205
Bu yaşayış məntəqələrində rayon əhalisinin 35,2 %-i (17314 nəfər) yaşayır. Ərazidə yerləşən
kəndlər rayonun ümumi yaşayış məntəqələrinin 36,2 %-ini təşkil edir.
Əlverişli iqlim və relyef şəraiti, çayların nisbətən çoxluğuna baxmayaraq muxtar respubli-
kanın 1000-1500 m hündürlüyə malik bu arealında relyefin meyilliyinin yüksəlməsi və çayların
ərazini parçalayaraq dərin dərələr yaratması nəticəsində 600-1000 m-dək hündürlüklə müqaisədə
burada həm yaşayış məntəqələrinin sayı, həm də əhalinin sayı azalır.
Naxçıvan MR-də bu areal respublika üzrə kənd əhalisinin xüsusi çəkisinə görə qabaqcıl yer
tutur. Muxtar respublikanın 1 şəhər, 1 qəsəbə və 60 kənd olmaqla, ümumilikdə 62 yaşayış məntəqə-
si burada yerləşir. Bu areal daxilində yerləşən vəmuxtar respublikanın ən yüksək şəhər yaşayış
məntəqəsi sayılan Şahbuz şəhərinin əhalisi 5200 nəfərdir ki, bu da ümumi şəhər əhalisinin 3,3 %-ini
təşkil edir.Muxtar respublika üzrə ümumi yaşayış məntəqələrinin 28,4 %-i (62 yaşayış məntəqəsi),
əhalinin isə 19,5%-i (86634 nəfər) bu arealın payına düşür.
Muxtar Respublika ərazisinin əsasən orta dağlıq hissələrini 1500-2000 metr hündürlükdəki
ərazilər tutur ki, bu da ümumi ərazinin 19,5 % təşkil edir(2, səh 23). Bu hündürlük qurşağının əhatə
etdiyi ərazilərdə yerləşən yaşayış məntəqələri əsasən dağ çaylarının hər iki sahili boyu ensiz zolaq
şəklində yerləşdiyindən onlar ərazisinin kiçikliyinə və əhali sayının azlığına görə digər yaşayış
məntəqələrindən fərqlənir. Bu qurşaq daxilində Sədərək və Kəngərli rayonu ərazisində heç bir
yaşayış məntəqəsi yoxdur.
1500-2000 metr hündürlükdə Şərur rayonu ərazisində yerləşən yeganə yaşayış məntəqəsi
Günnüt kəndidir ki, bu da rayon üzrə ümumiyaşayış məntəqələrinin 1,5%-ni təşkil edir. 11,36 km
2
əraziyə malik olan bu yaşayış məntəqəsində haliyədə yaşayış yoxdur.
Babək rayonunun müvafiq hündürlüyə malik ərazilərində 3 yaşayış məntəqəsi (Yuxarı
Buzqov, Gərməçataq, Göynük kəndləri) yerləşir ki, bu da rayon üzrə ümumi yaşayış məntəqələrinin
8,3 %-ini təşkil edir. Bu kəndlərdə məskunlaşmış əhalinin sayı 1089 nəfər olmaqla, rayon əha-
lisinin 1,5 %-inə bərabərdir.
1500-2000 m hündürlüyə malik ərazilərdə yerləşən yaşayış məntəqələrinin sayına görə Şahbuz
rayonu muxtar respublikada birinci yeri tutur. Bu rayon ərazisində həmin qurşaq daxilində rayonun 24
yaşayış məntəqəsindən 9-u yerləşir ki, bu da rayon üzrə yaşayış məntəqələrinin 37,5 %-inə bərabərdir.
Ərazidə yaşayan əhalinin sayı 9047 nəfər olmaqla ümumi rayon əhalisinin 36,5 %-ni təşkil edir.
Yaşayış məntəqələrinin 17,4 %-inin 1500-2000 m hündürlükdə yerləşdiyi Culfa rayonu bu
göstəriciyə görə muxtar respublikada ikinci yerdədir. Milax, Teyvaz, Ərəfsə və Ləkətağ kəndlərinin
ümumi əhalisinin sayı 3146 nəfər olmaqla, rayon əhalisinin 6,9 %-inə bərabərdir.
Ordubad rayonu 1500-2000 m hündürlüyə malik ərazilərində yerləşən kəndlərin sayına görə
muxtar respublikada ikinci yeri tutur. Rayon üzrə ümumi yaşayış məntəqələrinin 17 %-ni təşkil
edən 8 yaşayış məntəqəsində, rayon əhalisinin 10,8 %-i (5289 nəfər) məskunlaşmışdır.
Muxtar respublikanın 25 kənd yaşayış məntəqəsi 1500-2000 m hündürlüyə malik arealda
yerləşməklə ümumi yaşayış məntəqələrinin 11,5 %-ni təşkil edir. Bu yaşayış məntəqələrində
məskunlaşan əhalinin sayı 18570 nəfərə bərabərdir ki, bu da muxtar respublika əhalisinin 4,2 %-dir.
Muxtar respublikanın 2000-2500 m hündürlüyə malik əraziləri 9.5%, 2500-3000 m hündür-
lükdəki əraziləri 6,1 %, 3000 m-dən yuxarı əraziləri isə 1,5 %-ə bərabərdir (2, səh 23). Ümumilikdə
2000 m-dən yuxarı hündürlüyə malik ərazilər ümumi ərazinin 17,1 %-ni təşkil edir. Bu hündürlükdə
Sədərək, Kəngərli və Babək rayonları ərazilərində heç bir yaşayış məntəqəsi yerləşmir. Qurşaq
daxilində Şərur rayonunun 1 yaşayış məntəqəsi (Havuş kəndi), Şahbuz rayonunun 3 yaşayış mən-
təqəsi (Biçənək, Ağbulaq, Gömür kəndləri), Culfa rayonunun 1 yaşayış məntəqəsi (Boyəhməd
kəndi), Ordubad rayonunun 5 yaşayış məntəqəsi (Nürgüt, Nəsirvaz, Pəzməri kəndləri və Ağdərə,
Parağaçay qəsəbələri) yerləşir. Bu hündürlükdə yerləşən məntəqələrin xüsusi çəkisi müvafiq olaraq
ümumi yaşayış məntəqələrinin Şərur rayonu üzrə 1,5 %-ni, Şahbuz rayonu üzrə 12,5 %-ni, Culfa
rayonu üzrə 4,3 %-ni, Ordubad rayonu üzrə isə 10,6 %-ni təşkil edir. Havuş kəndində 178 nəfər
əhali yaşayır ki, bu da ümumi rayon əhalisinin 0,2 %-nə bərabərdir. Biçənək, Ağbulaq və Gömür
kəndlərində məskunlaşmış əhalinin ümumi sayı 2457 nəfər olmaqla, rayon əhalisinin 10 %-ni təşkil
edir. Boyəhməd kəndində 366 nəfər yaşayır ki, bu da rayon əhalisinin 0,8 %-dir. Ordubad
206
rayonunun bu hündürlükdə yerləşən yaşayış məntəqələrində rayon üzrə ümumi əhalinin 1,3 %-i
(638 nəfər) məskunlaşmışdır.
Parağaçay (2320 m) və Ağdərə (2300 m) qəsəbələri Ordubad rayonunun yüksək dağlıq sahə-
lərində yerləşir. Ağdərədə əhali yaşamır. Rayonun Parağaçay qəsəbəsinin yerləşdiyi mütləq
hündürlük 2320 m-dir. 87 nəfər əhalisi olan qəsəbə ölkədə ən yüksəkdə yerləşən qəsəbə yaşayış
məntəqəsidir. Ümumiyyətlə, 2000 m-dən yuxarıda yerləşən 10 yaşayış məntəqəsi muxtar respublika
üzrə ümumi yaşayış məntəqələrinin 4,6 %-ini təşkil edir. Bu yaşayış məntəqələrində məskunlaşan
3639 nəfər əhali muxtar respublikanın ümumi əhalisinin 0,8 %-ni təşkil edir. 1979-cu ildə bu
zonada 20 yaşayış məntəqəsində 9,7 min nəfər, o cümlədən 8,8 min nəfər kənd əhalisi yaşamışdır.
Keçən müddət ərzində bu göstəricilər, demək olar ki, 2,0-2,7 dəfə azalmışdır (3, səh. 476).
Muxtar respublikanın 1,5 %-ni (80 km
2
) hündürlüyü 3000 m-dən yuxarıda olan sahələr tutur.
Bu ərazilərdə soyuq iqlim hakidir, yüksək dağıq zonaların landşaftı kəskin parçalanmışdır, dik
sıldırım yamaclar geniş sahəni tutur. Bu yerlərdə məskunlaşma üçün şərait yoxdur.
ƏDƏBİYYAT
1.
http://www.statistika.nmr.az/x_news/news/2017-1/2017-I.pdf.
2.
S.Babayev, Naxçıvan Muxtar Respublikasının Coğrafiyası, Bakı: Elm, 1999, 226 səh.
3.
Müstəqillik yollarında. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25 illiyinə həsr
edilmiş məqalələr toplusu. Bakı, “Şərq-Qərb” Nəşriyyatı, 2016, 628 səh.
4.
serqqapisi@nakhchivan.az.
ABSTRACT
Shafag Aliyeva
The conformity of the natural laws of the population’s placement due to the altitude
zones in Nakhchivan Autonomous Republic
The article deals with the population’s placement due to the altitude zones In Nakhichivan
Autonomous Republic.For this purpose the conformity of the natural laws of the population’s and
settlement’s placement are foregrounded. The distribution matters of altitude zones of the
settlement of population in rural and urban areas of occupation zones due to the Autonomous
republic and regions are clarified.The article deals with that 1,5 % of AutonomousRepublic is the
area which its height is over 3000 meters. In these areas the cold climate is dominated, the
landshape of high mountainous zones is sharply frangmented, and steep precipice slopes cover wide
area.There is no situation of life in these places.
РЕЗЮМЕ
Шафак Алиева
Закрномерность размещения населения Нахчыванской Aвтономной
Республики в возвышенных зонах
В статье говорится о вопросах размешения населения Нахчыванской Автономной
Республики на вызвышенных зонах. С этой целью закономерное размещение населения и
населенных пунктов на разных возвышенных зонах было выдвинуто на первый план. Была
проанализирована проблема равномерного распределения размещения населения на
возвышенных зонах. Были уназаны отдельные населенные пункты на возвышенных зонах и
относительность размещения населения. Отмечается, что 1,5 %-ов (80 км
2
) Автономной
республики занимают участки, имеющие высоту более 3000 км. На этой территории
господствует холодный климат, ландшафт высокогорных зон резко расчленён, широкие
участки занимают отвесные склоны. Нет условий для проживания в этих местах.
NDU-nun Elmi Şurasının 27 aprel 2017-ci il tarixli qərarı ilə
çapa tövsiyyə olunmuşdur. (protokol № 08)
.
Məqaləni çapa təqdim etdi: Coğrafiya üzrə fəlsəfə doktoru, dosent
N. Babayev
Dostları ilə paylaş: |