Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə93/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   89   90   91   92   93   94   95   96   ...   134

196 
rizmə və istirahətə olan tələbatı turizm mövsümündə daha yüksək olur. Əhalinin məzuniyyət ayları 
əsasən  yay  dövrünə  təsadüf  edir.  Qış  dövründə  istirahətə  maraq  azalsa  da,  qısa  müddətli  istirahət 
məqsədilə bayram günlərində qonşu İran və Türkiyə dövlətlərində olduğu kimi turizmə qatılanların 
sayı  artır.  Yeni  il,  «Novruz»  və  «Ramazan»  bayramlarının  bir  neçə  gün  davam  etməsi  bölgələrə 
vəşəhər ətrafına turist axınının artmasına səbəb olur.( 2s.40) 
Naxçıvan Muxtar Respublikasında Ordubad rayonu özünəməxsus  «Novruz» bayramı adət-
ənənələri, milli mətbəxi, tarixi abidələri, milli irsi ilə fərqlənir. Bundan istifadə edərək həmin vaxt 
oraya turlar təşkil etmək, gələn turistləri xalqımızın Novruz adət-ənənələri ilə tanış etmək olar.  
Naxçıvan ərazisi həm də qədim tarixi-mədəni, memarlıq və təbiət abidələri ilə zəngindir. Bölgənin 
tarixi-memarlıq  reaksiya  ehtiyatlarının  tanıdılması  turizmin  inkişafında  mühüm  rol  oynaya  bilər. 
Ərazidə  Azərbaycan  türklərinin  qədim  tarixindən  bəhs  edən  5000  ildən  artıq  yaşı  olan  Gəmiqaya 
qayaüstü  rəsmləri,  VI  əsrə  aid  uzun  müddət  Əmir  Teymurun  qoşunlarına  müqavimət  göstərmiş 
Əlincə  qalası,  XII  əsrə  aid  Yusif  Küseyir  oğlu  türbəsi,  Mömünə  xatun  türbəsi,  XII-XIII  əsrə  aid 
Qarabağlar türbəsi, Ordubad came məscidi, Gülüstan türbəsi və s. kimi tarixi abidələr, Naxçıvanın 
rəmzinə çevrilmiş İlandağ, dini ziyarətgah olan Əshabi-Kəhf kimi təbiət abidələri turistlər üçün çox 
maraq doğuran obyektlərdir. 
Muxtar  Respublika  ərazisi  kurort-sağlamlıq  turizm  sahəsinin  inkişafıüçün  də  təbii  müalicə 
ehtiyatları  bazasına  malikdir.  Ərazidə  yerləşən  duz  mədənləri,  müxtəlif  kimyəvi  tərkibli, 
temperaturlu  və  debitli  mineral  və  termal  sular  kurort  sağlamlıq  turizmi  üçün  xüsusilə 
əhəmiyyətlidir.  Babək  rayonu  ərazisində  yerləşən  duz  mədənlərindən  insanlar  hələ  də  qədim 
dövrlərdən  qida  məqsədilə  istifadə  etmişlər.  Hazırda  isə  həm  də  duz  şaxtasında  dünyada  analoqu 
olmayan  təbii  müalicəxana  yaradılmışdır.  Burada  tənəffüs  yolları,  bronxial  asma  xəstəlikləri 
dərmansız yolla müalicə olunur. Şaxtanın yaxınlığında müasir Avropa stardartlarına uyğun tikilmiş 
otel gələn turistlərə xidmət edir. (4s.119) 
Naxçıvan Muxtar Respublikası ərazisində 45-dən artıq mineral su mənbəyi mövcuddur. Hələ 
qədim  dövrlərdən  əhali  bu  sulardan  müxtəlif  xəstəliklərin  müalicəsində  istifadə  etmişdir.  Ərazi 
müxtəlif növlü karbon qazı-xloridli, sulfidli-sulfatlı sular qrupu ilə zəngindir. Əbəs deyil ki, muxtar 
respublikanı mineral sular muzeyi adlandırırlar. Bayram Rzayev və Əhməd Qarayevə görə beş qrup 
-  Darıdağ,  Sirab,  Nəhəcir,  Badamlı,  Qızılvəng  su  mənbələri  balneloji  kurortlar  yaratmaq  üçün 
qiymətli hidrotermal xammaldır.  
Darıdağ mineral suları Culfa rayonu ərazisində yerləşir. Kimyəvi tərkibinə görə karbonatlı, 
hidrokarbonatlı,  xloritli,  natriumlu,  isti  (42-52
0
),  yaxud  ilıqdır  (23-30
0
).  Tərkibində  həll  olmuş 
karbon qazı ilə yanaşı, suda sərbəst karbon qazının olması həmin ərazidə karbon qazı istehsal edən 
müəssisənin  tikilməsinəşərait  yaratmışdır.  Duz  tərkibinə  görə  MDB-də  Darıdağ  suyuna  nisbətən 
yaxın  Şimali  Asetiyada  çıxan  Narski  mineral  suyudur.  Suyun  tərkibində  arsenlə  birlikdə  qələvi 
elementlərin  olması  onun  müalicə  əhəmiyyətini  artırır,  maddələr  mübadiləsini  yaxşılaşdırır,  bəzi 
dəri  və  parazitar  xəstəlikləri,  qara  ciyər,  dalaq,  ostreparoz,  revmatoidni  artırır  və  s.  xəstəliklərin 
qarşısını  alır.  Orqanizmin  bir  sıra  üvzlərinin  və  əsəb  sisteminin  möhkəmlənməsinə  kömək 
etdiyindən  isti  mineral  sulardan  az  miqdarda  qaşıqla  içmək  və  vanna  qəbul  etmək  olar.  Darıdağ 
müalicə  suyunun  göstərilən  keyfiyyətlərini  nəzərə  alaraq  ərazidə  su  müalicəxanası  yaradılmışdır. 
Lakin  yaxınlıqda  sanatoriya-kurort  kompleksinin  və  daimi  fəaliyyət  göstərən  avtobus  xidmətinin 
olmaması müalicəxananın xidmətindən istifadədə müəyyən çətinliklər yaradır.  
Vayxır və Sirab mineral suları da yüksək müalicə əhəmiyyətinə malikdir. Vayxır mineral su 
yatağı Yessentukinin oxşarı olub, mədə-bağırsaq xəstəliklərinin, qaraciyərin, öd yollarının, xroniki 
qastiritin  və  başqa  xəstəliklərin  müalicəsində  istifadə  oluna  bilər.  Vayxır  karbon  qazlı  mineral  su 
gələcəkdə sudoldurma zavodunu və müalicə ocağını tamamilə təmin edə bilər. 
Sirab mineral suyu faydalı müalicə xüsusiyyətinə görə maddələr mübadiləsinin pozulmasında, həzm 
sistemi  xəstəliklərində  işlədilir.  Sirab  və  Darıdağ  mineral  suları  qablaşdırılaraq  həm  respublikada 
istifadə olunur, həm də xarici dövlətlərə ixrac olunur. 
Respublika  Prezidenti  İlham  Əliyev  tərəfindən  əhalinin  sağlamlığının  qorunmasıüçün, 
«Azərbaycan  Respublikasında  kurortların  2009-2018-ci  illərdə  inkişafıüzrə  Dövlət  Proqramı» 
haqqında  sərəncam  imzalanmışdır.  Sərəncamda  Azərbaycanın  kurort-rekreasiya  ərazilərində  həm 


197 
yerli,  həm  də  xarici  ölkə  vətəndaşlarının  müalicəsi  və  istirahəti  üçün  müasir  standartlara  cavab 
verən  şəraitin  yaradılması  nəzərdə  tutulur.  Naxçıvan  Muxtar  Respublikasında  da  Şimali  Qafqaz 
regionunda  da  yerləşən  Yessentuki,  Pyatiqorsk  şəhərində  olduğu  kimi  mineral  su  mənbələri 
əsasında müalicə kurort mərkəzləri yaradılması, insanların sağlamlığına xidmət etməklə yanaşı həm 
dəəmək ehtiyatlarının, xüsusilə qadınların məşğulluq probleminin həllinə kömək etmiş olar. (3.s2) 
Naxçıvan  şəhərində  və  rayon  mərkəzlərində  yaradılmış  müzeylər  gələn  yerli  və  xarici  turistlərə 
Naxçıvanın qədim tarixi, xalçaçılıq ənənələri, görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığı ilə tanış 
olmağa imkan yaradır. Son illərdə Uzunoba dəryaçasıVayxır su anbarı ətrafında yaradılmış istirahət 
zonaları,  müxtəlif  əyləncə  mərkəzləri,  istirahət-əyləncə  turizminin  inkişafında  böyük  rol  oynayır. 
Muxtar respublikaya ən çox xarici turistlər İran İslam Respublikası və Türkiyə dövlətlərindən gəlir. 
Lakin  beynəlxalq  tədbirlər  və  işgüzar  səfərlərlə  əlaqədar  digər  regionlardan  gələn  turistlərin  sayı 
getdikcə  artır.  Əgər  1995-ci  ildə  Naxçıvana  40  minə  yaxın  turist  gəlmişdirsə,  2016-cı  il  ərzində 
onların sayı 330 min nəfəri ötmüşdür. 
Turizm  sahəsinin  daha  da  inkişaf  etdirilməsi  üçün  aşağıdakı  məqamları  nəzərə  almaq 
lazımdır:  
-  Muxtar  respublikanın  dünya  turizm  mərkəzləri  arasında  tanınması  üçün  informasiya  bazasının 
fəaliyyətinin genişləndirilməsi; 
- Turizm sahəsindəçalışmaq istəyən kiçik və orta sahibkarlara kömək göstərilməsi; 
- İstirahət mərkəzlərində təklif olunan xidmətlərin artırılması, əyləncə sektorunun genişləndirilməsi; 
- Kurort-sanatoriya fəaliyyətinin inkişaf etdirilməsi; 
-  Naxçıvan  MR-in  tarixi,  coğrafiyası,  mədəniyyəti,  iqtisadiyyatı  haqqında  geniş  biliklərə  malik 
ixtisaslı kadrlar hazırlanması; 
-  Orta  ixtisas  məktəblərində  turizm  sahəsində  çalışa  biləcək  kadrlar  (afisiant,  bələdçi,  süvenir 
hazırlayan) hazırlanması; 
- Turlar təşkil olunması və onların müxtəlif təşkilatlara  təklif olunması. 
Yuxarıda göstərilən bu və ya digər təkliflərin nəzərə alınması Naxçıvan Muxtar Respublika-
sının  həm  yerli,  həm  də  beynəlxalq  turizm  sahəsində  tanınmasına  səbəb  olar.  Turizm  biznesinin 
inkişaf etdirilməsi muxtar respublika büdcəsinə yüksək gəlir gətirə bilər.  
 
ƏDƏBİYYAT 
1.  Soltanova H.B., Hüseynova Ş.H. Turizmin əsasları. Bakı, Mütərcim, 2007 
2.  Məmmədov  S.A.,  Bilalov  B.Ə.  Azərbaycanda  gəlmə  turizm  və  onun  inkişaf  yolları.  Bakı, 
2004 
3.  «Azərbaycan  Respublikasında  kurortların  2009-2018-ci  illərdə  inkişafıüzrə  Dövlət 
Proqramı»nın  təsdiq  edilməsi  haqqında  Azərbaycan  Respublikası  Prezidentinin  sərəncamı. 
Xalq qəzeti, 6 fevral 
4.  Rzayev B.Z., Qarayev Ə. Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri. Hazırkı vəziyyət 
və perspektivləri. Naxçıvan, 2013 
РЕЗЮМЕ 
Латифа Новрузова 
Возможность использование туристического потенциала 
в Нахчыванской Автономной Республике 
 
В статье указаны важние элементы туристическо-рекреационных ресурсов Нахчыванской 
Автономной  Республики.  Туристический  потенциал  основывается  на  исторические  памятники 
(наскальные  рисунки  Гемигая,  мавзолей  Юсифа  Гусеир  оглу,  мавзолейМомине  хатун  и  др.), 
природные  памятники  (Иландаг),  религиозные  памятники  (Асабу  каф),  лечебно-бальне-
ологические учреждения (Дуздаг), минеральные источники (Дарыдаг, Вайхыр, Сираб и др.). 
В статье указывается также, что туристическо рекреационное обслуживание является одной 
из основных сфер расширяющих занятость населения и приносящих наибольшую прибыль, 
которые могут стать одним из основных факторов  экономического развития Нахчыванской 
Автономной Республики. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə