Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə91/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   87   88   89   90   91   92   93   94   ...   134

191 
Hidrotexniki mühafizə-yəni su anbarları, sututarlar, bəndlər çəkilməsi, beton plitələr döşəmək, 
daş  döşəmək  və  s.  Fitomeliorativ  tədbirlər  isə  selin  formalaşdığı  zonada  bitki  örtüyü  formalaş-
dırmaqla sel mənbələrinin məhdudlaşdırılmasıdır. Eroziya prosesi inkişaf etmiş aşağı və orta dağlıq 
zonalarda yerləşən çay hövzələrində ilk növbədə ağac və kolluqların salınması, otarmanın məhdud-
laşdırılması  və  s.  lazımdır.  Sellərin  daha  qüvvətli  və  təhlükəli  olduğu  zonalarda  (Əylisçay, 
Gənzəçay, Orbudaçay və s.) qabaqlayıcı tədbirlər görülməlidir. 
Müxtəlif  illərdə  sellərin  vurduğu  ziyanlar  elmi  tədqiqat  işlərində,  tarixi  mənbələrdə  öz  əksini 
tapmışdir. Tədqiqat apardığımız dövrdə sorğu yolu ilə  yeni məlumatlar toplanılaraq elmi tədqiqat 
işinə əlavə edilmişdir. 
Muxtar  respublika  ərazisində  müxtəlif  illərdə  baş  verən  bir  sıra  sel  hadisələrini  və  onların 
vurduğu ziyanları nəzərdən keçirək. 
3 iyun 1884-cü il. Leysan yağışından yarım saat sonra  Əylisçayda duru palçıq axını,  onun 
ardınca isə daşlı qatı material axını olmuşdur.  Bir saat davam edən sel zamanı dalğanın hündürlüyü  
7-21 metr arasında dəyişmişdir.  Selin gətirdiyi bəzi daşların həcmi 20 m
3
, çəkisi isə 32 tondan artıq 
olmuşdur.  Selin  gətirdiyi  materialın  qalınlığı  2-4  metr  olmuşdur.  Sel  nəticəsində  43  adam  həlak 
olmuş,  çoxlu  ev  dağılmış,  8  bulaq  batmış,  Aşağı  Əylis  kəndindən  çoxlu  mal-qara  aparmış,  əkin 
sahələrini  və  bağları  tələf  etmiş,  Nügədah  kəndindən  18  ev  aparmışdır.  Həmin  hadisədən  sonra 
qalan əhali həmin kənddən tamamilə köçmüşlər.(1 səh. 62) 
20 avqust 1931-ci il. 2 saata qədər davam edən seldə dalğanın hündürlüyü Yuxarı Əylis kəndi 
yanında 5 m-ə, Aşağı Əylis kəndi yanında isə 2-3 metrə çatmışdır. Sel özü ilə birlikdə ümumi axım 
kütləsinin  4  faizə  qədəri  palçıq  gətirmişdir.  Axıdılmış  bərk  maddənin  həcmi  1  mln.m
3
  olmuşdur. 
Gətirilmiş materialın içərisində diametri 15-20 sm olan daşlar üstünlük təşkil etmişdir. Sel Ordubad 
şəhərinin  qoruyucu  divarının  bir  hissəsini  aparmış,  30  ev  uçurmuş,  23  adam  həlak  olmuş,  çoxlu 
heyvan aparmış, Ordubad - Culfa yolunun 500 metrini sıradan çıxarmışdır (1 səh.62) 
27  may  1953-cü  il.  Sel  50  dəqiqə  davam  etmiş  və  palçıqlı  -daşlı  xarakterli  olmuşdur. 
Gətirdiyi ən iri daşın diametri 125 sm olmuşdur. Sel ağac körpüləri uçurmuş, böyük məsafədə şosse 
yolunu  yumuş,  37  ha  əkin  sahəsini  aparmış,  286  qoyun  və  bir  inək  tələf  etmişdir.Dövlət  təsər-
rüfalara dəyən ziyanı ödəmək üçün 130 min manat pul yardım etmişdir. (1953-cü ilin kursu ilə) (6 
səh.54). 
27 avqust 1956-cı il. Səhər saat 8-11 arası davam edən leysan yağış qüvvətli sel yaratmışdır. 
Ən qüvvətli dalğa saat 8.30-da keçmişdir. Həmin sel nəticəsində gətirilmiş materialın hündürlüyü 5 
m, eni 35 m, həcmi isə 0,7 mln m3 olmuşdur. Selin gətirdiyi daşların əksiriyyətinin diametri 15-20 
sm  olmuşdur.    Sel  Nüsnüs  -  Əndəmic  kəndləri  arasındakı  yolun  3  km-ni  dağıtmış,  Nüsnüs  kəndi 
ətrafında 2 suötürücü borunu aparmış, 4,2 ha əkin sahəsini tam dağıtmış, bağlara və həyətlərə ciddi 
ziyan  vurmuşdur.  Sel  gətirdiyi  materialı  dəmir  yolu  körpüsü  yanında  çökdürmüşdür.    Bu  konus 
formalı  çöküntünün  eni  26  m,  hündürlüyü  isə  3  m  olmuşdur.  Sel  Dırnıs  kəndinin  şərqindəki 
Qəbirstanlıq dərədən 9.30 dəqiqədə keçmiş və dalğanın hündürlüyü 2-4 metr olmuşdur.  Sel Dəstə-
Dırnıs  şosse  yolunun  bir  hissəsini  dağıtmış,  23  ha  meyvə  bağını  və  bostan  tərəvəz  əkini  sahəsini 
sıradan çıxarmışdır. Selin gətirdiyi materialın həcmi 1,7 mln m3 olmuşdur(6 səh. 54). 
1964 və 1972-ci illərin aprel ayında Cəhriçayda baş verən sel hadisəsi ciddi ziyan vurmuşdur. 
Sel nəticəsində Kərməçataq kəndindən bir, Payız kəndindən iki dana, çoxlu  sayda xırda buynuzlu 
heyvan aparmış, Payız kəndində bir neçə evə, Cəhri kəndində isə çay boyunca yerləşən 20-yə qədər 
həyətyanı  sahəni  çay  çöküntüləri  basmışdır.  Bu  sellərin  formalaşmasına    Kərməçataq  çayı  hövzə-
sinə düşən güclü yağış və qarların əriməsi səbəb olmuşdur. 
Naxçıvan MR ərazisində son dövrdə ən güclü sel 31 iyul 1998-ci il tarixdə olmuşdur. Ordu-
bad  rayonunun  Unus,  Kələki,  Dırnıs  kəndləri  sahəsində  Vənəndçayın  yuxarı  hövzəsinə  Zəngəzur 
dağlarının  qərb  yamaclarına  yağan  leysan  yağışı  və  dolu  nəticəsində  güclü  sel  yaranmış  və  «Ağ 
yurd»  adlanan  dağlıq  hissədə  baş  verən  sürüşmə  ilə  üst-üstə  düşərək  böyük  fəlakət  törətmişdir. 
19.00-dan  başlayan  sel  gecə  yarısına  qədər  davam  etmiş  və  dəfələrlə  təkrarlanmışdır.  Sel 
nəticəsində Unusda 5, Kələkidə 11, Dırnısda 15 yaşayış evi dağılmış, 20 evə ciddi ziyan dəymiş, 80 
baş  mal-heyvan  tələf  olmuş,  40  ha  sahədə  bağlar,  meşələr  və  kolluqlar  sıradan  çıxmışdır.  Dırnıs 
kəndinə gedən yolun 2 körpüsü, piyada keçid körpüləri sel materialı altında qalmışdır (8 səh.156). 


192 
Selin  vurduğu  ziyanın  aradan  qaldırılması  üçün  Azərbaycan  Respublikası  prezidentinin 
göstərişi  ilə  ilkin  olaraq  600  mln  manat  pul  ayrılmışdır.  İmkanlı  şəxslər  tərəfindən  xalqa  çoxlu 
yardım edilmişdir. 
2004-cü ilin may ayının 28-də Cəhri kəndinin şimal-şərqində Qızıldağ-Hörgü adlanan hissə-
sinə leysan yağış yağması nəticəsində güclü sel gəlmiş, kəndin şimal –şərq nissəsində Selov adlanan 
quruyan çaya  güclü sel gəlmiş, su evlərə dolmuş, bir ev, Selova yaxın yerləşən 5 tövlə uçmuş, 20-
dək  qoyun  quzu,  3  inək  və  coxlu  toyuq-cücə  məhv  olmuşdur.  Fövqalədə  Hallar  Nazirliyinin 
xilasetmə dəstələri kənd əhalisinə yardıma gəlmişlər. 
2016  cı  ilin  may  ayında  Cəhri  çayın  yuxarı  axarında  düşən  bol  yağıntı  çayda  selin  yaran-
masına  səbəb  olmuş,  çoxlu  kol-kos,  ağac  yuyub  gətirmiş,  Gülşənabad  kəndindən  başlamış  Cəhri 
çayın sağ sahilini təxminən 10 metr enində yumuş  və  iki inək aparmışdır. 
Sellərin  iqtisadi  qiymətləndirilməsi  dedikdə  maliyyə  vəsaiti  baxımından  qiymətləndirmə 
deyil,  dəyəcək  maliyyə  ziyanlarının  əvvəlcədən  görüb  qarşısının  alınması  üçün  hazırlanacaq 
tədbirlər sistemi nəzərdə tutulur (8 səh.156) 
 
Sellər nəticəsində landşaftlara ciddi ziyan dəyir.  Yağıntı düşən və qar əriyən  ərazilərin aşağı 
hissəsində  formalaşan  sel  prosesi  ərazinin  bitki  örtüyünü  yuyub  aparır.  Bu  bitkilər  sel  qarşısında 
maneə yaradır və ətraflarda su basma prosesini gücləndirir, ərazinin heyvanlarını yuyaraq  dağətəyi 
və düzənlik sahələrə aparır ki,  bu da “səyyarı bitki və heyvan” növlərinin yaranmasına səbəb olur. 
Dəfələrlə sellər nəticəsində Cəhri kəndinə ilanlar və siçovullar dolmuşdur. Hazırda kəndin özündə 
olmayan siçovul və ilan növləri yayılmışdır.  
Yuxarıda qeyd edilən hadisələr göstərir ki, muxtar respublika ərazisi sellilik dərəcəsinə görə II 
qrupa  daxil  edilsədə  sellərin  burada  vurduğu  ziyanlar  daha  böyükdür.  Bu  ziyanların  yaranmasının 
bir səbəbi vaxtı ilə insanların selin keçəcəyi əraziləri zəbt etməsi və təsərrüfatların xəritələşdirilməsi 
nəticəsində həmin ərazilərin şəxsi mülkiyyətə daxil olmasıdır. 
Elmi  tədqiqat  işlərinin  nəticəsi  olaraq  muxtar  respublika  ərazisinin  sellərin  coğrafi  yayılma 
xəritəsi  hazırlanmışdır.  Son  illər  sel  hadisələrinin  milyonlarla  insanlara  vurduğu  zərərlər  tədqiq 
edilərkən Naxçıvan ərazisində belə hadisələrin olmayacağına təminat vermək olmaz. 
Son  illərdə  dünyada  baş  verən  sel  hadisələrinin  iqtisadiyyata,  insanlara  vurduğu  ziyanları 
nəzərə alaraq Naxçıvan MR ərazisinin sel prosesləri geniş tədqiqat işinə cəlb edilməli və gələcəkdə 
baş verəcək ziyanların qarşısının alınması üçün indidən qabaqlayıcı tədbirlər görülməlidir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə