201
Turizm dövriyyəsinə daxil olan resurs potensialı onların mövcud istifadə formaları və səmə-
rəliliyi bu sahənin ilkin fəaliyyəti və sonrakı perspektivi üçün bir sıra təşkilatı maliyyə və proqram
tədbirlərinin əsaslandıırılması, onların elmi metodiki proqnoz əsaslarını yaradır (4.13 səh).
Turizmin təşkili daha çox biznes fəaliyyətinitam qiymətləndirməklə, sahibkarlıq, gəlir, bölgü
və istehlak sferaları ilə bağlıdır.
Turizm haqqında qanun 1999-cu ildə qəbul edilməsi ilə bu sahəni tənzimləyən hüquqi sahələr
və həmçinin mexanizmlər verilir. Turizmin sosial iqtisadi göstəriciləri onun maddi texniki bazası və
turizm müəssisələrinin ümumi sayı ilə yanaşı ondan istifadə edənlərin ümumi sayı ilə müəyyənləşir.
Turizm fəaliyyəti respublikada mülkiyyət formalarına və təşkilatı quruluşuna görə fərqlənə bilər.
Turizmin mahiyyəti onun əsas müəssisə və seqmentləşmə istiqamətləri, regional resurslar və region
coğrafi-iqtisadi mühitlə uyğunlaşır və ixtisaslaşır. Turizm sahəsinin obyekti insanlardır, subyekti isə
onun tələbatını ödəyən ayrı-ayrı turist xidmətidir. İnsanların turizmə olan tələbatının formalaşması
cari tələbata deyil, uzun müddət formalaşması ən zəruri məhsullara olan tələbatın ödənilməsi ilə
digər tələbat növlərinin meydana gəlməsi və rifahın yüksəlməsi meyilləri ilə dəyişir. Turizmin
inkişafı xalis təsərrüfat sahəsi kimi baxılmır, onun iqtisadi və sosial problemləri xalq təsərrüfatı
kompleksində sahələrarası problem kimi baxılır.
Azərbaycan hava, su və dəmiryol nəqliyyatı qovşaqlarında olduğu üçün onun ərazisi birbaşa
və tranzit turist əlaqələri üçün əhəmiyyət kəsb edir.
Azərbaycandan Ərəb ölkələrinə və Hindistana, Çinən və Əfqanıstana çıxış ərazi baxımından
ən əlverişli marşrutda yerləşir.
Turizm Azərbaycan əhalisi üçün son illərdə məskunlaşma və təbii-coğrafi şəraitində daha
aktual sahəyə çevrilmişdir.
Azərbaycanda turizmin inkişafı onun formalaşması ətaləti daha çox psixoloji seqmentlərdən
asılıdır.
Azərbaycanda turizmin təşkilatlanması 1920-ci ildən “Proletar turizm” və “Ekskursiyalar
cəmiyyəti” adlanan ümumi ittifaq təşkilatı Bakı şöbəsi ilə başlayır. 1929-cu ildə Bakıda ümumit-
tifaq “Turist” səhmdar cəmiyyətinin Bakı şöbəsi fəaliyyətə başlayır. Bu şöbə ancaq xaricdən gələn
qonaqları qəbul etməklə məşğul olur.
Turizmin inkişafındakı konsilidasiya və həmçinin fərdçilik və təşəbbüskarlıq cəhdləri yaradır.
Belə ki, respublikaya investisiya axının ümumi həcmi, onun infrastruktur sferasına istiqamətlənməsi,
böyük turist layihələri üçün əsas yaradır.
Turizm sferası insan zövqünə, insanın müəyyən ünvanlı ehtiyaclarını ödəmək üçün
formalaşdığı və sahə, ərazi strukturuna malik olduğu üçün onun əməli və çevik dəyişdirilməsi ani
halda baş vermir.
Belə ki, turizmin motivi respublikada əhalinin məşğulluğu onun ailə daxili həyat tərzinin
keçirilməsi ilə bağlıdır.
Turizm bazarının əsas elementləri məcmu tələbat, onun reallaşmasını təşkil edən turistlərin
istehlak davranışıdır (4.197 səh).
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası zəngin resurslara, təbii ehtiyatlara
malikdir. Resurslar-istehsalın xammal və enerji bazasını təşkil edən təbii elementlər məcmusudur.
Faydalı qazıntı (mineral) ehtiyatlarından sənayedə, su ehtiyatlarından məişətdə və bir çox sahələrdə,
iqlim və torpaq ehiyatlarından kənd təsərrüfatında istifadə olunur. Bitki örtüyü (meşələr, ot bitkiləri)
və heyvanlar (balıq, ov heyvanları) aləmi insanlara xidmət edir. Təsərrüfat inkişaf etdikcə, əhalinin
tələbatı artdıqca təbbi resurslardan daha çox istifadə olunur. Təbii resurslardan səmərəli istifadə
etmək üçün onlar təsərrüfata yararlılıq cəhətdən qiymətləndirilməlidir. Buna görə də aşağıdakı
amilləri nəzərə almaq zəruridir:
1.
Təbii resurslar və onların cəmlənməsi;
2.
Keyfiyyəti, tərkibi, faydalı qazıntıların payı və istismar şəraiti;
3.
Ərazinin mənimsənilmə və məskunlaşma dərəcəsi;
4.
Məhsul vahidinə sərf olunan vəsait (xərclər);
5.
Nəqliyyat şəraiti və xərcləri (xammalın istehlakı, ya çatdırılma xərci);
6.
Ətraf mühitin mühafizəsi imkanları.
202
Azərbaycan Respublikası zəngin iqlim ehiyatına malikdir. Qafqazda ən çox günəş radiasiyası
olan ölkədir. Onu “Günəşli Azərbaycan” adlandırırlar. Kiçik Qafqaz faydalı qazıntılarla zəngin ol-
duğu üçün “Azərbaycan Uralı” adlandırılır.
Təbii ehtiyatlardan qənaətlə istifadə olunması və bu məqsədlə daha mükəmməl texnologi-
yaların tətbiqi ümumbəşəri və milli əhəmiyyətə malikdir (5. 201 səh).
ƏDƏBİYYAT
1.
Abbasov C.R. Azərbaycan Respublikasının sosial və iqtisadi coğrafiyası. Bakı, 2005 - 250 səh.
2.
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı” haqqında Dövlət Proqramı.
Azərbaycan 2014, 12 fevral
3.
H.Əliyev və Azərbaycan iqtisadiyyatı. Bakı, 1997
4.
Əlirzayev Ə.Q. Turizmin iqtisadiyyatı və idarə edilməsi. Bakı, 2011 – 197 səh
5.
Salmanov A.H., İsmayılov C.N. Təsərrüfatın müxtəlif sahələrində təbii resurslardan istifadə
qaydaları “Azərbaycan Respublikasının konstruktiv coğrafiyası”. Bakı, Elm, 1999- 192-201 səh.
РЕЗЮМЕ
Адилa Ахмедова
Место и роль в социальном и экономическом географии Азербайджанской Республики
В статье, на современном этапе, социальная и экономицеская география занимает
важнейшее место в Азербайджане.
В статье показано, хозяйственно-социальное, инфраструктурное развитие,
закономерное местоноложение и принципы Азербайджанской Республики. Знацительное
положение геосииАзербайджанской Республики оцень увеличилось.
Как отмечалось в статье, природные запасы в стране-рельеф, климат, земля, вода,
полезные ископаемые, запасы труда, существующей материальной и соцуальной
инфраструктуре установили дорогу к рациональному использованию.
Экономика Азербайджанской Республикидень за днём становится сильным.
Сегодня современный Азербайджан славится в мире с богатыми ресурсами и с
природными запасами. Азербайджанская Республика известен в мире особенно нефтью,
газам и запасами алунита.
ABSTRACT
Adila Ahmedova
The role and place of Azerbaijan Republicin social and economic geography
In modern period in Azerbaijan social and economical geography is an important place in the
article.
In article was shown the development of Azerbaijan Republic farming social infrastructure and its
accomodation law cases and priciples.
Geographical position of Azerbaijan Republic increased its importance.
In the article it is mentioned that our state’s natural resources, reliefs, climate, soil, water, mineral
resources, manpower defines material and social infrastructure productive using ways.
Azerbaijan Republic’s econimics is gradually getting stronger.
Today modern Azerbaijan Republic is famous for its rich resources and mineral resources.
Especially Azerbaijan Republic is recognized in the world for its oil, gas, and alunite
resources.
NDU-nun Elmi Şurasının 27 aprel 2017-ci il tarixli qərarı ilə
çapa tövsiyyə olunmuşdur. (protokol № 08)
.
Məqaləni çapa təqdim etdi: Coğrafiya üzrə fəlsəfə doktoru, dosent
N. Babayev
Dostları ilə paylaş: |