azərbaycanda  turizmin  təşkilatlanması  1920-ci  ildən  “Proletar  turizm”  və  “Ekskursiyalar 
cəmiyyəti”  adlanan  ümumi  ittifaq  təşkilatı  Bakı  şöbəsi  ilə  başlayır.  1929-cu  ildə  Bakıda  ümumit-
tifaq “Turist” səhmdar cəmiyyətinin Bakı şöbəsi fəaliyyətə başlayır. Bu şöbə ancaq xaricdən gələn 
qonaqları qəbul etməklə məşğul olur.  
Turizmin inkişafındakı konsilidasiya və həmçinin fərdçilik və təşəbbüskarlıq cəhdləri yaradır. 
Belə ki, respublikaya investisiya axının ümumi həcmi, onun infrastruktur sferasına istiqamətlənməsi, 
böyük turist layihələri üçün əsas yaradır.  
Turizm  sferası  insan  zövqünə,  insanın  müəyyən  ünvanlı  ehtiyaclarını  ödəmək  üçün 
formalaşdığı və sahə, ərazi strukturuna malik olduğu üçün onun əməli və çevik dəyişdirilməsi ani 
halda baş vermir.  
Belə  ki,  turizmin  motivi  respublikada  əhalinin  məşğulluğu  onun  ailə  daxili  həyat  tərzinin 
keçirilməsi ilə bağlıdır. 
Turizm  bazarının  əsas  elementləri  məcmu  tələbat,  onun  reallaşmasını  təşkil  edən  turistlərin 
istehlak davranışıdır (4.197 səh). 
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası zəngin resurslara, təbii ehtiyatlara 
malikdir.  Resurslar-istehsalın xammal  və enerji  bazasını təşkil  edən  təbii  elementlər  məcmusudur. 
Faydalı qazıntı (mineral) ehtiyatlarından sənayedə, su ehtiyatlarından məişətdə və bir çox sahələrdə, 
iqlim və torpaq ehiyatlarından kənd təsərrüfatında istifadə olunur. Bitki örtüyü (meşələr, ot bitkiləri) 
və heyvanlar (balıq, ov heyvanları) aləmi insanlara xidmət edir. Təsərrüfat inkişaf etdikcə, əhalinin 
tələbatı  artdıqca  təbbi  resurslardan  daha  çox  istifadə  olunur.  Təbii  resurslardan  səmərəli  istifadə 
etmək  üçün  onlar  təsərrüfata  yararlılıq  cəhətdən  qiymətləndirilməlidir.  Buna  görə  də  aşağıdakı 
amilləri nəzərə almaq zəruridir: 
1.
 
Təbii resurslar və onların cəmlənməsi; 
2.
 
Keyfiyyəti, tərkibi, faydalı qazıntıların payı və istismar şəraiti; 
3.
 
Ərazinin  mənimsənilmə və məskunlaşma dərəcəsi; 
4.
 
Məhsul vahidinə sərf olunan vəsait (xərclər); 
5.
 
Nəqliyyat şəraiti və xərcləri (xammalın istehlakı, ya çatdırılma xərci); 
6.
 
Ətraf mühitin mühafizəsi imkanları. 


202 
Azərbaycan Respublikası zəngin iqlim ehiyatına malikdir. Qafqazda ən çox günəş radiasiyası 
olan ölkədir. Onu “Günəşli Azərbaycan” adlandırırlar. Kiçik Qafqaz faydalı qazıntılarla zəngin ol-
duğu üçün “Azərbaycan Uralı” adlandırılır.  
Təbii  ehtiyatlardan  qənaətlə  istifadə  olunması  və  bu  məqsədlə  daha  mükəmməl  texnologi-
yaların tətbiqi ümumbəşəri və milli əhəmiyyətə malikdir (5. 201 səh).  
 
 
ƏDƏBİYYAT 
1.
 
Abbasov C.R. Azərbaycan Respublikasının sosial və iqtisadi coğrafiyası. Bakı, 2005 - 250 səh. 
2.
 
“Azərbaycan  Respublikası  regionlarının  sosial-iqtisadi  inkişafı”  haqqında  Dövlət  Proqramı. 
Azərbaycan 2014, 12 fevral  
3.
 
H.Əliyev və Azərbaycan iqtisadiyyatı. Bakı, 1997 
4.
 
Əlirzayev Ə.Q. Turizmin iqtisadiyyatı və idarə edilməsi. Bakı, 2011 – 197 səh 
5.
 
Salmanov  A.H.,  İsmayılov  C.N.  Təsərrüfatın  müxtəlif  sahələrində  təbii  resurslardan  istifadə 
qaydaları “Azərbaycan Respublikasının konstruktiv coğrafiyası”. Bakı, Elm, 1999- 192-201 səh.  
 
РЕЗЮМЕ 
Адилa Ахмедова 
Место и роль в социальном и экономическом географии Азербайджанской Республики 
 
В статье, на современном этапе, социальная и экономицеская география занимает 
важнейшее место в Азербайджане. 
 
В статье показано, хозяйственно-социальное, инфраструктурное развитие, 
закономерное местоноложение и принципы  Азербайджанской Республики. Знацительное 
положение геосииАзербайджанской Республики оцень увеличилось. 
 
Как отмечалось в статье, природные запасы в стране-рельеф, климат, земля, вода, 
полезные ископаемые, запасы труда, существующей  материальной и соцуальной  
инфраструктуре установили дорогу к рациональному использованию. 
 
Экономика Азербайджанской Республикидень за днём становится сильным.   
 
Сегодня современный Азербайджан славится в мире с богатыми ресурсами и с 
природными запасами. Азербайджанская Республика известен в мире особенно нефтью, 
газам и запасами алунита. 
 
ABSTRACT 
Adila Ahmedova 
The role and place of Azerbaijan Republicin social and economic geography 
In  modern  period  in  Azerbaijan  social  and  economical  geography  is  an  important  place  in  the 
article. 
In article was shown the development of Azerbaijan Republic farming social infrastructure and its 
accomodation law cases and priciples.  
Geographical position of Azerbaijan Republic increased its importance. 
In the article it is mentioned that our state’s natural resources, reliefs, climate, soil, water, mineral 
resources, manpower defines material and social infrastructure productive using ways. 
Azerbaijan Republic’s econimics is gradually getting stronger. 
Today modern Azerbaijan Republic is famous for its rich  resources and mineral resources. 
Especially  Azerbaijan  Republic  is  recognized  in  the  world  for  its  oil,  gas,  and  alunite 
resources. 
NDU-nun  Elmi  Şurasının  27  aprel  2017-ci  il  tarixli  qərarı  ilə 
çapa tövsiyyə  olunmuşdur. (protokol № 08)

Məqaləni çapa təqdim etdi: Coğrafiya üzrə fəlsəfə doktoru, dosent 
N. Babayev 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə