Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə89/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   85   86   87   88   89   90   91   92   ...   134

185 
of  10%  to  T-30  oil.  These  compositions  studied  as  conservation  liquids  in  gidrokamere  sea  water 
and 0.001% of sulfuric acid. The sample was prepared by the witness of St-3. It has been found that 
complexes obtained from imidazolines mixtures of acids of sunflower oil   in molar ratio 1: 1 and 1: 
4 have higher protective properties. 
 
РЕЗЮМЕ  
Н.Ш.Рзаева 
Консервационные жидкости на основе имидазолинов  
кислот подсолнечного масла 
Синтезированы  имидазолины  кислот  подсолнечного  масла  в  мольном  соотношении 
кислот  и  полиаминов  1:1,  2:1.  Получены  комплексы  имидазолинов  со  смесью  кислот 
подсолнечного  масла  в  мольных  соотношениях  1:1,  1:2,  1:3,  1:4,  1:5,  1:6.  Приготовленные 
комплексы были добавлены в 10% количестве к маслу Т-30. Эти композиции изучены в качестве 
консервационных  жидкостей  в  гидрокамере,  морской  воде  и  0,001%  серной  кислоте.  Образец 
свидетель был приготовлен из Ст-3. 
 
Было установлено, что комплексы полученные на основе имидазолинов и смеси кислот 
подсолнечного масла в мольных соотношениях 1:1 и 1:4  обладают более высокими защитными 
свойствами. 
 
NDU-nun  Elmi  Şurasının  27  aprel  2017-ci  il  tarixli  qərarı  ilə 
çapa tövsiyyə  olunmuşdur. (protokol № 08)

Məqaləni çapa təqdim etdi: Kimya elmləri doktoru, professor 
T.Əliyev
 
 
 
 
 


186 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2017,  № 3 (84) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2017,  № 3 (84) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2017,  № 3 (84) 
 
COĞRAFİYA 
NAZİM BABABƏYLİ 
Naxçıvan Dövlət Universiteti 
nazimnym@mail.ru
 
UOT: 911.3 
 
NAXÇIVAN DİYARININ XVI ƏSR VƏ XIX ƏSRİN ƏVVƏLLƏRİNƏ QƏDƏRKİ 
DÖVRDƏ İQTİSADİ-COĞRAFİ SƏCİYYƏSİNƏ DAİR 
 
Açar sözlər: məskunlaşma, coğrafi şərait, toxuculuq, xalçaçılıq, iqtisadi inkişaf, ipək yolu 
Key words: geographical condition, weaving, carpet weaving, economic development, 
silkway 
Ключевые слова: заселение, географическое условие, ткачество, ковроделие, 
экономический прогресс, шелковый путь 
 
Naxçıvan Azərbaycanda, eləcə də köhnə Sovet İttifaqı ərazisində yaşamaqda olan ən qədim 
şəhərdir. Burada məskunlaşmanın əsas səbəbi zəngin təbii ehtiyatlar və təbii şərait, əlverişli coğrafi 
mövqe olmuşdur [1]. 
Onun formalaşmasına Ön Asiya, Elam, Assuriya, Midiya mədəniyyətinin, təsərrüfatının, eləcə 
də  ictimai  siyasi  quruluşlar  böyük  təsir  göstərmişdir.  Paleocoğrafi  şəraitin  tədqiqi  təxminən  4,5-5 
min il bundan əvvəl Holosenin subboreal mərhələsində və daha sonra Naxçıvan diyarında yaşayışın 
olmasını isbat etməkdədir [2,3,4]. 
Naxçıvan diyarı və Naxçıvan şəhəri özünün uzun sürən iqtisadi-coğrafi, sosial inkişafı döv-
ründə dəfələrlə tənəzzülə uğramış və ya intibah dövrünü yaşamışdır. Eramızdan əvvəl romalı Kvint 
Horatsi  Flakk,  eramızın  I  əsrində  yaşamış  Flavi  Yosif,  eramızın  II  əsrində  yaşamış  Klavdi 
Ptolomey, eləcə də sonrakı dövrlərdə ərəb, fars tarixçi və coğrafiyaçıları Naxçıvan haqqında müfəs-
səl məlumatlar vermişlər.  
XII əsrdə özünün inkişaf zirvəsinə çatan və XIII əsrdə monqol istilası zamanı demək olar ki, 
tamamilə dağıdılmış, yalnız XVI əsrin əvvəllərində Azərbaycanın iri feodal dövlətlərindən biri olan 
Səfəvilərin  təşəkkül  tapmasından  sonra  onun  tərkib  hissəsi  olan  Naxçıvanda  yenidən  iqtisadi 
yüksəliş  başlamış,  əkinçilik,  ticarət,  sənətkarlıq  yenidən  inkişaf  etmişdir.  Şəhərdə  bacarıqlı 
memarlar,  dulusçular,  dəmirçilər,  toxucular,  dabbaqlar,  başmakçılar,  zərgərlər,  boyaqçılar, 
xalçaçılar  və  s.  fəaliyyət  göstərirdi.  Naxçıvan  şəhərində  bir  çox  məhəllələr  məhz  ixtisaslaşdığı 
sahəyə görə və ya hər hansı bir sənətkarın adı ilə adlanırdı. Naxçıvan ustaları tərəfindən hazırlanan 
məmulatlar  Naxçıvan  hüdudlarından  kənarda  da  şöhrət  tapmışdır.  Məsələn,  Əbdürrəşid  Bakuviyə 
görə Nakçüvan yaxınlığında (Naxçıvan) dünyanın möcüzələrindən biri sayılan daşdan tikilmiş Diyə 
əl-Mülk körpüsü üzərindən keçən karvanlar buradan başqa yerlərə sənətkarlıq məhsulları ilə yanaşı 
mis, dəmir, malaxit, duz və s. kimi mallar daşıyırdı [5]. 
XVI əsrdə və XVII əsrin əvvəllərində Naxçıvan ölkənin toxuculuq mərkəzlərindən biri hesab 
olunurdu və toxuculuğun xammalını yerli pambıq, ipək və yun təşkil edirdi. Burada istehsal olunan 
qələmkar  və  yazmalı  parçalar,  çit  dəstərxanlar,  pərdələr,  boxçalar,  heybələr,  xalılar,  kilimlər, 
küləcələr, çuxalar,  arxalıqlar və s.  yerli əhalinin məişətində xüsusi  yer tuturdu. Övliyyə Çələbi  bu 
mallar içərisində basma naxışlı və qələmkar parçaların daha çox şöhrət qazandığını göstərirdi [6]. 
Dulusçuluq  ənənəvi  istehsal  sahəsi  kimi  bu  dövrlər  ərzində  də  öz  əhəmiyyətini  saxlamışdı. 
Burada farfor və fayans  məişət qabları ilə  yanaşı bunların  bəzədilməsində və hamamlarda istifadə 
olunan  dekorativ  saxsı  parçalar  da  hazırlanırdı.  Uzaq  Çinlə  iqtisadi  əlaqələr  çərçivəsində  Çindən 
çini qablarla yanaşı bu qabları istehsal edən ustalar da gətirilirdi. Xammal kimi yerli və çox böyük 


187 
ehtiyata malik kaolin və mergeldən istifadə olunurdu.  
Orta  əsrlərdə  Naxçıvanda  olduqca  əhəmiyyətli  sayılan  miskərliyin  inkişafı  üçün  də  zəngin 
filiz ehtiyatları var idi. Misdən hazırlanmış satıl, sini, sərpuş, ləyən, aşsüzən, dolça, teşt, qazan, sicil 
məcmeyisi və s. yerli tələbatı tamamilə ödəyə bilirdi. Mis qablardan bəzən rəsm və nəqqaşlıq məq-
sədləri  üçün,  həmçinin  şeir,  bayatı,  hikmətli  sözlər  yazılmasında  da  istifadə  olunurdu.  Mis  qablar 
qonşu əyalətlərlə mübadilə olunurdu. 
Ağac məmulatlarından hazırlanmış ev əşyaları, xüsusi ilə təknələr, teştlər, çəlləklər, nehrələrlə 
yanaşı  hamam,  türbə,  karvansara,  məscid,  mədrəsə  və  evlərin  ağac  sütunları,  qapı  və  pəncərələri 
Azərbaycan ornamentləri ilə bəzədilirdi. 
Naxçıvanda  xalçaçılığın  özünəməxsus  məktəbi  və  toxuculuq  kursivi  var  idi.  Texniki 
baxımdan  Qarabağ  ornamentinə  görə  Təbriz  xalçalarına  bənzəyən  Naxçıvan  xalçaları  Avropaya 
ixrac olunurdu. 
XVII  əsrin  ortalarında  Naxçıvan  sənətkarlıq  məhsullarının  ümumi  istehsalına  görə  Gəncə, 
Marağa, Mərənd, Xoy, Şamaxı kimi Azərbaycanın digər böyük şəhərlərindən irəlidə idi. Naxçıvan 
şəhərində evlərin sayı 10200, dükanların sayı isə 1000 olduğu halda bu göstərici Gəncədə müvafiq 
olaraq 6000, Mərənddə  3000, Xoyda 7000 idi. Şəhərdə  yerləşən 1000-ə  yaxın dükanın əksəriyyəti 
bazar  meydanında  yerləşirdi  [6]. 1673-cü ildə  Naxçıvana  səyahət  etmiş fransız  səyyah  Jan Şarden 
isə  mənbələrə  istinad  edərək  Naxçıvanda  40000  evin  olduğunu  və  bunlardan  İran-Türkiyə 
müharibələri  nəticəsində  yalnız  2000  evin  qaldığını  yazır.  Şardenə  görə  İran  şahı  Şah  Abbas 
Osmanlı dövlətini strateji sursatlardan məhrum etmək üçün Naxçıvanı və ona bağlı olan şəhərləri, 
xüsusi ilə Culfanı yerlə yeksan edir, meyvə ağaclarını kəsdirir, evləri, istimai binaları dağıtdırır [7]. 
Bu dövrdə Naxçıvanın tənəzzülü başlayır. 
Naxçıvan  diyarının  sosial-iqtisadi  vəziyyətinin  tənəzzülü  həm  də  «Böyük  coğrafi  kəşflər» 
dövrünün  başlanması  ilə  əlaqədardır.  Çindən,  Hindistandan  Avropaya  gedən  karvan  yollarının 
üzərində, əlverişli coğrafi mövqedə yerləşən Naxçıvan şəhəri Hindistana dəniz yolunun açılması ilə 
özünün  tranzit  və  ticarət əhəmiyyətini  qismən  itirmiş olur.  Burada  xarici  ticarət  artıq  yerli tələbatı 
ödəmək və ixtisaslaşmış istehsal mallarının idxalına bağlı idi. 
Şəhər əhalisi xeyli azalmış və təxminən 50000-ə düşmüşdü. Əhali içərisində təbəqələşmə kəskin 
hiss  olunurdu.  Feodallar,  ruhanilər,  daha  sonra  tacirlər  sənətkarlar,  kəndlilər  və  şəhər  yoxsullarında 
fərqli olaraq xüsusi imtiyazlara malik idilər. Bu imtiyazları kilsə xadimləri də daşıyırdı. 
  Naxçıvan  həşərində  70  ibadətxana  və  40  məscid  fəaliyyət  göstərirdi.  Məscidlərdə  mülkü 
məsələlərə baxılır, kəbin kəsilir, ölüm, doğum halları rəsmiləşdirilir, islam ideologiyasına uyğun olaraq 
məhkəmə işləri yerinə yetirilirdi. Ümumi məscidlərlə yanaşı məhəllə məscidləri də mövcud idi. 
  Səfəvilər  dövründə  idari  məsələlərə  kələntər,  münşü,  darğa,  diz  çökən  ağa,  çiy  yeyən  ağa, 
əmirtümən, əmir, hakim, amil, qoçu və sairələr baxırdı. Kələntər vali funksiyasını yerinə yetirir və 
şah tərəfindən ali təbəqədən seçilirdi. Münşü dəftərxana işlərinə, darğa qanun-qaydaya, diz çökən 
ağa hərbi, çiy yeyən ağa ədliyyə, amil maliyyə işlərinə baxırdı.  
1554-cü  ildə  Sultan  Süleymanın  Azərbaycanı,  eləcə  də  Naxçıvana  dağıdıcı  yürüşləri  ilə 
başlayan Osmanlı-İran müharibələri uzun müddət Naxçıvanın iqtisadiyyatına ağır zərbə vurur. XII 
əsrdə 200000 nəfər əhalisi olan şəhərdə XVIII əsrin əvvəllərində bu göstərici 33 dəfə azalaraq cəmi 
6000 nəfərə düşür. 
1724-cü  ildə  Naxçıvan  diyarı  Osmanlılar  tərəfindən  işğal  olunduqdan  sonra  inzibati-ərazi 
quruluşunda baş verən dəyişikliklər eyni zamanda onun iqtisadiyyatına da təsir göstərmiş olur. Yeni 
inzibati  bölgüyə  görə  Naxçıvan  əyaləti  özündə  Naxçıvan,  Məvaziyi-Xatun,  Mülkü-Arslan, 
Qarabağlar, Dərəşam, Dərəşahbuz, Bazarçay, Dərələyəz, Əlincə, Sisyan, Qışlaq, Azadgiran, Şurut 
və Dərə Nürgüt olmaqla 14 nahiyəni birləşdirən sancaqla əvəz edilir [8]. 
Osmanlıların vergi siyasətinə görə 20 yaşdan yuxarı hər adamdan alınan bennak və ya subay 
vergisi,  torpaqla  bağlı  çift,  dönüm  və  tapu  vergisi,  heyvandarlıqla  bağlı  ağnam  vergisi,  biriniy 
heyvanının başqasının əkinlərinə ziyan vurduğuna görə alınan dəstibanu vergisi, ərə gedən qız və 
gəlindən  alınan  resmi-arusane,  cinayətə  görə  resmi-curm,  vurulan  zərərə  görə  badi-hava,  tapılan 
heyvana görə yava-qaçqın vergiləri mövcud idi. 
Kənd təsərrüfatında əkinçiliyin əsasını buğda, arpa və darı təşkil edirdi və bunların da ümumi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə